Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə27/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   23   24   25   26   27   28   29   30   ...   96

__________Milli Kitabxana__________
82
Baş  naziri  Süleyman  Dəmirəl  ölkənin  parlamentində  çıxışında
bildirmişdi ki, Sovet İttifaqının dağılması və Avropadakı dəyi-
şikliklər şəraitində  türk  və  müsəlman  sovet  respublikaları  ilə
əməkdaşlıq zəruridir. Belə ki, “1992-ci il ərəfəsində Türkiyənin
qarşısında əsasən  Mərkəzi  Asiya  və  Qafqaz  istiqamətində
geniş, öz əhəmiyyətinə görə böyük perspektivlər açılır. Türkiyə
üçün faydalı olardı ki, dövlətimiz, hökumətimiz, parlamentimiz
və  işgüzar  dairələrimiz  həmin  respublikalara  xüsusi  fikir
versinlər, onlarla yaranan mehriban münasibətlərin bünövrəsini
təşkil edən əsas dəyərləri nəzərə alsınlar və çalışsınlar ki, gələ-
cəkdə bizim  barəmizdə  belə  sözlər  deyilməsin:  “Bu  böyük
qardaşımız  da  bizi  məyus  etdi”.  Ümimiyyətlə,  türk  sovet  res-
publikaları  ilə  əlaqədar  problem  ölkənin  ali  qanunvericilik
orqanı  olan  Türkiyə  Böyük  Millət  Məclisinin  iclaslarında  mü-
təmadi müzakirə olunurdu. Müzakirələrdə ölkədə “xarici türk-
lərin” işləri üzrə xüsusi nazirlik yaradılmasının, latın əlifbasına
keçməkdə  türk  xalqlarına  yardım  göstərilməsinin  zəruriliyi
bildirilirdi (20 dekabr 1991)” (103, s. 32-33). 1992-ci il yanvar
ayının 14-də  yenə ilk olaraq Türkiyə Azərbaycanla diplomatik
münasibərlərin  bərpa  edilməsi,  Bakıda  və  Ankarada  səfirliklər
səviyyəsində  diplomatik  nümayəndəliklər  yaradılması  haqqın-
da protokol imzaladı.
Özünün gələcək inkişaf modelini yaradan, Qafqazın, Asiya-
nın və Avropa sivilizasiyalarının ənənələrini özündə birləşdirən
orijinal  mədəniyyətini  qoruyub  saxlayan, Şərq  ilə  Qərbin, Şi-
mal ilə Cənubun qovuşuğunda yerləşən Azərbaycan dövləti bu
modeli tarixi təcrübə və rüspublikanın geosiyasi vəziyyəti baxı-
mından  müəyyən  edir,  dünya  inkişafının  indiki  qanunauyğun-
luqlarını  nəzərə  almaqla,  XX  əsrin  axırlarınadək  bəşər
sivilizasiyasının hazırladığı fundamental prinsiplərə sadiq olan
demokratik, sülhsevər bir dövlətin, dünya birliyinin bərabərhü-
quqlu üzvünün modelini yaratmağa çalışır. Və dünya demokra-
tiyasının,  mədəniyyətinin,  inkişaf  etmiş  ölkələrin  iqtisadiyya-
tının  təcrübəsinin  Azərbaycanda  tətbiq  olunması  prosesində


__________Milli Kitabxana__________
83
xalqımızın  həm  dil,  həm  də  mənəvi,  tarixi,  mədəni  və  siyasi
cəhətdən  sıx  tellərlə  bağlı  olduğu  Türkiyənin  əldə  etdiyi  nai-
liyyətlərdən  yeri  gəldikcə  istifadə  edilir,  “Türkiyə  modeli”nə
müraciət olunur.
Azərbaycan  öz  müstəqilliyini  elan  etdikdən  sonra  dövlət-
lərimiz  arasında  ilk  rəsmi  görüş  1992-ci  ilin  yanvar  ayında
oldu.  Həmin  ilin  yanvar  ayının  23-27-də  Azərbaycan  Respub-
likasının  Prezidenti  Ayaz  Mütəllibov  Türkiyə  Respublikasının
Prezidenti Turqut Özalın dəvəti ilə Türkiyəyə səfər etdi. Azər-
baycan  Respublikası  dövlətlərarası əlaqələr  səviyyəsində  res-
publika ilk dəfə müstəqil dövlət kimi çıxış edirdi (103, s. 37).
1992-ci  il  fevral  ayının  28-də  Türkiyə  namayəndə  heyəti
(Xarici  İşlər  naziri  Hikmət  Çətin,  dövlət  naziri Şərif  Ercan,
Xalq  təhsili  naziri Köksal  Toptan,  TBMM-nin  bir  qrup  nüma-
yəndəsi)  Azərbaycanda  olarkən  müxtəlif  fəaliyyət  sahələrində
ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar məsələlər
müzakirə olunmuş, xalq təhsili, mədəniyyət, beynəlxalq müna-
sibətlər sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri müəyyən
edilmiş,  bir  sıra  dövlətlərarası sənədlərin  imzalanması  ilə  əla-
qədar  məsələlər  müzakirə  edilmiş,  diplomatiya  sahəsində  təc-
rübə  mübadiləsi  haqqında  razılıq əldə  edilmişdir  (29  fevral
1992).  1992-ci  il  mart  ayının  24-də  isə  Türkiyənin  Baş  naziri
Süleyman  Dəmirəl  və  Naxçıvan  Muxtar  Respublikasının  Ali
Məclisinin sədri Heydər Əliyev Ankarada əməkdaşlıq haqqında
protokol  imzaladılar.  Türkiyə  ilə  Naxçıvan  arasında  iqtisadiy-
yat, təhsil, nəqliyyat və rabitə sahəsində münasibətlərin inkişafı
nəzərdə  tutulur,  Türkiyə  Araz  sərhəd  çayı  üzərində  körpü  sal-
maq barədə öhdəlik götürürdü (26 mart 1992) (103, s. 38-40).
1992-ci  ilin  may  ayındaTürkiyənin  Baş  naziri  Süleyman
Dəmirəl Azərbaycanda, 1992-ci ilin noyabr ayında Azərbaycan
Respublikasının Prezidenti Əbülfəz Elçibəy Ankarada, 1993-cü
ilin aprel ayında isə Türkiyə Respublikasının Prezidenti Turqut
Özal  Azərbaycanda  səfərdə  oldular.  Bu  səfərlər  zamanı  Tür-


__________Milli Kitabxana__________
84
kiyə – Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi
məqsədilə hökumətlərarası yeni sənədlər imzalandı.
Azərbaycanın  xarici  siyasət  fəaliyyətindən  bəhs  edilən
mövcud  tarixi-siyasi ədəbiyyatda  1992-ci  ilin  may  ayından
1993-cü  ilin  iyun  ayına  qədər  olan  dövrdə  birtərəfli  qaydada,
beynəlxalq  durumun  obyektiv  gerçəkliyi,  dövlətin  real  vəziy-
yəti  və  mənafelərini  tam  nəzərə  almayan  xarici  siyasət  kursu
həyata  keçirildiyi  qeyd  olunur,  bu  siyasətin  məntiqi  nəticəsi
kimi  bir  sıra  dövlətlərlə  münasibətlərdə  əsassız  gərginlik  və
narazılıqlar  yaranmasından,  birtərəfli  qaydada  yalnız  Türkiyə
ilə münasibətlərə üstünlük verilməsindən danışılır (103, s. 48).
1992-ci  il  may  ayının  3-də  Bakıda  Türkiyə  səfirliyinin
açılışı mərasimi oldu. Mərasimdə TC-nin Baş naziri S.Dəmirəl
iştirak  edirdi.  1992-ci  il  avqust  ayının  11-də  Azərbaycan  Res-
publikası  Prezidentinin  fərmanı  ilə  Məmməd  Əliyev  Türkiyə
Respublikasında Azərbaycan Respublikasının fövqəladə və sə-
lahiyyətli  səfiri,  Abbas  Abdulla  Hacaloğlu  Türkiyə  Respubli-
kasının  İstanbul  şəhərində  Azərbaycan Respublikasının Baş
konsulu  təyin  olundular.  1992-ci  il  noyabr  ayının  2-də  Anka-
rada Azərbaycan səfirliyinin açılışı mərasimi oldu. Azərbaycan
Respublikasının  Prezidenti Əbülfəz  Elçibəy  mərasimdə  iştirak
edirdi.  Türkiyə  Respublikasının  Prezidenti  Turqut  Özal  çıxı-
şında  Azərbaycanın  Türkiyədə  ilk  səfirliyinin  Mustafa  Kamal
Atatürk  tərəfindən  açıldığını  xatırlatdı.  Türkiyə  Azərbaycan
Respublikasının  Xarici  İşlər  nazirliyinə  öz  problemlərini,  yəni
kadr hazırlığı, səfirliklərin açılması və s. məsələləri həll etmək
üçün  15  mln.  dollar  yardım  göstərməyi qərara  almışdı  (103,
s.74-75).
1992-ci  ilin  yanvar  ayının  14-də  Azərbaycan – Türkiyə
diplomatik əlaqələri  yaradılmışdır.  Həmin  vaxtdan  Türkiyənin
Azərbaycanda,  1992-ci  ilin  avqust  ayından  isə  Azərbaycanın
Türkiyədə  diplomatik  missiyası  fəaliyyətə  başlamışdır. Dip-
lomatik  münasibətlərin  yaradılması  iki  ölkə  arasında  qarşılıqlı
əlaqələrin  inkişafında  geniş  perspektivlər  açdı.  Artıq  1992-ci


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə