FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 

32

PEST analizi:-Situasiyanın təhlili olaraq tanınan analizlərdən biridir: 



   P :Political; 

  E :Economical; 

  S :Social; 

  T :Technological. 

PEST analizi spesifik mühakimə və ya biznes nöqteyi nəzərindən rəqiblər daxil 

olmaqla  bazarı  qiymətləndirmək  üçün  istifadə  olunan  analizdir.  Bu  analizin  SWOT 

analizindən əvvəl keçirilməsi daha faydalıdır. Ona görə ki, PEST analizi SWOT təhlil 

metodunda  istifadə olunacaq kriteriyaların müəyyənləşdirilməsi üçün istifadə olunur. 

Bu iki analiz fərqli olsalar da, oxşar cəhətləri də var. 

                                                                                      Şəkil 2. PEST analizi 



Meyar nümunələri: 

Ekoloji qanunvericilik 

Gələcək qanunvericilik 

Beynəlxalq qanunvericilik 

Tənzimləyici orqanlar 

Hökumət siyasətləri 

Müharibə və konfliktlər 

Beynəlxalq təzyiq qrupları 

Ticarət siyasətləri 

Maliyyələşdirmələr  ,  qrantlar  və 

təşəbbüslər 

Political  

Economical  

 

 



 

 

 



Meyar nümunələri: 

Ölkə iqtisadiyyatı 

Iqtisadi ənənələr 

Xarici iqtisadiyyatlar 

Ümumi vergiqoyma 

Müəyyən 


məhsul 

və  xidmətlərə 

vergiqoyma 

Mövsümülik problemləri 

Beynəlxalq  ticarət  və  pul  kredit 

problemləri 

Mübadilə kursları 

Meyar nümunələri: 

Həyat tərzi 

Demoqrafiya 

Istehlakçı fikirləri 

Media təsvirləri 

Sosial  faktorlara  təsir  edən  qanun 

dəyişiklikləri 

Marka, şirkət, texnologiya imici 

Dəb və yamsılama nümunələri 

Etnik dini faktorlar və problemlər 

Reklam və aşkarlıq 

Social  


Technological  

Meyar nümunələri: 

Rəqabət aparan texnologiya inkişafı 

Maliyyələşdirilən tədqiqatlar 

Qlobal kommunikasiyalar 

Intellektual mülkiyyət problemləri 

Texnologiya, lisenziya, patentlər 

Innovasiya potensialı 

Texnologiya qanunvericiliyi 

əvəzedici texnologiyalar 

informasiya və kommunikasiyalar 

 

 



 

33

 



“Dəyərlər  zənciri”  konsepsiyası:-Müəssənin  strateji  vəziyyətini  xarakterizə 

edən  əsas göstəricilərdən biri də qiymətlər və məsrəflərdir. Ümumiyyətlə iki cür sahə 

fərqləndirilir: 

  Standart xassəli məhsullar istehsalı; 

  Differensassiya olunmuş sahələr. 

Yəni  əgər  müəssisə  standart  xassəli  məhsullar  istehsal  edirsə  bu  zaman  ən  az  xərclə 

istehsalı  həyata  keçirən  müəssisələr  bazar  lideri  olacaq.  Amma  differensassiya 

olunmuş  sahələr  üzrə  istehsalı  həyata  keçirən  bazar  iştirkaçıları  məsrəflərini  eyni 

saxlamaq istəyirlər. Çünkü məsrəflərin artması, istənilən halda qiymətlərin artması ilə 

nəticələnəcək ki, bu da məhsuldan alınan faydanı artırmalıdır. əks halda müəssisənin 

məhsulları alınmaya bilər: 

  Rəqiblərin məsrəflərindəki müxtəliflik; 

  Xammal, material, enerji və başqa yarımfabrikatların alış qiymətlərindəki  

fərqlər; 

  Texnologiya və texniki vasitələrin yeniliklərindəki fərqlər; 

  Istehsal məsrəflərindəki fərqlər.(məs. əməyin ödənilməsində); 

  Rəqiblərin infilyasiya və valyuta məzənnələrindən asıllığı; 

  Marketinq və satış sisteminə çəkilən xərclər; 

  Nəqliyyat xərcləri. 

Məsrəflərin  strateji  təhlili  müəssisənin  məsrəfləri  ilə  rəqiblərin  məsrəflərinin 

müqayisəsi  vastəsilə  mümkündür. Bu təhlilin aparılması  üçün MAYKL  PORTER  in 

təqdim  etdiyi  “  dəyərlər  zənciri”  konsepsiyasından  istifadə  olunur.  Bu  konsepsiyaya 

görə müəssisənin fəaliyyəti 2 yerə bölünür: 

  Texnoloji; 

  Iqtisadi. 

Müəssisənin  bu  fəaliyyətləri  birləşdirərək  yaratdığı  dəyər  isə  alıcıların  bu  dəyərə 

görə  ödəməyə  razı  olduqları  məbləğlə  ölçülür.  Müəssisənin  fəaliyyəti  isə  o  zaman 

mənfəətli  olur  ki,  onun  yaratdığı  dəyərin  miqdarı  bu  dəyərin  yaranmasına  çəkilən 




 

34

məsrəflərin miqdarından artıq olsun. Rəqabət üstünlüyü isə o halda təmin oluna bilər 



ki,  belə  dəyərin  yaranması  üçün  gedilən  məsrəflər  (iqtisadi  və  texnoloji  fəaliyyət 

növlərini daha aşağı məsrəflərlə həyata keçirmək) ən az olsun. 

 

Sxem 2.Müəssisənin dəyərlər zənciri 



 

 

 



 

 

 



Köməkçi fəaliyyət 

 

 



 

 

 



 

 

 



Rəqabət  mövqeyinin  qiymətləndirilməsi:-  Rəqabət  mövqeyinin  qiymətləndirlməsi 

dedikdə aşağıdakıların aydınlaşdırılması nəzərdə tutulur(26,380): 

  Müəssisənin əsas rəqibləri arasındakı mövqeyi; 

  Müəssisənin malik olduğu rəqabət üstünlükləri və çatışmazlıqları; 

  Hal-hazırda müəssisənin rəqabət mövqeyinin möhkəmliyi; 

        Rəqabət mövqeyini müəyyənləşdirmək üçün nəzərə alınan əsas göstəricilər isə: 

  Əhəmiyyətli əsas üstünlüklər.(məhsulun keyfiyyəti və.s); 

  Bazar payı; 

  Liderlik və ya fərqli strategiya; 

  Müəssisə məhsuluna tələbat və imic; 

  Satış həcmi; 

  Məsrəflərin səviyyəsi; 

  Mənfəətlilik səviyyəsi; 

  Texnoloji və innovasiya üstünlükləri; 

  Operativ menecment  və.s; 

Təchizat 

Istehsal  

Daşıma 


Marketinq 

satış 


Xidmət 

Yeni məhsullar texnoloji və informasiya sistemləri inkişafı 

Insan resurslarının idarə edilməsi 

Ümumi rəhbərlik 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə