Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə33/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   29   30   31   32   33   34   35   36   ...   107

rir: "Yəzid öz hökmranlığı zamanı. Xaqan adlanan Şiınal padşahının 
yanına elçilər göndərdi ki, onunla qohum olsun, beləliklə də onunla 
və xəzər qoşunları ilə sülh şəraitində. Xəzər padşahı öz qızı Xatunu 
ona verməyə razı oldu".^^® 
Xəzərlərin arasında belə bir şayiə yayıldı ki, Xaqanın qızını və 
uşağı ərəblər özləri öldürmüşlər. Bundan bir az sonra Xaqan ərəblərə 
qarşı  müharibəyə  başladı.  "Xaqan  güclü  qoşun  toplayaraq,  onu 
Xatirlitber  nəslindən  olan  sərkərdə  Raj  Tar-  xana  [ərəbcə  Rə’s 
Tarxana]  tapşırdı  və  Yəzidin  idarə  etdiyi  bizim  ölkəyə  göndərdi. 
Xəzərlər böyük Kür çayının şimal tərəfi boyu səpələnərək, bir çox 
vilayətləri,^^®  hamısı  Albaniya  vilayətləri  sayılan  Xecar,  Qala, 
Ostan-i  Marzpanyan,^^^  Xa- band,^^® Qelave,  Şake,  Biyes,  Xeni, 
Kambexçan,^^^  Xozmas  vilayətlərini  tutdular  və  saysız-hesabsız 
mal-qara  və  ilxı  apardılar".^®^  Bundan  əlavə  xəzərlər  Gürcüstan 
vilayətləri  Şuçk,  Ku-  yeskapor,  Çeltd,  Suket,^®®  Tianet®®**  və 
Yergini®®® qarət edib, böyük qənimətlə vətənə qayıtdılar. 
Yəqubi,  Təbəri  və  İbn  əl-Əsir  xəzərlərin  bu  hücumunun  hicri 
145-ci (763/4) ildə baş verdiyini qeyd edirlər.®®® 
Təbərinin verdiyi məlumata görə, bundan iki it sonra (764—5-ci 
il) xəzərlər yenidən Zaqafqaziyaya soxuldular; "Bu ilin (hicri 147-ci 
il)  hadisələri  sırasına  Astarxan  ət-Xarəzmi-  nin  türk  qoşunları  ilə 
Zaqafqaziya müsəlmanları [ərəblər] üzərinə hücumu daxildir. Onlar 
müsəlman  və  zimmilərdən  çoxlu  əsir  aldılar,  Tiflisi  tutdular.  Hərb 
ibn Əbd-ul-lah ər-Rəvəndi onlarla vuruşdu. Hərb Öldürüldü, ərəblər 
isə qaçdılar".®®^ Sonrakı ildə Mənsur Hərbi öldürən və Tiflisi qarət 
edən  xəzərlərə  qarşı  Hümeydə  ibn  Qəhtabı  göndərdi,  lakin  o, 
xəzərlərə rast gəlməyib geri qayıtdı.®®® 
Sonra xəzərlər VIII əsrin axırmadək Zaqafqaziyanı öz basqınları 
ilə  narahat  etmədilər.  796/7-ci  İldə  xəlifə  Harun  ər-Rə-  şid 
(786—809-cu  illər)  Səid  ibn  Səlm  ibn  Kuteybə  əl-Bəhilini 
Ermənistana  və  Azərbaycana  hakim  təyin  etdi;  o  isə  öz  vəzifəsinə 
yerli  hökmdarları  təhqir  etməklə  başladı  və  nəticədə  Arranda 
iğtişaşlar baş verdi.®®® Bu zaman Dərbəndin komendantı (hakimi) 
ən-Nəcm ibn Haşim idi. 
Səid  ən-Nəcmə  əmr  etdi  ki,  qaladakı  sərkərdələrdən  birini 
vəzifədən çıxarıb başqasını təyin etsin. Lakin Nəcm bundan boyun 
qaçırdı. Səid isə onu itaətsizlik üstündə öldürdü. O zaman ən-Nəcmın 
oğlu  Həyyun  ibn  ən-Nəcm  Səidin  Dərbənd  nümayəndəsi 
əl-Munacim əs-Sulamini öldürtdü və xəlifə əleyhinə üsyan qaldırdı. 
"O, xəzər padşahı xaqanla danışığa girdi, xa 
101 


qan  da  onun  köməyinə  gələrək  böyük  bir  ordu  ilə  müsəlmanlara 
hücum etdi, onları qırıb, həddən artıq sayda əsir götürdü". 
Döyüşçülərinin  sayı  100  min  nəfərdən  çox  olan  xəzər  ordu- 
su^^^ kiçik ərəb dəstələrinin müqavimətini qıraraq, Arran ərazisində 
irəlilədi və az sonra Kür sahilinə ç a t d ı . H a r u n   er-Rəşid hücumun 
qarşısını almaq üçün tədbir görənədək, xəzərlər tutduqları əsirlərlə öz 
yerlərinə  qayıtdılar.  Bu  dəfə  onlar  Albaniyada  70  gün 
q a l d ı l a r . Ə s - S u yu t i   bildirir  ki,  xəzərlər  "özləri  ilə  100  mindən 
artıq  əsir  apardılar.  Bu,  indiyədək  əlıalinin  (Arran  əhalisinin) 
üzləşmədiyi dəhşətli bir fəlakət idi".^'*^ 
Bu,  Xilafətə  qarşı  mübarizədə  xəzərlərin  sonuncu  böyük 
müvəffəqiyyəti  idi.  Xəlifə  Harun  ər-Rəşidin  hökmranlığı  dövründə 
xəzərlərin Arrana və onunla qonşu olan ölkələrə hücumları kəsildi, 
xəzərlərlə sülh və ittifaq bağlandı. 
Beləliklə,  A.Y.Krımski  xəzərlərin  Arranda  yüz  il  hökmranlıq 
etmiş  olduqları  haqqında  fikir  söyləməklə,  daha  haqlıdır. 
Baxmayaraq  ki,  yüz  il  ərzində  Arran  daim  xəzərlərin  hakimiyyəti 
altında olmamışdır, ancaq onların ölkə üzərində nəzarəti davam edir 
və hücumlarının arası, demək olar, kəsilmirdi. Onlar bu ölkəni daim 
gərgin  vəziyyətdə  saxlayır  və  ondan  böyük  bac  alırdılar. 
A.Y.Krımski  xəzərlərin  Arrandakı  hökmranlığının  və  dağıdıcı 
hücumlarının  təqribən  737-ci  üdə  sona  yetdiyini  göstərsə  də^‘*^, 
yuxarıda  göstərilən  materiallardan  görünür  ki,  xəzərlər  hətta  VIII 
əsrin axırlarında belə, yəni 796 və ya 799-cu illərdə Arran ərazisinə 
hücumlar etmişlər. 
Doğrudur,  xəzərlərin  çox  sonralar  da  ərəblərlə  vuruşduğu 
haqqında məlumat vardır. Məsələn, X əsrə aid bir yəhudi sənədində 
deyilir:  "Budur,  bizimlə  [xəzərlərlə]  müharibə  edən  xalqlar:  Bab 
ül-Əbvab,  Zibus,  Türklər,  Luzaniya"^"*^  ...Lakin  Kordova  xəlifəsi 
III  Əbd  ür-Rəhmanın  (912—961)  yəhudi  əyanı  Xasay  ibn  Şapruta 
xəzər  padşahı  Yusifin  (İosifin)  yazdığı  cavab  məktubundan 
göründüyü  kimi,  bu  zaman  xəzərlər  Ərəb  xilafətinin  şimal 
sərhədlərində bir növ mühafizə dəstəsi  rolunu oynayaraq,  ruslar və 
digər xalqların Zaqafqaziyadan keçərək müsəlman ölkələri ərazisinə 
girmələrinə  mane  olurdular.  Yusif  belə  yazmışdı:  "Mən  çayın  [İtil 
çayının] ağzını qoruyuram və gəmilərə minib gələn ruslan dənizdən 
keçib  İsmayıl  övladının  [ərəblərin]  üstünə  getməyə  qoymuram  və 
[eynilə]  onların  [ərəblərin]  bütün  düşmənlərinin  quru  yol  ilə  Bab 
ül-Əbvaba (Dərbəndə) yaxınlaşmalarına imkan vermirəm. Mən 
102 


onlarla müharibə edirəm. Əgər mən onları bir saat [rahat] buraxsam 
onlar  bütün  İsmayıl  övladının  ölkəsini  Bağdada  qədər  məhv 
edərlər".''*®. 
5.
 
Azərbaycanda torpaq münasibətləri və 
ərəblərin vergi siyasəti 
Qeyd  etdiyimiz  kimi,  ərəblər  Azərbaycanı  və  Arranı  istila 
etdikdən sonra, tutduqları digər ölkələrdə olduğu kimi, burada da öz 
sələfləri olan İran və Bizans vergi aparatını saxlamışdılar. 
Əməvilər  hakimiyyət  başına  gələndən  sonra,  vergi  toplamaq 
qaydası  dəyişməyə  başladı,  lakin  bu  vergilər  yenə  də  o  qədər  ağır 
deyildi.  Anili  Samuilin  dediyinə  görə,  Əməvilər  Zaqafqaziya 
ölkələrində  bərqərar  olduqdan  sonra  aşağıdakı  vergiləri  alırdılar: 
"Hər  həyətdən  dörd  dirhəm,  üç  modi^"*®  ələnmiş  buğda,  heyvan 
tükündən bir ip və bir əlcək. Əmr edilmişdi ki, keşişlərdən, habelə 
azadlardan  və  atlılardan  bir  şey  alınmasın".^^®  Keşişlərə  belə 
münasibətin  səbəbi  o  idi  ki,  ərəblər  Arran,  Ermənistan  və  digər 
xristian  ölkələrində  kilsələrə  hima-  yəçilik  edir,  onların 
toxunulmazlığını  və  vergidən  azad  olmaq  hüququna  malik 
olduqlarını  etiraf  edirdilər.  Ərəb  hakimləri  ruhanilərə  ona  görə 
imtiyaz verirdilər ki, əhalini dinin köməyi ilə itaətdə saxlasınlar. * 
Beləliklə, Azərbaycanın və Arranın istilasının lap ilk dövründə 
vergilərin ayrı-ayrı şəxslərdən deyil, bütün ölkədən alındığı faktına 
təsadüf edirik. Bunu təsdiq edən sənəd, 658-ci ildə əl-Əştərin Misir 
hakimi  vəzifəsinə  təyin  edilməsi  ilə  əlaqədar  olaraq  xəlifə  Əlinin 
(656—661-ci  illər)  ona  yazdığı  məşhur  məktubdur.  Əl-Əştərə  əmr 
olunurdu ki, "xərac yığmağa deyil, torpağın becərilməsinə çox böyük 
diqqət versin, çünki [xərac] yalnız becərilmiş torpaqdan alına bilər 
və hər kəs torpağın becərildiyini [hesaba almadan] xərac tələb edirsə, 
ölkəni var-yoxdan çıxarır, xalqı qırıb tükədir, buna görə də belə bir 
şəxs  yalnız  qısa  müddətdə  fəaliyyət  göstərə  bilər.  Əgər  xalq 
vergilərin ağırlığından, yaxud hər hansı təbii fəlakətdən, suvarmanın 
kəsilməsindən, 
bədbəxt 
hadisələrdən, 
ya 
da 
torpağın 
dəyişdirilməsindən,  onun  bataqlığa  və  ya  quraq  yerlərə 
çevrilməsindən öz narazılığını bildirirsə, onların dərdini öz bildiyin 
yolla  yüngülləşdir.  Sən  bunlara  gücçatmaz  ağır  bir  yük  kimi 
baxmamalısan".^®* Sonra deyilirdi ki, əgər torpaq gəlir verməzsə, 
xəzinəyə daxil olan vergi kəsilər. 
103 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə