Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə18/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   14   15   16   17   18   19   20   21   ...   96

__________Milli Kitabxana__________
54
konvensiya;  poçt-teleqraf  konvensiyası;  dəmiryolu  konven-si-
yası (5, s. 144).
Azərbaycan – Türkiyə  əlaqələrinin  1920 – 1922-ci  illərini
əhatə  edən  sənəd  və  materialların  araşdırılması  sübut  edir  ki,
müttəfiqliyin bu  dövründə  Sovet  Azərbaycanı  ilə  Türkiyə  ara-
sında diplomatik münasibətlər qurulur. Dövlətlərimiz (ADR və
Osmanlı dövləti)  arasında diplomatik  münasibətlər  1918 –
1920-ci  illərdə  də  vardı.  O  vaxt  bolşevik-daşnak  hərbi  birləş-
mələrinin Azərbaycanda həyata keçirdikləri etnik təmizləmənin
qarşısını almış Osmanlı dövləti I Dünya müharibəsində məğlub
olmuş  tərəf  kimi  Antanta  və  onun  müttəfiqi  olmuş  dövlətlər
tərəfindən parçalandığı üçün bu dəfə özü köməyə möhtac qalır.
Ölkənin  parçalanaraq Antanta  ilə  onun  müttəfiqi  olan  dövlət-
lərin  idarəsinə  keçməsini  qeyd-şərtsiz  qəbul  etmiş  Osmanlı
sultanı  və  onun  tərəfdarlarından  fərqli  olaraq  Mustafa  Kamal
paşanın  hərbi-siyasi  bacarığı  sayəsində  vahid  lider  ətrafında
birləşmiş  vətənpərvər  qüvvələr  Antanta  orduları  ilə  bütün
cəbhələr  boyu  mübarizəyə  qalxmış  və  bu  mübarizədə  dönüş
yarada  biləcək  zəfərlər  çalmışdılar.  Bununla  belə,  maksimum
səfərbər  edilmiş  ölkədaxili  hərbi-siyasi  potensialın  tükənmə-
sinin qarşısını ala bilmək və mübarizəni qələbə ilə başa vurmaq
üçün  Mustafa  Kamal  paşa  başda  olmaqla  vətənpərvər  qüvvə-
lərdən ibarət olan Türkiyə Böyük Millət Məclisi (TBMM) həm
siyasi,  həm  də  hərbi  yardıma  ehtiyacı  olduğunu  gündəmə
çıxarır (19, s.14).
Beləliklə, 26 aprel 1920-ci ildə TBMM adından Sovet Ru-
siyasına  məktub  göndərilir.  Məktubda  Sovet  Rusiyasının  anti-
imperialist qüvvələrlə mübarizəsinin dəstəkləndiyi, Türkiyənin
də  eyni  cəbhədə  olduğu  bildirildikdən  sonra,  TBMM-nin  anti-
imperialist  qüvvələrlə  mübarizədə  türk  xalqının  yeganə  təm-
silçisi  olduğunun tanınması  və  onlara  hərbi  yardımın  göstəril-
məsi  xahiş  edilirdi.  Sovet  Rusiyası  TBMM-nin  bu  müraciətini
müsbət  qarşılayır  və  lazım  olan  yardımı  da  göstərir. TBMM
Rusiya və Azərbaycana  öz səfirini göndərsə də,  nə Rusiya,  nə


__________Milli Kitabxana__________
55
də  Azərbaycan  Ankaraya  səfirlərini  göndərməyə  hələ  tələs-
mirdilər.  Yalnız  Cənubi  Qafqaz  respublikalarının  hamısında
Sovet  hakimiyyətinin  qurulmasından  və  16  mart  1921-ci  ildə
Moskvada  Rusiya  ilə  Türkiyə  arasında  dostluq  müqaviləsinin
imzalanmasından  sonra  Azərbaycanın  Türkiyədə  diplomatik
nümayəndəliyinin  açılmasına  qərar  verilir.  Sovet  Rusiyası  ilə
Azərbaycan  eyni  siyasi  və  ideoloji  cəbhəni  təmsil  etdiklərinə
görə, Azərbaycanın Türkiyəyə təyin olunacaq səfirinin kimliyi
barədə  Leninə  məlumat  verilir  və  bu  vəzifəyə İbrahim Əbilov
təyin olunur. İbrahim Əbilov 15 oktyabr 1921-ci ildə etimadna-
məsini TBMM-nin sədri və Ali baş komandan Mustafa Kamal
paşaya  təqdim  edir.  Azərbaycanın  diplomatik  nümayəndəliyi
həmin  gündən  başlayaraq  İbrahim Əbilovun  vəfat  etdiyi  23
fevral  1923-cü  ilə  qədər  Türkiyədə  fəaliyyət  göstərir. İ.Əbilo-
vun vəfatından sonra Azərbaycanın Türkiyəyə səfiri təyin olun-
mur və bu funksiyanı Azərbaycanın da daxil olduğu SSRİ-nin,
yəni  mərkəzi  hökumətin  nümayəndəsi  yerinə  yetirməyə  başla-
yır (19,  s. 15-16).  Bununla  belə,  Atatürk dövründən  sonra  da
Rusiya  (SSRİ)  Türkiyə  ilə  münasibətlərində  bu  ölkəyə  öz  ira-
dəsini sırımaq siyasətindən əl çəkməmişdir. Türkiyənin Rüsiya
və ümumiyyətlə, SSRİ ilə münasibətlərində soyuqluq, Türkiyə-
nin  Atatürkdən  sonrakı  rəhbərlərinin  Avropa  (kapitalist)  döv-
lətlərinə üz tutması ilə deyil,  II  Dünya müharibəsi illərində  və
ondan  sonrakı  dövrlərdə  SSRİ-nin  ideoloji  sahədəki  uğursuz-
luğunun Türkiyəyə ərazi iddiası ilə əvəz etməsi ilə başlamışdır.
Lakin  Türkiyənin  siyasi  və  diplomatik  sahədəki  çevikliyi,  onu
gözləyən təhlükədən qurtara bilmişdir. Türkiyənin NATO üzvü
olmasından sonra isə, Türkiyənin daxili işlərinə qarışmanın ən
bariz  göstəricisi,  başqa  ölkələrdə  olduğu  kimi,  Türkiyədə  də
solçu  (kommunust)  hərəkat  və  partiyalara  maddi  yardım  gös-
tərmək  və  onları  ölkədə  rejimin  dəyişdirilməsinə  sövq  etmək
idi. Bu niyyətlər uğursuzluğa düçar oldu. Ən başlıcası ona görə
ki,  dövlətini  milli  dəyərlər  özərində  quran,  “ölkədə  sülh,
cahanda sülh” prinsipini isə daxili və xarici siyasətinin özülünə


__________Milli Kitabxana__________
56
yerləşdirən bir millət ona büsbütün yad olan dünyagörüşü rədd
etdi (19, s. s.20-21).
Çox  mürəkkəb  və  ziddiyyətli  bir  tarixi şəraitin  mövcudlu-
ğuna  baxmayaraq  Azərbaycan – Türkiyə  mədəni  əlaqələri  heç
bir  vaxt  qırılmamış,  müharibə şəraitində  belə  mədəniyyət  xa-
dimlərinin  qarşılıqlı əlaqələri  davam  etmişdir.  Azərbaycanda
Atatürk  Mərkəzinin  nəşr  etdirdiyi  sənədlər  və  materiallar  top-
lusuna daxil edilmiş 52 saylı mənbədə Azərbaycanın Türkiyə-
dəki  diplomatik  nümayəndəliyinin  təşkil  etdiyi  xeyriyyə  təd-
birinin proqramı bütün bu düdiklərimizi təsdiqləyən tarixi qay-
naqlardır. Azərbaycan Respublikası Siyasi partiyalar və ictimai
hərəkatlar Dövlət Arxivində mühafizə edilən bu sənəddə (fond
276, siyahı 5, iş 1, vərəq 155) əksini tapan bir faktı təqdim et-
məklə, ən ağır məqamlarda belə Azərbaycan – Türkiyə mədəni
əlaqələrinin kəsilmədiyini təsdiq etməyə çalışaq:
“8  kanun-u əvvəl  pəncşənbə  günü  axşam  bəylərə,  cümə
günü xanımlara.
Azərbaycan  səfir-i  möhtərəm İbrahim Əbilov  həzrətlərinin
himayələrində  hasilati  Himaye-i  etfal  cəmiyyəti  mənfəətinə
olmaq üzərə azərbaycanlı qardaşlarımız tərəfindən tərtib edilən
“Azərbaycan Gecəsi Proqramı Küşad”.
Qazi Mustafa Kamal paşa həzrətlərinin Azərbaycanda bəs-
tələnən xüsusi marşları.
Birinci pərdə:
Bizim kirayənişin özünü öldürdü. “Bir pərdəlik məzhəkə”.
Hacı Fərzəli – Riza Təhmasib bəy.
Sevdimali – Əskər Topçubaşov bəy.
Ağa Bəy – Mirzə Davud Rəsulzadə bəy.
Kərbəlayi Bəndalı – Abdulmabud Zeynalov bəy.
Rejissor: Riza Təhmasib bəy.
(qısa məzmunu verilir...)
İkinci pərdə:
“Aşıq Qərib” operasından ikinci pərdə.
Aşəq Qərib – Nadir İbrahimov bəy.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə