14
Hardayıq?- Təşkilatın fəaliyyət göstərdiyi mühitin(daxili və xarici) analizlər ilə
incələnməsi.PEST analizi, SWOT analizi və.s
Hara getmək istəyirik?-Bunun üçün də:
Təşkilatın var olma səbəbini göstərən Missiya;
Çatmaq istədiyi yeri göstərən Strateji baxış;
Vizyona çatılması üçün fəaliyyətin yönləndiriləcəyi məqsədlər.
Bu məqsədlərə çatılması üçün ölçülə bilən nəticələr olan hədəflər mütləq
müəyyənləşdirilməlidir.
Getmək istədiyimiz yerə necə çata bilərikə bunun üçün strategiya və
taktikalar hazırlanır.Taktika firma gücündən necə istifadə etməyi öyrənir, strategiya
isə firma məqsədlərinə nail olmaq üçün rəqabətin özündən necə istifadəni
öyrənir.VON KLAUSVİTZİN.
Nailiyyətlərimizi necə ölçə və izləyə bilərikə Yəni idarəetmə üzrə
məlumatların toplanması və plan yerinə yetirilməsi barədə hesabatların əldə edilməsi
ilə nəticələrin daha əvvəl müəyyənləşdirilən mission, vizion, hədəf,dəyərlər və
məqsədlər ilə nə dərəcədə uyğun olmasını müqayisə etmək.
Biznes
strategiyasında
nəzərdə
tutulması
vacib
olan
təməl
ünsürlər
aşağıdakılardır(4,57):
Vəziyyətin təhlili.
Missiya, Strateji baxış, dəyərlər
Ən az bir məqsəd
Hər məqsəd üçün ən az bir hədəf(ölçülə bilir olmaq şərti ilə)
Əgər hədəf ölçülə bilir deyilsə ölçmə kriteriyaları
Strategiyalar
Bütün məqsəd və hədəfləri nəzərə alan 5 illik büdcə
Strategiya dedikdə uzun müddətli fəaliyyət planı nəzərdə tutulur ki, bunun da
nəticəsində təşkilat öz məqsədlərinə nail olmağı planlaşdırır.Biznesin strateji idarə
edilməsi isə rəqabət üstünlüklərindən səmərəli və effektiv istifadə etməklə təşkilati
missiyanın reallaşdırılmasına, əsas strateji məqsədlərə nail olmağa və ətraf mühütə
15
effektiv adaptasiya olunmağa yönəldilmiş idarəetmə sistemidir. Bu cür idarəetmə isə
təşkilata aşağıdakıları verə bilər:
Biznesin inkişaf istiqamətlərini əvvəlcədən görmək və onu idarə etmək;
Təşkilata və onun ətraf mühütünə kompleks və sistemli baxış;
Yarana biləcək risqlərə qarşı daha müqavimətli olmaq və onları idarə etmək;
Strategiyanı seçmək və onu reallaşdırmaq;
Şirkətin daha uzun müddət fəaliyyət göstərməsini nail olmaq;
Şirkətin hər bir bölməsini səmərəli idarə etmək;
əldə olunan nailiyyətlərin ölçülməsi və.s
Müasir biznesin strateji idarəedilməsi konsepsiyaları:
Minzberq və 5P strategiyası:
strategiya plan kimi
strategiya priyom-fəndlər toplusu kimi
strategiya prinsiplər cəmi
strategiya pozisiya-mövqe kimi
strategiya perspektivlər kimi
Strateji idarəetmənin beş əsas məsələsi-A.J.Stirkland və A.A.Tompson tərəfindən
irəli sürülmüşdür:
Şirkətin hansı biznes sahəsində fəaliyyət göstərəcəyini qərara almaq və strateji
proqnozlaşdırmaq(gələcəyi görmək);
Strateji proqnozları və fəaliyyət istiqamətlərini konkret məqsəd və vəzifələrə
bölmək;
Arzu olunan nəticələrə çatma planını hazırlamaq;
Qəbul olunmuş strategiyanın səmərəli və məqsədyönlü realizasiyası;
Görülən işlərin qiymətləndiriliməsi, bazardakı situasiyaların təhlili,və əgər lazım
olarsa gələcək inkişaf istiqamətlərində dəyişiklik edilməsi.
Meskon konsepsiyası üzrə strateji idarəetmənin 4 əsas məsələsi:
1. Resursların bölgüsü;
2. Ətraf mühütə adaptasiya;
16
3. Daxili koordinasiya;
4. Nəzarət.
Təşkilati strategiyanın ümumi qaydaları aşağıdakı məsələlər nəzərə alınmaqla
hazırlanmalıdır:
Strateji planlar hansısa konkret bir fərdin fikrinə görə yox, təşkilatın
perspektivlərinə görə hazırlanmalıdır;
Təkcə strategiyanı və ya strateji planı hazırlayan quruplar deyil həm də onu
realizə edəcək olanlar da peşəkar olmalıdır;
Strategiya və strateji planlar əsasən yuxarı rəhbərlər tərəfindən hazırlanır.
Müasir dövrdə strateji idarəetmələr aşağıdakıları əhatə edir:
Biznesin strateji planlaşdırılması;
Təşkilatın sistemli idarə edilməsi;
Keyfiyyətin idarə edilməsi;
Risklərin idarə edilməsi;
Innovasiyaların idarə edilməsi;
Biliklərin idarə edilməsi;
Ətraf mühütə adaptasiya;
Vaxtın idarə edilməsi.( Bu maddə son zamanlar daha çox önəm qazanmaqdadır).
1.3. Biznes konsepsiyasının inkişaf strategiyaları
“Strategiya – bazarlarda mövqelərin qazanılması,möhkənlənməsi və alıcıların
tələbatlarının səmərəli surətdə ödənilməsi vasitəsilə məqsədlərə nail olmağa
istiqamətlənmiş tədbirlərdən ibarət olan plandır”
Strategiya anlayışı menecmentə hərbi sahədən gəlmişdir. Əvvəllər o,müəyyən
siyasətin həyata keçirilməsini və bunun üçün bütün mümkün vasitələrdən istifadə
edilməsini əks etdirirdi. Menecment baxımından bu uzunmüddətli vəzifələrin həllinə
və uzunmüddətli planların hazırlanmasına yönəlmişdir. Bu halda strategiya dedikdə,
əsas etibarilə resursların və malların böyük kütləsinin idarə edilməsi başa düşülür.