Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   24   25   26   27   28   29   30   31   ...   96

__________Milli Kitabxana__________
85
ilin  fevral  ayında  Azərbaycan  Respublikası  və  Türkiyə  Res-
publikası Xarici  İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqın-
da  və iki dövlət arasında vizasız gediş-gəlişə dair məktub  mü-
badiləsi haqqında sazişlər imzalandı. Türkiyə prezidenti Turqut
Özalın  Azərbaycana  1992-ci  il  1-3  may  tarixli  səfəri  və  səfər
zamanı  imzalanmış  Birgə  Bəyanat  strateji  əməkdaşlığın  təməl
daşını qoydu. İki ölkə rəhbərləri arasında keçirilən görüşlər və
Birgə  Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf
perspektivlərini  müəyyən  etdi.  Hər  iki  dövlət  qarşılıqlı  faydalı
əməkdaşlıq  prinsiplərini  əsas  tutaraq  ardıcıl  addımlar  atmağa
başladı.  Türkiyə  müstəqil  dövlət  quruculuğu  yoluna  qədəm
qoymuş  Azərbaycan  Respublikasının  səylərini  dəstəkləyərək,
hərtərəfli  əlaqələrin  inkişafına  geniş  yardım  göstərirdi (62, s.
564-565).
Azərbaycanın büynəlxalq aləmlə inteqrasiyasında, regional
təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siya-
si-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə
ilə  hərtərəfli  əməkdaşlığın  genişlənməsinə  xüsusi  əhəmiyyət
verən Heydər  Əliyev 1993-cü ildə  yenidən hakimiyyətə qayıt-
dıqdan  sonra  bu  istiqamətdəki  kursun  yüksələn  xətt  üzrə  inki-
şafını təmin etdi.
Azərbaycan  Respublikasının  prezidenti  Heydər  Əliyevin
Türkiyəyə  1994-cü  il  fevralın  8-dən  11-dək  davam  edən  ilk
rəsmi  səfəri  ikitərəfli  əlaqələrin  inkişafına  yeni  təkan  verdi.
Ankarada  aparılan  danışıqlardan  sonra  fevralın  9-da  Azərbay-
can Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq
və  qarşılıqlı  yardım  haqqında  protokol,  elmi,  texniki,  mədəni
və  iqtisadi  sahələrdə  əməkdaşlıq  haqqında  saziş,  dostluq  və
hərtərəfli  əməkdaşlığın  inkişafı  barədə  müqavilə,  siyasi  məs-
ləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi  və
qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.
Dövlət  rəhbərlərinin müntəzəm  xarakter  almış  qarşılıqlı
səfərləri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı ilə
müşayiət  olunurdu.  1995-ci  il  dekabrın  7-9-da  Türkiyə  prezi-


__________Milli Kitabxana__________
86
denti  Süleyman  Dəmirəlin  Azərbaycana  rəsmi  səfəri  zamanı
imzalanmış  Birgə  Bəyanat  və  iqtisadi  əməkdaşlıq  haqqında
memorandum  dostluq  münasibətlərini  müəyyənləşdirən  prin-
siplərin  və  əlaqələrin  inkişaf  istiqamətlərinin  sarsılmaz  oldu-
ğunu bir daha təsdiq etdi. İkitərəfli əlaqələrin möhkəmlənməsi
və  dostluq  münasibətlərinin  inkişafı  Azərbaycan – Türkiyə
əməkdaşlığının əhatə çərçivəsini genişləndirdi. 1996-cı ildə iki
ölkə  arasında hərbi,  texniki  və  elm  sahələrində  əməkdaşlığa
dair bir sıra sənədlər imzalandı (62, s. 566-567).
Ümumiyyətlə,  elm,  təhsil  və  mədəniyyət  sahəsində  Azər-
baycan – Türkiyə  əməkdaşlığının  istər  90-cı  illər,  istərsə  də
sonrakı dövrlərinin müqayisəli təhlili göstərir ki, bu əlaqələrin
davamlı və təminatlı inkişafı əsasən dövlətlərarası siyasi müna-
sibətlərin  səviyyəsi  ilə  müəyyənləşdirilmişdir  və  bu  istiqa-
mətdəki fəaliyyətlərin perspektivi də mədəni və siyası amillərin
birgə və vahid kontekstində araşdırılmalıdır.


__________Milli Kitabxana__________
87
ELM VƏ TƏHSİL SAHƏSİNDƏ
QARŞILIQLI ƏLAQƏLƏRİN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF PROBLEMLƏRİ
Ötən yüzilin 90-cı illərindən etibarən, bütün sahələrdə oldu-
ğu kimi, elm və təhsil sahəsində də Moskvanın mərkəzi nəzarət
və  təzyiqinin  respublikalar  üzərindəki təsirinin  azalması  ilə
birlikdə,  türk  əsilli  Sovet  Respublikaları  ilə  Türkiyə  arasında
həqiqi təmaslar başlamışdır. Bu cür müqavilələrin ilki, Türkiyə
Cümhuriyyəti ilə SSRİ arasında imzalanan 1989-90-cı il “Mə-
dəni  və  elmi  mübadilə  müqaviləsi”nə  istinadən,  Türkiyə  ilə
Azərbaycan  SSR  arasında  hazırlanan  və  10  yanvar  1990-cı  il
tarixində  imzalanan  “Mədəni  və  elmi  mübadilə  müqaviləsi”
proqramıdır. Bu müqavilə ilə (maddə 11-15) Türkiyə ilə Azər-
baycan həqiqi bir elm adamı, elmi nəşrlər, məlumat, mütəxəs-
sis və heyət  mübadiləsini  qəbul  etməkdə,  Türkiyə  hər  il  12
ədəd lisans və lisansüstü araşdırma, magistr və doktora təqaüdü
təminatını,  Azərbaycan  isə  hər  il  12  ədəd  dil  və  araşdırma
təqaüdü verməyi qəbul etməkdəydi (128, s. 3).
Türk cümhuriyyətlərinin təhsil sahəsində Türkiyədən mün-
təzəm  yardım  istəmələri  və  Türkiyəyə  tələbə  göndərmə  tələ-
blərinə  cavab  olaraq,  Türkiyə Cümhuriyyəti  600-ü  orta  təhsil,
1400 ədədi  də  ali  təhsil  olmaqla,  1992–93-cü  tədris  ilində  hər
respublikaya  2000 ədəd  təqaüdlü  tələbə  yeri  ayırmışdı.  Bu
qərar,  o  zamanın  Baş  Naziri  Süleyman  Dəmirəlin  27  aprel-3
may 1992-ci il tarixlərində türk respublikalarına olan səfərində
əlaqəli ölkələrə bildirilmiş və imzalanan ortaq bəyannamələrdə
yer  almışdır. 1992-1993-cü  tədris  ilində Azərbaycandan Tür-
kiyəyə  310  orta  təhsil  və  1293  ali  təhsil  almaq  üçün  tələbə
göndərilmişdir (128, s. 5).
Türk  Cümhuriyyətləri  təhsil  nazirləri  və  türk  topluluqları
təhsil təmsilçiləri arasında keçirilmiş “III Təhsil Konfransı” ilə
bağlı  ilk hazırlıq çalışmalarına dair sənəddən (159, s.121-125)
öyrənirik  ki, Türkiyə  ilə  digər  müstəqil  Türk  Cümhuriyyətləri


__________Milli Kitabxana__________
88
arasındakı əməkdaşlığın  inkişaf  etdirilməsi  məqsədilə;  Türk
Cümhuriyyətləri  təhsil  bakanları  ilə  bəzi  Türk  topluluklarının
təhsil təmsilçiləri 16-23 may 1992-ci il tarixləri arasında Anka-
rada  toplanmışlar.  Təməl  olaraq  “təhsilin”  mövzu  edildiyi  II
konfrans  isə  Qırğızıstanın  paytaxtı  Bişkekdə  keçirilmişdir.
Həm I və həm II təhsil konfransları nəticəsində alınan qərarlar
gərəyincə bəzi çalışmalar yapılmışdır. Bu əlaqə müddətinin da-
vam  etdirilməsi  məqsədilə  III  bir  konfransın  keçirilməsi  zəru-
rəti ortaya çıxmışdır, Milli Egitim Bakanlığı strukturunda keçi-
rilməsi  düşünülən  üçüncü  bir  konfransın  hazırlıq  çalışmaları
başladılmışdır. Əlavədəki  hesabatlar  Təlim  və  Tərbiyə  Təşki-
latı Türk Cümhuriyyətləri və Türk Topluluqları Dairəsi tərəfin-
dən  koordinasiya  edilən 7 alt komissiya tərəfindən 29 mart-22
aprel tarixləri arasında hazırlanmışdır (159, s.121).
Ortaq  nəşr  və  mədəniyyət  birliyi  komissiyasının  hesaba-
tında deyilir ki, Türkiyə ilə Türk Cümhuriyyətləri və topluluq-
ları arasında başladılan əməkdaşlığı inkişaf etdirmək məqsədilə
ortaq  çalışmalar  görülməkdədir.  Bu  sahədə  təhsil  və  mədəniy-
yət  sahəsində  də  bir  sıra  müştərəklərə  vara  bilmək  məqsədilə
çalışmalar  davam  etdirilməkdədir. I  və  II  Təhsil  Konfransları
bu sahədəki fəaliyyətləri sürətləndirmək üçün tərtib edilən pro-
tokollara əlavələr etmişdir.
Sadəcə  təhsil  və  mədəniyyət  əməkdaşlığının  deyil,  bütün
məsələlərdəki  yaxınlaşmaların  həyata  keçirilməsi  üçün  dil  və
nəşr birlikdəliyinin gerçəkləşdirilməsi qaçınılmazdır. Yayın yo-
luyla mədəniyyət birliyinə vaqif olan toplumların digər sahələr-
də  müştərək  məqsədlərə  uyğun  çalışmalar  yapması əlbəttə  ki,
daha asandır.
Türk  Dünyasının  düşüncə  bazasında  birlikdəliyin  təmin
edilə  bilməsi,  maddi  və  mənəvi  bütün  mədəniyyət  dəyərlərini
eyni  sevgiylə  qucaqlaya  bilməsi  üçün  xəbərləşmənin  hər  cür
vasitəsinin  dərhal  istifadəyə  verilməsi  qaçınılmaz  bir  zərurət-
dir. Burada səsli və görüntülü yayınların təsirinin daha önəmli
olduğu açıqca görülməkdədir. Ancaq bunların mətbu yayınlarla


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə