FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
  1   2   3   4   5   6   7   8   9   ...   26


 

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

        MAGİSTRATURA MƏRKƏZİ 

 

 



 

 

 



 

 

 



 

 

Əlyazması hüququnda 



 

BAYRAMLI  NƏRMİN  MÖHSÜN  qızı 

 

“BİZNES KONSEPSİYASININ SEÇİLMƏSİ ” 

mövzusunda 

MAGİSTR DİSSERTASİYASI 

 

İxtisasın şifri və adı:   060409 – Biznesin idarə edilməsi 



İxtisaslaşma:    - Biznesin  təşkili və idarə edilməsi 

 

Elmi rəhbər:                                                   Magistr proqramının rəhbəri:  



b.m, i.ü.f.d.A.T.Hüseynli                                 i.e.n., dosent. R.Ə.Abbasova 

 

“Biznesin idarə edilməsi” 



kafedrasının müdiri: 

i.e.n., dosent                                                                 M.Ə.Əliyev      

  

     


Bakı – 2015 


 

2

Mündəricat 

 

GİRİŞ....................................................................................................................3 

FƏSİL I. BİZNES KONSEPSİYASI VƏ ONUN HAZIRLANMASININ 

NƏZƏRİ ASPEKTLƏRİ  

1.1.  Biznes konsepsiyasının işlənib hazırlanması və əsas məqsədləri...............6 

1.2.  Biznes strategiyalarının təyin edilməsi və əsas istiqamətləri.....................10  

1.3.  Biznes konsepsiyasının inkişaf strategiyaları..............................................16 

 

FƏSİL II BİZNESİN STRATEJİ BAXIŞININ SEÇİLMƏSİ VƏ MİSSİYA 

HESABATI 

2.1. Strateji baxışının müəyyən edilməsi və missiya hesabatının tərtib edilməsi..26 

2.2. Xarici mühitin təhlilində istifadə olunan təhlil metodları................................30 

2.3. Müəssisənin strateji baxışının daxili və xarici istifadəçilərə çatdırılması və  

       strateji planın hazırlanması..............................................................................39 

 

FƏSİL III.  BİZNESİN STRATEJİ  İNKİŞAFININ  ƏSAS  İSTİQAMƏTLƏRİ 

3.1. Biznes strategiyasına uyğun olaraq əməliyyat strategiyalarının müəyyən  

edilməsi.................................................................................................................54 

3.2. Biznesdə  mövqelərin təhlili və səlahiyyətlərin bölüşdürülməsi..................62  

3.3. Biznes planın inkişaf strategiyaları ilə əlaqələndirilməsi.............................69 

 

Nəticə və təkliflər................................................................................................75 

İstifadə edilmiş ədəbiyyat..................................................................................79 

 

 




 

3

Giriş 



 

Mövzunun  aktuallığı:

  Biznesin  konsepsiyası  (missiyası  və  fəaliyyət  xətti) 

müəssisənin inkişafının və formalaşmasının ideologiyasını xarakterizə edir.  

Onun  hazırlanması  fəaliyyət  xəttinin  formalaşmasına  imkan  verir.  Səmərəli 

seçilmiş  konsepsiya  müəssisəyə  qarşı  müsbət  fikir  yaradır.  Kollektivi  konkret 

fəaliyyətə  səfərbər  edir.  Bir  sözlə  konsepsiya  –  firmanın  bütün  rollarının  çoxluğunu 

birləşdirən davranış xəttidir. Firma onsuz fəaliyyət göstərə bilməz. 

Hər  hansı  dərəcədə  konsepsiyada  qeyri  real  ideyallar  –  nəticələr  göstərir. 

Konsepsiyaya  daxildir:  biznesin  məqsədlərinin  müəyyənləşdirilməsi;  fəaliyyət 

strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret yolların tapılması; 

- qarşıda duran məqsədlərə praktiki nail olmaq vasitələrinin seçilməsi. 

Konsepsiyanın  işlənməsi,  biznesin  qurulmasında  və  inkişafında  mühüm  rol 

oynayır. Konsepsiyanın biznesə təsiri müxtəlif cür təzahür edir.  

Konsepsiyanın  işlənməsi  prosesi  böyük  əhəmiyyət  kəsb  edir,  çünki  firmanın 

rəhbərliyinə  onun  fəaliyyətinin  aşağıda  olan  amilləri  hər  tərəfli  qiymətləndirməyə 

məcbur  edir.  Konsepsiyanın  dərk  edilməsi  biznesin  geniş  panaramasını  əldə  etməyə 

kömək  edir  ki,  bu  da  həm  firmanın  rəhbərliyinə  və  həm  də  heyyətinə  baş  verənlərə 

yaxından  baxmaq  imkanı  yaradır.  Bunsuz  uzunmüddətli  rəqabət  qabiliyyətini  və 

müvəffəqiyyətlərini təmin etmək ağlasığmazdır. 

Biznes  konsepsiyasının  işləyib  hazılayərkən  müəssisənin  fəaliyyətinin  əsas 

xəttini istehlakçıların arzularından başlamaq lazımdır. 

Fəaliyyət  xətti  həmişə  əsas  suala  cavab  verməlidir.  Müəssisə  hansı  məqsədlə 

yaradılmışdır  və  kimlərə  xidmət  edir?  Bu  sualın  cavabı  müəssisə  işinin  qurulmasına 

və  təşkilinə  xidmət  edir.  Biznes  konsepsiyasının  işlənməsi  onun  məqsədlərini 

müəyyənləşdirməyi  nəzərdə  tutur.  Məqsədlər  –  o  müəssisənin  fəaliyyətində  cəhd 

etdiyi əsas nəticələrdir. 

 



 

4

Tədqiqatın  obyekti.    Təşkilati  hüquqi  forması  Açıq  Səhmdar  Cəmiyyət  olan 

biznes subyektləri tədqiqatın obyektini təşkil edir.  

Tədqiqatın  predmeti.  Biznes  konsepsiyasının  formalaşmasında  əhəmiyyət 

daşıyan pinsiplər, mexanizmlər və qaydalarının məcmusu tədqiqatın predmetini təşkil 

edir.   

        Tədqiqatın  məqsədi  və  vəzifələri.  Tədqiqatın  məqsədi  biznes  konsepsiyasının  

formalaşmasının    mühüm  istiqamətlərinin  müəyyənləşdirilməsi,  müasir  biznes 

idarəçiliyində  tətbiq  edilən  mexanizmlərin  və  texnologiyasının  aydınlaşdırılmasıdır. 

Bundan  irəli  gələrək  dissertasiya  işində  biznes  konsepsiyasının  hazırlanmasının 

nəzəri- metodoloji tərəfləri öyrənilir, mahiyyəti açıqlanır. 

        biznes  strategiyalarının  işlənib  hazırlanması  və  tətbiqi  menecmentinin  müasir 

vəziyyəti araşdırılır, biznesin strateji  idarə  edilməsi  mexanizminin təkmilləşdirilməsi 

istiqamətləri göstərilir. Bundan əlavə  biznesdə  mövqelərin təhlili və səlahiyyətlərin 

bölüşdürülməsi  və biznes palnın onun  inkişaf strategiyaları ilə əlaqələndirilməsi izah 

edilir 


 

Tədqiqatın  informasiya  bazası.  Tədqiqatın  informasiya  bazasını  yerli  biznes 

təşkilatlarının    konsepsiyalarının  formalaşması  sahəsində  hazırladıqları    metodik 

sənədlər  və  əsasnamələr,  strateji  menecment  sistemini  quran  dünyanın  aparıcı 

firmalarının və kompaniyalarını konsepsiyalarını təcəssüm etdirən internet səhifələri, 

beynəlxal  səviyyədə  tanınan  ekspert  və  müəlliflərin  fikirlərinin  yer  aldığı  ayrı-ayrı 

ədəbiyyatlar, məqalələr, habelə ən son statistik göstəricilər təşkil edir.  



Tədqiqatın praktiki əhəmiyyəti.  

Biznes  konsepsiyasının  tətbiq  edilməsinin  praktiki  tətbiq  modelinin  göstərilməsi, 

dünyanın  aparıcı  qlobal  kompaniyalarının  keçdiyi  inkişaf  yolu  və  tətbiq  etdiyi   

təkmilləşmə modelləri barədə  məlumatlar zəngin təcrübə rolunu oynayır. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə