Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   34   35   36   37   38   39   40   41   ...   96

__________Milli Kitabxana__________
116
– Azərbaycan Hökuməti namizədlərin adları, mövzuları, dil
bilgiləri  və  digər  məlumatları ən  azı  60  gün əvvəlcədən  türk
rəsmilərinə verəcəkdir.
– Təhsil  alacaq şəxslərin Türkiyəyə və  Türkiyədən  yol
xərcləri Azərbaycan Hökuməti tərəfindən ödənəcəkdir.
– Bu  protokol  iki  il  qüvvədə  qalacaq  və  tərəflərdən  biri
müddətin sona çatmasından 3 ay öncə sona erdirilməsini tələb
etmədiyi  təqdirdə  iki  illik  bir  müddət  üçün  keçərli  uzadılmış
sayılacaqdır. 2  noyabr  1992-ci  il  tarixində  Ankarada Türkiyə
türkcəsi və Azərbaycan türkcəsində hər ikisi də keçərli iki nüs-
xə olaraq imzalamışdır (146, s. 125-126).
Türkiyə  Cümhuriyyəti  tərəfindən  edilən  yardımlar  və
proyekt çalışmaları çərçivəsində Azərbaycanla bağlı TİKA-nın
noyabr  1992-ci  il  tarixli hesabatda  göstərilir  ki,  (152, s.24-31)
mədəniyyət  məsələlərində TRT  yayınlarının  izlənilməsinin  tə-
min edilməsi, proqram mübadiləsi və proqram hazırlanmasında
əməkdaşlıq  üçün  protokol  imzalanmışdır.  Türkiyənin  təklifilə
TRT  tərəfindən  AVRASYA-TV  projesi  gerçəkləşdirilmişdir.
1990-cı  ildə  Milli  Egitim  Bakanlığından  tələb  edilən  Kültür
Mərkəzi gerçəkləşdirilmişdir.
Milli  Egitim  Bakanlığı  və  Xarici İşlər  Nazirliyi  tərəfindən
tarix,  türkcə,  coğrafiya  və  din  təhsili  mövzularında  konqreslər
təşkil edilməsi 18.5.1992-ci il tarixli Egitim  Bakanları Ankara
toplantısında  razılaşdırılmışdır.  Milli  Egitim  Bakanlığının  bu
mövzudakı çalışmaları davam etməkdədir.
Kültür  Bakanlığı  və  Xarici İşlər  Nazirliyinin təşkil  etdiyi
20.6.1992-ci  il  tarixli  İstanbul  Mədəniyyət  Nazirləri  toplan-
tısında  Ortaq  Türk Əlifbası  üzərində  anlaşmaya  nail  olunmuş-
dur.  Çalışmalar  hazırlıq  mərhələsində  olub,  Kültür  Bakanlığı-
nın bu sahədəki çalışmaları davam etməkdədir.
20.6.1992-ci il tarixli İstanbul Mədəniyyət Nazirləri toplan-
tısında, Mədəniyyət Nazirləri Daimi Şurası və Əməkdaşlıq Bü-
rosu qurulması qərarlaşdırılmış, Mədəniyyət Nazirliyi bu sahə-
də çalışmalara başlamışdır (152, s.24).


__________Milli Kitabxana__________
117
Təhsil məsələlərində isə bir çox məsələlər işıqlandırılmışdır
ki,  burada  onların  bəzilərinə  toxunacağıq. Universitetlərarası
əməkdaşlıq:

Mimar  Sinan  Universiteti  ilə  Azərbaycan  Dövlət  Uni-
versiteti  arasında  15.5.1991-ci il  tarixində qanuni  qüvvəsi  5  il
olan bir müqavilə imzalanmışdır. Müqavilə qüvvədədir.

Gazi  Universiteti  Egitim  Fakültəsi  ilə  Azərbaycan  Pe-
daqoji  İnstitutu  arasında  ön  anlaşma-müqavilə  bağlanmışdır.
Əsas əməkdaşlıq protokolu hazırlanmaqdadır. Əsas protokolun
1990-cı  ildə  imzası  hədəfləndiyi  halda  gerçəkləşdirilə  bil-
məmişdir.

Çukurova  Universiteti  Tibb  Fakültəsi  ilə  Azərbaycan
Hemotoloji  və  Qan İnstitutu  arasında  protokol  imzalanmışdır.
29.7.1991-ci  il  tarixində  imzalanan  protokol  31.12.1996-cı  ilə
qədər keçərlidir.

Trakya  Universiteti  ilə  Azərbaycan  Səhiyyə  Nazirliyi
Elmi Tədqiqatlar İnstitutu arasında 10.5.1991-ci il tarixində bir
protokol imzalanmışdır.
Təhsil  Nazirləri  arasında əməkdaşlıq  məsələsində  Milli
Egitim  Bakanlığı  ilə  Azərbaycan  Xalq  Təhsili  Nazirliyi
arasında  Mutabakat  Zaptı  (razılıq  sənədi)  qəbul  olunmuşdur.
Nəzərdə  tutulan  əməkdaşlıq hörmətli Baş  Nazirin  ziyarətləri
sırasında daha da inkişaf etdirilmişdir.
Bundan  başqa  bir  ingiliscə  Dil İnstitutu  və bir  latın  hərfli
mətbəə Bakıda qurulması gözlənilməkdədir.
18.5.1992-ci il tarixli Təhsil Nazirləri Ankara toplantısında,
Milli Egitim Bakanlığı və Xarici İşlər Bakanlığı nəzdində, qar-
şılıqlı  məktəb  açılması məsələsində  razılığa  gəlinmiş,  çalış-
malar hələ hazırlıq mərhələsindədir. Milli Egitim Bakanlığının
bu sahədəki çalışmaları davam etməkdədir (152, s.26).
20.5.1992-ci  il  tarixli  Təhsil  Nazirlərinin  təklifilə,  Milli
Egitim  Bakanlığı  və Xarici İşlər Bakanlığı  nəzdində  Ortaq
Türkcə  Terminoloji  Komissiyası  qurulması  razılaşdırılmışdır.


__________Milli Kitabxana__________
118
Çalışmalar  hələ  hazırlıq  mərhələsində  olub,  Milli  Egitim
Bakanlığının bu sahədəki çalışmaları davam etməkdədir.
YÖK,  ÖSYM,  M.E.B.,  TÖMER  strukturunda,  egitim  və
öyrətim  təqaüdləri təmin  edilməsi  məsələsində  hörmətli  Baş
Nazirimizin  ziyarəti  sırasında  ortaq  bəyanat imzalanmışdır.
Öyrənci  Seçmə  Komissiyası  göndərilməkdədir.  Yataqxana,
türkcə  öyrətim,  təqaüd  miqdarları  və  daşıma  problemlərinin
həlli  üçün  çalışılmaqdadır.  Cəmi  2  min nəfərə  imkan  təmin
ediləcəkdir (600  orta  təhsil,  165  ön  lisans,  960  lisans,  205
lisans  üstü,  70  doktora). İyul  1992-ci  ilin  sonuna  qədər  seçim
edilib 1 avqustda Türkiyədə təhsil başlayacaqdır (152,s.27).
Bu sənəddə bəzi siyasi və qarşılıqlı münasibətlərə də toxu-
nulmuşdur. Belə ki, siyasi məsələlərlə bağlı deyilir: “Sayın baş
Bakanımızın Elçibəyə sözlü vədi və bağlanılan bir protokol ilə
Xarici  İşlər  Nazirləri  arasında əməkdaşlıq  və  düzənli  müşavi-
rələr nəzərdə tutulmaqdadır”. İkili əlaqələrlə bağlı bunlar qeyd
edilir:
– Bakanlar  Kurulu  açıqlaması  ilə  16.6.1991-ci  ildə  Azər-
baycan Cümhuriyyətinin müstəqilliyi tanınmışdır.
– Yeni  Müstəqil  Türk  Dövlətləri  Dövlət  Başçıları  1991-ci
ilin  yayında  Türkiyəni  ziyarət  etmişlər.  Sayın  Xarici  İşlər  Na-
ziri 28 fevral – 6 mart 1992-ci il tarixlərində, Sayın Baş Nazir
27 aprel-3 may tarixlərində bölgə ölkələrini ziyarət etmişlər.
– Sayın  Baş  Nazirin  ziyarəti  sonunda  Xarici İşlər  Nazir-
likləri arasında əlaqəli protokollar qəbul edilmişdir (152, s.27).
Çoxtərəfli ikili əlaqələrlə bağlı isə bildirilir ki, Azərbaycan
Xarici İşlər Naziri Tofiq Kazımov 3 günlük rəsmi ziyarət üçün
Ankaraya  gəldi.  Görüşmələrdə  Azərbaycan  ilə  etnik  tarixi
qardaşlıq əlaqələrini gücləndirmək üçün Ankaraya təyin edilən
Səfir  Məmməd  Əliyev  təqdim  edildi. İki  ölkə  arasındakı
əlaqələri  inkişaf  etdirmək,  davam  edən  əlaqələri  hüquqi
qüvvəyə  mindirmək  üçün  11.8.1992-ci  ildə  imzalanan  sözləş-
mə  və  əlavə  protokol  ilə  qurulması  qərarlaşdırılan  konsulluğa


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə