Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   17   18   19   20   21   22   23   24   ...   96

__________Milli Kitabxana__________
63
müxtəlif  sənət  sahələrindən  ibarət  600-dən  yuxarı  rəsmi
nümayəndə  heyəti  səfərdə  olmuşdursa,  1980 – 1990-cı  illərdə
dünyanın orta hesabla 150-dən yuxarı ölkəsinin ictimaiyyətinin
3000-ə  yaxın  nümayəndə  heyəti  Azərbaycanda  oldu.  Təkcə
1980-ci ildə belə nümayəndə heyətlərinin sayı 250-dən çox idi.
Respublikaya  gələn  xarici  dövlətlərin  ictimaiyyətinin  nüma-
yəndə heyətlərinin səfərləri əməli əhəmiyyət daşıyırdı. Onların
gəlişi  geniş  ictimai-siyasi  kompaniyaların  keçirilməsi  ilə
səciyyələnirdi. Nümayəndə heyətlərinin üzvləri müxtəlif illərdə
respublikamızda  100.000-dən  çox  iştirakçısı  olan  30.000-dən
yuxarı tədbirdə iştirak etdi, 20.000-dən çox görüşlər keçirdi və
şəxsi  əlaqələr  yaratdılar.  Onlar  Azərbaycanın  12.000-dən  artıq
müəssisə  və  elm  ocaqlarında,  tarixi  yerlərində  oldular.  Bu  da
onlara  Azərbaycanın  ictimai-siyasi,  sosial-iqtisadi,  mənəvi  və
mədəni,  elmi  və  texniki  potensialı  haqqında  geniş  məlumatlar
əldə etməyə, respublika əhalisinin həyat tərzi ilə yaxından tanış
olmağa imkan verdi (5, s. 465-466).
1980 – 1990-cı illərdə 50-dən artıq SSRİ mədəniyyət  gün-
ləri  Azərbaycan  incəsənətinin  iştirakı  ilə  keçirildi.  Bu  tədbir-
lərdə çoxlu insan Azərbaycan incəsənətinin nailiyyətləri ilə tə-
mas  quraraq  Azərbaycan  xalqının  mənəvi  dünyası  ilə  daha
yaxından  tanış  oldu.  Azərbaycanın  beynəlxalq  ictimai-siyasi
əlaqələri  müxtəlif  formalarda,  mümkün  olan  bütün  istiqamət-
lərdə həyata keçirildi. Lakin bu əlaqələr konkret siyasi məqsəd-
lərə tabe etdirilərək ciddi nəzarət altında alınırdı.
1991-ci  il  oktyabrın  18-də  qəbul  edilmiş  Konstitusiya  aktı
ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olun-
du. Müstəqilliyin bərpası Azərbaycanın müasir beynəlxalq mü-
nasibətlərdə  iştirakı  üçün əlverişli  şərait  yaratdı.  Bu  şəraitdən
istifadə edən Azərbaycan Respublikası müasir dünya reallıqla-
rını  və  xalqın  milli mənafelərini  nəzərə  alıb  fəal  xarici  siyasət
yeritməyə  başladı.  Azərbaycan  dövləti  beynəlxalq  aləmdə  öz
xarici  siyasəti  vasitəsilə  aşağıdakı  məqsəd  və  vəzifələri  real-
laşdırmağa  çalışırdı:  1.  Müstəqilliyi  saxlamaq  və  möhkəmlən-


__________Milli Kitabxana__________
64
dirmək;  2.  Təhlükəsizliyi  təmin  etmək;  3.  Daxili  quruculuq
üçün əlverişli beynəlxalq şərait  yaratmaq; 4. Beynəlxalq əmək
bölgüsündə iştirak  etmək; 5. Beynəlxalq münasibətlər sistemi-
nin formalaşmasında iştirak etmək; 6. Beynəlxalq münasibətlər
sistemində rolunu artırmaq; 7. Ermənistan – Azərbaycan müna-
qişəsinə diplomatik-siyasi vasitələrlə son qoymaq; 8. Xarici öl-
kələrlə  və  beynəlxalq  təşkilatlarla əməkdaşlıq.  Azərbaycan
dövləti  bu  vəzifələri  müasir  beynəlxalq  hüquq  prinsipləri  əsa-
sında həyata keçirməyə başladı (5, s.467; 64, s.90).
Azərbaycanın  beynəlxalq  münasibətlərində  Türkiyə  xüsusi
yer tuturdu. 90-cı ildən etibarən Azərbaycan – Türkiyə arasında
elmi-texniki və mədəni əməkdaşlıq məsələləri də diqqət mərkə-
zində oldu. 1990-cı il yanvarın 10-da 1990 – 1992-ci illər üçün
mədəni və elmi-texniki mübadilə barədə protokol, Azərbaycan
Respublikası  prezidentinin  Türkiyəyə  səfəri  zamanı  elmi-
texniki  və  mədəni əlaqələrə  dair  iki  ölkə  arasında  saziş  imza-
landı.  Türkiyə  Azərbaycanın  dövlət  müstəqilliyini  1991-ci  il
noyabrın  9-da  tanıyan  ilk  dövlət  oldu.  Müstəqilliyin  ilk
illərində  imzalanan  bu  sənədlər  tezliklə  reallaşmağa  başladı.
Bakı – İstanbul  hava  xətti  açıldı; mühmanxanalar  sahəsində
əməkdaşlıq  quruldu;  Türkiyənin  televiziya  proqramları
Azərbaycanda  göstərilməyə  başlanıldı;  respublikada  “Zaman”
və  “Milliyyət”  qəzetlərinin  büroları  açıldı.  Azərbaycan
Respublikasi  ilə  Türkiyə  arasında  elmi əməkdaşlıqda  Elmlər
Akademiyasının  və  Bakı  Dövlət  Universitetinin  özünəməxsus
rolu  oldu.  Azərbaycan  Respublikasının  təhsil  və  səhiyyə
nazirliklərinin Türkiyənin müvafiq nazirlikləri ilə əməkdaşlığı,
tələbə, aspirant və müəllim mübadiləsi genişləndi. Azərbaycan
və  Türkiyənin  qadın  təşkilatları  arasında əlaqələr  quruldu.
Qarşılıqlı 
razılaşma
əsasında 
Bakıda 

İstanbulda
ixtisaslaşdırılmış  “Türk  dünyası”  və  “Azərbaycan  dünyası”
kitab  mağazaları  açıldı.  Artistlərin,  müğənnilərin  və  folklor
qruplarının  mübadiləsi,  xalça və  rəssamların əsərləri  sərgiləri,
kino festivalları uğurla keçdi və turist əlaqələri genişləndi.


__________Milli Kitabxana__________
65
1992-ci  ilin  yanvar  ayının  14-də  Azərbaycan – Türkiyə
diplomatik əlaqələri  yaradılmışdır.  Həmin  vaxtdan  Türkiyənin
Azərbaycanda,  1992-ci  ilin  avqust  ayından isə  Azərbaycanın
Türkiyədə  diplomatik  missiyası  fəaliyyətə  başlamışdır.  Diplo-
matik  münasibətlərin  yaradılması  iki  ölkə  arasında  qarşılıqlı
əlaqələrin  inkişafında  geniş  perspektivlər  açdı.  Artıq  1992-ci
ilin fevral ayında Azərbaycan Respublikası və Türkiyə Respub-
likası Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında və
iki  dövlə arasında vizasız gediş-gəlişə dair məktub mübadiləsi
haqqında sazişlər imzalandı. 1992-ci ilin martında Türkiyə pre-
zidenti  T.Özalın  Azərbaycana  səfəri  oldu.  1992-ci  ildə  Türki-
yənin  baş  naziri  S.Dəmirəlin,  xarici  işlər  naziri  H.Çətinin  və
Türkiyə  Böyük  Millət  Məclisinin  deputatlarının  Azərbaycana
səfərləri iki ölkə arasındakı çoxsahəli münasibətlərin inkişafına
təkan verdi. Öz növbəsində 1992-ci ildə Azərbaycan Respubli-
kasının  prezidenti  və  parlamentinin  sədri  Türkiyə  Respublika-
sında səfərdə oldular.
Türkiyə prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-
3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat
strateji əməkdaşlığın  təməl  daşını  qoydu.  İki  ölkə  rəhbərləri
arasında keçirilən görüşlər və Birgə Bəyanat qarşılıqlı əlaqələ-
rin əsas  prinsiplərini  və  inkişaf  perspektivlərini  müəyyən  etdi.
Hər  iki  dövlət  qarşılıqlı  faydalı əməkdaşlıq  prinsiplərini  əsas
tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil döv-
lət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublika-
sının  səylərini  dəstəkləyərək,  hərtərəfli  əlaqələrin  inkişafına
geniş yardım göstərirdi (62, s.565).
Türkiyənin 1992-ci ildən “Türkdilli dövlətlər birliyi” yarat-
ması və keçən illərdə region ölkələrinə 1,5 milyard dollar vəsa-
it  ayırması  da  bölgə  ölkələrinin  praqmatik  siyasəti  nəticəsində
gözlənilən  nəticəni  vermədi.  Lakin  buna  baxmayaraq,  Türkiyə
regionun  kifayət  qədər  nüfuzlu,  əhali  arasinda  rəğbət  qazanan
ölkəsinə  çevrilə  bildi.  SSRİ-nin  mövcud  olduğu  və  bugünkü
türk-müsəlman xalqlarının hələ milli müstəqillik əldə etmədiyi


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə