FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 

29

  Seçilmiş maliyyə xidmətlərinin göstərilməsində müəssisənin mövcud təcrübəsinin 



rəqiblərlə müqayisəli nisbi üstünlüyü; 

  Müştərilərə təklif olunan xidmətlərdə aşağıda göstərilən səbəblərdən yaranan nisbi 

dəyər üstünlüyü: 

-  Əməliyyatların həcmindən yaranan üstünlük; 

-  Təcrübənin üstünlüyü; 

-  Digər səbəblər.  

  Alqı,  birləşmə,  qoşulma  və  ittifaqlar  üçün  namizədlərin  seçilməsində  və  cəlb 

olunmasında müəssisənin digərlərə nisbətən üstünlüyü və sair; 

  Digər oxşar faktorlar. 

Xarici faktorlara aşağıdakılar aid edilə bilər: 

  Müəssisənin  fəaliyyətində  hədəflənən  bazar  seqmentlərində  (xidmət  və  ya 

müştəri) digər banklara nisbətən daha sürətli inkişafı; 

  Müəssisə  tərəfindən  əhəmiyyətli  kimi  müəyyən  olunmuş  bazar  seqmentlərində 

rəqabətin nisbətən daha az olması; 

  Xarici mühütin digər təsir faktorları. 

Müəssisənin Missiya Hesabatı onun Strateji Baxışının əsas prinsiplərinin qısa 

icmalıdır. Missiya Hesabatının layihəsi İdarə Heyətinin və Strateji Planlaşdırma 

Qrupunun birgə iclaslarında müzakirə edilir. Missiya Hesabatı müəssisənin imicinin 

müəyyən olunması və nüfuzunun artırılması üçün əsas yaradır. Missiya Hesabatı bir 

neçə məqsədlərə xidmət edir: 

  Missiya  Hesabatı,  kənar  tərəflər,  o  cümlədən  potensial  müştərilər,  biznes 

partnyorları,  rəqiblər  və  nəzarət  orqanları  ilə  münasibətdə  müəssisənin  imic  və 

biznes üslubunu müəyyən edir; 

  Missiya  Hesabatı,  müəssisənin  orta  səviyyə  rəhbərliyini  və  digər  işçilərini 

müəssisənin əsas məqsəd və prinsipləri ilə tanış edir, biznes qərarları qəbul etmək, 




 

30

davranış  tərzini  seçmək  və  dəyərləndirmək  üçün  istiqamətləndirici  prinsiplərlə 



təmin edir;   

  Missiya Hesabatı, müəssisənin korporativ mədəniyyətini yaratmaq və dəstəkləmək 

üçün baza kimi çıxış edir. 

2.2. Xarici mühitin təhlilində istifadə olunan təhlil metodları 

 

Müəssisənin  daxili  və  xarici  imkanlarının  qiymətləndirilməsi  nəticələrinin 

birləşdirilməsi  SWOT  Analiz  adlanır.  Ona  görə  ki,  o  təşkilatın  Gücünü  (güclü 

tərəflərini), Zəifliklərini (zəif tərəflərini), Fürsətlərini və Təhditlərini bir yerə yığır və 

təşkilatın istismar edə biləcəyi limitləri müəyyən edir. Tam halında isə SWOT  analiz 

təşkilatın  missiyasını  və  məqsədlərini  yenidən  dəyərləndirmə  funksiyası  daşıyır  ( 

şəkil 2  6-cı addım). 

SWOT  analiz –  Bir təşkilatın daxili  və  xarici  mühitinin  qiymətləndirilməsinə 

imkan verən bir analiz metodudur. 

  S:  Strength  -    Təşkilatın  güclü  və  üstün  olduğu  tərəflərin  ortaya  çıxarılması 

deməkdir; 

  W:  Weakness  –  Təşkilatın  gücsüz  və  zəif  olduğu  tərəflərin  ortaya 

qoyulmasıdır; 

  O: Opportunity – Təşkilatın sahib olduğu fürsətləri ifadə etməkdədir; 

  T: Threat – Təşkilatın qarşı-qarşıya olduğu risk və təhlükələri bildirir.                

SWOT  təhlili  ilə  təşkilatın  imkanlarının  tanınması  idarəetmə  istiqamətində  

məqsəd və missiyaları müəyyən edir.  

Onlar  həqiqidirmi?  Onların  təkmilləşdirməyə  ehtiyacı  varmı?  Əgər  təşkilatın 

əsas  istiqaməti  dəyişikliyə  ehtiyac  duyursa  onda  onlar  məhz  bu  nöqtədən  yenidən  

başlamalıdırlar.  Digər  tərəfdən  də  ki,  əgər  heç  bir  dəyişikliik  gərək  deyilsə  onda 

idarəetmə strategiyaların həqiqi formalaşdırılmasına başlaya bilər.                                                                                                                                        

Müəsisədə  SWOT  analizin  edilməsinin  iki  əsas  üstünlüyü  vardır.  İlk  olaraq, 

SWOT  analiz  edilərək  müəssisənin  mövcud  vəziyyəti  müəyyənləşdirilir.  Bu 

çərçivədə  güclü  və  zəif  cəhətləri  ilə  təşkilatın  qarşı-qarşıya  olduğu  fürsətlər  və 



 

31

təhdit(qorxu)  ünsürləri  ortaya  çıxarılır.  Bu  mənada  SWOT  bir  “Mövcud  vəziyyət” 



analizidir.  SWOT  eyni  zamanda  təşkilatın  gələcəkdəki  vəziyyətinin  nə  olacağını 

təsbit  etməyə  və  proqnozlaşdırmağa  imkan  verən  bir  analiz  metodudur.  Bu  ikinci 

mənada SWOT bir “Gələcək vəziyyət” analizidir.   

 

                                                                                Şəkil 1. SWOT təhlili 



 

 

 



 

 

 

 

 



 

 

S: Strengths (Üstünlüklər) 



W: Weaknesses (Zəif cəhətlər) 

T: Threats  

(Risklər və təhlükələr) 

O:Opportunities  

(Fürsətlər və imkanlar) 

  - idarəetmə çatışmamazlılığı 

 - təcrübəsiz işçilər 

 - işçi çatışmamazlılığı 

 - köhnə texnalogiya 

 - strateji hədəfin mövcud olmaması; 

 - Gəlirliliyin aşağı olması; 

 - məhsuldarlığın aşağı olması 

 

SWOT T HLİLİ 

 - inflyasiya 

 - maliyyə böhranı 

 - forsmajor(fövqəladə) hallar 

 - daha aşağı qiymətlə rəqib firmaların        

  bazara girmə təhlükəsi; 

 - dövlətin tətbiq etdiyi qadağalar; 

 - istehlakçıların istək və arzularının 

dəyişməsi. 

Da

xi

li 

m

ü

h

it

 

X

ar

ic

i  

m

ü

h

it

 

- bazar payı;     

 - məliyyə vəziyyəti; 

- mənfəət; 

- müasir istehsal texnologiyası; 

- Bazara hakim olma; 

- təcrübə üstünlüyü 

- ar-tək (R&D ) potensiyalı; 

- effektiv idarəetmə; 

- Bazar payının artırılması 

- dövlətin təşviqi(vergi, gömrük və s. 

güzəştlər. 

- iqtisadi inkişaf 

- elmi-texniki tərəqqi(vəya yenilik) 

- yeni müştəri qazanma imkanı; 

- tələbin artması;   

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə