Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   37   38   39   40   41   42   43   44   ...   96

__________Milli Kitabxana__________
125
– Türkiyə tərəfi, Azərbaycandan göndərilən Azərbaycan və
rus dili və ədəbiyyatı üzrə kadrların öz universitetlərində müəl-
lim  olaraq  qəbul  edər,  buna  qarşılıq  Azərbaycan  tərəfi  Türki-
yənin türk dili və ədəbiyyatı üzrə kadrlarını Azərbaycanın uni-
versitetlərinə öyrətim üyəsi olaraq qəbul edər.
– Hər iki nazirlikdə çalışanların təcrübə və bilgilərinin artır-
maq üçün 1 aylıq müddətlərlə personal mübadiləsində buluna-
caqdır.
– Türkiyə tərəfi, məsləki və texniki lisələrdə egitim-öyrətim
görmək üzrə VIII sinifdən sonra (IX-X-XI) Azərbaycandan öy-
rənci qəbul edəcəkdir.
– Bakıda  Azərbaycan  Respublikası  Xalq  Təhsili  Nazirliyi-
nin  uygun  gördüyü bir binada Türkiyə tərəfi bir  Türk məktəbi
açacaqdır. Bu məktəbdə dərslər türkcə və yabançı dillərdə keçi-
ləcək. Bu məktəb, Türkiyədən Bakıya gələcək Türk iş adamla-
rının, müəllimlərin, diplomatların, sənətçilərin, yabançıların və
eyni  zamanda  azərbaycanlıların  uşaqlarının  oxudulması  məq-
sədi ilə açılacaqdır (158, s.93).
– Tərəflər,  bir-birilərinin  tarix,  kültür  və  ədəbiyyatının  öz
ölkələrində tanıdılmasına yardımçı olacaqdır.
– Tərəflər arasında dil, mədəniyyət, elm, texnika və idman
sahələrində yarışmalar təşkil ediləcəkdir.
– Hökumətlərimiz  Türkiyə  və  Azərbaycanda  qarşılıqlı
“Təhsil mərkəzləri” açacaqlar.
– Latın qrafikasına görə yazı makinası öyrətimində yardım-
çı olmaq üçün Türkiyədən müəllim göndəriləcəkdir.
– Tərəflər,  elm  sahəsində  hər  cür  egitim-öyrətim  vasitə  və
ləvazimatlarını  (video  kassetləri,  maqnitofon  lentləri,  sənədli
filmlər) qarşılıqlı olaraq mübadilə edəcəklər.
– Türkiyə  Milli  Egitim  Bakanlığı  Türkiyənin  Bakıda  oxu-
dulacaq  öyrənciləri  və  Azərbaycanda  qonaq  olan  müsafirlər
üçün  ayrıca  bir  yaşayış  binası  inşa  edəcəkdir  (bu  binanın  bir
hissəsi mənzil, digəri isə Azərbaycan Xalq Təhsil Nazirliyinin
qonaq evi olacaq).


__________Milli Kitabxana__________
126
– Tərəflər, bu Anlaşmada göstərilən məsələlərin gerçəkləş-
dirilməsini təmin edəcək və tərbiyə-təhsil əməkdaşlığını inkişaf
etdirmək  üçün  6  nəfərlik  (tərəflərin  hər  birindən  3  nəfər)  bir
Daimi Komissiya yaradacaqdır.
– Dərs  proqramları  incələnərək  qarşılıqlı  olaraq  yer  ala
biləcək mövzular “Daimi Komissiya” tərəfindən təsbit edilərək
hər iki Nazirliyə təkliflər ediləcəkdir.
– Türkiyə  Milli  Egitim  Bakanlığı  tərəfindən  Azərbaycan
Təhsil  Nazirliyinə  bir  mətbəə təsis  ediləcəkdir.  Gərəkli  binanı
Azərbaycan  Təhsil  Nazirliyi  təmin  edəcəkdir. Azərbaycandakı
digər  mətbələrlə  bağlı  xüsuslar  Daimi  komissiyada  müzakirə
ediləcəkdir.
– Latın əlifbası  mövzusunda  Azərbaycandakı  müəllimləri
yetişdirmək  üçün  Türkiyədən  Azərbaycan  Təhsil  Nazirliyinə
öyrətmən göndəriləcəkdir.
– Türkiyədəki İmam-Hatip  lisələri  ilə İlahiyyat  fakültələ-
rində  təhsil  almaq  üzrə  Azərbaycan  Xalq  Təhsil  Nazirliyinin
seçəcəyi  50-100  öyrənciyə  Türkiyə  Milli  Egitim  Bakanlığı
təqaüd verəcəkdir.
– Türkiyədəki  peşə  və  texniki  lisələrdə  təhsil  almaq  üzrə
100-ə qədər öyrənciyə yatılı oxuma imkanı təmin ediləcəkdir.
– Azərbaycan  tərəfindən  müxtəlif  səviyyələr  üçün  hazırla-
nacaq əlifba kitabı Türkiyə tərəfindən bədəlsiz basdırılacaqdır.
– Azərbaycandakı  peşə  və  texniki  məktəblərdə  Türkiyə
tərəfindən nümunəvi labaratoriyalar qurulacaqdır (158, s.94).
– Türkiyə Cümhuriyyəti Milli  Egitim  Bakanlığı  İmam-
Hatip  lisələriylə İlahiyyat  fakültələrində  Azərbaycan  Xalq
Təhsili Nazirliyinin göndərəcəyi 100-ə qədər öyrənciyə təqaüd
və yataqxana imkanı yaradacaqdır.
– Bu anlaşma  hökmləri  məktəbəqədər  təhsildən,  ali  təhsil
daxil  olmaq  üzrə  hər  cür  orqan  və  yayğın  təhsil  qurumlarını
əhatə edir.
– Azərbaycanda  açılacaq  olan  hər  dərəcə  və  qədəmdəki
özəl təhsil qurumlarının quruluşunda və təhsilə başlaması üçün


__________Milli Kitabxana__________
127
veriləcək izinlərdə Türkiyə Cümhuriyyəti Milli Egitim Bakan-
lığı tərəfindən idarə və texniki yardımda bulunacaqdır.
– Türkiyə  Cümhuriyyəti  ilə  Azərbaycan  Respublikası  ara-
sında aparılacaq öyrənci dəyişimləri Təhsil Nazirliklərinin izin-
ləriylə gerçəkləşəcəkdir.
– İki  ölkənin  təhsil  qurumları  arasındakı  hər  cür  bərabər
əməliyyatlarla  üfqi  və şaquli  keçişlər  tərəflərin  səlahiyyətli
rəsmiləri tərəfindən təsbit ediləsək olan əsaslara görə ediləcək.
Bu anlaşma Türkcə və Azərbaycanca olmaqla iki nüsxədə tən-
zim  edilmişdir,  hər  iki  mətn  uyğundur. Anlaşma  imzalandığı
andan qüvvəyə minir.
Müqaviləni Azərbaycan  Respublikası  Xalq  Təhsili  naziri
prof.  Feyzullayev və Türkiyə  Cümhuriyyəti  Milli  Egitim  Ba-
kanlığı – müsteşar  yardımçısı Kenan Kolukısa imzalamışlar
(158, s.95).
Təhsil  təmsilçiləri  arasında  keçirilmiş  “III  Təhsil  Konfran-
sı”  ilə bağlı  ilk hazırlıq çalışmalarına dair sənəddən öyrənirik
ki, aşağıda sıralanan maddələr və xüsuslar Türkiyə Cümhuriy-
yəti  ilə  digər  Türk  Cümhuriyyətləri  arasında  bağlanılan  ikili
anlaşmalardan birləşdirilərək xülasə halında alınmışdır. Xülasə
halında  ümumiləşdirilmiş  həmin  mövzumuzla  bağlı  xüsusları
bunlardır:

Bütün Türk Ölkələrinin ortaq məlumat, arxiv, sənədləş-
mə şəbəkəsinə bağlanması üçün çalışmalar başladılacaqdır.

Tərəflər bir-birilərinin  universitetlərinin  kitabxanaları-
nın ehtiyaclarını ödəyəcək, öz ölkələrində nəşr edilmiş müxtəlif
kitabları göndərəcəklər.

Tərəflər,  ölkələrində  türk  dilini  öyrətmə  mərkəzi  aça-
caqlar.

Tərəflər,  ibtidai,  orta  və  texniki  təhsil  sahələrində
əməkdaşlıq  edəcəklər,  məktəb  kitabları  daxil,  dərs  ləvazimatı
və təhsil məsələlərində məlumat mübadiləsində olacaqlar.

Tərəflər, ölkələrində ədəbiyyatlarının tanıdılmasına səy
göstərəcəklər.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə