Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə36/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   32   33   34   35   36   37   38   39   ...   107

hib-əl  bərid)  hər  gün  məhsulların  qiymətləri  barəsində  məlumat 
verirdi".^®* 
Az  sonra  Azərbaycan  əhalisi  daha  xəlifənin  xəzinəsinə  nəqd 
pulla  vergi  ödəmək  iqtidarında  olmadı,  çünki  əhalinin  əlində  nəqd 
sikkə, habelə gümüş və qızıl kifayət qədər deyildi ki, vergi borclarını 
vermək mümkün olsun. 
Gevondun dediyinə görə, əl-Mənsur "öz zorakılığı və zülmü ilə 
hamını  təngə  gətirmiş  və  hətta  ölülərdən  də  vergi  tələb  etməklə 
əhalini dilənçi kökünə salmışdı. O, dul qadınlara və  yetim uşaqlara 
dəhşətli zülm edirdi; keşişlərə, kilsə xadimlərinə hər cür işgəncə verir, 
biabırcasına döyür, vurur, onlardan ölənlərin adı və ailələri haqqında 
zorla  məlumat  yığırdı.  O,  habelə  ölkə  əhalisini  incidərək  onlardan 
dözülməz vergi hesabına adambaşına çoxlu gümüş tələb edirdi və əmr 
etmişdi  ki,  hamı  boynunda  qurğuşun  damğa  gəzdirsin.  Knyaz 
nəslindən  olanlar  istər-istəməz  ona  bəxşiş  olaraq  at  və  qatır,  gözəl 
paltar,  qızıl  və  gümüş  gətirirdilər  ki,  əjdahanın  ağzını  yumsunlar... 
Abdulla [yəni Mənsur] acgözlüklə istədiyi hər şeydən gözü doyandan 
sonra,  tran  və  Midiya  Ölkələrinə  gedib  Xorasana  çatdı,  oradan  isə 
Misir  və  Petapolisə  gedərək  Apekə  [Afrikaya]  ayaq  basdı.  Lakin  o 
haraya gəlirdisə, oranı qarət edir və hərisliklə hamını tora salırdı; o, 
yaşamaq  üçün  zəruri  olan  şeyləri  də  camaatın  əlindən  alırdı;  onun 
acgözlüyü o dərəcəyə çatmışdı ki,  öz xalqı ona "pul atası" ləqəbini 
vermişdi,  çünki  —  doğrusunu  desək  —  o,  pulu  allahdan  çox 
istəyirdi".^®® Doğrudan da Mənsur özündən sonra böyük bir miras 
— 810 milyon dirhəm pul qoyub getdi.^®® 
Bəzi  müəlliflər,  əksinə,  belə  hesab  edirlər  ki.  Mənsurun 
hökmranlığı dövrü Xilafətin "qızıl dövrü" idi və hər şey ucuz 
idi.^®^
 
Mənsuru əvəz edən xəlifə Mehdinin (775—785) dövründə vergi 
verən  təbəqənin  vəziyyəti  bir  az  yüngülləşdi.  Mehdinin  verdiyi 
sərəncama görə xərac almaq sistemi dəyişildi. Misahə xəracı adlanan 
nəqd  pul  vergisi  əvəzinə  müqasimə  xəracı  —  kənd  təsərrüfatı 
məhsulu  ilə  ödənilən  vergi  nÖvü  tətbiq  edildi.^®®  Suvarılan 
torpaqlardan  məhsulun  yarısı,  daliya  və  kirbə  ilə  suvarılan 
torpaqlardan məhsulun üçdə biri,dulab ilə suvarılan torpaqlardan isə 
məhsulun dörddə biri alınırdı.®®® Lakin Mehdinin dövründə meyvə 
ağaclarına, zeytun  bağlarına və üzümlüklərə  xərac  vergisi qoyuldu. 
Bu ağır vergi olduğu üçün əl-Cahşiyarinin dediyinə görə, "təbəələrin 
əzabını artırdı".®®® 
Gevond qeyd edir ki. Mehdi "atasından daha alicənab və 
110 


xoşxasiyyət  idi.  0,  öz  günahkar  atası  Abdullanın  qıfıl  altında 
saxladığı  xəzinənin  ağzını  açıb,  öz  əsgərlərinə  hədiyyələr  payladı; 
sərhədlərdəki  qarovulxanaları  ləğv  etdirdi  ki,  tacirlərə  daha  çox 
sərbəstlik  verilsin  və  ehtiyacı  olanlar  razı  salınsın.  Yer  üzərində 
yenidən  bolluq  yarandı,  gürnüş  çıxarılması  artdı  və  əhali  zorakı 
vergilərdən  xilas  oldu.  0,  vergi  boyunduruğunu  artırmış  olsa  da, 
gümüş  çıxarılmasının  artması  nəticəsində  ölkə  yoxsulluqdaiı  xilas 
oldu. Onun hökmranlığı günlərində sikkəxanalarda əhalinin ehtiyacı 
üçün saf gümüşdən pul kəsməyə başladılar",^®^ 
Sonrakı  Abbasilərdən  "ən  pis,  ən  azğın  və  qəddar’’*®^  Musa 
əl-Hadinin  qısa  hökmranlığı  dövründə  (785—786)  Azərbaycan, 
Arran  və  Ərminiyyə  ərazisində  baş  vermiş  üsyanları  yalnız  xəlifə 
Harım ər-Rəşid (786—809) dövründə yatırmaq m ü m k ü n  oldu.^®^ 
Harun  ər-Rəşid  xəlifəlik  dövrünün  əvvəlində,  bu  ölkələrin  hakimi 
Yəzid  ibn  Məzyədi  vəzifədən  kənar  etdi  (788-ci  ildə).^®'*  Lakin 
bundan sonra burada on il ərzində 15-dən çox hakim dəyişdirildi ki, 
nəhayət,  Harun  799-cu  ildə  yenidən  həmin  Yəzidi  bu  ölkələrin 
hakimi  vəzifəsinə  təyin  etməyə  məcbur  oldu;  Yəzid  isə  ömrünün 
axınnadək, yəni 801-ci ilə qədər bu vəzifədə qaldı. 
Xəlifə  Harun  ər-Rəşidin  son  dərəcə  qəddarlıqla  səciyyələnən 
hökmranlığı  xalq  kütlələrinin  narazılığına  və  Xilafətə  qarşı  xalq 
üsyanlarının  tez-tez  baş  verməsinə  səbəb  oldu.  M.Kaqankatvatsi 
yazır ki, "o bizim ölkəyə çox əzab-əziyyət v e r d i " . O n u n  dövründə 
vergi  təzyiqi  yenidən  gücləndi.  Azərbaycan  və  Arran  əhalisindən 
alınan müxtəlif vergi məbləği hədsiz dərəcədə artdı. Hakimlər heç nə 
ilə hesablaşmadan xalqı  qarət  edirdilər. Harunun dövründə xristian 
əhalisi üzərində qoyulan vergi xüsusilə ağır idi, buna görə də əhali öz 
evləri və tarlalarını tərk edərək şəhərlərə köçürdü; ərəb feodalları isə 
bundan 
istifadə 
edərək, 
qaçan 
adamlarm 
mülkiyyətini 
mərümsəyirdİlər.^®’^ 
Bu hakimlərdən biri Süleyman ibn Bərməkin (?)^®® dövründə 
canişinlərin iqamətgahı 789-cu ildə qəti olaraq Bərdəyə keçirildi. Bu 
dövrdə ucqar ərəb, xristian əmirlik və knyazlıqları- nın separatizmi 
xüsusilə gücləndi. Süleyman adamların üzərinə elə dözülməz vergi 
yükü qoydu ki, əhali var-yoxunu verəndən, hər şeyini sərf edəndən 
sonra da onun zülmündən yaxa qurtara bilmirdi".^®® 
Azərbaycan,  Arran,  Muğan  və  digər  vilayətlərdən  yığılan 
xəracın məbləği haqqında əldə etdiyimiz ilk məlumat yalnız 
111 


xəlifə Harun ər-Rəşidin hökmranlığı dövrünə aiddir. Azərbaycandan 
ildə 4 milyon dirhəm, Muğan və Karxanın hərəsindən 300 min dirhəm 
alınırdı.®™ Harunun hökmranlığı dövründə xəlifə xəzinəsinin bütün 
illik  gəliri  isə  530.312  min  dirhəm  idi.  Harun  öləndən  sonra  xəlifə 
xəzinəsində 900 milyon dirhəm pul var idi".®®^ 
Xəlifə  Harunun  dövründə  vergiverən  təbəqəyə  edilən  zülm  o 
qədər  ağırlaşmışdı  ki,  o  dövrdə  yaşamış  hüquqşünas  Əbu  Yusif, 
xüsusi olaraq xəlifə üçün "Xərac haqqında kitab" ("Kitab əl-Xərac") 
yazmışdı.®®®  Bu  əsər  o  qədər  əhəmiyyətlidir  ki,  orada  verilən 
məlumatdan  istifadə  etmədən  o  dövrdəki  Xilafətin  sosial-iqtisadi 
tarixini  öyrənməyin  mümkün  olduğunu  təsəvvür  etmək  çətindir. 
A.Y.Yakubovski  qeyd  edir  ki,  "bu  kitabın  bəzi  səhifələrindəki 
materiallar  o  qədər  qiymətlidir  ki,  bu  səhifələr,  təqribən,  sənədli 
mənbələrə yaxındır".®®® 
Əbu 
Yusifin 
kitabında 
vergi 
sistemində, 
bilavasitə 
istehsalçılardan məhsulla vergi almaq sahəsində və şairədə Xilafətin 
öz mənafeyini necə qoruduğu barədə  çoxlu  məlumat vardır.  "Kitab 
əl-Xərac"  əsərini  oxuyarkən  vergi  yığanların  vergi  verənlər  silkinə 
etdiyi zülm və verdiyi əziyyət haqqında ermə- nicə yazan və yunan 
müəlliflərinin verdiyi məlumatın doğru olduğu təsdiqlənir. 
Əbu  Yusif  göstərir  ki,  çox  vaxt  əyalətlərin  hakimləri  bir 
adamdan  tələb  olunan  xərcin  həddini  aşan  "bir  məbləğ"  müəyyən 
edirdilər; vergi Ödəyən şəxs bu artırılmış məbləği vermək iqtidarında 
olmadıqda  onu  döyür,  sıxışdırırdılar,  onun  inəklərini  və  davarını 
aparırdılar"  .®®‘*  O,  əhalidən  vergi  və  qalıqların  alınması 
qaydalarını  çox  gözəl  təsvir  edir:  "Cizyə  verməyə  məcbur  etmək 
məqsədilə  zimmilərdən  heç  birini  döymək  olmaz.  Onları  [bu 
məqsədlə]  günün  altında  saxlamaq  və  ya  başqa  [cəzalar]  vermək 
olmaz, ya da onların bədənindən nifrət doğura biləcək şeylər asmaq 
olmaz".®®® (Vergi yığılan vaxtlarda adamları qızmar günəş altında 
saxlayar və başlarına yağ tökərdilər).®®® 
Kəndlinin vergi məbləğini vergi məmuruna verməsi üçün ərəblər 
təhqiredici  bir  mərasim  uydurmuşdular;  hakimlərin  fikrincə,  bu 
mərasim tabelikdə olan Ölkələrin əhalisinə nisbətən ərəblərin qüdrətli 
və  hakim  vəziyyətdə  olduqlarının  simvolu  olmalı  idi.  "Zimmilər 
[vergi]  ödəmək  üçün  təyin  edilən  gün  şəxsən  cizyə  almağa  məmur 
edilən  əmirin  yanına  gəlməli  idilər.  Əmir  uca  bir  taxtın  üstündə 
oturardı.  Zimmi  verəcəyi  vergi  məbləğini  açıq  ovcu  içərisində 
saxladığı vəziyyətdə əmirə 
112 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə