Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə32/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   28   29   30   31   32   33   34   35   ...   107

Cərrahı  vəzifədən  kənar  edərək  Ermənistan  və  Azərbaycan  hakimi 
vəzifəsinə öz qardaşı Məsləmə ibn Əbd-ül-Maliki təyin etdi. 
Hicri  108-ci  ildə  (726/27-ci  ildə)  xəzərlər  "xaqanın  oğlunun" 
komandanlığı  altında  Arrana  növbəti  hücum  etdilər.  Ölkəni  işğal 
etdikdən  sonra  Azərbaycana  tərəf  yeridilər  və  orada  bəzi  şəhərləri 
mühasirəyə  aldılar.  Əl-Haris  ibn  Əmra  ət-Tainin  komandanlığı 
altında  ərəb  ordusu  onlara  qarşı  hücuma  keçdi.  Xəzərlərin  qarşısı 
alındı, onlar məğlub edilib Arazın o tayına qovuldular, oradan isə geri 
çəkilməyə məcbur oldular.^®* 
727  və  728-ci  illərdə  Məsləmə  ibn  Əbd-ül-Malik  Azərbaycan 
ərazisindən iki dəfə xəzərlərin üzərinə hücum etdi.^®^ O,  xaqanlıq 
ərazisinə  soxularaq  müxtəlif  yaşayış  məntəqələrinə  hücumlar  edir, 
əsir və qənimətlərlə geri qayıdır.'®® 
729/30-cu ildə Hişam Məsləməni  geri çağırdı və əl-Cərrah  İbn 
Əbd-ül  Lah  əl-Həkəmini  yenidən  Ermənistanın  və  Azərbaycanın 
hakimi təyin etdi; o, isə çox çəkmədən yenidən şimala doğru hücuma 
başladı.'®^ 
730/31-ci  ildə  xəzər  və  türklərin  300  min  nəfərlik  ordusu'®® 
Barcikin  komandanlığı  altında  ərəblərə  qarşı  əks-hücuma  başlayıb 
Dərbənd,  Daral  və  digər  keçidlərlə  Arran  ərazisinə  soxuldu.'®® 
Əl-Cərrah  öz  qoşunlarını  Bərdə  yolu  Uə  Ərdəbilə  çəkdi  və  orada 
hadisələrin inkişafını izləməyə başladı. 
Xəzərlər  ərəb  qoşunlarının  harada  yerləşdiyini  bir  gürcü 
knyazından  öyrəndilər.^®®  tki  ordu  Araz  sahilində  yerləşən 
Varsanda üz-üzə gəldi. Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi 
altında  Ərdəbilə  tərəf  çəkildilər;  Burada  Savalan  dağı  yaxınlığında 
onların arasında bir gecə-gündüz davam edən böyük vuruşma oldu. 
Ərəblər tamamilə məğlub oldular, əl-Cərrah isə öldürüldü.^®' 
Xəzərlər uzun mühasirədən sonra Ərdəbili tutdular, şəhərin kişi 
əhalisini  qırdılar,  qadın  və  uşaqları  isə  əsir  apardılar.®®®  Sonra 
xəzər  ordusu  Azərbaycanı  viran  etdi,  ölkənin  şəhər  və  qalalarını 
bir-birinin ardınca ələ keçirərək Diyarbəkirə və Mosula çatdı.®®® 
Gevond xəzərlərin basqını haqqında belə məlumat verir: Onlar 
"Hunnların  torpağından,  Cor  [Dərbənd]  keçidindən,  Maskutların 
torpağından keçərək Paytakaran [Beyləqan]  ölkəsinə basqın etdilər; 
Araz  çayından  keçib  İrana  [Azərbaycana]  getdilər,  Artaveti 
[Ərdəbili],  Qandzak-Şahastani,  Atşi-Baquan  adlanan  vilayəti, 
Spatar-Perozu və Ormizd-Perozu dağıtdılar".®®^ 
98 


Xəzərlərin belə bir sürətli hücumu xəlifəni və onun saray əhlini 
çox çaşdırdı. Hişam ərəb qoşunlarının baş komandanı vəzifəsinə Səid 
ibn  Əmr  ül-Xəraşini  təyin  etdi  və  o,  dərhal  30  minlik  ordu  ilə 
xəzərlərə qarşı  yürüşə çıxdı. Səid xəlifədən məxaric üçün  100 min 
dirhəm pul da aldı.^”^ 
Ərəblər  Van  gölü  yaxınlığındakı  Xilat  şəhərinin  hasarlarının 
qabağında xəzərlərlə qarşılaşdılar.^”® Ərəblər hücumla şəhəri tutub 
xəzərləri  təqib  etməyə  başladılar.  Onlar  Bərdə  üzərinə  hücuma 
keçərkən yolda bütün qalaları dağıdırdılar. Ərəblər "onları [xəzərləri] 
tamamilə  məğlub  edib  onların  bayrağını  əlindən  aldılar;  bayrağın 
misdən  olan  təsviri  indiyədək  Xəraşi  dəstəsində  onların  əcdadının 
igidliyi şərəfinə saxlanı
lır 
".207
 
Bərdədə  Səid  şəhər  əhalisi  qarşısında  nitq  söyləyib,  onları 
xəzərlər tərəfindən gözlənilən böyük təhlükə qarşısında birləşməyə 
çağırdı.  O,  xüsusilə  Arran  paytaxtının  zəngin  sakinlərinə  müraciət 
edərək, vəsait verməkdə xəsislik etməməyi onlardan xahiş etdi.^°® 
Sonra  Səid  Beyləqana  getdi,  şəhəri  ələ  keçirib  Varsana  gəldi, 
buradan da xəzərlərin qarnizonunu qovub çıxardı. 
Xəzərlər Barcikin komandanlığı altında 100 min nəfərlik qoşunu 
Səidin  ordusuna  qarşı  göndərdilər.  Beyləqan  yaxınlığında  çay 
kənarında^”® baş vermiş vuruşma nəticəsində xəzərlər darmadağın 
edildi.  Barcikin  özünü  isə  Səid  atdan  yerə  saldı  və  başını  kəsərək 
Hişama göndərdi. 
Ərəblər xəzərlərin üzərində böyük bir qələbə çaldılar və çoxlu 
qənimət ələ keçirdilər. Hər bİr ərəb əsgərinə mükafat olaraq azı 1700 
dinar (!) verildi. 
Elə hicri 112-ci (730/31) ildə xəlifə Hişam əl-Xəraşini paytaxta 
geri  çağırdı  və  Məsləmə  ibn  Əbd  ül-Maliki  Ermənistana  və 
Azərbaycana  hakim  təyin  etdi;  o  dərhal  xəzərlərə  qarşı  hücuma 
başladı  və  qışa  yaxın  Dərbəndə  ç a t d ı . H i c r i   113-cü  (731/2)  ildə 
Məsləmə daha da irəliləyərək, Balancara çatdı; buradakı vuruşmada 
xaqanın ikinci oğlu öldürüldü. 
Həmin  ildə  xəzərlər  yenidən  Arrana  s o x u l d u l a r , l a k i n  
Dərbənddə məğlub edildilər. 1000 nəfər adam öz ailələri ilə birlikdə 
əsir düşdü. 
Sonrakı hicri 114-cü (732/3) ildə^^® ərəblər Hişamın Cəzirəyə, 
Azərbaycana  və  Ermənistana  hakim  təyin  etdiyi  Mərvan  ibn 
Məhəmmədin komandanlığı altmda xəzərlərə qarşı hücuma keçdilər. 
Mərvamn  qərargahı  Kasalda  (Qazaxda)  yerləşirdi,^'’^  buradan 
Bərdəyə 40 fərsəx və Tiflisə 20 fərsəx məsa- 
99 


fəlik yol var 
O, buradan Daryal keçidi vasitəsi ile xəzər 
lərin diyarına hücuma keçdi, qoşunun digər hissəsinə isə əmr etdi ki, 
Dərbənddən hücuma keçsinlər. 
Bəlazurinin  dediyinə  görə,  ərəblərin  gücündən  qorxuya  düşən 
xaqan sülh təklif etdi, Mərvan isə əsir aldığı xəzərləri "Sa- mur ilə 
Şabiran arasında düzənlikdəki Lakzlar vilayətində yerləşdirdi".^^® 
Gevond bildirir ki, Varaçan şəhərini alan Mərvan böyük bir qənimət 
əldə  etdi  və  "Hunnlər  ölkəsindən  şanlı  qələbə  ilə  qayıtdı,  Partav 
şahastanına  [paytaxtına]  çatan  Mərvan  qənimətin  beşdə  birini  və 
əsirləri  öz  hökmdarı  Geşama  [Hişama]  göndərdi  və  ona  məktub 
yazaraq qələbə haqqında məlumat verdi". 
Xaqan islam dinini qəbul etdi, Mərvan isə "Şirvan hökmdarına 
(Şirvanşaha—Z.B.)  bir  vəzifə  olaraq  tapşırdı  ki,  müsəlman  ordusu 
xəzər  diyarına  hücum  edərkən  qoşunun  qabağında  getsin,  bu  ordu 
oradan qayıdarkən arxada gəlsin". 
Sonrakı  iyirmi  il  ərzində  Əməvilər  sülaləsi  devrilənədək 
xəzərlər  ərəblərin  nəzarəti  altında  idilər.  Abbasilər  hakimiyyət 
başına  gələndə  xəzərlər  Xilafətdə  baş  verən  hadisələrdən  istifadə 
edərək,  öz  paytaxtlarındakı  xəlifə  nümayəndələrini  öldürüb,  bir 
müddət müstəqil oldular. 
Bizans  da  Xilafətdəki  daxili  çəkişmələrdən  istifadə  edərək, 
Zaqafqaziyada öz hərbi və diplomatik fəaliyyətini gücləndirdi. 
Xəlifə  Mənsur  (754—775)  hakimiyyət  başına  gələn  kimi, 
ərəblər  Bizansa  qarşı  dərhal  əks-tədbir  gördülər.  "Mənsur  xəlifə 
olarkən  Yəzid  ibn  Useyd  əs-Sulamini  Azərbaycan  və  Ermənistana 
hakim  təyin  etdi.  O,  [Yəzid]  Bab  əl-Lanı  [Daryal]  tutdu  və  orada 
muzdlu əsgərlərdən ibarət bir qarnizon yerləşdirdi. Sonra o, sanarları 
Özünə tabe etdirdi və onlar xərac verməyi öz öhdələrinə götürdülər. 
Bu zaman Mənsur ona məktub yazaraq əmr etdi ki, xəzər padşahı ilə 
qohum  olsun,  Yəzid  bu  əmri  yerinə  ye t i r d i " . B u ,   şübhəsiz,  onu 
göstərir ki, xəzərlər yenidən qüvvətlənmişdilər və Bizansdan kömək 
görüb təhrik edilərək. Xilafətin mənafeyi üçün təhlükə törədirdilər. 
Mənsur  bununla  hesablaşmalı  idi,  çünki  Bərdədə  olan  Yəzidə 
göndərdiyi başqa bir məktubda belə yazmışdı: nə qədər kİ, xəzərlər 
fəaldır, Azərbaycan onun canişinliyi üçün rahat yer olmayacaqdır — 
"mən sənin üçün və bütün sənin vilayətin üçün xəzərlər tərəfindən 
gözlənilən təhlükədən ehtiyat edirəm". 
Yəzid  ibn  Useyd  xəzər  xaqanının  qızı  ilə  evləndi.  Bu  qadın 
"onun  üçün  bir  oğlan  doğdu,  lakin  uşaq  Öldü;  anası  da  doğum 
zamanı Öldü".®^"* Bu hadisə haqqında Gevond belə məlumat ve 
100 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə