Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   15   16   17   18   19   20   21   22   ...   96

__________Milli Kitabxana__________
57
Aşıq Vəli – İsmayıl İsmayılov bəy.
Mahmud – Əsgər Topçubaşov bəy.
Camaatdan biri – Mirzə Davud Rəsulzadə bəy.
Dirijor – İsmayıl Zühdü bəy.
(qısa məzmunu verilir...)
Üçüncü pərdə:
Dursun Ali Ballı Badi – bir pərdəlik məzhəkə.
Ağa Cavad – Nadir İbrahimov bəy.
Dursun Ali – Riza Təhmasib bəy.
Yapdım Ali – Kara bəy.
Rejissor – Riza Təhmasib bəy.
(qısa məzmunu verilir...)
Dördüncü pərdə:
Konsert
1 – Tar, kamança, dəf, nağara ilə Azərbaycan şarkıları.
(Nadir İbrahimov, Qəzənfər Nərimanov, İsmayıl İsmayılov,
Əsgər Topçubaşov bəylər tərəfindən).
2 – Mənzum xitabə – Mirzə Davud Rəsulzadə bəy tərəfin-
dən.
3 – Tar  ilə  yalnız  mahur  taksim – Nadir  İbrahimov  bəy
tərəfindən.
4 – Azərbaycan rəqsi – İsmayıl İsmayılov bəy.
5 – Meyxana  (mesretli  zaman) – Nadir  İbrahimov  bəy
tərəfindən (yunanlılar haqqında burada inşa edilmişdir).
6 – Yalnız kamança ilə çahargah taksim – Nadir İbrahimov
bəy tərəfindən.
7 – Mənzum xitabə – Şəkil və qiyafət-i məxsusəsi ilə Riza
Təhmasib bəy.
8 – Azərbaycan  teatr  həyatından  bir  mənzərə – Nadir
ibrahimov bəy.
9 – Tar,  kamança,  dəf,  nağara  ilə  Azərbaycan şarkıları
(Nadir  İbrahimov,  Qəzənfər  Nərimanov, İsmayıl  İsmayılov,
Əsgər Topçubaşov bəylər tərəfindən).


__________Milli Kitabxana__________
58
10 – “Əsli və Kərəm” operasındam bir parça – Nadir İbra-
himov bəy tərəfindən” (19, s.184-187).
Tarixi  bir  sənəddən  götürülmüş  yığcam  bir proqram  par-
çasının  təqdimatı xalqlarımız  arasındakı mədəni  əlaqələrin  hə-
min  dövrünü xarakterizə  etmək  üçün,  düşünürük ən  bariz  nü-
munədir.
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasın-
dakı mədəniyyət əlaqələrinin, heç şübhəsiz, tarixi prosesləri və
siyasi-ideoloji  amilləri  nəzərə  almadan  araşdırılması  tarixi
həqiqətlərin  saxtalaşdırılmasına  yol  açmış  olar.  Təbii  ki,  tari-
xən eyni milli-mənəvi, dini köklərə bağlı olan xalqlarımız ara-
sındakı mədəni əlaqələrin kökü çox-çox uzaqlara gedir. Bütün
bu tarixi məqamlara toxunmaq çətin olsa da Azərbaycan – Tür-
kiyə  mədəni  əlaqələrinin  müasir  mərhələsindən  söhbət  getdiyi
təqdirdə  sovet  dövründəki  vəziyyət  hökmən  nəzərdən  keçiril-
məlidir.  Azərbaycanın ən  yeni  tarixinə  dair  mənbələrdən  də
aydın  olduğu  kimi  sovet  dövründə  beynəlxalq  hüququn  sub-
yekti  olmayan  Azərbaycan  beynəlxalq  əlaqələrdə  mərkəzi
hökumət  vasitəsi  ilə  iştirak  edirdi.  SSRİ  hökuməti  Azərbay-
canın  xarici  ölkələrlə birbaşa  siyasi  və  ticarət-iqtisadi əlaqələ-
rinə  imkan  vermirdi.  Müharibədən  sonrakı  ilk  onilliklərdə
Azərbaycanın  xarici  ölkələrlə  əsasən  mədəni  əlaqələr  saxla-
masına  icazə  verilirdi.  Lakin  bu  əlaqələr  Moskvanın  ciddi
nəzarəti  altında  həyata  keçirilirdi.  Siyasi əlaqələr  əsasən  sosi-
alist  və  inkişaf  etməkdə  olan  ölkələrin  kommunist  və  sosialist
partiyaları ilə saxlanılırdı (64, s. 87).
1946 – 1990-cı  illərdə  Azərbaycan  Respublikası  SSRİ  tər-
kibində beynəlxalq qarşılıqlı mədəni əlaqələrin iştirakçısı oldu.
1946 – 1990-cı illərdə Sovet İttifaqını təşkil edən müttəfiq res-
publikalardan  biri  kimi  Azərbaycan  Respublikasının  beynəl-
xalq  mədəni  əlaqələrinin  həyata  keçirilməsinin  hüquqi-siyasi
əsasını  SSRİ-nin  xarici  ölkələrlə  bu  sahəyə  aid  bağladığı  mü-
qavilə, saziş və protokollar təşkil etdi. SSRİ 70 – 80-ci illərdə
Türkiyə və bir sıra başqa dövlətlərlə mədəni əlaqələrə dair çox-


__________Milli Kitabxana__________
59
lu  sənədlər  imzaladı (5,  s.461).  Həmin  sənədlərdə  mədəni
əlaqələrin  formaları  və  həyata  keçirilməsi  prinsipləri  müəyyən
edildi.  Mədəni  əməkdaşlıq  məsələləri  1946 – 1990-cı  illərdə
Sovet  İttifaqının  xarici  ölkələrlə  münasibətlərində  müzakirə
obyektlərindən biri oldu. Beynəlxalq mədəni əlaqələr problemi
çoxtərəfli əsasda, o cümlədən Avropada təhlükəsizlik və əmək-
daşlıq məsələlərinə dair Helsinki (1975-ci il), Madrid (1983-cü
il),  Vyana  (1989-cu  il)  və  Paris  (1990-cı  il)  müşavirələrinin
yekun  sənədlərində  öz  əksini  tapdı.  Bu  sənədlərdə  dövlətlər-
arası münasibətlərdə mədəni əlaqələrin yeni formaları müəyyən
edildi və əhəmiyyəti göstərildi (64, s.88).
Tədqiqatçılar  bu  dövrdə  beynəlxalq  mədəni  əlaqələrdə
Azərbaycan  Respublikasının  iştiarkını  aşağıdakı  mərhələlərə
ayırırlar:  1946-cı  ildən  50-ci  illərin  ortalarınadək;  50-ci  illərin
ortalarından  70-ci  illərədək;  70-ci  illərdən  80-ci  illərin  ortala-
rınadək;  80-ci  illərin  ortalarından  1991-ci  ilədək. İlkin  mərhə-
lədə mədəni əlaqələr xeyli zəif idi və mərkəzi hökumətin inzi-
bati-amirlik  metodu  Azərbaycanın  fəaliyyətini  demək  olar  ki,
tamamilə  məhdudlaşdırırdı.  Müharibənin  sonuna  yaxın,  1944-
cü  ildə Azərbaycan  SSR  XXİK  bərpa  olundu  və  1946-cı  ildə
isə  o,  Xarici İşlər  Nazirliyinə  çevrildi.  Bununla  belə,  nazirlik
mərkəzin  təqsiri  üzündən  protokol  idarəsi  kimi  qalırdı.  Bu
mərhələdə  Azərbaycanın  mədəni  əlaqələrini  əsasən İranla
Mədəni  Əlaqələr  Cəmiyyəti  həyata  keçirirdi.  Dövrün  siyasi
şəraiti mədəni əlaqələrə mənfi təsir göstərirdi (5, s.462).
50-ci  ilin  ortalarından  başlayaraq  mədəni  əlaqələrin  coğra-
fiyası genişləndi və Avropa, Asiya və Amerikanın bir sıra ölkə-
lərini  əhatə  etdi.  Bu  mərhələdə  dünyada  və  ölkədə  möhtəşəm
dəyişikliklər baş verdi. Bu dəyişikliklər beynəlxalq mədəni əla-
qələrin  genişlənməsi  üçün  əlverişli  şərait  yaratdı.  70-ci  illər –
80-ci illərin ortalarınadək olan mərhələ həm də keyfiyyət baxı-
mından  özündən  əvvəlki  mərhələlərdən  köklü şəkildə  fərqlə-
nirdi. Bu mərhələdə mərkəzin bürokratik əngəllərinə baxmaya-
raq  Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə  özünə  yol  aç-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə