Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   29   30   31   32   33   34   35   36   ...   96

__________Milli Kitabxana__________
101
saylı qərarları mühüm rol oynamışdır. 1992-ci ildə Azərbaycan
Respublikası  Təhsil  Nazirliyi  ilə  Türkiyə  Respublikası  Təhsil
Nazirliyi  arasında  bağlanmış  müqavilədə  təhsil  sisteminin  bü-
tün  sahələri  ilə  yanaşı,  tələbə  mübadiləsi  haqqında  da  maddə
nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən hər iki ölkə qarşılıqlı
surətdə  ilk  illərdə  100  nəfər,  sonrakı  illərdə  isə  bu  sayı  ildə
1000  nəfərə  çatdərmaqla  tələbə  mübadiləsi  etmək  haqqında
razılığa  gəlmişlər.  Müqaviləyə  əsasən  Türkiyəyə  göndərilmiş
tələbələr 32 ali məktəbdə təhsil almışlar.
Türkiyəyə təhsil almağa göndərilmiş gənclərlə yanaşı 1992-
ci  ildə  320  nəfər  yuxarı  sinif  şagirdi  də  litseylərə  göndəril-
mişdir.  Bu  da,  1991-ci  ildə  iki  dövlətin  arasında  təhsil  sahə-
sində əməkdaşlıq barədə imzalanmış müqavilənin şərtlərinə uy-
ğun  şəkildə  həyata  keçirilmişdir.  1995-ci  ildə  xarici  ölkələrdə
təhsil alan gənclərin sayı 2775, bunlardan 1853 nəfəri isə Tür-
kiyə  Respublikasında  təhsil  almışlar.  İki  ölkə  arasında  təhsillə
bağlı əməkdaşlıq  təkcə  tələbə  mübadiləsi  ilə  məhdudlaşma-
mışdır.  Belə  ki,  Azərbaycanda  müasir  tələblərə  cavab  verən
proqramlara əsasən  litsey  və  universitetlərin  açılması  təhsil
sahəsində əməkdaşlığın digər bir formasıdır.
1992-ci il sentyabrın 21-də Azərbaycan Respublikası Təhsil
Nazirliyi  ilə  Türkiyə  Respublikasının  İstanbul  “Çağ  Öyrətim
Anonim  Şirkəti”  arasında  təhsil  sahəsində  birgə  iş  haqqında
müqavilə imzalanmışdır. Şirkət həmçinin Azərbaycan Respub-
likası  Nazirlər  Kabinetinin  11  sentyabr  1995-ci  il  tarixli  203
saylı  qərarı  ilə  qeydiyyata  alınmış  Qafqaz  Universitetini
yaratmışdır.  1993-cü  ildən  fəaliyyətə  başlamış  Qafqaz  Uni-
versiteti  hər  iki  dövlətin  elmi-texniki  və  pedaqoji  potensialını
birləşdirməklə  Azərbaycan  dövlətinə  beynalxalq  proqramlar
əsasında kadr hazırlamaqdadır (63, s.19).
Azərbaycan  Respublikasının  ali  məktəbləri  ilə  Türkiyənin
eyni  tədris  qurumları  ilə  əməkdaşlıq  müqavilələri  də  imzalan-
mışdır. 1992-ci  ildə  N.Tusi  adına  ADPU İstanbul  Universiteti
ilə, İnşaat Mühəndisləri Universiteti isə Ərzurum Atatürk Uni-


__________Milli Kitabxana__________
102
versiteti  və İstanbul  Universiteti arasında  müqavilə  imzalan-
mışdır. Daha sonra isə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Uni-
versiteti,  İzmir  Egey  Dövlət  Universiteti,  Konya  Universiteti,
Yüzüncü  Yıl  Universiteti  ilə  Ə.Hüseynzadə  adına  Azərbaycan
Dövlət İncəsənət  Universiteti Memar  Sinan  Universiteti  ilə
müqavilə imzalamışdır (63, s.19).
SSRİ-nin  süqutu  və  Azərbaycanın  müstəqilliyə  qovuşması
ərəfəsində  Türkiyə  Cümhuriyyəti  ile  Azərbaycan  Sovyet  Sosi-
alist Cümhuriyyəti arasında 1990-1992-ci illər dövrandə mədə-
ni  və  elmi  mübadilə  protokolu  ilkin rəsmi  sənədlərdən  sayıla
bilər  (158). Türkiyə  Cümhuriyyəti  hökuməti  ilə  Azərbaycan
Sovet  Sosialist  Respublikası  hökuməti,  Türkiyə  Cümhuriyyəti
ilə SSRİ arasında imzalanmış olan “1989-1990-cı illər Kültürəl
və  Bilimsəl  Dəyişim  Proqramı”nın hökumətlər  tərəfindən
inkişaf etdirilməsi və aralarındakı elmi və mədəni əməkdaşlığın
qüvvətləndirilməsi məqsədilə, 1990-1992-ci illər üçün aşağıda-
kı mədəni  və  elmi  mübadilə  protokolu  imzalanmışdır (158,
s.13-20; 133, s.6-11).
Türkiyə  Cümhuriyyəti  tərəfindən İsmət  Birselin  (Xarici
İşlər Nazirliyi Kültür İşləri Genəl Müdürü) və Azərbaycan So-
vet  Sosialist Respublikası höküməti tərəfindən  Zaur Paşa oğlu
Rüstəmzadənin (SSRİ Nazirlər Komitəsi nəzdində Azərbaycan
Nazirlər  kabineti  Daimi  təmsilçiliyi  birinci  müavini)  imza-
ladıqları  bu  müqavilə  Azərbaycan – Türkiyə  mədəni  əlaqələ-
rinin möhkəmləndirilməsi sahəsində ciddi addımlardan biri ki-
mi  dəyərləndirilməlidir.  Müqavilənin  bilavasitə  elm,  təhsil  və
mədəniyyətlə əlaqəli olan maddələri aşağıda təqdim edilmişdir:
Elm və təhsil
1.  Tərəflər,  rəsmi  kanaldan,  Türkiyə  Cümhuriyyəti və
Azərbaycan  SSR  yüksək  təhsil  qurumları  arasında  elmi
əməkdaşlığı  təşviq  edəcəklər  və  əlaqələrin  qurulmasına  və
inkişaf etdirilməsinə yardımçı olacaqlar.
2.  Tərəflər,  konfranslara  qatılmaq  və  müxtəlif  elm
sahələrində tədqiqatlar aparmaq üzrə, Protokol Dönəmi içində,


__________Milli Kitabxana__________
103
üç  elm  adamının  bir  ay  müddəti  ərzində  mübadiləsini  təşkil
edəcəklər.
3.  Türkiyə  Cümhuriyyəti  Milli  kitabxanası  ilə  Azərbaycan
SSR Elmlər Akademiyası nəzdində olan kitabxanalar, qarşılıqlı
əsaslarla elmi nəşrlərin mübadiləsini davam etdirəcəklər.
4.  Tərəflər,  türkoloji  tədqiqatlarla  bağlı  nəşrlər  və  biblioq-
rafiyaların mübadiləsini təşviq edəcəklər.
5. Tərəflər, Azərbaycan SSR Elmlər Akademiyasının Şərq-
şünaslıq  İnstitutu  ilə,  müvafiq  Türk Qurumları  arasında  elmi
nəşr mübadiləsində olacaqlar.
6.  Tərəflər,  ölkələrində  təşkil  olunan beynəlxalq  simpozi-
um,  konqres, konfrans və bənzərlərindən bir-birlərini xəbərdar
edəcək  və  toplantılar  sonunda  yayımlanan  elmi  hesabatların
mübadiləsini edəcəklər. Tərəflər, hər il növbə ilə qarşılıqlı ola-
raq  elm  adamları  arasında  Türkologiya  mövzusunda  ikili  kol-
lokyumlar  düzənləyəcəklər. Bu  məqsədlə  tərəflər,  bir-birlərin-
dən Protokol Dövrü ərzində 5-7 elm adamının 7 gün müddət ilə
mübadiləsini gerçəkləşdirəcəklər.
7. Tərəflər, bir-birlərinin təhsil sistemlərini tanıtmaq məqs-
ədilə;  məktəbəqədər,  ibtidai,  orta  təhsil, ali  təhsil  və  texniki-
peşə təhsili sahələrində məlumat, sənəd və heyət mübadiləsində
olacaqlar.
8.  Tərəflər,  arxeoloji,  sənət  tarixi,  muzeyçilik  və  tarixi
abidələrin  restavrasiyası  sahələrində  elmi  nəşr,  mütəxəssis  və
müəllim kadrlarının dəyişdirilməsini həyata keçirəcəklər.
9. Tərəflər,  müvafiq  təşkilatların  istək  və  dəvətlərinə  əsa-
sən,  bilgi  və  mütəxəssislərin  dəyişdirilməsi  surətilə  saglıq  və
tibb sahəsində əlaqələrin inkişaf etdirilməsini təşviq edəcəklər.
Tərəflər, məlumat və mütəxəssislərin dəyişdirilməsi surətilə sə-
hiyyə və tibb sahələrində əlaqələrin inkişaf etdirilməsini təşviq
edəcəkər. Tərəflər,  Protokol  Dövrü  ərzində,  7  gün  müddət  ilə
2-3 nəfərlik heyətləri mübadilə edəcəklər.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə