Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə24/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   20   21   22   23   24   25   26   27   ...   107

rini  təqib  etməyəcəklərinə,  Şiz  əhalisinin  Öz  bayramlarında  rəqs 
etməsinə  və  (keçmişdə)  icra  etdikləri  işləri  açıq  görmələrinə  mane 
olmayacaqlanna  boyun  o l d u l a r B u n d a n   sonra  xəlifə  Ömər 
Hüzeyfə  ibn  əl-Yəməni  vəzifəsindən  götürür  və  Utbə  ibn  Fərkadı 
Azərbaycana canişin təyin edir. 
Lakin  ərəb  qoşunları  Azərbaycandan  gedəndən  sonra  ölkə 
əhalisi  hicri  24-cü  ildə  (644—645-ci  illərdə)  üsyan  qaldırıb, 
"müsəlmanların  onlarla  bağladıqları  sülh  şərtlərinə  əməl  etməkdən 
boyun qaçırdı".'*® 
646-cı  ildə  ərəb  ordusu  Valid  ibn  Ukbənin  başçılığı  altında 
yenidən Azərbaycana yürüş edir. Ordunun qabaq dəstəsində Salman 
ibn  ər-Rəbiə  əI-Bəxili  gedirdi.  Azərbaycan  ikinci  dəfə  fəth  olunur, 
"bu  şərtlə  ki,  onlar  [əhali]  [hər  il]  səkkiz  yüz  min  dirhəm 
verməlidirlər. Bu, Hüzeyfə ibn əl-Yəməninin 22-ci ildə [b.e. 644-cü 
il],  yəni  Nihavənd  vuruşmasından  bir  il  sonra  onlarla  bağladığı 
sülhün şərtləri idi"."*^ 
639-cu  ildə  ərəb  qoşunlarının  bir  hissəsi  Azərbaycandan 
şimal-qərb tərəfə keçir və bir neçə vuruşmadan sonra Muğanı işğal 
edir  və  onun  əhalisi  cizyə  verməyə  məcbur  edilir.^®  Dəstənin 
komandanı Bukeyr ibn Abdullah muğanlılarla müqavilə bağlayaraq, 
onlara aşağıdakı məzmunda fərman verir: 
"Bismillahi-r-rəhmani-r-rəhim. 
Bu,  Bukeyr  ibn  Abdullah  tərəfindən  Muğan  əhalisinə,  onların 
şəxsiyyətinin,  əmlakının,  din  və  qanunlarının  qorunması  haqda 
verilən əmniyyət fərmanıdır; o şərtlə ki, həddi-büluğa çatmış hər bir 
şəxs  bir  dinar,  yaxud  onun  dəyərini  verməli,  müsəlmana  səmimi 
yanaşmalı,  ona  yol  göstərməli  və  bir  gün  bir  gecə  onu  saxlayıb 
yedirməlidir.  Nə  qədər  ki,  onlar  Öz  üzərində  [ərəb]  hakimiyyətini 
qəbul edib ərəblərə xeyirxahlıqla yanaşırlarsa, onların əmin-amanlığı 
təmin olunur, biz də öz təəhhüdlərimizi yerinə yetirəsiyik. Əgər onlar 
öz  təəhhüdlərini  pozub  qeyri-səraimilik  göstərsələr,  xainləri  ələ 
verməyincə,  onlara  aman  olmayacaq!  [Əks  halda]  onlar  xainlərin 
şəriki  sayılacaqlar.  Şahidlər  əş-Şəmmax  ibn  Dirar,  ər-Rusaris  ibn 
Cunədib  və  Həmələ  ibn  Cuveyyə  olmuşlar.  Hicri  21-ci  ildə  (b.e. 
642-ci ildə) yazılmışdır".*® 
Bukeyr  ibn  Abdullah  Muğandan  Xəzər  dənizinin  sahili  ilə 
şimala  doğru  yürüş  edir  və  həmin  il  Bab-əl-Əbvaba  (Dərbəndə) 
çatır.®® 
Sonrakı 642/3-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn "^Amru 
göndərir. Surakə ordusunun Əbd-ür-Rəhman ibn ər-Rəbiə 
əl-Bəxilinin komandanlığı altında olan ön dəstəsi şəhər 
74 


divarları  yanında  Bukeyr  ilə  birləşir.  Surakənin  ölümündən  sonra 
xəlifə  Dərbənd  yaxınlığındakı  sərhəd  xəttinə  Əbd-ür-  Rəhman 
ər-Rəbiəni  rəis  təyin  edib,  ona  xəzərlərə  qarşı  çıxmağı  əmr  verir. 
Ərəb atlıları əl-Beyda şəhərinə gəlib çataraq onu zəbt edir.®^ Lakin 
Bələncər yaxınlığında xəzərlər hücuma keçib ərəbləri məğlub edir, 
onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni də öldürürlər. 
Bununla  da  ərəb  ordularının  Dərbənddən  şimala  doğru  birinci 
hücumu  başa  çatır.  Şəhərin  əhalisi  ilə  Azərbaycanla  bağlanan 
müqaviləyə oxşar müqavilə bağlanır.®^ 
Arranın işğalına gəlincə, ərəb qoşunları onun ərazisinə şərqdən 
deyil,  cənub-qərbdən,  Naxçıvandan  keçərək  soxulurlar.  Arrana 
soxulan  ilk  ərəb  dəstəsi  Salman  ibn  Rəbiə  əl-Bəxi-  linin 
komandanlığı altında olan dəstə idi ki, bu da Həbib ibn Məsləmənin 
ordusuna daxil idi. 
Naxçıvan  xəlifə  Osman  ibn  Affanın  (644—656-cı  illər) 
hökmranlığı zamanında tutulmuşdu. Həbib ibn Məsləmə Naxçıvanı 
işğal  edəndən  sonra,  onun  əhalisi  ilə  sülh  müqaviləsi  bağladı  və 
aşağıdakı fərmanı verdi; 
"Bismillahi-r-rəhmani-r-rəhim. 
Bu  fərman  Həbib  ibn  Məsləmə  tərəfindən  Naşava  [Naxçıvan] 
şəhərinin əhalisinə, onun istər hazırda mövcud olan və ya olmayan 
kahin  və  yəhudilərinə,  ona  görə  verilir  ki,  mən  sizin 
toxunulmazlığınızın  və  əmlakınızın,  sizin  kilsə  və  ibadətgah- 
larınızın və şəhər divarlarınızın [qorunmasının] təminatçısıyam. Siz 
əmin-amandasınız  və  biz  sizinlə  bağladığımız  müqaviləni  yerinə 
yetirməyi götürürük ta ki, siz özünüz də ona əməl edib cizyə və xərac 
verəcəksiniz. Buna da zəmanət — ən mötəbər zamin olan Allahdır. 
Fərman Həbib ibn Məsləmənin möhrü ilə təsdiq olunur".®^ 
Gevondun dediyinə görə, xəlifə orduları "Midiya [Azərbaycan] 
və  Naxçıvanın  kənd  və  obalarını  viran  etdilər.  Bir  çox  kişiləri 
öldürdülər, digərlərini isə arvad-uşaqları ilə əsir götürüb Culfa bərəsi 
ilə Arazın o tayına apardılar”.^® 
Ərəblərin yerli əhalidən girov tutub saxlamaları işğalçılara qarşı 
müqavimətin  göstərildiyindən  xəbər  verir;  buna  görə  də  ərəblər 
şimala doğru irəlilədikcə, təbii ki, öz arxa yollarından arxayın olmaq 
istəyirdilər. 
Salman  ibn  Rəbiənin  dəstəsi  Naxçıvandan  çıxaraq  Biçənək 
keçidindən  Şəki,  Gorusa  sarı  yeridi  və  Arran  ərazisinə  çatanda, 
Beyləqan  üzərinə  yürüş  etdi.  Salman  "Beyləqanı  sülh  müqaviləsi 
əsasında ələ keçirdi; bu müqaviləyə görə əhalini xərac 
75 


və  cizyə  verməyə  məcbur  edib  onun  həyatının,  əmlakının,  şəhər 
divarlarının  [qorunacağına]  təminat  verdi.  Sonra  Salman  Bərdəyə 
gəldi  və  şəhərdən  bir  fərsəxdən  az  bir  məsafədə  yerləşən  Turtur 
[Tərtər]  çayı  sahilində  ordugah  qurdu.  Şəhər  əhalisi  alaqapını  onun 
üzünə  bağladığından  Salman  bir  neçə  gün  şəhəri  mühasirədə 
saxlamalı oldu. Elə həmin vaxt o, şəhər ətrafında əkini artıq biçilmiş 
kəndlərə  basqınlar  edirdi.  Bu  da  əhalini  onun  Beyləqan  əhalisi  ilə 
bağladığı  sülhə  oxşar  sülh  bağlamağa  vadar  etdi.  Əhali  şəhər 
darvazalarını  onun  üzünə  açdı  və  Salman  şəhərə  daxil  olub  (bir 
müddət)  orada  qaldı.  Buradan  o,  öz  atlıları  ilə  yürüşlərə  başladı. 
Şakşin  (Şakaşen),  Meskean  (Meskuenk),  Ud  (Uti),  Mesiran 
(Mesarans),  Xarxil-  yan  (Xarcilank),  Tabar  (Tri)  mahalları  ;ın 
kəndlərini və Arranın digər yerlərini tutdu". 
Sonra Salmanın dəstəsi "qədim şəhər sayılan" Şamxoru tutdu və 
şərqə sarı dönərək, "Bərdic arxasında Arazın Kürlə qovuşduğu yerə 
getdi, Kürü keçdi, Qəbələni tutub, Şəkkan və Kamiberan hakimləri ilə 
onların bac verməsi şərti ilə sülh bağladı. Xeyzan əhalisi də, Şirvan 
şahı  da,  qalan  dağların  padşahları  da,  Məsqət,  Şabran  və  Bab 
(Dərbənd)  şəhərinin  əhalisi  də  onunla  [Salmanla]  bu  cür  sülh 
bağladılar".®^ 
Sonra Salmanın dəstəsi Dərbənddən şimala doğru hərəkət  etdi, 
lakin Bələncər çayının o tayında xəzər qoşunları ilə rastlaşdı və qanlı 
vuruşmadan sonra, demək olar, bütün dörd min nəfərlik dəstə qırıldı, 
Salmanın özü də öldürüldü. 
Salmanın ölümündən sonra xəlifə Osman Azərbaycan və Arrana 
Hüzeyfə  ibn  əl-Yəraəni  hakim  təyin  etdi;  Hüzeyfə  artıq  xəlifə 
canişinlərinin  iqamətgahı  olan  Bərdə  şəhərinə  gəldi,  bir  tərəfdən 
Bərdə ilə Qaliqala, digər tərəfdən Bərdə ilə Xeyzan (yəni Bərdədən 
şimal-qərbdə)  arasında  olan  bütün  vilayət  və  şəhərlərə  məmurlar 
(amillər) göndərdi.®** 
A Ərəblər Azərbaycanda və Arranda möhkəm yerləşdikdən sonra, öz 
hərbi  səfərlərində  yerli  əhalidən,  həm  islamı  qəbul  edənlərdən 
(mövlalardan), həm də xristianlardan (zimmilər- dən) döyüşçü kimi 
istifadə  etməyə  başladılar,  lakin  mövlaları  yalnız  piyada  qoşuna 
götürürdülər.®®  Bu  hərbi  səfərlərdə  zim-  milər  əhəmiyyətli  rol 
oynayırdılar; əvvəllər onlar yerli hərbi rəislərin komandanlığı altında 
əlahiddə döyüş vahidləri kimi əməliyyatlarda iştirak edirdilər. Zimmi 
birləşmələri ərəblərlə yan-yanaşı müqavilə əsasında**® vuruşurdular 
və  dövlət  təminatında  deyildilər.  Onlar  yalnız  qənimətin 
bölüşdürülməsində iştirak edirdilər. 
76 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə