Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   31   32   33   34   35   36   37   38   ...   96

__________Milli Kitabxana__________
107
cəkdir. Bu protokol 1 yanvar 1990 – 31 dekabr 1992-ci il tarix-
ləri  arasında  keçərli  olacaqdır.  Bu  protokol  Ankarada  10  yan-
var 1990-cı il tarixində türkcə və rusca olmaqla hər birindən iki
nüsxə  imzalanmış  olub,  hər  iki  mətn  də  eyni  dərəcədə  keçər-
lidir (158, s.13-20; 133, s.6-11).
Azərbaycan – Türkiyə təhsil əlaqələri sahəsində ilk mühüm
rəsmi sənədlərdən biri də Türkiyə Cumhuriyəti ilə Azərbaycan
Sovyet  Sosyalist  Respublikası  arasında 19  sentyabr  1990-cı
ildə keçirilmiş görüşlərlə bağlı protokoldur (146, s. 75-78).
Türkiyə  Cümhuriyyəti Maliyyə  və  Kömrük  naziri Adnan
Kahvecinin dəvətilə Azərbaycan SSR Nazirlər Kabinetinın baş-
qanı  Həsən Həsənovun rəhbərliyi ilə Azərbaycan heyəti 14-19
sentyabr  1990-cı  il  tarixində  Türkiyədə  rəsmi  səfərdə  olmuş-
dur. Bu  müddət  ərzində  o,  Türkiyə Respublikasının prezidenti
Turqut Özal və  baş  nazir  Yıldırım  Akbulut  tərəfindən  qəbul
edilmiş və Dövlət naziri Güneş Taner, Maliyyə və Kömrük na-
ziri Adnan  Kahveci,  Ulaştırma  Naziri  Cengiz  Tuncer  ilə
görüşmüş, Ankara,  İstanbul,  İzmir  və  Manisanı  ziyarət  edərək
bəzi elm və mədəniyyət mərkəzlərini gəzmişdir. Görüşlərdə, 10
yanvar 1990-cı il tarixində imzalanan Türkiyə Cümhuriyyəti ilə
Azərbaycan SSR arasında “1990 – 1992-ci illər arasında Türki-
yə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında elmi və
mədəni mübadiləyə dair” protokollar çərçivəcində Azərbaycan
– Türkiyə əlaqələrinin inkişafı məsələləri müzakirə edilmişdir.
31  maddədən  ibarət  olan  protokolun  bir  sıra  bəndləri  elm,
təhsil və mədəniyyət sahəsində əməkdaşlıqla bağlı olmuşdur ki,
aşağıda onların bəzilərini təqdim edirik:
5. Bu maddədə tərəflər arasında birbaşa TV proqramlarının
mübadiləsinin və Azərbaycanda  ortaq  telekommunikasiya
vasitələrinin qurulmasının yaxşılaşdırılması vurgulanır.
6. Tərəflər Bursa və Gəncə, Şəki və Kars şəhərləri arasında
qardaş şəhər əlaqələri qurulmasını məmnuniyyətlə qarşıladıqla-
rını bildirmiş, heyət mübadiləsi xüsusunda razılığa gəlinmişdir.


__________Milli Kitabxana__________
108
7. Tərəflər, hökumətlərarası elmi, texniki və mədəni əmək-
daşlıq komissiyasının qurulmasında razılığa gəlirlər. Bu komis-
siya  Türkiyə  ilə  Azərbaycan  arasında  imzalanan  müqavilə  və
protokolların tətbiqi ilə vəzifələndirilir.
12.  Tərəflər,  Azərbaycan İnşaat  Mühəndisləri İnstitutu  ilə
Mimar Sinan universiteti, Azərbaycan Tibb İnstitutu ilə Ankara
və İstanbul  Tibb  fakültələri  arasında əməkdaşlıq  qurulmasına
dair qarşılıqlı arzularını bildirmişlər.
22.  Tərəflər,  1990 – 1992-ci  illər  arasında  səhiyyə,  onko-
loji,  göz cərrahiyyəsi, üronefroloji, kardioloji, ürək-damar cər-
rahiyyəsi,  tibbi  təşhis,  staj  məqsədilə  mütəxəssis  mübadiləsi,
ekoloji  təmizlik  məsələsində  yeni  kimyəvi  nəzarət  tətbiqləri,
dərman,  tibbi  təchizat  və  cihaz  istehsalını  təmin  edəcək  ortaq
təsisatların  qurulması  məsələlərində Türkiyə  Cümhuriyyəti ilə
Azərbaycan Səhiyyə Nazirlikləri arasında protokol imzalanma-
sını razılıqla qəbul etmişlər. Tərəflər, 1990-cı il oktyabr ayında
Bakıda “Müasir cərrahiyyə problemləri” mövzusunda Azərbay-
can – Türkiyə  ortaq  konfransının  keçirilməsinə  müsbət  yanaş-
mışlar.
23.  Tərəflər,  təməl  elmlər  sahəsində  mütəxəssis  və  tələbə
mübadiləsinə razılıq vermişlər. Bu çərçivədə Tərəflər, Ərzurum
Universiteti ilə Azərbaycan Elmlər Akademiyası arasında elmi-
texniki  mübadilə  və  Azərbaycan  Elmlər  Akademiyası  Geolo-
giya İnstitutu ilə bu sahədə mübadilə edilməsinə, protokolların
imzalanmasına və Türkiyə və Azərbaycan elm adamları arasın-
da təmasların inkişaf etdirilməsinə yardımçı olacaqlar.
24. Tərəflər, Azərbaycan elm, sənət və mədəniyyət adamla-
rının Türkiyədə düzənlənən  birinci  Beynəlxalq  Azərbaycan
Konqresinə qatılmalarının, Türkiyə və Azərbaycan xalqları ara-
sında  qardaşlığın  və  dostluğun  daha  da  qüvvətlənməsinə  yar-
dım edəcəklərini vurğulamışlar.
26. Tərəflər, mədəni əlaqələrin genişləndirilməsini və Tür-
kiyə və Azərbaycan xalqlarının həyat, mədəniyyət, adət və ənə-
nələrinin hər iki xalqın təmsilçiləri arasındakı təmaslar, elmi və


__________Milli Kitabxana__________
109
mədəni  heyət  mübadiləsi  yolu  ilə  daha  geniş  şəkildə  tanıdıl-
masını istədiklərini vurğulamışlar.
27. Tərəflər, böyük bir qrup azərbaycanlı sənətçinin iştirakı
ilə  Türkiyədə  Azərbaycan  mədəniyyət  günlərinin  keçirilməsi-
nin, opera sənətçiləri, müğənnilər və folklor qrupları mübadilə-
sinin,  Azərbaycan  xalça  və  rəsm  ustaları  sərgisinin  təşkilinin,
Azərbaycanla  “Xarı  Bülbül  Beynəlxalq Musiqi  Festivalına
Türk  sənətçilərinin  qatılmasının,  Azərbaycan  Dövlət  Dram
teatrının Türkiyə qastrolunun, Türkiyə ilə Azərbaycan arasında
mədəniyyət sahəsində əməkdaşlığa müsbət münasibətdə olduq-
larını bildirmişlər.
28.  Tərəflər,  qarşılıqlı  olaraq  kitab nəşrinin,  türk  və  Azər-
baycan əsərlərinin çevrilməsi və nəşrinin, Bakıda Türk kitab və
nəşrlərini satan “Türk Dünyası” özəl kitab mağazasının, İstan-
bulda isə Azərbaycan yazarlarının kitablarını və nəşrlərini satan
“Azərbaycan  Dünyası”  kitab  mağazalarının açılmasının,  türk
və  Azərbaycan  xalqlarının  mədəniyyət  və  yaşantılarının  geniş
miqyasda  tanıdılmasına  imkan  yaradacaqlarını  məmnuniyyətlə
ifadə etmişlər.
29. Tərəflər xüsusilə səhiyyə sahəsində, elmi-texniki əlaqə-
lərin  inkişafı  və  plan  və  anlaşma  təməllərinə  söykənən  tələbə
və müəllim mübadiləsi üçün səy göstərəcəklər.
30.  Həsən  Həsənov  türk  və  Azərbaycan  xalqları  arasında
qardaşlıq, dostluq və əməkdaşlığın qüvvətləndirilməsinə edilən
yardım,  gördükləri  isti  münasibət  və  səmimi  qonaqsevərlik
üçün  Türk  hökumətinə  və  xalqına  təşəkkürlərini  bildirmiş  və
Azərbaycan SSR Cümhurbaşqanı  Ayaz  Mütəllibov  ilə  Azər-
baycan  Hökumətinin  rəsmi  dəvətini  Türkiyə Cümhurbaşqanı
Turqut  Özala,  Türkiyə  Baş  Naziri  Yıldırım  Akbuluta,  Türkiyə
maliyyə və Kömrük Naziri Adnan Kahveciyə təqdim etmişdir.
Edilən dəvətlər məmnuniyyətlə qəbul edilmişdir.
Bu protokol 19 sentyabr 1990-cı il tarixində Ankarada üçü
də eyni dərəcədə keçərli türkcə, azərbaycanca və rusca üç oriji-
nal nüsxə olaraq tərtib edilmişdir” (146, s.77-78).


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə