Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə31/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   27   28   29   30   31   32   33   34   ...   96

__________Milli Kitabxana__________
95
yanaşı Şimali Kipr Türk Cümhuriyyətinin bir sıra nüfuzlu uni-
versitetləri  də  azərbaycanlı  gəncləri  öz  tələbələri  sırasında
görmək arzusunda olduğunu sərgidə göstərirdilər (43, 2005, 18
mart, № 11).
Qazi  Universitetinin  prorektoru,  professor,  elmlər  doktoru
Tülin  xanım  Öygürun,  bu  ali  məktəbin Türkcə  Öyrənim,
Araşdırma və Uyğulama Mərkəzinin başqanı, professor, elmlər
doktoru  İsa Özkanın, onun həyat  yoldaşı, Qazi  Universitetinin
ədəbiyyat  fakültəsinin  türk  dili  və  ədəbiyyatı  bölümünün
müəllimi,  filoloq,  araşdırıcı,  tərcüməçi  Fatma  xanım  Özkanın
müsahibələrində məhz Azərbaycan – Türkiyə qarşılıqlı  elmi-
mədəni əlaqələrinə, eyni zamanda ədəbiyyat məsələlərinə toxu-
nulmuşdur. Tülin  xanım  müsahibəsində  bildirmişdir  ki, Azər-
baycan bizə qardaş ölkədir. Sizin ölkədən Türkiyəyə, özəlliklə
Qazi  Universitetinə  çoxsaylı  tələbələr  öz  tutur.  Bugünkü
sərginin  əsas  məqsədi  Türkiyədəki  yüksək  səviyyədə  yara-
dılmış  təhsil  sistemini  Azərbaycanda  daha  yaxından,  daha
yaxşı  tanıtmaq,  burada  ölkəmizdə  oxumaq  arzusunda  olan  yu-
xarı sinif şagirdlərinə, gənclərə geniş məlumat vermək, onların
seçim  imkanlarını  artırmaqdır. Bizim  bundan  bir  ay  sonra
Qazaxıstanda sərgimiz olacaq. Əgər Azərbaycan universitetləri
də  orada  iştirak  etmək  istəsələr,  böyük  məmnuniyyətlə  onlara
yardımçı ola bilərik. Elm və təhsil əlaqələrimizin inkişafına biz
böyük əhəmiyyət  veririk.  Eyni  zamanda  istərdik  ki,  bu  müna-
sibətlər  qarşılıqlı  olsun.  Türk  Dünyasına  daxil  olan  cümhuriy-
yətlərə çox önəm veririk. Orada  yaşayan türklər bizi seçərkən,
bilməlidirlər  ki,  Türkiyədə  çox  yüksək  təhsil  sistemi  mövcud-
dur.  Dünya  standartlarına  cavab  verən  ciddi,  açıq,  şəffaf  bilik
verən  təhsil  müəssisələrində  gələcəyin  mütəxəssislərinə  geniş
ali  savad  vermək  imkanımız  vardır.  Bütün  bu  imkanları  Azər-
baycandakı gənclərə,  ali  təhsil  almaq  istəyən  qardaşlarımıza
anlatmaq istəyirik. Bundan sonra başqa türk cümhuriyyətlərin-
də  də  bu  istiqamətdə  fəaliyyətimizi  genişləndirəcək,  yeni-yeni


__________Milli Kitabxana__________
96
tədbirlər, sərgilər keçirməklə qaşılıqlı tələbə mübadiləsinə şəra-
it yaradacağıq (43, 2005, 18 mart, № 11).
İsa Öskanın da fikirləri Azərbaycan – Türkiyə mədəni əla-
qələri baxımından maraq doğurur. O demişdir ki, Bakıda Tür-
kiyə universitetlərinin  sərgisini  təşkil  etməkdə,  onların  fəaliy-
yətini geniş işıqlandırmaqda, bizdəki təhsil sisteminin xüsusiy-
yətlərini, dərs proqramlarının incəliklərini, həmçinin geniş əla-
qələr  imkanını  göstərməkdə  məqsədimiz  həm  də  Azərbaycana
olan sonsuz sevgi hisslərimizi sizlərlə bölüşməkdir. Orta mək-
təbin  son  sinfində  oxuyanları  təlimatlandırır,  onlara  geniş  mə-
lumat veririk. Qeyd etdiyiniz kimi, dünyada və Türkiyədə bilik
sahələrində – ali  təhsil  sistemində  çox şey  dəyişilib,  yerləşib.
Türkiyədəki bir sıra universitetlər ölkə xaricindəki bir çox yer-
lərdə  öz  bölmələrini  yaratmış  və  ya  əksinə,  xarici  ali  məktəb-
lərin, məsələn Nyu York Texniki Universiteti kimi nüfuzlu təh-
sil ocaqlarının diplomunu öz tələbələrinə verirlər. Bu baxımdan
Azərbaycanda  da  müəyyən  əlaqələr  yaratmaq  istəyirik  və
fəaliyyət niyyətlərimiz var (43, 2005, 18 mart, № 11).
Türkiyəli alimlər belə bir yekdil qənaətdə olduqlarını ifadə
etmişlər ki, türksoylu ölkələrin həm orta, həm də ali təhsil sis-
temləri  bir-birinə  yaxınlaşmalıdır.  Akademik  çalışmalar  sahə-
sində  də  əlaqələrimizi  möhkəmləndirməliyik.  Yəni  bir  vahid
sistemi  qəbul  etməliyik.  Və  bütün  bunları  dünyaya  tanıtmalı-
yıq. Əgər  türk  ölkələri – Qazaxıstan,  Özbəkistan,  Türkmənis-
tan,  Qırğızıstan,  Azərbaycan  və  Türkiyə  ali  təhsil  sistemində
birliyə  gəlsələr,  birgə  dərslik  və  proqramlar  hazırlasalar,  ortaq
çalışmalara  malik  olsalar,  sözsüz  ki,  bütün  dünya  tərəfindən
çox  ciddi  qəbul  ediləcəklər.  Lakin  bu  zaman  ortaya  bir  dil
problemi  çıxır.  Ortaq  bilik,  elm,  ünsiyyət  vasitəsi  kimi  hansı
türkcəni  götürməli?  Təbii  ki,  türk  dövlətləri  tərəfindən  bir  ün-
siyyət dili qəbul etmək çox vacibdir. Bu ünsiyyət dili nə ədəbi
dil,  nə  də  ortaq  dildir.  Bir  dili,  yaxud  bir  türk  ləhcəsini  əsas
götürərək, elm və təhsil sahələrində birgə çalışmalara getməyin
vaxtı artıq çoxdan çatıb. Məsələn, vaxtilə rus və ya günümüzdə


__________Milli Kitabxana__________
97
ingilis dilinin oynadığı rolu indi hansısa bir türkcə mütləq apar-
malıdır.  Müxtəlif  türk  dillərindən  sözləri  götürməklə  ortaq  bir
dil yaratmaq istəyənlərin mövqeyinə hörmətlə yanaşsaq da, fik-
rimizcə, bu heç də problemin həlli yolu deyildir. Onsuz da indi-
ki texnoloji inqilab vaxtı bütün dillər arasında sıx bir əlaqə var-
dır,  sözlər  alınır,  sözlər  verilir.  Bu  zaman  məsafədən  təhsil  də
asanlaşacaq. Düzdür, ucuz başa gələn bu təhsil formasında  in-
sani  hisslər,  tələbələrin  rəqabəti,  gənclərin  intellekt  yarışması
zəif olacaq. Bilgi öyrənmək, onu qazanmaq yolları çox fərqlidir
və tez-tez dəyişir. Keçən ilin bilgisi ilə builki məlumatlar, elmi
dəyərlər  arasında  böyük  fərqlər  mövcuddur.  Türk  Dünyasında
yaşayan insanlar yeniliklərdən geri qalmamalı, hər bir dəyişik-
liklərə birlikdə hazır olmalıdır (43, 2005, 18 mart, № 11).
Türkiyənin  elm  və  təhsil  mütəxəssisləri  nəşriyyat  məsələ-
lərinə də xüsusi diqqət yetirmişlər. Onlar vurğulamışlar ki, çox
böyük  dühalar  və yaradıcı  şəxsiyyətlər  yetirən  bir  ədəbiyyat
olaraq  Azərbaycan  ədəbiyyatını  yaxından tanıtdıran  nəşriyyat-
lar  Türkiyədə  yoxdur.  Amma  quzeyli-güneyli  Azərbaycan
yazarlarından  B.Vahabzadə,  M.Şəhriyar  kimi şairlər,  Anar  və
Elçin kimi nasirlər son illər Türkiyədə çox çap olundular, onlar
tanınırlar,  oxunurlar.  Biz özümüz də  Anarın əsərlərini sevə-
sevə  oxuyuruq,  bəzilərini isə  türkcəmizə  uyğunlaşdırmışıq.
Bundan  qabaq Türkiyə  Mədəniyyət  Nazirliyinin  maliyyə
dəstəyi  ilə M.C.Məmmədquluzadənin  həyat  yoldaşı  Həmidə
xanımın “Xatirələr”ini bir kitab şəklinə salaraq Türkiyədə nəşr
etdirmişik (43, 2005, 18 mart, № 11).


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə