Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   33   34   35   36   37   38   39   40   ...   96

__________Milli Kitabxana__________
113
bu  anlaşma  5  il  müddətinə  keçərli  olacaqdır.  Tərəflərdən  biri
bu  ilk  5  illik  müddətin  bitməsindən  90  gün  öncə  bu  müqavi-
lənin ləğvini bəyan etmədiyi təqdirdə, hər dəfə bir il müddətinə
qüvvədə qalacaqdır. Tərəflərdən birinin bu müqavilə hökmləri-
nə  uyamaması  və  ya digər tərəfin uymadığı sonucuna varması
halında  tərəflər  problemi  Komissiya  çərçivəsində  həll  etmək
üzrə ən qısa zamanda görüşmələrə başlayacaqlar. Bu müqavilə
Bakıda 3 may 1992-ci ildə Türkiyə və Azərbaycan türkcəsində
iki nümunə olaraq və hər iki mətn də eyni dərəcədə keçərli ol-
maq üzrə bağlanmışdır.
Müqaviləni Türkiyə Cümhuriyyəti hökuməti tərəfindən xa-
rici işlər naziri Hikmət Çətin, Azərbaycan Respublikası tərəfin-
dən  xarici  işlər  naziri  Hüseynağa Sadıqov imzalamışlar (158,
s.127).
Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə
Cumhuriyəti Milli Egitim Bakanlığı arasında Azərbaycan tərə-
findən B.Feyzullayevin imzaladığı (1992-ci il) təhsil sahəsində
əməkdaşlıq müqaviləsi Azərbaycan – Türkiyə mədəni əlaqələri
üçün yeni imkanlar açdı (146, s. 117-118).
18  maddəlik  müqavilədə  göstərilir  ki,  tərəflər,  Azərbaycan
və Türkiyə Cümhuriyyəti arasında təlim-tərbiyə sahəsində əla-
qələrin  inkişafına  nail  olmaq  üçün  aşağıdakı  mövzularda  razı-
lığa gəldilər:
1. Orta məktəb və litsey şagirdlərinin oxudulmaq üçün qar-
şılıqlı olaraq mübadiləsi.
2. Tələbələrin oxudulmaq üzərə qarşılıqlı olaraq mübadiləsi
(sayı: ilk il 100 nəfərdən başlayaraq 500 nəfərə çıxa biləcək).
3.  Təcrübə  mübadiləsi  üçün  müəllimlərin  1  və  ya  2  aylıq
müddətlərlə qarşılıqlı mübadiləsi təmin ediləcəkdir.
4.  Hər  iki  ölkənin  müəllim  və  mütəxəssislərinin  təcrübə
mübadiləsi üçün 3 aylıq, 6 aylıq və 1 illik müddətlərlə qarşılıqlı
dəyişimi.
5. Türkiyə tərəfi, Azərbaycandan göndərilən rus dili və ədə-
biyyatı müəllimlərini öz üniversitetlərində qəbul edir, buna qar-


__________Milli Kitabxana__________
114
şılıq Azərbaycan tərəfi Türkiyənin türk dili  və ədəbiyyatı mü-
əllimlərinin Azərbaycanın universitetlərində qəbul edir.
6. Hər iki nazirlikdə çalışanların təcrübə və bilgilərini artır-
maq  üçün  bir  aylıq  müddətlərlə  personal  mübadiləsi  ediləcək-
dir.
7.  Türkiyə  tərəfi,  texniki  litseylərdə  təlim-tərbiyə  görmək
üzrə 8-ci sinifdən sonra (9-10-11-cı siniflər üçün) Azərbaycan-
dan şagird qəbul edəcəkdir.
8. Bakıda Azərbaycan Xalq Təhsili Nazirliyinin uyğun gör-
düyü bir binada Türkiyə tərəfi bir Türk məktəbi açacaqdır. Bu
məktəbdə dərslər türkcə və ingiliscə keçiriləcəkdir. Bu məktəb
Türkiyədən Bakıya gələcək Türk iş adamlarının, müəllimlərin,
diplomatların, sənətçilərin, yabançıların və eyni zamanda azər-
baycanlıların uşaqlarının oxudulması məqsədi ilə açılacaqdır.
9. Tərəflər, bir-birilərini tarix, mədəniyyət və ədəbiyyatının
öz ölkələrində tanıdılmasında yardımçı olacaqdır.
10. Tərəflər arasında fizika, riyaziyyat, biologiya, kimya və
digər sahələrdə olimpiyadalar təşkil edəcəklər.
11. Hökumətlərcə, Türkiyə və Azərbaycanda qarşılıqlı ola-
raq “Dil və kültür Mərkəzləri” qurulacaqdır.
12.  Latın  qrafikasına  görə  makina  tədrisində  yardımçı  ol-
maq üçün Türkiyədən müəllim göndəriləcəkdir.
13. Tərəflər elmi sahədə hər cür təlim-tərbiyə vasitə və lə-
vazimatlarını  (videokassetləri,  maqnitofon  bantları,  sənədli
filmlər kimi) qarşılıqlı olaraq mübadilə edəcəklər.
14.  Türkiyə  Milli  Egitim  Bakanlığı,  Türkiyənin  Bakıda
oxudulacaq  tələbələri  və  Azərbaycanda  qonaq  olan  müsafirlər
üçün ayrıca bir yataqxana binası inşa edecəkdir (bu binanın bir
hissəsi  yurd, digəri  isə  Azərbaycan  Milli  Təhsil  Nazirliyinin
müsafirxanası olacaq).
15.  Tərəflər,  bu  müqavilədə  göstərilən  mövzuların  gerçək-
ləşdirilməsini  təmin  edəcək  və  təlim-tərbiyə  əməkdaşlığını  in-
kişaf etdirmək üçün 6 nəfərlik (hər tərəfdən 3 nəfər) bir Daimi
Komissiya yaradacaqlar.


__________Milli Kitabxana__________
115
16.  Dərs  proqramları  tədqiq  edilərək  qarşılıqlı  olaraq  yer
ala biləcək mövzular “Daimi Komissiya” tərəfindən təsbit edi-
lərək hər iki Nazirliyə təklifdə olacaqdır.
1992,-ci ilin 1 noyabr tarixində Türkiyə Cumhuriyəti höku-
məti  ilə  Azərbaycan  Respublikası  hökuməti  arasında  imzalan-
mış turizm sahəsində əməkdaşlıq müqaviləsi (146, s. 128-129)
bu  sahədə  gələcək  qarşılıqlı  münasibətlərə  yeni  bir  istiqamət
vermişdir.  12  maddəlik  bu  müqavilədə  qeyd  edilir  ki,  tərəflər
hər  iki  ölkə  vətəndaşlarının  bir-birilərinin  tarixi,  mədəni  və
turistik  dəyərlərini  daha  yaxşı  şəkildə  tanımaları  məqsədilə
aralarındakı  informasiya,  sənədləşmə  və  tanıtma  materialları
mübadiləsinin daha da artırılması yönündə səy göstərəcəklər.
2 noyabr 1992-ci il tarixində Türkiyə Cumhuriyəti hökumə-
ti  ilə  Azərbaycan  Respublikası  hökuməti  arasında  mütəxəssis
hazırlığına  dair protokol (146, s.125-126) da  Azərbaycan –
Türkiyə mədəni əlaqələrinin inkişafına təkan vermişdir.
Türkiyə  Cumhuriyəti  hökuməti  ilə  Azərbaycan  Respub-
likası hökuməti aralarındakı fövqəladə yaxşı mümkün olan hər
sahəyə  yaymaqla  bir  qismini  aşağıda  təqdim  etdiyimiz  məsə-
lələrdə razılığa gəlmişlər:
– Türkiyə Cümhuriyyəti hökuməti ilə Azərbaycan Respub-
likası  hökuməti  əmrinə  bazar  iqtisadiyyatı,  bankçılıq,  beynəl-
xalq  ticarət,  beynəlxalq  ticarət  və  bənzəri  mövzularda  istifadə
üçün 100 mütəxəssisə təqaüd təsis edəcəkdir.
– Təklif edilən kurslar, mövzularına görə dəyişmək üzrə iki
ilə  dörd aylıq müddəti əhatə edəcək və mümkün olan hallarda
iş başında təhsili də öngörəcəkdir.
– Proqramlardan  maksimum  istifadəni  təmin  etmək  məq-
sədi  ilə  namizədlərin  təhsillərinə,  dil qabiliyyətlərinə,  keçmiş
təcrübələrinə maksimum diqqət sərf ediləcəkdir. Bakıdakı Tür-
kiyə səfiri namizədlərin seçiminə qatılacaqdır.
– Hər namizəd qrupunun təhsil məsələsinə Azərbaycan Hö-
kuməti qərar verəcəkdir.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə