Fərqli baxiş multikulturalizm və tolerantliq təLƏBLƏRİ İlqar İsmayilzadə



Yüklə 73,9 Kb.

tarix30.10.2018
ölçüsü73,9 Kb.


FƏRQLİ BAXIŞ

MULTİKULTURALİZM VƏ TOLERANTLIQ TƏLƏBLƏRİ

İlqar İSMAYILZADƏ,

ilahiyyat elmləri doktoru

AÇAR SÖZLƏR: multikulturalizm,  tolerantlıq,  ilahi dinlər,  Yəhudilik, Xristianlıq, 

Sabiilik,  Zərdüştilik.

КЛЮ ЧЕВЫЕ СЛОВА: мультикультурализм,  толерантность,  божественные

религии,  Иудаизм, Христианство,  Сабии,  Зороастризм. 

K E Y  WORDS: multiculturalism,  tolerance,  divine religions, Judaism,  Christianity, 

Sabians,  Zoroastrianism.

Giriş

Azərbaycan  multikulturalizm  və  tolerantlıq  ənənələrinə  sözün  həqiqi  mənasında  sadiq  qalan 

ölkələrdən  biridir.  Çünki  ölkəmizdə  bununla  bağlı  səsləndirilən  fikirlər yalnız  sənəd  üzərində 

və ya  söz  olaraq  qalmır,  məhz  reallıqda həyata  keçirilir.  Bu  da  multikulturalizm  və  tolerantlıq 

ənənələrinin  ölkəmizdə  tarixən  mövcud  olmasından  qaynaqlanır.  Dövlət  səviyyəsində  multi­

kulturalizm və tolerantlıq ənənələrinin əsas təməli  1918-ci  ildə -  Şərqin  ilk demokratik dövləti 

sayılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məhəmməd Əmin Rəsulzadə və digər dövlət 

xadimləri tərəfindən qoyulmuşdur. XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin xalqın təki­

di  ilə yenidən hakimiyyətə qayıdışından sonra bu ənənələrə xüsusi  diqqət və qayğı göstərilmiş, 

Prezident  İlham  Əliyevin  rəhbərliyi  dövründə  isə  daha  da  möhkəmləndirilmişdir. Azərbaycan 

Respublikasının Prezidenti cənab  İlham Əliyevin  ötən ili Azərbaycan Respublikasında “Multi­

kulturalizm ili” elan etməsi bunun bariz nümunəsidir.

Təbii  ki,  multikulturalizm və  tolerantlığın  özünə  görə  xüsusi  şərtləri  və  tələbləri  vardır. 

Bunlardan  biri  fərqli  düşüncə,  inanc  və  ideologiyaların  ardıcıllarına  hörmətlə  yanaşmaqdan 

ibarətdir.  Lakin  bəzən  buna  riayət  edilmədiyinin  şahidi  oluruq.  Belə  ki,  bu  gün  Azərbaycan­

da  Qurani-Kərimin  bir  çox  tərcümələrində,  eləcə  də  m üxtəlif dinlərlə  bağlı  söhbət,  mühazirə 

və  yazılarda  bəzi  dinlərin  adı  yanlış  qeyd  edilir.  Məsələn,  zərdüştilər  “atəşpərəst”,  xristian­

lar “xaçpərəst” və  sabiilər “ulduzpərəst”  adlandırılır.  Əslində,  bu kimi  terminlər xalq  arasında 

mövcud  olan yanlış  təsəvvürlərdən,  bəzən də  müəyyən xurafatları  özündə  ehtiva  edən bir  sıra 

ideologiyalardan  qaynaqlanır.  Halbuki  oda  hörmət  və  sayğı  göstərən  Zərdüştləri  “atəşpərəst”, 

dini  ayinlərində istifadə etdikləri xaça görə məsihiləri “xaçpərəst”,  eləcə də ulduzlara sayğı  ilə 

yanaşan sabiiləri “ulduzpərəst” adlandırmaq doğru deyil.



Qurana bir baxış

İslam  təlimləri  baxımından  Zərdüştlük,  Yəhudilik,  Xristianlıq və  Sabiilik monoteist  din 

sayılır.  Zərdüştlük  oda,  Xristianlıq  xaça,  Sabiilik  isə  ulduzlara  deyil.  Yaradana  sitayişi  təbliğ 

etmişdir.  Bu  dinlərin  peyğəmbərləri  də  Quran  və  sünnədə  təsdiqlənərək  və  təriflənərək  bizə 

təqdim olunmuşlar.

Quranda yəhudilər və xristianlardan tez-tez bəhs  olunsa da,  zərdüştlər və  sabiilər barədə 

ötəri  ifadələr  mövcuddur.  Quranda  daha  çox  yəhudi  və  xristianlardan  söhbət  getməsinin  əsas 

səbəbi  isə  Ərəbistan  yarımadasında  yeni  zühur  etmiş  dinin  davamçılarının  həmin  dinlər  və 

onların peyğəmbərləri haqqında daha məlumatlı olması  idi  [1,  s.  358-360].

İslam  dininin  əsas  qaynağı  sayılan  Qurani-Kərimin  digər  dinlərə,  xüsusilə  də  səmavi

Dövlət və Din - №  02 (49)  Mart - Aprel  2017

95

A



zər

ba

yc



an 

Re

spublikası 



Din

Q



u

ru

m



la

rla


 İ

ş 

ü



z

 Döv



t K


om

itəsinin 

Jurnalı



A

z

ərb



ay

can


 Respublikası D

in

i Q



u

ru

m



la

rla


 İ

ş 

ü



z

 Dövlət Komitəsinin 



Jurnalı

FƏRQLİ BAXIŞ

dinlərə  baxışı  tam  şəffaf və  aydındır.  Müqəddəs  Kitabımızda  oxuyuruq:  “İman gətirənlərdən 



(müsəlmanlardan),  musavi  (yəhudi),  isəvi  (xristian)  və  sabiilərdən  Allaha,  axirət  gününə 

(sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır.  (Qiyamət günü) on­

ların  nə  bir qorxusu  olar,  nə  də  onlar bir qəm-qüssə  görərlər”  [2, “Bəqərə”,  62].

Bu  ayələrdə Yəhudilik,  Xristianlıq,  Zərdüştlük,  Sabiiliyin  adı  İslam  ilə  yanaşı  çəkilmiş, 

həmin  dinlərin  ardıcıllarının  müəyyən  çərçivədə  nicat  və  səadət  əhli  olduğu bəyan  edilmişdir. 

Quranda  bu  dinlərin  yad  edilməsi  həm  də  dolayısı  ilə  onların  İslam  tərəfindən  ilahi  din  kimi 

tanınması  anlamına  gəlir.  Quranın  m üxtəlif  dinlərdən  bəhs  edərkən  istifadə  etdiyi  ifadələrə 

nəzər salaq:

1.  Quran Zərdüşt dinini “M əcus” kimi təqdim edir.  Bu ifadə qədim fars mənşəli “məguş” 

(“muğu”,  “mug”,  müasir  fars  dilində  isə  “muğ”)  ifadəsinin  ərəb  dilinə  uyğunlaşdırılmış  for­

masıdır.  “Muğ” Zərdüştlərin dini  rəhbəri mənasına gəlməkdədir.  Quranda yalnız bir dəfə işlən­

miş “məcus” isə Zərdüştün gətirdiyi  dinin ardıcıllarını bildirir [3,  c.  2,  s.  1984].

2.  Quranda Həzrət Musanın  (ə)  gətirdiyi  dinin  ardıcılları  “Hud” (“haid”in  cəm fonnası), 

“əl-Yəhud”  (“yəhudf’nin  cəm  forması)  və  “Bəni-İsrail”  (İsrail  övladları)  kimi  yad  edilmişlər. 

Bəzi alimlərin fikrincə, yəhudilər Həzrət Musaya (ə) “İnna hudna iləykə” (biz həqiqətən də sənə 

tərəf qayıtdıq)  söylədiklərinə  görə  “yəhud”  adlanmışlar.  Digər bir  düşüncəyə  əsasən  Quranda 

işlənmiş  “Bəni-İsrail”  ifadəsi  daha çox  qədim zamanlarda yaşamış  yəhudiləri,  “yəhud”  ifadəsi 

isə  daha  çox  İslam  dininin  zühuru  zamanı  Ərəbistan  yarımadasında,  Mədinə  şəhəri  ətrafında 

yaşayan yəhudiləri  bildirir  [3,  c.  2,  s.  2382].

3.  Quranda  Həzrət  İsanın  (ə)  gətirdiyi  dinin  ardıcılları  “ən-Nəsara”  kimi  təqdim  edil­

mişlər.  “Ən-Nəsara”  “Nəsrani”  sözünün  cəm  formasıdır.  Bu  da  Nasirə  şəhərindən  olan  an­

lamındadır.  Qeyd etmək  lazımdır ki, Nasirə (“ən-Nasirə”) Fələstinin şimal bölgəsində yerləşən 

şəhərin  adıdır.  Bura  Həzrət Məryəmin  (ə)  şəhəri,  həmçinin İsa Məsihin (ə)  doğulub boya-başa 

çatdığı şəhərdir. Həzrət İsa (ə) və onun ardıcılları bu şəhərə mənsub olduqları üçün “ən-Nəsara” 

adlandırılmışlar  [4,  s.  569].

4.  Quranda  Sabii  dininə  mənsub  olanlar  isə  “əs-Sabiin”  kimi  təqdim  edilmişdir.  Bu  ifa­

dənin “subbi” sözündən törədiyini deyənlər də var. Bu isə “təmid qüslü verənlər” anlamındadır. 

Sabiilər  Türkiyənin  Hərran  şəhərində  meydana  gələn  dinin  ardıcıllarıdır.  Onlar  İraqda  Dəclə 

və Fərat çaylarının yaxınlığında, həmçinin İranın cənub bölgəsində yerləşən Xuzistan əyalətin­

də  yaşayırlar.  Bu  dinin  ardıcılları  axar  suya  xüsusi  hörmət  bəsləyir  və  buna  görə  də  adətən 

böyük  çayların  sahilində  məskunlaşırlar.  Onlar ulduzlara  da  xüsusi  əhəmiyyət  verdikləri  üçün 

tarix boyu ulduzpərəstlikdə  ittiham  edilmişlər.  Həzrət Zəkəriyyənin  oğlu Yəhyanın  (ə)  ardıcıl­

ları  kimi  təqdim  edilən  sabiilərin  “Ginzəh”  adlı  müqəddəs  kitabları  olmuşdur.  Bəziləri  onları 

yəhudi  və  xristian  dinlərinin  təlimlərindən  istifadə  edən,  həm  də  təmid  qüslü  alan  xüsusi  bir 

toplum  saymış,  bəziləri  onların  Həzrət  İbrahimin  (ə),  bəziləri  isə  Həzrət  Nuhun  (ə)  ardıcılları 

olduğunu  irəli  sürmüşlər.

Yuxarıda adı çəkilən dinlərin ardıcılları Qurani-Kərimdə daha çox  Kitab əhli kimi təqdim 

olunmuşlar.  Qurani-Kərimdə buyurulur:  “(Ya  Rəsulum!)  Söylə:  “Ey  kitab  əhli, sizinlə  bizim 



aramızda  eyni  olan  (fərqi  olmayan)  bir kəlməyə  tərəf gəlin!  (O  kəlmə  budur:)  “Allahdan 

başqasına  ibadət  etməyək.  Ona  şərik  qoşmayaq  və Allahı  qoyub  bir-birimizi  (özümüzə) 

Rəbb  qəbul  etməyək!”  Əgər  onlar  yenə  də  üz  döndərərlərsə,  o  zaman  (onlara)  deyin: 

“İndi şahid olun  ki,  biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” [2, “Ali-İm­

ran”, 64]; “Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm

Dövlət  və  Din - № 02 (49)  Mart  - Aprel  2017



FƏRQLİ BAXIŞ

də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın 

ayələrini ucuz qiymətə satmırlar.  Onların  Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, 

Allah  tezliklə  haqq-hesab çəkəndir”  [2, “Ali-İmran”,  199].

Təqdim edilən ayələrlə bağlı  bir neçə məqama toxunaq:

1.  Bu  ayələrin  ilkin  dinləyiciləri  Ərəbistan  yarımadası,  xüsusilə  də  Mədinə  şəhərinin 

ətrafında yaşayan yəhudilər və  xristianlardır.  Lakin  həmin  ayələri  bütün Kitab  əhlinə  (yəhudi­

lər, zərdüştlər, xristianlar,  sabiilər və s.) aid etmək olar.

2

.

  Ayələrin  hər  birində  Yəhudilik  və  Xristianlığın  ardıcılları  hörmətlə  Kitab  əhli  kimi 

təqdim  edilmişlər.  Odur ki,  Qurana  inanan  hər bir  şəxs  də  onlar barəsində  danışarkən  hörmət 

çərçivəsini  aşmamalı,  “kafir”,  “atəşpərəst”,  “xaçpərəst” kimi  ifadələrdən  istifadə etməməlidir. 

Ümumiyyətlə,  İslam  dinini  qəbul  edən  hər  kəs  Həzrət  Musa  (ə),  Həzrət  İsa  (ə)  və  digər pey­

ğəmbərlərlə  yanaşı,  onların  ardıcıllarına  da  hörmətlə  yanaşmalıdır.  Bu,  eyni  zamanda  əxlaqın 

kamilləşdirilməsi  üçün göndərilən Peyğəmbərin (s) ardıcıllarına da vacibdir.

3. Qurana görə, Kitab əhli əslində kafir və inanclı dəstələrə bölünürlər.  “Beyyinə” surəsi­

nin  6-cı  ayəsi  də  bu müddəanı  açıq-aydın  sübut  edir:  “Həqiqətən,  kitab  əhlindən  kafir olan­

ların  və  müşriklərin yeri cəhənnəm  odudur.  Onlar orada əbədi  qalacaqlar...”  Ona görə  də 

Kitab  əhlindən  olanların  hamısını  “kafir”  adlandıranlar  ilk  növbədə  Quranın  ziddinə  hərəkət 

edirlər.

Sünnəyə  bir baxış

Quran təlimlərinə görə, müsəlmanlar İslam peyğəmbərinin (s) davranışlarını özlərinə nü­

munə  götürməli  və  ona  itaət  etməlidirlər:  “...Peyğəmbər  sizə  nə  verirsə,  onu  götürün;  nəyi 

qadağan  edirsə,  ondan  əl  çəkin.  Allahdan  qorxun...”  [2,  “Həşr”,  7];  “Ey  iman  gətirənlər! 

Allaha,  Peyğəmbərə  və  özünüzdən  olan  ixtiyar  (əmr)  sahiblərinə  itaət  edin!  Əgər  bir  iş 

barəsində  mübahisə  etsəniz, Allaha  və  qiyamət  gününə  inanırsınızsa,  onu Allaha  və  Pey­

ğəmbərə  həvalə  edin!  Bu  daha  xeyirli  və  nəticə  etibarilə  daha  yaxşıdır”  [2,  “Nisa”,  59]. 

Təfsir alimlərinin fikrincə,  ayədə  “ixtilaflı  və mübahisəli məsələləri Allahın öhdəsinə qoymaq ” 

dedikdə Qurana müraciət etmək,  “onları Peyğəmbərə  (s)  həvalə etm ək” dedikdə isə onun s ün- 

nəsinə  uyğun  olaraq  davranmaq nəzərdə  tutulmuşdur  [5,  c.  3,  s.  236;  6,  c.  1,  s.  531;  7,  c.  3,  s. 

100;  8,  c.  1,  s.  221].

İslam Peyğəmbəri (s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra dövrün bir sıra böyük və 

tanınmış  dövlət başçılarına,  məsələn,  Zərdüşt  dininə  mənsub  İran  şahma,  Xristianlığa mənsub 

Rum imperatoru və Efiopiya kralına İslama dəvət məktubları göndərmişdir. Ənəs ibn Malikdən 

nəql  edilən bir rəvayətdə deyilir:  “Peyğəmbər (s) İran  və Rum  imperatorlarına,  Nəcaşiyə  (Efi­



opiyanın kralı)  və hər bir qəddar hakimə məktub yaz(dır)mış və onları Allah-Təlaya tərəf dəvət 

etmişdir... ” [9,  s.  737,  hədis:  1774].

Həmin məktublarda diqqəti  çəkən  əsas məqamlardan biri  Həzrət Məhəmmədin (s) onları 

hörmətlə  salamlayaraq,  hər  birinin  Kitab  əhli  olmasını  bəyan  etməsindən  ibarətdir.  Məsələn, 

peyğəmbərin (s) Şərqi Rum imperatoruna yolladığı dəvət məktubunda deyilir:  “Rəhman, Rəhim 



Allahın adı  ilə! Abdullah oğlu  və Allahın Elçisi Məhəmməddən  böyük Rum  imperatoruna! H i­

dayət yoluna tabe olan hər kəsə salam olsun! Mən həqiqətən də səni İslam dəvətinə səsləyirəm! 

Asayiş içində olasan deyə İslamı qəbul et! O halda sənin savabın ikiyə bərabər olacaqdır. Lakin 

üz  döndərsən,  o zaman  əkinçilərin  (xristian xalq  kütləsinin)  günahı  sənin  üzərinə  düşəcəkdir. 

“(Ya  Peyğəmbər!)  Söylə:  “Ey  kitab  əhli,  sizinlə  bizim  aramızda  eyni  olan  (fərqi  olmayan)

Dövlət və Din  - № 02 (49)  Mart - Aprel 2017

A

z

ərb



ay

can


 R

es

publikası 



D

in

i Q



u

ru

m



la

rla


 İ

ş 

ü



z

 Dövlət Ko



mitəsinin 

Jurnalı



A

zər


b

ay

can



 Respublikası 

Din


Q

u



ru

m

la



rl

a

 İ



ş 

ü

z



 Dövlət Komitəsinin 

Jurn

alı


FƏRQLİ BAXIŞ

bir  kəlməyə  tərəf gəlin!  (O  kəlmə  budur:)  “Allahdan  başqasına  ibadət  etməyək.  Ona  şərik 

qoşmayaq  və Allahı qoyub  bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! ” Əgər onlar yenə də 

üz döndərərlərsə,  o zaman (onlara) deyin:  “İndi şahid olun ki,  biz,  həqiqətən müsəlmanlarıq 

(Allaha  təslim  olanlarıq)!” (Ali-İmran,  6 4 )”  [10,  с.  1,  s.  7;  10,  c.  3,  s.  1074;  9,  s.  737,  hədis: 

1773;  11, с.  1,  s.  262;  12,  c.  2,  s.  669;  13, c.  20,  s.  386].

Bu  məktubda  diqqəti  çəkən  əsas  məqamlardan  birincisi  xristianların  “əl-ərisiyyin” 

(əkinçilər  -  burada  “xalq  kütləsi”  mənasında)  adlandırılması,  digəri  isə  məktubun  davamında 

“Ali-İmran”  surəsinin  64-cü ayəsinin qeyd edilməsidir.

Vurğulamaq  lazımdır  ki,  Həzrət  Məhəmməd  (s)  digər  dövlət  başçılarına  yolladığı  dəvət 

məktublarında da bu qaydaya riayət etmişdir.  Belə ki,  onun  İran  şahı  Xosrov  Pərvizə yolladığı 

məktubda zərdüştlər “əl-məcus” [14, c. 2, s. 654-655;  15, c.  1, s. 79], Misir qibtilərinin rəhbərinə 

yolladığı  məktubda  ölkənin  xristian  sakinləri  “əl-qibt”  [16,  c.  3,  s.  249;  17,  c.  4,  s.  395-396], 

Efiopiya padşahına yolladığı  məktubda  isə xristianlar “ən-nəsara”  [18,  s.  843,  hədis:  4303;  16, 

c.  3,  s.  248-249]  şəklində  yad  edilmişdir.  Bundan  əlavə,  Misir qibtilərinin  rəhbəri  və  Efiopiya 

padşahına ünvanlanmış məktublarda “Ali-İmran” surəsinin 64-cü ayəsinə də istinad edilmişdir.



Nəticə

Qeyd  etdiyimiz  kimi,  multikulturalizm  və  tolerantlığın  əsas  tələblərindən  biri  digər  din 

və  təriqət  mənsublarına  sayğı  göstərməkdir.  Bu  baxımdan,  “atəşpərəst”,  “xaçpərəst”,  “ulduz- 

pərəst” ifadələrinin əvəzinə onları mənsub olduqları  dinin adı ilə, yəni zərdüştlər, xristianlar və 

ya məsihilər, sabiilər adlandırmaq daha məqsədəuyğun olar, həm də m üxtəlif dinlərin ardıcılları 

arasında səmimiyyət və mehribanlığın inkişafına töhfə verər. Digər tərəfdən, din alimləri və ila- 

hiyyatçılar da bu kimi  məsələlərdə  daha diqqətli  olmağa çalışmalı,  müsəlman  kütlənin  onların 

danışığı və davranışından təsirləndiyini unutmamalıdırlar. Xüsusilə, bu gün Azərbaycan dilində 

mövcud  olan  Quran  tərcümələrinə  yenidən  baxış  keçirilməli,  multikulturalizm  və  tolerantlıq 

ənənələrinə zidd olan bu qəbil  sözlər daha doğru və münasib kəlmələrlə əvəzlənməlidir.

98

Dövlət və Din - № 02 (49)  Mart - Aprel 2017




FƏRQLİ BAXIŞ

ƏDƏBİYYAT

1.  İsmayılzadə,  İlqar.  Quran elmləri  ensiklopediyası.  Qum:  Beynəlxalq  İslam  Elmləri 

Akademiyası, 2006.

2

.

  Bünyadov, Ziya və Məmmədəliyev, Vasim.  Qurani-Kərimin tərcüməsi.  Bakı:

Azəməşr,  1992.

3

.

  Xürrəmşahi,  Bəhaüddin və digərləri.  Daneşnameye Quran və Quranpejuhi. Tehran: 

Enteşarate  Dustan və Enteşarate Nahid,  1999.

4

.

  Luis,  Məluf.  əl-Müncid fil-əlam.  Qum:  Enteşarate Zəvil-qurba,  1431  h.  q.



5

.

  Tusi,  Məhəmməd ibnil-Həsən.  ət-Tibyan fi  təfsiril-Quran.  Beyrut:  Daru ehyait-tur 

asil-ərəbi,  tarixsiz.

6.  Dəməşqi, Əbül-Fida İsmayıl  ibn Kəsir.  Təfsirul-Quranil-Əzim.  Beyrut:  əl-Mək 

təbətul-əsriyyə, 2005.

7

.

  Təbərsi, Əbu-əl-Fəzl  ibnul-Həsən.  Məcməul-bəyan fi  təfsiril-Quran.  Beyrut:  Darul- 

mərifət, birinci çap,  1986.

8.  Beyzavi, Əbu-Səid Abdullah  ibn  Məhəmməd.  Ənvarut-tənzil  və əsrarut-təvil (Təfsir 

ul-Beyzavi).  Beyrut:  Darul-kutubil-elmiyyə,  1988.

9.  Nişapuri, Məhəmməd  ibn Həccac.  Səhihu Muslim. Ər-Riyad:

Beytul-əfkarid-duvəliyyə,  1998.

10

.

  Buxari,  Məhəmməd  ibn  İsmayıl.  Səhihul-Buxari.  Beyrut:

Darul-kutubil-elmiyyə, 2002.

11

Əhməd  ibn Hənbəl.  əl-Müsnəd.  Ər-Riyad:  Beytul-əfkarid-duvəliyyə,  1998.

12.  Razi,  Məhəmməd  Fəxrəddin  ibn  Ziyaəddin Ömər. Təfsirul-Fəxrir-Razi  (ət-Təfsirul- 

kəbir və məfatihul-ğəyb).  Beyrut:  Darul-fikr,  1985.



13

.

  Məclisi,  Məhəmməd Baqir.  Biharul-ənvar.  Beyrut:  Müəssisətul-vəfa,  ikinci  çap,  1983.

14.  Təbəri,  Məhəmməd ibn Cərir. Tarixul-uməmi vəl-muluk.  Beyrut:  Darut-turas,  1967.

15

.

  İbn  Şəhraşub, Rəşiduddin.  Mənaqibu Ali Əbi-Talib.  Qum:  Enteşarate Əllamə,  1379 h.  ş.



16

.

  Hələbi, Əli  ibn  Bürhanəddin.  əs-Sirətul-Hələbiyyə.  Beyrut:  Daru ehyait-turasil-ərəbi, 

tarixsiz.

17

.

  Beyhəqi, Əhməd ibn Hüseyn.  Dəlailun-nübuvvət.  Beyrut:  Darul-kutubil-elmiyyə,  1985.



18

.

  Nişapuri,  Hafiz Əbu-Abdullah  Hakim.  əl-Müstədrək ələs-Səhihəyn.  Beyrut:  Darul- 

mərifət, birinci  çap,  1986.

Dövlət və Din - № 02 (49)  Mart - Aprel 2017

99

A

zər



ba

yc

an Respublikası 



D

in



Q

u

ru



m

la

rla



 İ

ş 

ü



z

 Dövlət 



Ko

mitə


sinin

 Jurn


alı


A

z

ər



ba

y

c



an

 R

esp



ublikası D

ini 


Q

u

ru



m

la

rl



a

 İ

ş 



ü

z



 Dövlət Komitəsinin 

Jur


na



FƏRQLİ BAXIŞ

Ильгар Исмаилзаде

ТРЕБОВАНИЯ МУЛЬТИКУЛЬТУРАЛИЗМА И  ТОЛЕРАНТНОСТИ

РЕЗЮМЕ


В  статье говорится,  что одно из основных требований мультикультурализма и 

толерантности заключается в уважительном отношении к последователям разных 

религий и течений.  Однако сегодня в Азербайджане  во многих переводах Корана, 

а также в беседах, лекциях и статьях,  названия некоторых религий отмечаются 

неправильно.  В  статье в качестве примера приводится  использование слова 

«огнепоклонники» для  зороастрийцев,  «хрестьяне» для христиан, «звездапоклонники» 

для сабиев.  Автор,  основываясь на Коран и Сунну, подчеркивает, что  вместо выражений 

«огнепоклонники»,  «хрестьяне», «звездапоклонники», соответственно божественным 

религиям более целесообразно называть  их зороастрийцами, христианами, саби- 

ями, и что это будет способствовать развитию искренности  и дружелюбия среди 

последователей различных религий.

Ilqar Ismayilzadeh



REQUIREMENTS OF MULTICULTURALISM AND TOLERANCE

SUMMARY


The article  states that one o f the basic requirements o f multiculturalism and tolerance is 

respect for the followers o f different religions and sects.  However,  in Azerbaijan,  in many 

translations  o f the Quran,  as well as  in conversations,  lectures and articles, the names o f some 

religions  are mentioned incorrectly.  The article gives examples o f the use o f the words “fire 

worshipers” for Zoroastrians, “chresteans” for Christians, “star worshippers” for Sabians.  The 

author on the basis  o f the Quran and  Sunnah emphasizes that instead o f “fire worshipers”, 

“chresteans”, “star worshippers”  it is more appropriate to call them Zoroastrians,  Christians, 

Sabians respectively divine religions which will  contribute to the development o f sincerity 

and friendship among the followers o f different religions.

100


A

Dövlət və Din - № 02  (49)  Mart - Aprel  2017





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə