Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   35   36   37   38   39   40   41   42   ...   96

__________Milli Kitabxana__________
119
Abbas Abdulla Hocaoğlu təyin edildi. Sənəddə texniki məsələ-
lərlə bağlı təfərrüatlar da verilmişdir (152, s.28-31).
29  fevral  1992-ci  il  tarixində  Bakıda Türkiyə  Cumhuriyəti
ile Azərbaycan arasında imzalanan razılaşma sənədi (158, s.88-
89) Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin  möhkəmlən-
dirilməsi istiqamətində bir sıra məsələlərə aydınlıq gətirdi.
Azərbaycan  Respublikası  Baş  Naziri  Həsən  Həsənov  ilə
Türkiyə  Cümhuriyyəti  Xarici İşlər  Naziri  Hikmət  Çətin,  Milli
Egitim  Bakanı  Köksal  Toptan  və  Dövlət  Bakanı  Şərif  Ercan
arasında, 28 fevral 1992-ci il tarixində Bakıda olan görüşmədə,
Tərəflər aşağıdakı xüsuslarda razılıq əldə etmişlər:
1) Türkiyə, Azərbaycanın təmin edəcəyi örnək əlifbaya gö-
rə,  istənən sayda Azərbaycan əlifbasını ən qısa  müddətdə bas-
dıracaq  və  Azərbaycana  yollayacaqdır.  Lazım  olduqda,  iki  öl-
kənin elm adamları və mütəxəssisləri bir araya  gələrək mövzu
haqqında ortaq çalışma yapacaqlar.
2) Türkiyə,  Azərbaycan  təhsil  sistemində  ediləcək  islahat-
lara  hər  cür  yardım  etməyə  hazırdır.  Bu  çərçivədə, Türkiyə,
Azərbaycan  tərəfindən  təmin  olunacaq  binalarda,  başda  ingi-
liscə  olmaqla,  xarici  dildə  tədrisat  yapan  məktəblər  açacaqdır.
Bu  mövzuda Türkiyə Azərbaycana mütəxəssis göndərməyə  və
Azərbaycan  mütəxəssislərini dəvət  etməyə  hazırdır.  Bu  tipdə
qurulacaq  məktəblərin  yönətim şəkli  və  digər  texniki  xüsuslar
iki ölkə səlahiyyətliləri arasında yapılacaq görüşmələrdə aydın-
laşacaqdır.
3)  Türkiyə  Azərbaycanda  türkcə təhsil  verəcək  məktəblər
açmağa  hazırdır.  Bu  məktəblərin  də  quruluş  şəkilləri  iki  ölkə
arasında aparılacaq ortaq çalışmalarla müəyyənləşdiriləcəkdir.
4)  Türkiyə,  Azərbaycandakı  təhsil  islahatı çərçivəsində,
oxudulacaq dərs kitablarının mütəxəssislər tərəfindən hazırlan-
ması  və  nəşri  xüsusunda  hər  cür  yardım  etməyə  və  kolaylığı
göstərməyə hazırdır.
Türkiyə,  1992-ci  il  sentyabr  dönəmindən  etibarən,  Azər-
baycandan  gələcək  tələbələrə  Türkiyə  universitetlərində  təhsil


__________Milli Kitabxana__________
120
alma  imkanı  tanıyacaqdır.  Bu  tələbələrin  müəyyənləşdirilməsi
yollarını göstərmək üzrə bir Türk heyəti ən qısa zamanda Azər-
baycanı ziyarət edəcəkdir.
6) Türkiyə, Azərbaycanda pullu ali təhsilə keçilməsi çalış-
malarına  yardımçı  olmaq  üzrə  bu  ölkəyə  mütəxəssis  göndə-
rəcəkdir.
7) İki ölkə Milli Egitim Bakanları arasında imzalanan Pro-
tokol çərçivəsində Azərbaycandan Türkiyəyə tələbə göndərmək
istəyən şəxs, qurum və vakflara, bundan belə Azərbaycan  rəs-
miləri, ancaq Türk Milli Egitim Bakanlığının qarant məktubuna
istinadən gərəkli izni verəcəklər.
8)  İki  ölkə  Xarici İşlər  Nazirlikləri,  aralarında  imzalanan
Protokol çərçivəsində  yaxın əməkdaşlıq və qarşılıqlı fikir alış-
verişi içində olacaqlar. Bu çərçivədə:
a)  Türkiyə Xariciişləri  Bakanlığı,  Azərbaycan  Xarici İşlər
Nazirliyinin  yenidən  yapılanmasında  yardımçı  olmaq  üzrə
danışman – müşavirlər (məsləhətçilər) yollayacaqdır.
b)  Türkiyə,  Azərbaycan  diplomatlarının  Türk Xariciişləri
Bakanlığında  təhsil  və  staj  görmələrinə  imkan  yaradacaqdır.
Buna  görə,  Azərbaycan  diplomatları,  Türk Xariciişləri  Bakan-
lığının  Akademiyasında  staj  görə  biləcəklər  və  Bakanlığın  bi-
rimlərində - şöbələrində bu müddət ərzində çalışa biləcəklər.
c)  Türkiyə,  Azərbaycanın  Ankarada  səfirlik  aça  bilməsi
üçün müvəqqəti olaraq bir bina kirələməyə və bu müddət ərzin-
də  Ankaradakı  diplomatik  şəhərcikdən  Azərbaycana  torpaq
verərək səfirlik binasının inşasını gerçəkləşdirməyə hazırdır.
d) Türkiyə, Azərbaycanın öz təmsilçiliklərini qurana qədər,
öz səfirlikləri vasitəsilə Azərbaycanın mənfəətlərini üçüncü öl-
kələr  və beynəlxalq quruluşlar nəzdində izləməyə və bu çərçi-
vədə,  başda  Birləşmiş  Millətlər  Təşkilatı  olmaq  üzrə,  başlıca
beynəlxalq  quruluşlar  nəzdindəki  Daimi  Təmsilçiliklərində
Azərbaycanın təmsilçilərinə yer verməyə hazırdır.
e)  Azərbaycan  beynəlxalq  təşkilatlara  üzv  olduğunda
Türkiyə ilə eyni bölgə qruplarda yer alması xüsusunda iki ölkə


__________Milli Kitabxana__________
121
yaxın əməkdaşlıq içində olacaqdır. Bu çərçivədə, Azərbaycanın
İ.M.F.-də  yer  aldığı  və  ya  alacağı  bölgə  qrupu  konusunda,
Türkiyənin İ.M.F.-dəki təmsilçisi ən qısa zamanda Azərbaycan
rəsmilərinə məlumat verəcəkdir.
Bu razılaşma protokolu Bakıda, 29 fevral 1992-ci il, cümə
ertəsi Azərbaycan  Respublikası  Baş  Naziri  Həsən  Həsənov  və
Türkiyə  Cümhuriyyəti  Xarici İşlər  Bakanı  Hikmət  Çətin,  Tür-
kiyə Cümhuriyyəti Milli Egitim Bakanı Köksal Toptan, Türki-
yə  Cümhuriyyəti  Dövlət  Bakanı  Şərif  Ercan  tərəfindən    imza-
lanmışdır (158, s.89).
Türkiyə Cümhuriyyəti Milli Egitim Bakanlığı ilə Azərbay-
can Respublikası  Xalq  Təhsili  Nazirliyi arasında təhsil  məsə-
ləsində əməkdaşlığa dair razılıq sənədi də Azərbaycan – Türki-
yə mədəni əlaqələrinə yeni-yeni töhfələr verdi (158, s.90-92).
Sənədin bəndlərindən də aşkarca  göründüyü kimi, Türkiyə
Cümhuriyyəti  Milli  Egitim Bakanlığı ilə  Azərbaycan  Xalq
Təhsili Nazirliyi Türkiyə və müstəqil Azərbaycan Respublikası
arasında təhsil sahəsində əlaqələrin inkişafı ilə bağlı  aşağıdakı
sahələrdə razılığa gəlmişlər:
– Orta  və  lisə  tələbələrinin  təhsili  ilə  bağlı  qarşılıqlı
mübadilə.
– Tələbələrin təhsili ilə bağlı ikili dəyişimi (ilk etapda 100
nəfər olmaq üzrə gələcəkdə bu sayı 1000 nəfərə yüksəltmək).
– Tərəflər arasında orta məktəb müəllimlərinin bir və ya iki
aylıq staj görmələri qarşılıqlı olaraq təmin ediləcək.
– Hər  iki  ölkənin  yüksək  və  orta  məktəb  müəllimlərinin  3
ay, 6 ay və 1 illik staj görmələri ilə bağlı qarşılıqlı dəyişimi.
– Türkiyə  tərəfi  Azərbaycandan  gələn  Azərbaycan  və  rus
dili və ədəbiyyatı müəllimlərini öz universitetlərində, Azərbay-
can tərəfi isə Türk dili və ədəbiyyatı müəllimlərini öz universi-
tetlərində müəllim  olaraq  görəvləndirməyi  öhdələrinə  götü-
rürlər.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə