Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   16   17   18   19   20   21   22   23   ...   96

__________Milli Kitabxana__________
60
dı. Azərbaycan dünyanın 120-dən çox ölkəsi ilə mədəni əlaqə-
lər saxlayırdı. 1988-ci ildə xaricdə  yaşayan həmvətənlərlə mə-
dəni  əlaqələr  cəmiyyəti – “Vətən”  cəmiyyətinin  yaradılması
Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği və xalqımız
haqqında  düzgün  təsəvvür  yaratmaq  məqsədi  daşıyırdı (64,
s.89).
Həmin  illərdə  xarici  ölkələrə  respublikanın  bədii  və  yara-
dıcı kollektivləri, yaradıcı birliklərin məşhur üzvləri,  yazıçılar,
bəstəkarlar,  rəssamlar  və  yaradıcı  ziyalıların  nümayəndələri
göndərildi.  1980 – 1990-cı  illərdə  bu  yolla  2000-dən  yuxarı
mədəniyyət xadimi, yaradıcı birliklərin nümayəndələri, 90-dan
yuxarı yaradıcı kollektiv, ifaçı qrupları, 1000-dən yuxarı musi-
qiçi,  xanəndə  və  aktyor  xarici  ölkələrdə  oldu.  Təkcə  1985-ci
ildə Azərbaycan incəsənətinin nümayəndələri Əfqanıstan, İraq,
Monqolustan, ABŞ, İsveç və digər ölkələrdə oldular. Ümumiy-
yətlə, Azərbaycan incəsənətinin nümayəndələri 1980 – 1990-cı
illərdə 160-dan çox ölkədə, eyni dövrdə isə 130-dan çox xarici
ölkənin  incəsənət  nümayəndələri  Azərbaycanda  oldu.  Həmin
dövrdə  respublikanın  incəsənət  xadimləri xarici  ölkələrin  800-
dən  yuxarı  şəhərlərində  oldular,  təxminən  2000-dən  yuxarı
konsert verdilər və 7500-ə qədər görüş keçirdilər.
1980 – 1990-cı illərdə 50-dən artıq SSRİ mədəniyyət  gün-
ləri  Azərbaycan  incəsənətinin  iştirakı  ilə  keçirildi.  Bu  təd-
birlərdə  çoxlu  insan  Azərbaycan  incəsənətinin  nailiyyətləri  ilə
təmas  quraraq  Azərbaycan  xalqının  mənəvi  dünyası  ilə  daha
yaxından  tanış  oldu. Azərbaycan  xarici  ölkələr  üçün  mütəxəs-
sislər də hazırlayırdı. 1986-cı ilin əvvəlində respublikada dün-
yanın  70  ölkəsi  üçün  29  ixtisas  üzrə  3000-ə  qədər  xarici  tələ-
bəyə ali təhsil diplomu verildi. 1987-ci ilin əvvəlinə olan məlu-
mata görə, respublikada 71 ölkədən 3022 gənc təhsil alırdı.
1980 – 1990-cı  illərdə  1000-ə  qədər  Azərbaycan  alimi  xa-
rici  ölkələrdə  elmi  səfərdə  oldular  və  4000-ə  yaxın  öz  xarici
həmkarlarını  respublikamızda qəbul  etdilər.  Azərbaycan  EA-
nın alimləri hər il 51 ölkənin orta hesabla 570 elmi təşkilat və


__________Milli Kitabxana__________
61
mərkəzi ilə əlaqə saxlayır və müxtəlif elm sahələrini əhatə edən
40  mövzu  üzrə  birgə  tədqiqat  işləri  aparırdılar. Azərbaycan
alimləri  200-ə  yaxın  böyük  beynəlxalq  elmi  tədbir,  konqres,
simpozium  və  digər  elmi  xarakterli  tədbirlərdə  iştirak  etdilər.
Təkcə 1981 – 1985-ci illərdə Azərbaycan elminin müxtəlif isti-
qamətlərinin nümayəndələri 60-dan yuxarı beynəlxalq konqres,
konfrans, simpozium və müşavirələrin iştirakçısı oldular. Alim-
lərimizin  əsərləri  60-dan  artıq  xarici  ölkədə  30  dildə  çapdan
çıxdı.  20  Azərbaycan  alimi  müxtəlif  beynəlxalq  elmi  təşki-
latların üzvü seçildilər (5, s.464-465).
80-ci  illərin  ortalarından  başlayaraq  Azərbaycan  xarici
ölkələrlə mədəni əlaqələrə dair birbaşa sazişlər bağladı. 1990-cı
ilin  yanvarında  Azərbaycanla  Türkiyə  Respublikası  arasında
mədəni və elmi əməkdaşlığa dair protokol imzalandı. Protokol-
da  iki  respublika  arasında  mədəni  əməkdaşlığı  genişləndirmə-
yin yolları və formaları müəyyənləşdirildi. Bu mərhələdə ölkə-
də  başlanmış  olan  yenidənqurma  adlandırılan  siyasət  respubli-
kaların  hüquqlarının  genişləndirilməsinə  gətirib  çıxartdı.  Res-
publikanın  beynəlxalq  mədəni  əlaqələrini  30-a  yaxın  nazirlik,
idarə,  təşkilat,  cəmiyyət  və  s.  həyata  keçirirdi.  Bunların  içəri-
sində  Respublika  Xarici İşlər  Nazirliyi,  Mədəniyyət  Nazirliyi,
Xarici  ölkələrlə  Dostluq  və  Mədəni  Əlaqələr  Cəmiyyəti  xüsu-
silə fəal idi.
Azərbaycanın beynəlxalq mədəni əlaqələrdə iştirakı əsasən
aşağıdakı  formalarda  həyata  keçirilirdi: ədəbi  əlaqələr,  kitab
çapı, kitab mübadiləsi, kitab sərgi və  yarmarkaları, yazıçı, şair
və jurnalistlərin əməkdaşlığı, musiqi, teatr, kino, televiziya, ra-
dio  sahəsində  əməkdaşlıq,  rəssamların  sərgi  və  yarmarkalarda
iştirakı, ictimaiyyətin  əlaqələri, mədəniyyət  günləri, qardaşlaş-
mış şəhərlər, idman, turizm. Azərbaycan milli musiqisi, drama-
turgiyası,  opera  və  balet  incəsənəti,  kinosu,  simfonik,  vokal-
instrumental  ansamblları  xaricdə  məşhur  idi. Əlbəttə,  mədəni
əlaqələrin  bu  formalarının  hamısı  eyni  səviyyədə  həyata  keçi-
rilmirdi. Mədəni  əlaqələrin  qurulmasında  və  həyata  keçirilmə-


__________Milli Kitabxana__________
62
sində xeyli nöqsanlar mövcud idi. Bunların bir qismi mərkəzin
müvafiq  təşkilatlarının  üzərinə  düşür.  1980 – 1990-cı  illərdə
Azərbaycan dünyanın 120 ölkəsində mövcud olan 860-dan çox
təşkilatla mədəni əlaqələr saxlayırdı. Azərbaycanın başqa sahə-
lərdə  olduğu  kimi  mədəniyyət  sahəsində  də  sosialist,  inkişaf
etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrlə  beynəlxalq  əlaqələri
geniş  xarakter  aldı.  Azərbaycanın  xarici  ölkələrlə  mədəni  əla-
qələri  mənəvi  həyatın  müxtəlif  sahələrini,  o  cümlədən  təhsil,
ədəbiyyat  və  incəsənət  kimi    sahələri  əhatə  etdi.  Hər  il  Azər-
baycan  mədəniyyətinin  yüzlərlə  nümayəndəsi,  onlarla  bədii
kollektivi,  aktyor  qrupları  xaricə  getdi,  təxminən  qeyd  olunan
qədər də xarici dövlətlərin mədəniyyət işçisi Azərbaycana gəldi
(5, s.463; 64, s.89).
1980 – 1990-cı  illərdə  Azərbaycan  böyük  beynəlxalq  elmi
tədbirlərin mərkəzinə çevrildi. Bu dövrdə Bakıda 90-dan yuxarı
beynəlxalq  elmi  konfrans,  simpozium,  konqres  və  digər  elmi
xarakterli tədbirlər keçirildi. 1980 – 1990-cı illərdə Azərbaycan
EA-nın  fundamental  elmi  kitabxanası  53-ə  qədər  xarici  ölkə-
lərdə fəaliyyət göstərən 580-ə qədər elmi mərkəzlə əməkdaşlıq
etdi. Bu illərdə kitabxana beynəlxalq kitab mübadiləsi yolu ilə
xarici  ölkələrdən  110.000-dən  artıq  müxtəlif  elmi  ədəbiyyat
aldı,  öz  növbəsində  isə  105.000  ədəd  elmi  ədəbiyyat  yolladı.
Təkcə 1981 – 1985-ci illərdə kitabxana 43.532 ədəd ədəbiyyat
yolladı,  52.834 ədəd  ədəbiyyat  aldı.  Həmin  illərdə  M.F.Axun-
dov adına Dövlət kitabxanası xarici həmkarlarına 10.000-ə qə-
dər ədəbiyyat  yolladı, 11.000-dən  yuxarı ədəbiyyat aldı. Azər-
baycanın beynəlxalq ictimai-siyasi əlaqələri müxtəlif formalar-
da,  mümkün  olan  bütün  istiqamətlərdə  həyata  keçirildi.  Lakin
bu əlaqələr konkret siyasi məqsədlərə tabe etdirilməsi və ciddi
nəzarət altında idi. Göstərilən əlaqələrin möhkəmlənməsinə yö-
nəldilən  ən  vacib  formalardan  biri  ikitərəfli  qaydada  müxtəlif
ixtisas  və  dünyagörüşlərə  malik  olan  ictimai  və  siyasi  xadim-
lərin  mübadiləsi  oldu.  Əgər  1960 – 1970-ci  illərdə  Azərbay-
canda  dünyanın  orta  hesabla  110  ölkəsindən  ictimaiyyətin


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə