Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   26   27   28   29   30   31   32   33   ...   96

__________Milli Kitabxana__________
92
böyük  qol-qanadı  var.  Yəni bu  vəqfin  çox  böyük  qol-qanadı
var. Onun böyük qanadlarından biri bu universitetdir. Mən für-
sətdən istifadə edib bu vəqfin Türkiyənin və türk cümhuriyyət-
lərinin  həyatında  son  illər  gördüyü  işlərə  yüksək  qiymət  ve-
rirəm. Görülən bu işlər münasibətilə sizi təbrik edirəm.
Biz  Azərbaycanda  çox  sevinirik,  iftixar  hissi  keçiririk  ki,
Türkiyənin təhsil ocaqları gündən-günə  genişlənir,  güclənir  və
sayca  artır.  Türkiyənin  yüksək  təhsil  ocaqları,  universitetləri,
Türkiyə  Cümhuriyyəti  türk  dünyasının  gələcəyi  üçün yüksək
ixtisaslı mütəxəssislər hazırlayırlar. Bizi sevindirən bir də odur
ki, Türkiyənin siyasəti də, mədəniyyəti də, mənəviyyatı da, təh-
sili  də, elmi də Türkiyə  Cümhuriyyətinin banisi,  qurucusu  bö-
yük  Mustafa  Kamal  Atatürkün  qoyduğu  yolla,  onun  vəsiyyət-
lərini  yerinə  yetirmək  yolu  ilə  gedir.  Mən  bir  daha  sizə  təşək-
kürümü,  hörmət  və  ehtiramımı  bildirirəm.  Bir  daha  bildirmək
istəyirəm  ki,  Azərbaycanda  Türkiyənin  xüsusi  yeri  var.  Sizin
vəqfin və universitetin Azərbaycanda gördüyü işlər respublika-
mızın təhsil sistemində müəyyən müsbət dəyişikliklər meydana
gətirir.  Ona  görə  də  mən  bu  işlərə  həmişə  dəstək  vermişəm,
bundan sonra da dəstək verəcəyəm” (17, s.99-100). Mərasimdə
dövlət başçısı Heydər Əliyevə Türkiyənin “Çağ” Öyrətim İşlət-
mələri şirkəti  adından  hədiyyə,  Azərbaycandakı  Türkiyə  mək-
təbləri  adından  gül  dəstəsi  təqdim  edilmişdir.  Sonra  “Çağ”
Öyrətim İşlətmələri şirkətinin prezidenti Adem Öcal çıxış edə-
rək  böyük  demokrat,  xalqına  ləyaqətlə  xidmət  edən,  XX  əsrin
tanınmış, böyük dövlət adamı, qardaş Azərbaycan Respublika-
sının  müdrik  Prezidenti  hörmətli  Heydər  Əliyevi  Fatih  Uni-
versitetinin fəxri doktoru adı alması münasibətilə təbrik etmiş,
ona  yeni  böyük  uğurlar  diləmişdir.  Mərasimin  sonunda  Azər-
baycan Prezidentinə plaket təqdim olunmuşdur (17, s.102).
“Azərbaycan – Türkiyə əlaqələri və Heydər Əliyev” kitabı-
na ön soz yazan Erol Oral bəy bildirir ki, Azərbaycanda işlədi-
yim  səkkiz  ay  müddətində  yuxarıda  qeyd  etdiklərimi  bir  daha
yaddaşımda  canlandırdıqca  həmişə  qarşıma  belə  bir  təbii  sual


__________Milli Kitabxana__________
93
çıxır:  Türkiyə – Azərbaycan  münasibətlərinin,  dostluq  və  qar-
daşlığının  belə  bir vüsətlə  inkişafı  ilə  əlaqədar  onun  tarixinin,
heç olmasa ayrı-ayrı səhifələrinin, geniş ictimaiyyətin nəzərinə
çatdırılması sahəsində Azərbaycanda fəaliyyət göstərən Qafqaz
Universiteti  nə  edə  bilər?  Bu  sual  hələlik  məni  iki  təşəbbüs
göstərməyə  vadar  etdi.  Onlardan  biri  “Bakı–Tbilisi–Ceyhan
neft kəmərinin regional və beynəlxalq əhəmiyyəti” mövzusun-
da  beynəlxalq  konfrans  təşkil  etmək,  digəri  isə  oxuculara  təq-
dim olunan bu kitabı hazırlamaqdan ibarətdir. Hər iki təşəbbüs
gələcəklə  bağlı  böyük  arzularımın  kiçik  bir  tərkib  hissəsidir.
Yeri gəlmişkən onu da qeyd edim ki, dərin hörmət bəslədiyim
H.Əliyev  cənablarının  Türkiyə – Azərbaycan  əlaqələrinin  və
dünya siyasətinin inkişafında xüsusi xidmətlərinə görə 1998-ci
ildə  ona  Atatürk  Universitetinin  fəxri  doktoru  adı  verilmişdir.
Həmin  adın  verildiyi  Elmi  Şura  iclasına  rektor  olaraq  sədrlik
etməyimlə fəxr edirəm (17, s.9).
Azərbaycanda çox böyük uğurlar qazanmış Qafqaz Univer-
sitetinin rektoru qeyd edir ki, möhtərəm Heydər Əliyev cənab-
larının  yeritdiyi  uğurlu  təhsil  siyasəti  sayəsində  Azərbaycanda
fəaliyyət  göstərən  Qafqaz  Universitetinə  rektor  təyin  olunduq-
dan  sonra,  bu  uzaqgörən  siyasətlə  bilavasitə  yerində  tanış  ol-
maq  imkanı  qazandım.  Gördüklərim,  müşahidə  etdiklərim  və
eşitdiklərimdən  heyrətə  gəlsəm  də  mən  onları  təbii  qəbul  edi-
rəm. Çünki Heydər Əliyevin başqa sahələrdə yeritdiyi siyasətin
səmərəsi  özünü  təhsil  sahəsində  də  mütləq  göstərməli  idi.
Bakılı  həmkarlarım  hələ  Sovetlər  dövründə  Heydər  Əliyev
cənablarının  şəxsi  təşəbbüsü  və  qətiyyətli  iradəsi  nəticəsində
milli  hərbi  kadr  hazırlayan  hərbi  məktəbin  açıldığını  və  bu
məktəbin  hazırkı  şəraitdə  müstəqil  Azərbaycan  üçün  oynadığı
rolu mənə anlatdıqdan sonra möhtərəm Prezidentin nə dərəcədə
uzaqgörən siyasətçi və vətənsevər olması bir daha mənə aydın
oldu. Cənab Prezidentin xeyir-duası ilə Qafqaz Universitetinin,
“Çağ”  Öyrətim İşlətmələri şirkətinin  açdığı  təhsil  ocaqlarının
və digər türk liseylərinin Azərbaycanda fəaliyyət göstərməsinə


__________Milli Kitabxana__________
94
və  eyni  xeyir-dua  ilə  müxtəlif  elm  sahələrində  çalışan
Azərbaycan alimlərinin Türkiyə universitetlərində müvəffəqiy-
yətlə  fəaliyyət  göstərmələrinə  də  adi  bir  hal  kimi  baxmaq  ol-
maz.  Məncə,  bu  siyasətin  mahiyyəti  təkcə  təhsilin  inkişafında
deyil,  daha  qlobal  və dərindir – bu  uzaqgörən  siyasət  həm  də
xalqlarımızın  və  təhsil  sistemimizin  bütünləşməsinə,  onların
dostluq və qardaşlığının daha  yüksək səviyyəyə  çatdırılmasına
xidmət məqsədilə yürüdülür (17, s.9).
Qarşılıqlı əlaqələrin  ən  bariz  nümunəsi  kimi  11-13  mart
tarixində Azərbaycanda Atatürk Mərkəzinin salonunda “Türki-
yədə təhsil: Şərqin Qərblə qovuşduğu nöqtə” adlı qardaş ölkə-
nin  ali məktəblərinin  sərgisi  keçirilməsini  göstərə  bilərik (43,
2005,  18  mart,  №  11). Türkiyənin  ölkəmizdəki  səfirliyinin,
Azərbaycanda Atatürk Mərkəzinin və “Barmek” Şirkətinin təş-
kilati  dəstəyi  ilə  təşkil  edilmiş  sərgidən məlum  oldu  ki,  Tür-
kiyədə  ali  təhsil  sisteminə  universitetlər  və  institutlar  (hərbi
akademiya,  kollec)  daxildir.  Türk  universitetlərində  dördillik
fakültələr  və  ikiillik  ali  peşə  məktəbləri,  həmçinin  axşam  ali
təhsil proqramları mövcuddur. Açılış mərasimində o da vurğu-
landı ki, qardaş ölkədə 2004-cü ildə təhsil alan universitet tələ-
bələrinin  sayı  təqribən  iki  milyona  yaxındır.  Türkiyənin  müx-
təlif  universitetlərində  114  ölkədən  16  min  xarici  tələbə  təhsil
alır.  Beynəlxalq  standartlara  uyğun, ən  son  texnologiyaları
əhatə  edən,  çağdaş  təlim  bazalarına  malik  bu  elm-təhsil
ocaqları  öz  tələbələrinə  dünyada  tanınan  diplomlar,  bilik  və
peşəkar  sənət  verir.  Azərbaycanlı  gənclərin  də  böyük  həvəslə
imtahan verərək tələbəlik vəsiqəsi aldığı bu ali məktəblər həm
dövlət – (Atatürk  Universiteti,  Ankara  Universiteti,  Qazi  Uni-
versiteti,  İstanbul  Universiteti,  Mərmərə  Universiteti  və  b.),
həm  də  Vəqflər – özəl  qurumlar  (İstanbul  Bilgi  Universiteti,
Yedditəpə  Universiteti,  Bilkənd  Universiteti  və  b.)  tərəfindən
yaradılmışdır.  Bu ali  təhsil  ocaqlarında  tədris  türk,  ingilis,
fransız və alman dillərində aparılır. Maraqlıdır ki, milli ali təh-
sil siyasətini nümayiş etdirən Türkiyə elm və təhsil ocaqları ilə


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə