Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   39   40   41   42   43   44   45   46   ...   96

__________Milli Kitabxana__________
131
Əllərində olan kiril hərfləri ilə yazılmış əlifbalardan nümunələr
istənilməsi; Hər  türk  cümhuriyyəti  üçün  uşaqlara,  bir  oxuma-
yazma  (əlifba) kitabı, bir alışdırma kitabı, bir müəllim bələdçi
kitabçası;  böyüklər  üçün  də  bir  oxuma-yazma  (əlifba)    kitabı,
bir alışdırma kitabı, bir də müəllim bələdçi kitabı yazılacaqdır.
Türk  Cümhuriyyətləri  üçün  oxuma-yazma  (əlifba)  materialları
hazırlanarkən  diqqət  ediləcək  xüsuslar,  təsbit edilmişdir  ki,
bunları  aşağıda  ümumiləşdirərək  təqdim  edirik. Kitablarin
hazirlanmasinda diqqət ediləcək xüsuslar:
Əlifba  öyrədilməsi  işində,  “Alışdırma  və  bələdçi  kitabı”
ölmaq üzrə üç tip kitab istifadə edilməkdədir. Buna görə hər bir
Türk Cümhuriyyəti üçün uşaq və böyüklər üçün 2 əlifba kitabı,
2  alışdırma  kitabı  və  2  müəllim  bələdçi  kitabçası  olmaq  üzrə
cəmi 30 kitab hazırlanacaqdır.
Kitablarin  özəllikləri (oxuma  yazma  kitabi): Uşaq  və  bö-
yüklər  üçün  iki  ayrı  kitab  hazırlanacağından;  bu  kitabların  sü-
rəkləyici,  anlaşıqlı  və  maraqlı  olmasına  səy  göstəriləcəkdir.
Cümlə  quruluşuna  görə  (uşaq  və  ya  böyüklərin  xüsusiyyətləri
diqqətə  alınacaq)  hazırlanacaq  bu  kitabların  dörd  yöndən
önəmli  xüsusiyyətlər  daşıması  gərəkməkdədir. Dilçilik yönün-
dən əlifba kitabında yer alacaq hərf, heca, kəlimə və cümlələrin
lazımi xüsuslara  görə  seçilməsinə  çalışılacaqdır (159,  s.  134-
135).
Tələbə
problemləri  komissiyasinin  məlumatinda  isə
bildirilir  ki,  nazirliyin  07.04.1993-cü  il  tarixli və  2903  saylı
qərarı ilə qurulan “Türk Cümhuriyyətləri və Türk Topluluqları
Öyrənci  Problemləei  Komissiyası”  08.04.1993  ilə  22.04.1993
tarixləri  arasında  gördüyü  işlər  nəticəsində  Türk  Cümhu-
riyyətləri və Topluluqları arasında aparılacaq tələbə mübadilə-
sində  tələbələrin  zəruri ehtiyaclarının  qarşılanması  və  egitim-
öyrətimlərinin daha sağlam bir şəkildə görülə bilməsi üçün: ön
lisans,  lisans,  lisans  üstü  (yüksək  lisans,  doktora  və  ya  tıbdə
uzmanlıq ilə sənətdə yetərlik) öyrəncilərinin YOK-ün müəyyən
etdiyi əsaslar  çərçivəsində  ölkəmizə  gətirilməsi;  yuxarıda  mü-


__________Milli Kitabxana__________
132
əyyən  edilən  qaydalara  görə  göndəriləcək  ali  təhsil  tələbələri-
nin,  Milli  Egitim  Bakanlığı  və  YÖK-ün planlaşdırdığı  şəkildə
yataqxanalara yerləşdirilməsinin  uyğun  olacağı ancaq:  mədə-
niyyət  məlumatlarının  yayğınlaşdırılmasını  təmin  etmək  məq-
sədi  ilə  məhəlli  ənənə,  adət  və  mərasimlərimizin  qaynaşdırıla
bilməsi  üçün  universitet  və  yurd  olan  bütün  illərdə  tarazlı  bir
yerləşdirmə apararaq öyrəncilərin yerləşdirilməsi; ölkəmizə gə-
ləcək orta təhsil və yüksək təhsil öyrəncilərinin məktəblərə yer-
ləşdirilməsinin  təlim-tərbiyə  (egitim-ögrətim)  bütünlüyünü  ax-
satmayacaq  şəkildə  planlanması,  öyrənci  gəliş  tarixlərinin  isə,
nazirliyimiz  və  YÖK  tərəfindən  müəyyən  edilmiş  olan  təhsil
mərhələləri diqqətə alınaraq həyata keçirilməsinə ehtiyac var.
Dərs  kitablari  və  tədris  vasitələri  komissiyasinin  məluma-
tinda (159, s.143-145) bildirilir ki, Sovet Sosialist Respublika-
ları  ittifaqının  dağılmasından  sonra  müstəqilliklərinə  qovuşan
Azərbaycan ilə  Türkiyə  Cümhuriyyəti  arasında  siyasi,  iqtisadi
və  mədəniyyət  sahələrində  əməkdaşlıq  qurulacaq,  həm  bu
qardaş ölkələrlə qoparılmış olan əlaqələri  yenidən təsis etmək,
həm  də  gələcəyə  birlikdə  daha  etibarlı-gövənli  baxmaq  hədə-
fimizdir. Bu gün sürətlə dəyişən dünyamızda müəyyən dəyərlər
ön plana keçməkdə, hər cəmiyyət demokratiya və insan haqları
sahəsində  irəliyə  doğru  addımlar  atmağa  səy  göstərməkdədir.
Qalxınmasını,  iqtisadiyyatını  dünya  iqtisadiyyatına  bütünləş-
dirmək zərurəti vardır. XXI əsrə girərkən texnologiya və infor-
masiya  sahələrindəki  inkişaflar, ənənəvi  təhsil  anlayışının
yerini  daha  müasir  anlayışa  buraxmaqdadır. Təhsildə  müasir-
ləşməyən  cəmiyyətlərin  siyasi  və  iqtisadi  sahələrdəki  beynəl-
xalq aləmdə təsirli bir rol daşımasına imkan yoxdur.
Türkiyə hər sahədə modern dünya ilə inteqrasiya olmuşdur.
Türk  Cümhuriyyətlərinə  qarşı  lokomativ  vəzifəsini  daşımış
olan  Türkiyə  ilə  Türk  Cümhuriyyətlərini  qarşılıqlı  olaraq  bir
dayanışma  anlayışı  içində  hər  sahədəki  imkanlarını  bir-
birilərinin  mənafelərinə  doğru  yönləndirəcəklərini  daha  öncə
imzaladıqları  protokollarla  bildirmişlər. Müxtəlif  tarixlərdə


__________Milli Kitabxana__________
133
bağlanılan ikili müqavilələrlə Türk Cümhuriyyətlərinin bəziləri
1992 – 1993-cü tədris ilindən etibarən türkcə hazırlanmış  dərs
kitabları ilə, bəziləri də kiril əlifbası ilə hazırlanmış dərs kitab-
ları yapımını Türkiyədən tələb etmişlər.
Bu  istiqamətdəki  fəaliyyətlərlə  bağlı  komissiya görüləcək
işləri bu başlıqlar altında ümumiləşdirmişdir: Ortaq oxudula bi-
ləcək  dərslərin  təsbiti; Ortaq  oxudula  biləcək  dərslərin  proq-
ramlarının  hazırlanması; Hazırlanan  proqramlara  görə  dərs  ki-
tablarının  yazdırılması; Hazırlanan  proqramlara  və  dərs  kitab-
larına  görə  tədris  vasitələrinin  təsbiti və  təmini (159,  s.143).
Lakin  ortaq  dərslərin  təsbitindən  öncə  Türk  Cümhuriyyətləri;
bu  mövzuda  gərəkli  araşdırma  və  incələmələri  sahə  mütəxəs-
sislərinə gördürəcək çox ciddi çalışmalara girişərək ölkələrinin
təhsil məqsədlərini ortaya qoymaları gərəkir. Təhsil məqsədləri
təsbit  edilmədiyi  təqdirdə  hazırlanacaq  olan  dərs  kitabları
ehtiyaca  cavab verə  bilməz. Əvvəla  mədəniyyət  dərslərindəki
məqsəd  reallığa  uyğun  təsbit  edilməli  və  Türk topluluqlarını
milli, əxlaqi,  insani,  mənəvi  və  kültürəl  dəyərlərini  mənimsə-
yən,  qoruyan  və  inkişaf  etdirən;  ailəsini,  vətənini,  millətini
sevən  və  daima  ucaltmağa  çalışan;  insan  haqlarına  sayğılı,
ölkəsinə  qarşı  vəzifə  və  məsuliyyətlərini  bilən  və  bunları  dav-
ranış  halına  gətirə  bilən  hüquqi  qaydalara  və  hüququn  üstün-
lüyünə  inanan  fərdlər  yetişdirmək  olmalıdır. Ortaq  oxudula
biləcək  dərslərə  aid  proqramların  hazırlanması ilə  bağlı  tövsi-
yələrdə  bildirilir  ki,  dərs  kitabları  hazırlanmamışdan əvvəl
cəmiyyətin  ehtiyacları  nəzərə  alınaraq  proqramların  hazırlan-
ması  böyük  önəm  daşımaqdadır. Bu məsələdə  diqqətli  və
məsələni bilən şəxslərdən yararlanılmalıdır.
Türk Cümhuriyyətlərinin uzun illər içində olduqları durum
səbəbləri  ilə  təhrif  olan  milli  mədəniyyətlərini  və  dəyərlərini
müsbət  yöndə əvəzləyəcək şəkildə proqramlarını hazırlamaları
lazımdır (159, s.144).
Hazırlanan dərs proqramlarına görə dərs kitablarının yazdı-
rılmasına gəldikdə isə komissiya bu qənaətə gəlmişdir ki, ümu-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə