FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   2   3   4   5   6   7   8   9   ...   26

 

14

Hardayıq?-  Təşkilatın  fəaliyyət  göstərdiyi  mühitin(daxili  və  xarici)  analizlər  ilə 

incələnməsi.PEST analizi, SWOT analizi və.s 

Hara getmək istəyirik?-Bunun üçün də: 

  Təşkilatın var olma səbəbini göstərən Missiya

  Çatmaq istədiyi yeri göstərən Strateji baxış

  Vizyona çatılması üçün fəaliyyətin yönləndiriləcəyi məqsədlər.  

Bu  məqsədlərə  çatılması  üçün  ölçülə  bilən  nəticələr  olan  hədəflər  mütləq 

müəyyənləşdirilməlidir. 



Getmək  istədiyimiz  yerə  necə  çata  bilərikə  bunun  üçün  strategiya  və 

taktikalar  hazırlanır.Taktika  firma  gücündən  necə  istifadə  etməyi  öyrənir,  strategiya 

isə  firma  məqsədlərinə  nail  olmaq  üçün  rəqabətin  özündən  necə  istifadəni 

öyrənir.VON  KLAUSVİTZİN. 



Nailiyyətlərimizi  necə  ölçə  və  izləyə  bilərikə  Yəni  idarəetmə  üzrə 

məlumatların toplanması və plan yerinə yetirilməsi barədə hesabatların əldə edilməsi 

ilə  nəticələrin  daha  əvvəl  müəyyənləşdirilən  mission,  vizion,  hədəf,dəyərlər  və 

məqsədlər ilə nə dərəcədə uyğun olmasını müqayisə etmək. 

Biznes 

strategiyasında 



nəzərdə 

tutulması 

vacib 

olan 


təməl 

ünsürlər 

aşağıdakılardır(4,57): 

  Vəziyyətin təhlili. 

  Missiya, Strateji baxış, dəyərlər 

  Ən az bir məqsəd 

  Hər məqsəd üçün ən az bir hədəf(ölçülə bilir olmaq şərti ilə) 

  Əgər hədəf ölçülə bilir deyilsə ölçmə kriteriyaları 

  Strategiyalar 

  Bütün məqsəd və hədəfləri nəzərə alan 5 illik büdcə 

Strategiya  dedikdə  uzun  müddətli  fəaliyyət  planı  nəzərdə  tutulur  ki,  bunun  da 

nəticəsində  təşkilat  öz  məqsədlərinə  nail  olmağı  planlaşdırır.Biznesin  strateji  idarə 

edilməsi  isə  rəqabət  üstünlüklərindən  səmərəli    və  effektiv  istifadə  etməklə  təşkilati 

missiyanın  reallaşdırılmasına,  əsas  strateji  məqsədlərə  nail  olmağa  və  ətraf  mühütə 




 

15

effektiv adaptasiya olunmağa yönəldilmiş idarəetmə sistemidir. Bu cür idarəetmə isə 



təşkilata aşağıdakıları verə bilər: 

  Biznesin inkişaf istiqamətlərini əvvəlcədən görmək və onu idarə etmək; 

  Təşkilata və onun ətraf mühütünə kompleks və sistemli baxış; 

  Yarana biləcək risqlərə qarşı daha müqavimətli olmaq və onları idarə etmək; 

  Strategiyanı seçmək və onu reallaşdırmaq; 

  Şirkətin daha uzun müddət fəaliyyət göstərməsini nail olmaq; 

  Şirkətin hər bir bölməsini səmərəli idarə etmək; 

  əldə olunan  nailiyyətlərin ölçülməsi və.s 

     Müasir biznesin strateji idarəedilməsi konsepsiyaları:   

Minzberq və 5P strategiyası: 

  strategiya plan kimi 

  strategiya priyom-fəndlər toplusu kimi 

  strategiya prinsiplər cəmi 

  strategiya pozisiya-mövqe kimi 

  strategiya perspektivlər kimi 

Strateji  idarəetmənin  beş  əsas  məsələsi-A.J.Stirkland  və  A.A.Tompson  tərəfindən 

irəli sürülmüşdür: 

  Şirkətin  hansı  biznes  sahəsində  fəaliyyət  göstərəcəyini  qərara  almaq  və  strateji 

proqnozlaşdırmaq(gələcəyi görmək); 

  Strateji  proqnozları  və  fəaliyyət  istiqamətlərini  konkret  məqsəd  və  vəzifələrə 

bölmək; 

  Arzu olunan nəticələrə çatma planını hazırlamaq; 

  Qəbul olunmuş strategiyanın səmərəli və məqsədyönlü realizasiyası; 

  Görülən  işlərin  qiymətləndiriliməsi,  bazardakı  situasiyaların  təhlili,və  əgər  lazım 

olarsa gələcək inkişaf istiqamətlərində dəyişiklik edilməsi. 

Meskon konsepsiyası üzrə strateji idarəetmənin 4 əsas məsələsi: 

1.  Resursların bölgüsü; 

2.  Ətraf mühütə adaptasiya; 




 

16

3.  Daxili koordinasiya; 



4.  Nəzarət. 

Təşkilati  strategiyanın  ümumi  qaydaları  aşağıdakı  məsələlər  nəzərə  alınmaqla 

hazırlanmalıdır: 

  Strateji  planlar  hansısa  konkret  bir  fərdin  fikrinə  görə  yox,  təşkilatın 

perspektivlərinə görə hazırlanmalıdır; 

  Təkcə  strategiyanı  və  ya  strateji  planı  hazırlayan  quruplar  deyil  həm  də  onu 

realizə edəcək olanlar da peşəkar olmalıdır; 

  Strategiya və strateji planlar əsasən yuxarı rəhbərlər tərəfindən hazırlanır. 

Müasir dövrdə strateji idarəetmələr aşağıdakıları əhatə edir: 

  Biznesin strateji planlaşdırılması; 

  Təşkilatın sistemli idarə edilməsi; 

  Keyfiyyətin idarə edilməsi; 

  Risklərin idarə edilməsi; 

  Innovasiyaların idarə edilməsi; 

  Biliklərin idarə edilməsi; 

  Ətraf mühütə adaptasiya; 

  Vaxtın idarə edilməsi.( Bu maddə son zamanlar daha çox önəm qazanmaqdadır). 

 

1.3.  Biznes konsepsiyasının inkişaf strategiyaları 

 

“Strategiya  –  bazarlarda  mövqelərin  qazanılması,möhkənlənməsi  və  alıcıların 

tələbatlarının  səmərəli  surətdə  ödənilməsi  vasitəsilə  məqsədlərə  nail  olmağa 

istiqamətlənmiş tədbirlərdən ibarət olan plandır”   

Strategiya  anlayışı  menecmentə  hərbi  sahədən  gəlmişdir.  Əvvəllər  o,müəyyən 

siyasətin  həyata  keçirilməsini  və  bunun  üçün  bütün  mümkün  vasitələrdən  istifadə 

edilməsini əks etdirirdi. Menecment baxımından bu uzunmüddətli vəzifələrin həllinə 

və  uzunmüddətli planların  hazırlanmasına  yönəlmişdir. Bu  halda strategiya dedikdə, 

əsas etibarilə resursların və malların böyük kütləsinin idarə edilməsi başa düşülür. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə