Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   21   22   23   24   25   26   27   28   ...   96

__________Milli Kitabxana__________
76
Müstəqil 
Azərbaycan 
dövlətinin 
xarici 
siyasətinin
konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri
Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konsti-
tusiyasında və prezident Heydər Əliyevin çıxışlarında öz əksini
tapmışdır (62, s. 219-220).
Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri – müs-
təqilliyin  möhkəmləndirilməsi,  təhlükəsizliyin,  ərazi  bütövlü-
yünün  və  iqtisadi  maraqların  təmin  olunması  və  s.  özünəməx-
sus xüsusiyyətlərlə, vəzifə və taktiki gedişlərlə fərqlənən müx-
təlif  istiqamətli  xarici  siyasət  yeridilməsini  tələb  edirdi.  Ölkə-
nin  müstəqilliyinin  dönməzliyinə  nail  olmaq,  onu  tədricən
ənənəvi  siyasi  təsir  dairəsindən  çıxarmaq,  tarixən  formalaşmış
xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik məna-
feləri  üçün  səmərəli  istifadə  etmək, Şərqlə  Qərb  arasındakı
münasibətlər  sistemində  Azərbaycanın  özünəməxsus  yer  tut-
masını  təmin  etmək  üçün  region  dövlətlərinin köklü  mənafe-
lərinə  və  maraqlarına  toxunmamaq  şərtilə  çoxşaxəli  və  taraz-
laşdırılmış siyasət həyata keçirildi (62, s. 229).
Azərbaycan  hökuməti  Türkiyə  ilə  münasibətlərin  normal,
sivil,  qrşılıqlı  faydalı  iqtisadi-siyasi əməkdaşlıq  və  tərəfdaşlıq
müstəvi  üzərinə  keçirmək  üçün  çox  ciddi  və  məqsədyönlü  iş
apararaq tezliklə müsbət nəticələrə nail oldu. Hər şeydən əvvəl,
region dövlətlərini və beynəlxalq qurumları iki ölkə arasındakı
münasibətlərin  əvvəlki  dövrdə  olduğu  kimi  sirf  etnik  amillər
əsasında  deyil,  iki  müstəqil  dövlətin  beynəlxalq  birgəyaşayış
normalarına  söykənən  qarşılıqlı  mənafeyi  üzərində  quruldu-
ğuna  inandırmaq  mümkün  oldu.  Bu  da  Azərbaycanın  beynəl-
xalq münasibətlər sisteminə daha uğurlu inteqrasiyası qarşısın-
da əlverişli  imkanlar  açdı (62, s. 232). Ümumilikdə  isə,  Azər-
baycan – Türkiyə  arasında  elm,  təhsil  və  mədəniyyət  sahəsin-
dəki  əməkdaşlığın siyasi tərəfdaşlıq istəkləri səviyyəsində  həl-
linə  dair  tarixdən  bir  çox  faktlar  ortaya  qoymaq  mümkündür.
Məsələn, hələ  1918-ci  il  sentyabrın  6-da  Sultan  VI  Mehmetin
İstanbulda  Azərbaycan  nümayəndələri,  oktyabr  ayında  isə


__________Milli Kitabxana__________
77
Azərbaycanın İstanbuldakı fövqəladə səlahiyyətli nümayəndəsi
Ə.M.Topçubaşovla  görüşü  zamanı  tərəflər  Osmanlı  və  Azər-
baycan  türkləri  arasında  qardaşlıq  münasibətlərinin  mövcud
olduğunu  bildirdilər.  Sultan  VI  Mehmet  Ə.M.Topçubaşova
xitabən qeyd etdi: “Əmin ola bilərsiniz ki, Osmanlı türkləri heç
vaxt sizdən köməyini əsirgəməyəcəkdir” (62, s. 66).
Tədqiqatçıların  qənaətinə  görə  Azərbaycan – Türkiyə  tari-
xinin ən az bilinən qismi; Azərbaycan SSR dövrüdür. Betül As-
lan “Türkiye – Azerbaycan əlaqələri ve İbrahim Ebilov (1920-
1923)” əsərində  yazır:  “Halbuki,  1920-1922-ci  illər  arasında
TBMM  ilə  Azərbaycan  hökuməti  arasında  həm  diplomatik,
həm  siyasi  və  həm  də  iqtisadi  əlaqələr  vardı. 1920-ci  ilin  so-
nunda TBMM Hökuməti Azərbaycanda təmsilçilik açmış, bir il
sonra da Azərbaycanın təmsilçiliyi Ankarada açılmışdır. Azər-
baycan  bundan  başqa  Kars,  Trabzon  və  Samsunda  olmaqla,
Türkiyədə  üç  konsulluq  yaratmışdır.  Bu  dövr  müddətində
Azərbaycan,  Türkiyə  Milli  Azadlıq  Hərəkətinə  də  imkan
daxilində  maddi  və  mənəvi  yardımlar  etməyə  çalışmışdır”
(132, s. 15).
“Atatürk və Nərimanov” (82) əsərində Azərbaycan – Tür-
kiyə mədəni əlaqələrinə də toxunan professor Şamil Qurbanov
yazır  ki,  Mustafa  Kamal  Paşa  özü  N.Nərimanova  məktub
yazmış və borc pul verməsini xahiş etmişdir. Türkiyənin səfiri
Məmduh Şövkət  bəy  1921-ci  il  martın  17-də  həmin  məktubu
Nərimanova  çatdırdı.  Nərimanov  dərhal  500  kiloluq  qızıl
göndərdi.  Bunun  200  kilosu  büdcə  üçün  saxlanır,  qalanı  isə
ayrı xərclərə sərf olunur. Daha sonra Rusiyadan 10 milyon qızıl
yenə  göndərildi.  Türkiyənin  vəziyyəti  bir  qədər  yüngülləşir.
N.Nərimanov  Mustafa  Kamal  Paşaya  yazırdı:  “Paşam  qardaş
qardaşa borc verməz, əl tutar” (82, s.43).
Bununla belə, Azərbaycanın türk dövlətləri ilə münasibətlə-
rinin birinci mərhələsində əlaqələri Türkiyə ilə Moskva tərəfin-
dən  tənzimlənən  əlaqələr  çərçivəsindən  kənara  çıxmamış,  yal-


__________Milli Kitabxana__________
78
nız  iqtisadi,  mədəni  və  humanitar  xarakter  daşımışdır  (103,
s.21).
Müstəqilliyimizin  yenidən bərpasından sonra isə  bu müna-
sibətlərdə  daha  six  yaxınlaşma  müşahidə  olunmağa  başladı.
Şübhəsiz ki, bu sahədə istənilən nəticələr əldə edilməsi birdən-
birə  mümkün olmadı və  tərəflər bir  çox problemlərlə qarşılaş-
dılar. Belə ki, Türkiyənin 1992-ci ildən “Türkdilli dövlətlər bir-
liyi”  yaratması  və  ötən illərdə  region  ölkələrinə  1,5  milyard
dollar  vəsait  ayırması  da  bölgə  ölkələrinin  praqmatik  siyasəti
nəticəsində  gözlənilən  nəticəni  vermədi.  Lakin  buna  baxma-
yaraq,  Türkiyə  regionun  kifayət  qədər  nüfuzlu, əhali  arasinda
rəğbət  qazanan  ölkəsinə  çevrilə  bildi.  Xüsusən,  bu  gün Azər-
baycan və Gürcüstanda bu ölkənin müvqeyi həddən artıq möh-
kəmdir  (62, s. 560-561). Türkiyənin  Qafqaz  siyasətinə  həm
strateji  maraqlar  (NATO  blokunun  ümumi  strateji  maraqları),
həm  türkiyənin  öz  milli  mənafeləri,  həm  etnik  (Qafqazda
yaşayan  türkdilli  xalqların  dəstəyini  qazanmaq,  onlara  lazımi
himayə  göstərmək),  həm  də  dini  amillər  (Qafqazın  müsəlman
əhalisinin İranın təsirinə düşməsinin qarşısını almaq) özünü da-
im qabarıq şəkildə büruzə vermişdir. Hətta, bəzən Türkiyə özü-
nün  strateji  və  milli  maraqlarını  təhlükə  altına  qoyaraq,  açıq-
açığına etnik-dini təəssübkeşlik nümayiş etdimiş (Qərb dövlət-
ləri  buna  görə  Türkiyəni  qınamış  və  belə  dövlətə  güvənməyin
qeyri-mümkün  olduğuna  eyham  vurmuşlar)  və  nəticədə  öz
müttəfiqləri ilə münasibətlərinə sərinlik gətirmişdir.
SSRİ-nin mövcud olduğu və bugünkü türk-müsəlman xalq-
larının hələ milli müstəqillik əldə etmədiyi dövrdə Qərb dövlət-
ləri  Türkiyənin  belə  hərəkətlərini  müəyyən  qədər  dəstəkləyir,
təbii  qəbul  edir  və  bunu  Türkiyənin  güclənməsi,  türk-müsəl-
man  birliyinin  real  təhlükəsi  kimi  qiymətləndirmirdilər.  Əs-
lində,  Qərbin  SSRİ-nin  bu  qəbildən  olan  əhali  qrupuna  təsir
göstərmək, həmin xalqları Moskvadan narazı salmaq və onlarla
hansısa  şəkildə  iş  aparmaq  üçün  başqa  imkanı  da  yox  idi.
Amma SSRİ-nin dağılması, müstəqil dövlətlərin yaranması  ilə


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə