Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   25   26   27   28   29   30   31   32   ...   96

__________Milli Kitabxana__________
89
dəstəklənməmiş halında kültür birliyinin təmin edilməsində çə-
tinliklər yaşanacağı da qaçınılmazdır. Maddi və mənəvi mədə-
niyyət  dəyərlərimizin  bir  daha  sarsılmamasını,  sağlam  təməl-
lərə oturmasını arzu ediriksə yayınlarla bağlı hər cür fəaliyyətin
təcili başladılması və sürətlə yürüdülməsi lazımdır (159, s.123).
Qardaş  Türkiyə  Cümhuriyyəti  ilə  bütün  sahələrdə  olduğu
kimi, elm, təhsil, mədəniyyət və ədəbiyyatla bağlı əlaqələrimiz
genişləndikcə, ötən yüzillikdəki 70 illik ayrılığın fəsadları daha
sürətlə  ortadan  qalxır,  ölkələrimiz,  xalqlarımız  arasındakı  mü-
nasibətlər inkişaf edir, qloballaşma dövründə Türk Dünyasının
yeri möhkəmlənir.
Azərbaycan – Türkiyə  mədəni  əlaqələri  tarixində  Heydər
Əliyevin  müstəsna  xidmətlərindən bəhs  edən  professor  Erol
Oral  yazır  ki,  Türkiyədəki  müvcud  qanuna  uyğun  olaraq  hər
biri  4 il olmaq üzrə mümkün olan iki müddət ərzində (1992 –
2000-ci  illərdə)  Anadolu  bölgəsinin  40  min  tələbə  kontin-
gentinə  malik  ən  böyük  təhsil  ocaqlarından  biri  olan Ərzurum
Atatürk  Universitetində  rektor  vəzifəsində  çalışarkən  Nax-
çıvanla  daha  yaxından  tanış  olmaq  imkanı əldə  etdim.  Doğul-
duğum və xaricə gedənədək çalışdığım Ərzurum şəhəri Naxçı-
vanla həm qəlbən, həm də coğrafi baxımdan çox yaxın olduğu
üçün  işlədiyim müddətdə  zəngin  ənənələrə  sahib  bu  qədim
Azərbaycan diyarı ilə çox səmimi və işgüzar münasibətlərimiz
yarandı.  Belə  ki,  Naxçıvan  ziyalıları,  xüsusilə  də  o  zamankı
Naxçıvan Pedaqoji İnstitutunun müəllimləri, tez-tez bizim Uni-
versitetdə  olur  və  müqavilə  ilə  Türkiyə  üçün  yüksək  ixtisaslı
kadr hazırlığı işində yaxından iştirak edirdilər. Həm onlar, həm
də tez-tez Ərzurumdan Naxçıvana gedən əməkdaşlarım vasitə-
silə o zamankı Naxçıvanın həyatı ilə yaxından tanış olurdum.
Diqqətimi ən çox cəlb edən, məhz müsəlman olduğuna gö-
rə  Sovet İttifaqında  qarşısına  çıxan  çoxsaylı  süni  maneələri
özünün müstəsna qabiliyyəti sayəsində aşaraq dövlətin ən yük-
sək  zirvəsinə – Sov.  İKP  MK-nın  Siyasi  Büro  Üzvü  və  SSRİ
Nazirlər Sovetinin Birinci Müavini vəzifələrinə yüksəlmiş dün-


__________Milli Kitabxana__________
90
ya şöhrətli siyasətçi Heydər Əliyev cənablarının ən ağır və təh-
lükəli bir dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik et-
məsi olmuşdur (17, s.9).
Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il 6 may tari-
xində  Ankarada  Türkiyə  Quru  Qoşunları  Məktəbinə  gələrək
Türkiyənin  hərbi  və  mülki  ali  məktəblərində  təhsil  alan  azər-
baycanlı  tələbələrlə,  Türkiyədəki  Azərbaycan  diasporunun  nü-
mayəndələri  ilə  görüş  keçirmiş  və  nitq  söyləmişdir.  Görüşdə
Türkiyə  Polis  Akademiyasının  rəisi  Hasan  Yucasan  Prezident
Heydər Əliyevə  plaket  təqdim  etmişdir.  Heydər  Əliyev  Türki-
yənin  Bilkent Universitetinin əziz qonağı olmuşdur. Orada  İh-
san Doğramacı Prezidenti Heydər Əliyevə Türkiyə – Azərbay-
can  dostluğu vəqfinin fəxri sədri seçilməsi barədə diplom  təq-
dim  etmişdir.  Sonra  həmyerlimiz  Toğrul  Qəniyevin  dirijorluq
etdiyi  Bilkənd  Universiteti  Akademik  Orkestrinin  konserti  ol-
muşdur.  Konsertdə  Üzeyir  Hacıbəyovun,  Qara  Qarayevin,
Vivaldinin əsərləri  səslənmişdir (17,  s.95-96).  Heydər  Əliyev
Ankaradakı iqamətgahında Türkiyənin tanınmış jurnalistləri ilə
görüşmüşdür.  Görüşdə  “Cumhuriyet”,  “Hürriyet”,  “Sabah”,
“Milliyet”,  “Turkish  Daily  News”,  “Zaman”,  “Günaydın”,
“Türkiye”,  “Radikal”  qəzetlərinin  və  digər  mətbuat  orqanla-
rının  nümayəndələri  iştirak  etmişlər.  Azərbaycanda  türk  təhsil
ocaqlarının fəaliyyətinə toxunan Azərbaycan Prezidenti demiş-
dir:  “Mən  həmişə  buna  dəstək  vermişəm  və  bu  gün  də  dəstək
verirəm.  Mən  güman  edirəm  ki,  bunlar  Azərbaycan – Türkiyə
dostluğunun  və  əməkdaşlığının  inkişaf  etməsinə  kömək  edə-
cəkdir”.  Azərbaycan  Prezidenti  Ankaradakı  iqamətgahında
Türkiyənən “NTV” televiziyasına müsahibə vermiş və Türkiyə
Dövlət Opera və Balet teatrında olmuşdur (17, s.97). Daha son-
ra  Heydər  Əliyev,  ona  fəxri  doktor  adı  verilməsi  münasibətilə
keçirilən  mərasimdə  iştirak  etmək  üçün hava  limanından
birbaşa  İzmirin  “9  Eylül”  Universitetinə  gəlmişdir.  “9  Eylül”
Universitetinin  rektoru  Fethi  İdiman  salondakıların  gurultulu
alqışları altında universitetin fəxri doktoru mantiyasını və  me-


__________Milli Kitabxana__________
91
dalını Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etmişdir.
Heydər Əliyev mərasimdə nitq söyləmişdir. O,  Türkiyədə  rəs-
mi  səfərdə olarkən İzmirdə  yaşayan və burada təhsil alan soy-
daşlarımızla  görüşmüşdür.  Dəbdəbəli  “Prinses”  otelində  keçi-
rilən bu görüş münasibətilə azərbaycanlı rəssamların, tələbələ-
rin,  habelə  digər  türkdilli  ölkələrin  gənclərinin  fəaliyyətindən
bəhs edən sərgi təşkil edilmişdir. Respublikamızın rəhbəri sərgi
ilə  tanış  olmuşdur.  Azərbaycan  Prezidenti  və  respublikamızın
nümayəndə  heyətinin  üzvləri İzmirdə  “Bakı”  parkının  açılış
mərasimində  iştirak  etmişlər.  Mərasimdə  Heydər  Əliyev çıxış
etmişdir.  İzmirin  mənzərəli  guşəsində,  Ege  dənizi  sahilində
“Heydər  Əliyev  Bulvarı”nın  açılış  mərasimi  olmuşdur.  Məra-
simə  toplaşanlar  Azərbaycan  dövlətinin  başçısını  hərarətlə,
alqışlarla qarşılamışlar. Prezident Heydər Əliyev bulvarın açılı-
şını bildirən lenti kəsmişdir (17, s.98).
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ona
fəxri  doktor  adı  verilməsi  münasibətilə  keçirilən  təntənəli  mə-
rasimdə  iştirak  etmək  üçün  8  may  1997-ci  ildə  ölkənin  böyük
təhsil  ocaqlarından  biri  olan  İstanbulun  Fatih  Universitetinə
gəlmişdir.  Universitetin  professor  və  müəllim  heyəti,  tələbələr
dövlət  başçısını  hərarətlə,  gül-çiçək  dəstələri  ilə  qarşılamışlar.
Universitetin  rektoru  Ergün  Yener  Prezident  Heydər  Əliyevi
səmimiyyətlə salamladıqdan sonra mərasimdə Türkiyənin Döv-
lət  Naziri  Namik  Kamal  Zeybək  çıxış  etmişdir.  Sonra  Fatih
Universitetinin  rektoru  Ergün Yener  salondakıların  gurultulu
alqışları altında  Heydər  Əliyevə  Fatih  Universitetinin  fəxri
doktoru  mantiyasını  və  diplomunu  təqdim  etmişdir.  Heydər
Əliyev  mərasimdə  geniş  nitq  söyləmişdir.  O,  nitqində  bunları
xüsusilə vurğulamışdır: “Universitet və onunla bağlı olan vəqf
türk  dünyasında  türk  xalqının,  türk  tarixini,  milli ənənələrini,
keçdiyi  yolu  təbliğ  etməkdə  və  türk  dilini,  təhsilini,  tədrisini
qurmaqda,  yaratmaqda  türk  cümhuriyyətlərində  yeni-yeni  təd-
ris ocaqları – universitetlər, kolleclər, liseylər açmaqda çox bö-
yük  xidmətlər  göstərir.  Bu  tək  bir  universitet  deyil,  onun  çox


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə