FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 

20

  Hücum yaxud sıçrayış strategiyası; 



  Müdafiə yaxud sağlamlaşdırma strategiyası; 

  Təşkilatın fəaliyyətinin azalması və dəyişməsi strategiyası 

 

       Təşkilatın  strategiyası  –  perspektiv  üçün  hesablanmış  və  təşkilatın  qarşısında 



duran 

konkret 


məqsədlərin 

əldə 


edilməsini 

təmin 


edən 

tədbirlər 

sistemidir.Strategiyanın  hazırlanması  və  həyata  keçirilməsinin  mahiyyəti  çoxsaylı 

alternativlər  içərisindən  lazımi  inkişaf  istiqamətlərinin  seçilməsindən  və  istehsal-

təsərrüfat  fəaliyyətinin  seçilmiş  yola  istiqamətləndirilməsindən  ibarətdir.Müasir 

mərhələdə inkişaf etməkdə olan strateji idarəetmə sistemi aşağıdakıları əhatə edir: 

  Strateji məqsədlər üçün resursların ayrılması; 

  Hər bir strateji məqsədə rəhbərlik mərkəzlərinin yaradılması; 

  İstehsal  bölmələrinin  və  onları  rəhbərlərinin  strateji  məqsədlərin  əldə  edilməsi 

dərəcəsinə görə qiymətləndirilməsi və stimullaşdırılması. 

Müasir 

şəraitdə 



təşkilatın 

strategiyasının 

hazırlanmasına 

münasibət 

dəyişilmişdir.Əgər  əvvəllər  strategiyaya  rəqabət  mübarizəsində  təşkilata  üstünlük 

verən  vasitə  kimi  baxılırdısa  və  o  təşkilatın  məhdud  rəhbərlər  dairəsinə  məlum 

idisə,indi  açıq  ifadə  olunmuş  strategiyaya  üstünlük  verilir.Strategiya  təkcə 

idarəedicilərin  işi  deyil,elmi-tətqiqat  və  layihə-konstruktor  işlərində,istehsal  və  satış 

sahəsində 

çalışanların 

da 

işidir.Deməli 



icraçılar 

həm 


strategiyanın 

hazırlanmasında,həm də həyata keçirilməsində iştirak edirlər.Təşkilatın strategiyaları 

aşağıdakıları sualları müəyyənləşdirir: 

  Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün təşkilat hansı yolu seçir; 

  Təşkilatın  xüsusiyyətlərində  hansı  məhdudiyyətlər  yaranır  və  strateji  seçimin 

hansı sərhədləri var; 

  Müştərilər kimlərdir; 

  Əmək kollektivi necə qurulub; 

  Menecerlər idarəetməni necə yaradırlar; 



 

21

  Uzunmüddətli 



perspektivdə 

öz 


təşkilatlarını 

necə 


görmək              

istəyirlər(imici,xidməti,istehsalla bağlı fəaliyyəti). 

    Strategiya  bir  sıra  əks  mövqeli  məsələlərə  arxalanaraq  tətbiq  edilir.Rəhbər  bu  əks 

mövqelərdən  ən  əlverişlilərini  tutuşduraraq  son  məqsədə  müvəffəq  çatmaq  məqsədi 

ilə  ən  dəyərlilərini  seçir.Faktiki  olaraq  strategiya  idarəetmə  planı  olubmüəssisənin 

mövqeyinin  möhkəmlənməsinə,istehlakçıların  tələblərinin  səmərəli  və  vaxtında 

ödənilməsini təmin etməyə xidmət edir. 

Rəhbər  strategiyanı  ona  görə  işləyib  hazırlamalıdır  ki,şirkətin  biznesinin 

təşkilini və idarəedilməsini təmin etsin. Bu halda bir çox variantlardan ən əlverişlisini 

seçmək  prinsipini  güdür.Beləliklə,alternativ  variantlardan  ən  əlverişlisini  seçən 

rəhbər  təşkilatın  strategiyasını  müəyyənləşdirərək  onu  bəyan  etmiş  olur  ki,mövcud 

imkan  və  variantların  daha  əlverişlisi  məhz  seçilmiş  istiqamətdir,  bu  istiqamət  də 

biznesin 

səmərəli 

təşkilini 

təmin 


etmiş 

olur.Bu 


şəkildə 

strategiyanı 

müəyyənləşdirməmiş  rəhbər  son  müvəffəqiyyətli  nəticəyə  gəlmək  imkanına  malik 

deyil.Yaxşı işlənib hazırlanmış strategiya və onun sımırıli şəkildə reallaşması ümumi 

fəaliyyətin  müvəffəqiyyəti  deməkdir.  Bəzi  rəhbərlər  yaxşı  strategiyalar  hazırlasalar 

da,onu  yaxşı  reallaşdırma  imkanına  malik  deyillər.  Əksinə,  bir  qism  rəhbərlər  isə 

başqaları  tərəfindən  yaxşı  işlənmiş  strategiyanı  reallaşdıra  bilir.Təcrübə  göstərir 

ki,bunların  hər  ikisi  son  nəticədə  yaxşı  sonluqla  bitmir.  Bacarıqlı  rəhbər  yaxşı 

strategiya işləyib,onu səmərəli şəkildə reallaşdırır.  

Beləliklə,səmərəli 

strategiyanın 

səmrəli 


də 

tətbiqi 


təkcə 

biznesdə 

müvəffəqiyyət  qazanmağı  göstərmir,o  həm  də  idarəetmənin  keyfiyətliliyini  göstərir. 

Lakin  hər  zaman  yüksək  səviyyəli  strategiya,onun  yüksək  səviyyəli  tətbiq  olunması 

hələ  mütləq  uğura  gətirəcəyinə  zəmanət  vermir.  Belə  ki,rəşkilatın  fəaliyyəti  ərzində 

gözlənilməz  hadisələr  səmərəli  tətbiq  olunan  strategiyadan  gözlənilən  nəticələr  əldə 

etməyə imkan vermir.Belə halda rəhbərin vəzifəsi strategiyada gərəkli olan düzəlişlər 

aparmaqdan  və  fəaliyyəti  uğura  yönəltməkdən  ibarət  olmalıdır.Strategiya  təşkilatın 

müxtəlif  fəaliyyəti  növlərinin  inkişafı  perspektivlərinin  müqayisəsi  və  gələcək 

müvəffəqiyyəti  təmin  etmək  üçün  fəaliyyət  növləri  arasında  resursların 




 

22

böıüşdürülməsi  əsasında  seçilir.Məqsədlərin  üstünlük  dərəcəsindən  asılı  olaraq 



strategiyanın  müxtəlif  növləri  mövcuddur  və  təşkilat  öz  fəaliyyətini  həmin 

strategiyalar 

əsasında 

istiqamətləndirməlidir.Strategiyaları 

aşağıdakı 

kimi 


təsnifləşdirmık olar(21,560): 

a) 

Məhsul-bazar strategiyası 



b) 

Marketinq strategiyası 



c) 

Rəqabət sttrategiyası 



d) 

Sahələr yığınının idarə edilməsi strategiyası 



e) 

Yeniliklər strategiyası 



f) 

Kapital qoyuluşları strategiyası 



g) 

İnkişaf strategiyası 



h) 

Udma strategiyası 



i) 

Xarici investisiya strategiyası 



j) 

İxrac fəaliyyətinin genişləndirilməsinə istiqamətləndirmə strategiyası 



k) 

Xarici iqtisadi müdaxilə strategiyası 

Strategiyanın 

hazırlanması 

prosesində 

aparılan 

təhlil 

əsasında 



strateji 

təfəkkür,yeni  inkişaf  strategiyası  üzrə  təkliflər  və  s.  formalaşır.    Təşkilatın 

fəaliyyətinin  səmərəliliyini  göstərmək  üçün  strateji  təhlil  aparılır  ki,bu  da  təşkilatın 

hal-hazırkı  və  perspektiv  vəziyyətini  təhlil  etməyə  şərait  yaradır.Təşkilatın 

vəziyyətini  müəyyənləşdirməyin  əsasən  aşağıdakı  beş  sual  ətrafında  aparılması 

tövsiyyə edilir: 

  Mövcud strategiya nıə dərəcədə əlverişli işləyir; 

  Müəssisənin  güclü  və  zəif  cəətləri  hansılardır  və  onun  qarşısında  nə  kimi 

sevindirici imkanlar və nə kimi təhlükələr dur bilər; 

  Məssisənin 

məsrəfləri 

və 


buraxılan 

məhsula 


qoyulan 

qiymıt 


rəqabətqabiliyyətlidirmi? 

  Müəssisənin rəqabət gücü möhkəmdirmi; 

  Müəssisənin qarşısında nə kimi strateji problemlər durur. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə