Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   32   33   34   35   36   37   38   39   ...   96

__________Milli Kitabxana__________
110
Azərbaycan – Türkiyə mədəni əlaqələrinə xüsusi diqqət ye-
tirən Türkiyə rəsmi dairələri Azərbaycanın hələ müstəqillik qa-
zanmadığı illərdə də bu sahəyə ciddi qayğı göstərmişlər. Bunun
bir  örnəyi  olaraq  Türkiyə  Respublikasının  prezidenti Turgut
Özalın  Azərbaycan  Respublikasına  12 mart  1991-ci  il  tarixin-
dəki  səfəri  zamanı  qarşılıqlı  razılaşmaları  və  birgə  bəyanna-
məni misal gətirmək olar (146, s. 89).
Türkiyə  Cümhuriyyəti Cümhurbaşqanı  Turqut  Özalın 15-
16 mart 1991-ci il tarixində Azərbaycana bu ziyarəti Azərbay-
can – Türkiyə dostluq, qonşuluq və qarşılıqlı fayda təməllərinə
dayanan əməkdaşlıq əlaqələrinin  inkişafının  bir  sübutu  olmuş,
bu əlaqələrin  daha  da  inkişafı  üçün  mövcud  olan  böyük  po-
tensialın bir daha təsbitinə vəsilə olmuşdur.
İkili əlaqələr mövzusunda Bakıda keçirilən fikir mübadiləsi
əsasında  Türkiyə  və  Azərbaycan  tərəfi  Azərbaycan – Türkiyə
ticarət, iqtisadi, mədəniyyət və sosial əməkdaşlığa yeni sürət və
istiqamətlər qazandırmaq vacibliyini və bunu mümkün gördük-
lərini qeyd etmişlər.
Türkiyə  və  Azərbaycan  rəsmilərinin  imzaladıqları  Türkiyə
və  Azərbaycan  Respublikaları  arasında  müxtəlif  sahələrdə
əməkdaşlıq protokolları bu məqsədlərə nail olunmasını nəzərdə
tuturdu. Tərəflər 12 mart 1991-ci il tarixində Türkiyə Cümhu-
riyyəti ilə  Sovet İttifaqı  arasında  imzalanan  dostluq,  mehriban
qonşuluq  və  əməkdaşlıq  müqaviləsinin  əhəmiyyətini  ayrıca
vurğulamışlar (146, s.89).
Həmin ərəfədə – 16 mart 1991-ci il tarixində Türkiyə Cum-
huriyəti  hökuməti  və  Azərbaycan Respublikası  hökuməti  ara-
sında turizm sahəsində də əməkdaşlıq protokolu imzalanmışdır
(146, s.  90-91). 10  maddəlik  bu  protokolda  (5  il  müddətinə
keçərli olan) qeyd olunur ki, tərəflər iki ölkə vətəndaşlarına ta-
rixi, mədəni və turistik dəyərlərini daha yaxşı bir şəkildə tanıt-
maq  məqsədilə  iki  ölkə  arasındakı  turistik  mübadilələrin  daha
da artırılmasına və iki ölkənin rəsmi turizm qurumları arasında
əməkdaşlığın inkişafına hər baxımdan yardım ediləcəkdir.


__________Milli Kitabxana__________
111
Hər  iki  ölkənin  vətəndaşlarının  bir-birilərinə  turizm  səy-
hətləri üçün hər bir imkan veriləcəkdir. Qrşılıqlı olaraq turistik
vizalar verilməsi problemləri aradan qaldırılacaqdır. Turizm fə-
aliyyətlərinə, reklama şərait yaradılacaqdır. Viza, sərhəd, köm-
rük  qaydaları  sadələşdiriləcəkdir.  Ekoloji  təmizlik,  çeşidli  tu-
rizm  mərkəzlərinin  inşaatını,  kadr  hazırlığı,  xarici turizm
sahəsində ortaq  şirkətlərin  qurulmasını  və  turizmə  bağlı  digər
problemləri  nəzərdə  tutaraq  qarşılıqlı əməkdaşlıq  inkişaf  etdi-
rilməlidir. Əlaqədar qurumlar hər iki ölkədə müntəzəm toplan-
tılar keçirməlidirlər (146, s.90-91).
Türkiyə ilə Azərbaycan rəsmilərinin 3 may 1992-ci il  tari-
xində  verdikləri  ortaq  bəyənatda  bildirilirdi  ki, Türkiyə Cüm-
huriyyəti Baş Bakanı Süleyman  Dəmirəl  Azərbaycan  Respub-
likası Cümhurbaşkan Vekili Yaqub Məmmədovun dəvətilə 2-3
may  1992-ci  il  tarixlərində  Azərbaycan  Respublikasına  rəsmi
bir ziyarətdə olmuşdur.
Tərəflər  iki  ölkə  arasında  tarixdən  qaynaqlanan  qardaşlıq
əlaqələrinə uyğun olaraq, çox səmimi və dostluq atmosferində
görüşmüşlər. Görüşmələrdə ikili əlaqələri maraqlandıran bütün
məsələlər  ilə  regional və  beynəlxalq məsələlər  müzakirə
olunmuş  və  tərəflər  ölkələrindəki  siyasi  və  iqtisadi  durum
haqqında informasiya mübadiləsində olmuşlar (158,s.119).
Elm,  təhsil  və  mədəniyyət sahələrindəki  əlaqələrin  də  də-
yişdirilməsinin, iki  ölkə  xalqının  bir-birilərinə  daha  da  yaxın-
laşmasında  oynayacağı  önəmli  rola  işarət  edən  tərəflər,  bu
məqsədlə elm,  təhsil  və  mədəniyyət  sahələrindəki mütəxəssis
xidmətləri, texniki və elmi əməkdaşlıq anlaşması imzalamışlar.
Bundan başqa Türk tərəfi, 1992-1993 tədris ilində Azərbaycana
600-ü  orta təhsildə,  1400-ü  ali  təhsildə  istifadə  olunmaq  üzrə
cəmi  2000  öyrənciyə  təqaüdlü  kontenjan  ayırdığını  bildirmiş-
dir. Azərbaycan tərəfi, bu imkanı böyük məmnunluqla qarşıla-
dığını  ifadə  etmişdir.  Bu  imkanın  həyata  keçirilməsi  üçün
tərəflər əlaqədar rəsmilərini əməkdaşlıqla görəvləndirmişlər.


__________Milli Kitabxana__________
112
Tərəflər,  Türkiyə  ilə  Azərbaycan arasındakı  mədəniyyət
əlaqələrinin  dəyişdirilməsində  televiziya  yayınlarının əhəmiy-
yətinə diqqət çəkmişlər. Bu çərçivədə, Türkiyə Radio Televizi-
ya  Qurumunun  Avropa,  Asiya  və Şimali  Afrikanı əhatə  edən
AVRASYA-TV  yayınının  Azərbaycanda  transformasiyası  və
Azərbaycan  kino  və  TV  proqramlarının  da  bu  yayında  yer  al-
ması üçün bir əməkdaşlıq protokolu imzalanmışdır (158, s.120-
121).
1992-ci  il  5  may  tarixində  Azərbaycan – Türkiyə  mədəni
əlaqələrinin  perspektivlərinə  istiqamətlənmiş Türkiyə  Cüm-
huriyyəti  ilə  Azərbaycan  Respublikası  arasında təlim-tərbiyə,
təhsil, mütəxəssis  xidmətləri,  texniki  və  elmi  əməkdaşlıq
sahəsində  də  müqavilə  imzalanmışdır (158).  Bildirilmişdir  ki,
aşağıda  tərəflər  olaraq  adlandırılacaq  olan  Türkiyə  Cümhuriy-
yəti və Azərbaycan Respublikası:
Bir-birilərinin suverenliyinə, müstəqilliyinə və ərazi bütün-
lüyünə  sayğı  və  daxili  işlərinə  qarışmama  prinsipi  ilə  müsbət
olaraq  aralarındakı əməkdaşlığın  inkişafına  yönəlik  qərar-
lılıqlarını təsdiq edərək;
Aralarındakı  dil,  tarix,  kültür  və  ənənə  yaxınlığının,  çox-
yönlü əməkdaşlığı inkişaf etdirmək üçün sağlam bir zəmin ya-
ratdığına dair inamlarını yeniləyərək;
24 yanvar 1992-ci ildə Ankarada imzalanmış olan “Türkiyə
Cümhuriyyəti ilə  Azərbaycan  Respublikası  arasında  dostluq,
əməkdaşlıq və mehriban qonşuluq müqaviləsi”nə uygun olaraq
və iki  ölkə  arasındakı mövcud əməkdaşlığı  və  dostluğu  çeşid-
ləndirmək və inkişaf etdirmək arzusundan doğaraq, egitim, öy-
rətim,  mütəxəssis  xidmətləri, texnika və  elm  sahələrində  də
əməkdaşlıq  etməyi  arzu  edərək aşağıdakı  xüsuslarda  razılığa
gəlmişlər.
11  maddəlik  müqavilə  ilə  tanişlıqdan  da  aşkar  göründüyü
kimi,  bu  anlaşmanın  məqsədi tərəflər  arasında təlim-tərbiyə,
təhsil, mütəxəssis xidmətləri, texnika və elm sahələrində əmək-
daşlığı təsis və icra etməkdir. Müqavilədə o da qeyd olunur ki,


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə