FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin


FƏSİL II BİZNESİN STRATEJİ BAXIŞININ SEÇİLMƏSİ VƏ MİSSİYA



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 

26

FƏSİL II BİZNESİN STRATEJİ BAXIŞININ SEÇİLMƏSİ VƏ MİSSİYA 



HESABATI 

 

2.1. Strateji baxışının müəyyən edilməsi və missiya hesabatının tərtib edilməsi 

 

Müasir  şəraitdə  təsərrüfat  fəaliyyətinin  səmərəli  həyata  keçirilməsi  və 

perspektiv 

inkişafının 

təmin 

edilməsi 



təşkilatlarda 

strateji 

idarəetmənin 

tətbiqindən,missiya  və  məqsədlərin  müəyyən  edilməsindən,xarici  və  daxili  mühitin 

tətqiq  olunmasından  və  baş  verən  dəyişikliklərin  araşdırılmasından,alternativ 

strategiyaların  seçilməsindən  və  reallaşdırılmasından  əhəmiyyətli  dərəcədə  asılıdır. 

Strateji  menecment  müəssisənin  idarə  edilməsi  prosesinin  ilkin  mərhələsi  olaraq 

idarəetmənin  bütün  funksiyalarını  özündə  ehtiva  edir.Yaxşı  strateji  idarəetmə 

müəssisəni  gələcəyə  istiqamətləndirir,uzunmüddətli  inkişaf  istiqamətlərini    və 

biznesdə  öz  mövqeyini  müəyyən  eməyə  imkan  verir.Strateji  idarəetmənin  nəticələri 

müəssisənin  bazarda  qazandığı  mövqeyində  və  iqtisadi-maliyyə  göstəricilərinin 

uzunmüddətli meyllərində təzahür olunur. 

Müəssisənin  strateji  idarəedilməsi  onun  uzun  müddətli  inkişafının  təımin 

edilməsinin 

əsasıdır.Strateji 

idarəetmə 

təşkilatın 

missiyası,onun 

plan 

və 


proqnozlaşdırılmasının,  məqsədlərinin,  strategiyalarının  təsərrüfatçılıq  metodlarının 

və  funksiyalarının  yerinə  yetirilməsi  ilə bağlıdır.Strateji  idarəetmə dedikdə təşkilatın 

qarşısında  duran  məqsədlərə  nail  olmaq  üçün  spesifik  strategiyaların  işlənib 

hazırlanmasına  yənəldilən  idarəetmə  qərarlarının  və  praktiki  hərəkətlərin  məcmusu 

başa düşülür.Strateji  idarəetmə strateji səviyyədə təşkilatın  idarə edilmsi problemləri 

ilə  əlaqədar  olan  əsələlərin  geniş  dairəsini  əhatə  edir.Strateji  idarəetmə  təşkilatda 

ardıcıl  işlənmiş  kompleks  prosesdir.  Bu  prosesin  əsas  vəzifəsi  təşkilatlarda 

yeniliklərin  və  dəyişikliklərin  qaneedici  dərəcədə  təmin  edilməsindən  ibarətdir.  Bu 

prosesin  əsas  elementi  kimi  təşkilatın  strategiyası  çıxış  edir.Bazar  iqtisadiyyatı 

şəraitində  işləyən  hər  hansı  firma  öz  məhsullarının  vaxtında  satışını  daim  mənfəət 

təminatı  kimi  təmin  etməyə  çalışır.  Bunun  üçün  o,  a)  bazarın  konyunkturuna;  b) 



 

27

rəqabətə;  c)  özünün  resurs  imkanlarına  adekvat  olan  uzunmüddətli  fəaliyyət 



proqramını  işləyib  hazırlayır.Bu  cür  proqram  firmanın  strategiyasını  əks  etdirir.

 

Strategiya  –  mövcud  imkanlarla  qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaqdan  ötrü 



firmaya  zəruri  olan  uzunmüddətli  hərəkətlərin  ümumiləşdirici  modellərdir.  İqtisadi 

təşkilata  şamil  edildikdə,  bu,  onun  başlıca  məqsədlərinin  və  bu  məqsədlərə  nail 

olmanın  əsas  üsullarının  məcmusudur.  Firma  fəaliyyət  strategiyasını  işləyib 

hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir.



 

Aşağıdakı  sxem  bankın  Strateji  Baxışının  müəyyən  edilməsi  və  Missiya 

Hesabatının tərtib edilməsi prosesini təsvir edir. 

Sxem 1.Müəssisənin Strateji Baxışı 

Müəssisənin Strateji Baxışı, müəssisənin sahibkarlarının razılaşdırılmış baxışıdır 

və aşağıdakılara əsaslanır(6,24): 

a)  orta  və  uzun  müddətli  perspektivdə  müəssisənin  dəyərinin  artırılmasına  imkan 

yaradan bazarda hədəflənən roluna və mövqeyinə;  

b)  hədəflənən mövqeyə nail ola bilmək üçün lazım olan fəaliyyət və xüsusiyyətlərə; 

Strategiya  

və missiyan

ın 


mü yy n edilm si 

 

İşçi qrupunun yaradılması



 

Bazarların və şəraitin təhlil edilməsi 

Ölçülə bilən məqsədlərin müəyyənləşdirilməsi

 

Strateji hədəflər 



əməliyyat hədəfləri

 

Strateji plan üzrə fəaliyyət nəticələrinin 



Missiya 

Hesabatı


 

Strateji  

Plan

 

Strateji planlaşdırma qrupu



 

S

trateji Baxış  




 

28

Müəssisənin bazarda hədəflənən rolu və mövqeyi aşağıda sadalanan bir neçə əsas 



biznes istiqamətləri çərçivəsində bankın prioritetlərinin müəyyən edilməsi yolu ilə 

təyin olunur: 

  Müştəri  seqmentləri:  fiziki  və  hüquqi  səxslər  və  ya  ümumi  istiqamətli  müştərilər 

və sair;  

  Təklif  olunan  maliyyə  xidmətlərinin  növləri:  müəssisə  hesablarının  aparılması, 

fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, mübadilə əməliyyatları, broker və s 

xidmət növləri daxildir; 

  müəssisə  əməliyyatlarının  coğrafi  dairəsi:  müəssisənin,  filialların,  şöbələrinin  və 

müəssisəni  təmsil  edən  digər  bölmələrinin  (məsələn,  mübadilə  məntəqələrinin) 

faktiki yerləşdiyi yeri müəyyən edir; 

  Digər  şirkətlərin  alınması,  birləşmələr,  qoşulmalar  və  ittifaqlar:  müəssisəyə  yeni 

müştərilər və xidmətlər gətirilməsi və potensial faydaları nəzərə alınmaqla həyata 

keçirilir; 

  Maliyyələşdirmə  mənbələri:  əmanətlərin  və  hüquqi  şəxslərin  depozitləri 

kombinasiyası, 

müəssisələrarası 

maliyyələşdirmə, 

istiqraz 

vərəqələrinin 

buraxılması və sair;   

  Digər  istiqamətlər:  portfelin  idarə  edilməsiı,  aktiv  və  passivlərin  strukturu, 

tənzimləyici mühit, müəssisənin əməliyyatlarına və mövqeyinə təsir edən spesifik 

bazar şəraitləri. 

Strateji Baxışa müəssisənin hədəflənən mövqeyini müəyyən etməklə yanaşı, eyni 

zamanda müəssisənin bu mövqeyə nail olamasına imkan yaradan daxili və xarici 

faktorların başa düşülməsi də daxildir. Daxili faktorlara aşağıdakılar aid edilə bilər: 

  Əsas müştəri seqmentlərinə xidmətlə əlaqədar müəssisənin səriştələrinin rəqiblərlə 

müqayisədə nisbi üstünlüyü; 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə