Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   19   20   21   22   23   24   25   26   ...   96

__________Milli Kitabxana__________
69
baycana səfər etdi. Səfər zamanı o, Azərbaycan prezidenti, Mil-
li Məclisin sıdri ilə görüşdü, parlamentdə çıxış etdi və S.Dəmi-
rəlin  məktubunu  Azərbaycan  prezidenti  H.Əliyevə  çatdırdı.
Müzakirələrdə  türk  dövlətlərinin  parlamentlərarası  məclisinin
yaradılması zəruriliyi göstərildi.
1997-ci  il  mayın əvvəlində  Azərbaycan  Respublikasının
prezidenti  H.Əliyev  Türkiyədə  səfərdə  oldu.  Azərbaycan  və
Türkiyə  prezidentləri təkbətək  görüşdülər.  Türkiyə  prezidenti
iki ölkə arasında münasibətlərin inkişafından razı olduğunu bil-
dirdi. Həmin gün iki ölkə arasında sənədlərin imzalanması mə-
rasimi oldu. Azərbaycan və Türkiyə prezidentləri iki ölkə  ara-
sında “Strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyan-
namə”ni imzaladılar. Sonra Azərbaycan Respublikası hökuməti
ilə Türkiyə hökuməti arasında sənədlər imzalandı (5, s.492).
Azərbaycan və Türkiyə rəhbərliyinin siyasi iradələrinin or-
taya qoyduğu  fəaliyyətlər  nəticəsində, Azərbaycan  Respubli-
kası  beynəlxalq  mədəni əməkdaşlıq  təşkilatı  olan  TÜRKSOY-
un yaradıcılarından biri oldu. 1993-cü il iyulun 12-də Azərbay-
can, Qazaxıstan, Qırğızıstan, Kıbrıs, Türkmənistan, Türkiyə və
Özbəkistan respublikalarının mədəniyyət nazirləri 8 maddədən
ibarət  “Türksoyun  strukturu  və  fəaliyyət  prinsipləri  haqqında
müqavilə”ni imzaladılar. Təşkilatın məqsədi türk xalqları və öl-
kələri arasında mədəni əlaqələri genişləndirmək, xalqların mə-
dəniyyət  və  incəsənətini  qorumaq,  dirçəltmək  və  inkişaf  etdir-
mək idi.
Azərbaycan  dövləti  çoxtərəfli  əsasda  türk  dövlət  başçıla-
rının zirvə görüşünün yaradılmasının iştirakçısı oldu. Azərbay-
can, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıs-
tan dövlət başçılarının birinci toplantısı 1992-ci il oktyabrın 30-
31-də İstanbulda keçirildi. Görüş nəticəsində bəyannamə imza-
landı. Türk dövlət başçılarının ikinci toplantısı 1994-cü ilin ok-
tyabrında İstanbulda keçirildi. Azərbaycanı, prezident H.Əliyev
başda olmaqla nümayəndə heyəti təmsil edirdi. Görüşün sonun-
da  İstanbul  bəyannaməsi  qəbul  olundu.  Bəyannamədə  göstə-


__________Milli Kitabxana__________
70
rildi ki, ölkələr beynəlxalq birlik tərəfindən qəbil olunmuş nor-
malara  hörmət  və  əməl  edirlər,  BMT  və  ATƏT  prinsiplərinə
sadiqdirlər,  xalqları  arasında  dil,  tarix,  mədəniyyət  sahəsində
əlaqələri inkişaf etdirməyi zəruri sayırlar.
1995-ci  ilin  avqustunda  Bişkekdə  (Qırğızıstan)  türk  dövlət
başçılarının  üçüncü  zirvə  görüşü  keçirildi.  Zirvə  görüşü  türk
dövlətləri  arasında  iqtisadi,  elmi-texniki,  mədəni,  humanitar
əməkdaşlığa kömək etdi. 1996-cı il oktyabrın 21-də Daşkənddə
türk  dövlət  başçılarının  IV  zirvə  görüşündə  Azərbaycan  prezi-
denti  H.Əliyev iştirak etdi. Görüş nəticəsində  Daşkənd bəyan-
naməsi imzalandı. 1998-ci il iyunun 9-10-da Qazaxıstanın As-
tana şəhərində türk dövlət başçılarının beşinci zirvə görüşündə
Azərbaycan  prezidenti  iştirak  etdi.  2000-ci  ilin  aprelində  türk
dövlət  başçılarının  altıncı  zirvə  görüşünün  Bakıda  keçirilməsi
mühüm hadisə oldu. Zirvə görüşündə Azərbaycan Respublika-
sının  prezidenti  H.Əliyev  geniş  nitq  söylədi.  Qardaş  ölkələr
arasında əməkdaşlıq məsələləri müzakirə edilərək Bakı bəyan-
naməsi qəbul olundu.
5  yanvar  1994-cü  ildə Azərbaycan  Respublikasının  Prezi-
denti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin universitetlərinə
tələbə  qəbulu  haqqında  sərəncam  imzaladı.  Həmin  ilin  7  fev-
ralında Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev
Türkiyənin ali məktəblərində təhsil almağa yola düşən azərbay-
canlı tələbələrin bir qrupu ilə görüşdü və nitqlə çıxış etdi. Azər-
baycan ilə Türkiyə arasında iqtisadiyyat, səhiyyə, maliyyə, təh-
sil,  mədəniyyət  və  digər  sahələrdə  qarşılıqlı əməkdaşlıq  haq-
qındada 16 müqavilə imzalandı. Fevral  ayının 10-da isə Azər-
baycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev İstanbul  ali
məktəblərində  təhsil alan azərbaycanlı gəncləri  qəbul etdi (17,
s.160).
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin
dəvəti  ilə  Türkiyə  Respublikasının  Prezidenti  S.Dəmirəlin
1995-ci  il  dekabr  ayının  7-dən  9-dək  Azərbaycan  Respublika-
sına rəsmi səfəri olmuşdur. Bu səfər Azərbaycan – Türkiyə mü-


__________Milli Kitabxana__________
71
nasibətlərinin  inkişafına  yeni  bir  ab-hava  gətirmiş,  yeni  təkan
vermişdir.  Səfər  zamanı  ölkələrimiz  arasında əməkdaşlığın
daha  da  inkişaf  etdirilməsi  və  genişləndirilməsi  perspektivləri
nəzərdən  keçirilmişdir.  S.Dəmirələ  Azərbaycan  EA-nın  fəxri
akademiki  diplomu  təqdim  edilmişdir  (55,  s.  155).  Tərəflər,
ənənəvi  dostluq  və  qardaşlıq  münasibətlərini  genişləndirmək
əzmində  olduqlarını  bir  daha  təsdiq  edərək,  Türkiyə  Radio-
Televiziya  Təşkilatının  TRT-1  televiziya  proqramının  Azər-
baycan  Respublikasının  bütün ərazisində  yayılmasını  təmin
etmək məqsədilə, iki ölkə arasında bu səfər zamanı imzalanan
sazişin hər iki ölkə və bu ölkələrin xalqları arasındakı anlaşma
və  əlaqələrin  möhkəmlənməsi  yolunda  daha  faydalı  olacağını
qeyd etmişlər. Azərbaycanda çalışan türk iş adamları tərəfindən
Quba şəhərində inşası nəzərdə tutulan təhsil mərkəzinin özülü-
nün qoyulması mərasimində iştirak etmək məqsədi ilə Türkiyə
Respublikasının  Dövlət  Nazirləri  N.K.Zeybek  və  A.Demircan
4-9  oktyabr  1996-cı  il  tarixində  Bakıda səfərdə  oldular.  Səfər
zamanı  qonaqlar  Azərbaycan  Respublikasının  Prezidenti  Hey-
dər  Əliyev tərəfindən qəbul olundular və digər rəsmi şəxslərlə
görüşlər keçirdilər (55, s. 164-165).
Türkiyə  Respublikasının  Prezidenti  S.Dəmirəlin  dəvəti  ilə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 5-8 may
1997-ci il tarixlərində Türkiyə Respublikasına ikinci dəfə rəsmi
səfər etdi. Səfər iki ölkə arasındakı münasibətləri daha  yüksək
səviyyəyə  qaldırdı  və  müxtəlif  sahələri  əhatə  edən  9  sənəd
imzalandı  (55,  s.  183). Səfər  zamanı  Prezident  Türkiyə  Quru
Qoşunları  Məktəbi  ilə  tanış  olmuş,  tələbələrlə  və  Azərbaycan
diasporunun  nümayəndələri  ilə  görüş  keçirmişdir.  Türkiyənin
Quru  Qoşunları  Məktəbində  oxuyan  Azərbaycan  övladlarının
necə  təhsil  alması  ilə  tanış  olmuşdur.  Prezident  Polis  Akade-
miyasında da olmuşdur. Görüş zamanı bunların hamısının müs-
təqillik  yolunda  ilk  addımlarını  atan  Azərbaycanın  bu  günü,
gələcəyi üçün Türkiyə Cümhuriyyəti tərəfindən respublikamıza
göstərilən  böyük  yardım  olduğunu  vurğulamış,  burada  təhsil


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə