Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə30/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

 
88 
səlləm  –  buyurdu:  «Adəm  oğullarının  qəlbləri  Rahmənin 
barmaqlarından  iki  barmağı  arasında  tək  bir  qəlb  kimidir.  Onları 
istədiyi  kimi  çevirir»
133
.  Uca  Allahın  zatını,  Rəsulunun  – sallallahu 
aleyhi  və  səlləm  –  onu  vəsf  etdiyi  sifətləri  ağlla,  idrak  ilə 
qavranılması  mükün  deyildir.  Bu  xüsuslara  dair  xəbər  çatmayan 
kimsə  bunları  bilmədiyinə  görə  təkfir  edilməz.  Şəriət  xəbərlərini 
eşidən  kimsə  isə  bunlara  itaət  etməsi  və  sanki  Peyğəmbərin  – 
sallallahu aleyhi və səlləm – dilindən eşidiyi və gördüyü kimi bunlara 
şahidlik  etməsi  vacibdir.  Bizlər  də  bu  sifətləri  qəbul  etməklə 
bərabər  Təşbih  (bənzətməyi)  də  rədd  edərik.  Uca  Allah  da  özü 
barəsində Təşbihi qəbul etməyərək buyurur: “Onun heç bir bənzəri 
yoxdur. O, Eşidəndir, Görəndir”. (əş-Şura 11)
134
.  
 
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Özü özünü vəsf etdiyi 
kimi olan Allaha həmd olsun, yaratdıqlarının Onu vəsf etməsindən 
Uca olan Allaha həmd olsun”
135
.  
 
Qədər Barəsində Etiqadı 
 
Beyhəqi,  ər-Rabi  İbn  Suleymandan  rəvayət  edir  ki,  İmam 
Şəfiidən - rahmətullahi aleyhi - Qədər barəsində sual verildikdə dedi: 
“Sənin  dilədiyin  olur,  baxmayaraq  ki,  mən  diləməmişdim.  Sənin 
diləmədiyin  isə  olmaz,  baxmayaraq  ki,  mən  onu  istəmişdim.  Sən 
qullarını  tanıyaraq  yaratdın,  gənci  də,  yaşlısı  da  elminə  görə 
hərəkət  edər.  Birinə  lütf  (himayə)  etdin,  digərini  köməksiz 
                                                
133
 Müslim  2654,  Əhməd  2/168,173,  Tirmizi  2140,  İbn  Məcə  3834,  əl-Albani  «Səhih  Hədislər 
Silsiləsi»  1689,  "Ziləlul  Cənnə"  1/100,103,222,  "Mişkət"  89,102,  "Sahih  Cəmius  Sağir"  1685. 
Lakin  bu  o,  demək  deyil  ki,  Adəm  övladının  qəlbləri  Allahın  barmaqları  ilə  təmas  edib 
(bitişib).  
134
 Muhəmməd əl-Xumeyyis deyir ki: “Mən bu etiqadi sözləri originaldan fotokpiya edilmiş 
və Hollandiyada Leyden Universitetində saxlanılmış nüsxədən sitat gətirirəm”.  
135
 “Risalə” s. 7-8.  


 
89 
buraxdın, Mənə yardım etdin, digərinə etmədin. Kimisi xöşbəxtdir, 
kimisi bədbəxt, kimiləri gözəl, kimiləri də çirkindir”
136
.  
 
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Qulların diləməsi Uca 
Allaha  aiddir.  Aləmlərin  Rəbbi  olan  Allah  diləmədikcə  onlar 
diləməzlər.  İnsanlar  öz  əməllərini  yaratmazlar.  Onların  əməlləri 
Uca  Allahın  yaratdıqları  arasındadır.  Qulların  felləri  Onun 
tərəfindən  yaradılmışdır.  Qədər  xeyri  və  şərilə  Allahdandır. 
Şübhəsiz qəbr əzabı haqdır, qəbirdə olanların sorğu-sual olunması 
haqdır,  ölümdən  sonra  dirilmək  haqdır,  hesab  olunmaq  haqdır, 
Cənnət və Cəhənnəm haqdır və buna aid olan sünnətdə zikr edilən 
digər xüsuslar da haqdır”
137
.  
 
Lələkai,  Muzənidən  rəvayət  edir  ki,  İmam  Şəfii  -  rahmətullahi 
aleyhi  -  dedi:  “Qədəri  nə  deməkdir  bilirsinizmi?”.  Bu  o,  kəsdir  ki: 
“Allah əməlləri yaratmamışdır ta ki, əməl baş verənə qədər” deyən 
kimsədir
138
.  
 
İmam  Şəfii  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Rəsulullahın  – 
sallallahu aleyhi və səlləm – haqlarında: “Bu ümmətin məcusiləridir” 
dediyi  kimsələr  Allah,  günahlar  icra  olunana  qədər  bilməz  deyən 
kimsələrdir”
139
.  İbn  Ömər  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 
Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qədəriyyə  bu 
ümmətin  məcusiləridir.  Xəstələnəcək  olurlarsa  onları  ziyarətə 
getməyin, ölürlərsə cənazələrində iştirak etməyin»
140
.  
 
                                                
136
 Mənakibuş Şəfii 1/412-413, Lələkai “şərhu Usuli Etiqadi” 4/777.  
137
 Mənakibuş Şəfii 1/415.  
138
 “Şərhu Usuli Etiqadi” 4/776.  
139
 Mənakibuş Şəfii 1/413.  
140
 Əbu  Davud  «Aunul  Məbud»  12/452,  4691,  Həkim  1/85,  əl-Albani  «Səhihul  Cəmi»  5039, 
«Şərhu Təhaviyyə» s 273 həsən hədis. 


 
90 
Beyhəqi,  Rabi  İbn  Süleymandan  rəvayət  edir  ki,  İmam  Şəfii  
rahmətullahi  aleyhi  -  Qədəriyyə  mənsub  bir  kimsənin  arxasında 
namaz qılmağı məkruh (haram)
141
 görərdi”
142
.  
 
İman Barəsində Etiqadı 
 
İbn  Əbdi  Bərr,  Rabidən  rəvayət  edir  ki,  İmam  Şəfiinin  
rahmətullahi  aleyhi  -  belə  dediyini  dinlədim:  “İman  –  söz,  əməl  və 
qəlb  ilə  etiqaddı.  Allah:  Allah  sizin  imanınızı  (bundan  əvvəl 
Beytulmüqəddəsə  üz  tutaraq  qıldığınız  namazlarnızı)  əvəzsis 
buraxmaz.  (əl-Bəqərə  143)  buyurduğuna  diqqət  etmirsinizmi? 
Burada məqsəd Beytul Məqdisə doğru qıldığınız namazlarınız puç 
olmayacaqdır.  Beləliklə  namaza  iman  adı  verilmişdir.  Namaz  isə 
söz, əməl və bir etiqaddır”
143
.  
 
Beyhəqi,  Rabi  İbn  Süleymandan  rəvayət  edir  ki,  İmam  Şəfii  
rahmətullahi  aleyhi  -  dedi:  “İman  –  söz  və  əməldir,  artar  və 
əskilər”
144
.  
 
Beyhəqi  rəvayət  edir  ki,  Əbu  Muhəmməd  əz-Zubeyri  dedi  ki, 
Bir  nəfər  İmama:  “Allah  dərgahında  hansı  əməl  daha  fəzilətlidir” 
deyə  sual  verdi.  İmam:  “O,  olmadan  heç  bir  əməlin  qəbul 
olunmayacağı  şey”  deyə  cavab  verdi.  Adam:  “O,  nədir?”  dedi. 
İmam:  “Ondan  başqa  ibadətə  layiq  heç  bir  İlah  olmayan  Allaha 
iman  etmək,  dərəcə  etibarıyla  əməllərin  ən  yüksəyi,  mövqe 
etibarıyla  ən  şərəflisi,  dəyər  etibarıyla  ən  ucasıdır”. Adam: “Mənə 
                                                
141
 Burada  məkruhdan  qəsd  edilən  haramdır.  Çünki:  "Əgər  bir  kimsə  qəbirə  doğru  namaz 
qılarsa  namzını  qılmış  olur,  lakin  çox  pis  bir  iş  etmiş  olur"  sözü  haram  etdi  mənasındadır. 
Quran  üslubunda  da  pislik  Seyyiə  deməkdir.  Allah  uşaqlarınızı  öldürməyi,  zinaya 
yaxınlaşmağı,  can  almağı  və  s.  şeyləri  qadağan  etdikdən  sonra  buyurur:  "Bütün  bunlar 
Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir". (əl-İsra 23, 33, 36-38).  
142
 Mənakibuş Şəfii 1/413.  
143
 əl-İntiqa 82.  
144
 “Mənakibu əş-Şəfii” 1/387.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə