Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə38/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   34   35   36   37   38   39   40   41   ...   107

ondan istifadə edirlər. Taxüı [sünbül halında] tarlalardt xırmanda 
saxlamaq xəraca ziyan gətirir. Taxıl xırman n. dançasına gətirilib 
yığılan kimi, onu dərhal döyməyə başlan lazımdır ki, taxıl 
saxlanmasın. Taxıl xırmanda bir, iki, ya üç ay saxlanılanda, bu həm 
dövlətə, həm də xərac verənə zər vurur, bunun nəticəsində isə 
[ölkənin] tərəqqisində və əkinç likdə gerilik meydana çıxır" Sonra 
məsləhət görülür ki, xı rac yığanlar taxıl döyüləndən sonra onu 
dərhal çəkib bölməli dirlər, həm də bölgüdən sonra, xərac şəklində 
xəlifə xəzinəsinə daxil olan məhsulun bir hissəsi daşınıb 
aparılmalıdır, yoxsa taxıl oğurlanar və vergi ödəyənlərlə mübahisəyə 
yol verilər. 
Xilafətdəki torpaqlar beş əsas kateqoriyaya bölünürdü: 
1.
 
Sultan (xəlifə) mülkləri (diya əs-sultaniyyə), 
2.
 
Iqta torpaqları.®^® 
3.
 
Mülk torpaqları. 
4.
 
Vəqf torpaqları. 
5.
 
İcma torpaqları. 
1.
 
Sultan  torpaqları.  Bu  torpaqlar  Əməvilərdən  Abbasilərə 
keçmişdi.®^® Bu torpaqlar alğı yolu ilə, ya da ölən, yaxud vəzifədən 
kənar edilən mə’murların mülklərinin müsadirə edilməsi nəticəsində 
tədricən artırdı. Çox geniş olub böyük gəlir verən sultan torpaqlarını 
idarə etmək üçün bir neçə divan yaradılmışdı. 
2.
 
tqta  torpaqları.  Becərilən  torpaqların  əksəriyyəti  bu 
kateqoriyaya  daxil  idi.  Xarəzmi  (997-ci  ildə  vəfat  etmişdir)  iqta 
torpaqları haqqında belə deyir: "Sultan [xəlifə] adama torpaq verir və 
həmin  torpaq  üzərində  nəzarəti  ona  tapşırır",  yəni  beləliklə  torpaq 
iqta sahibinin mülkü olurdu. Lakin sahiblik hüququna həmişə riayət 
edilmirdi  və  qeyd  olunduğu  kimi,  iqta  geri  alınıb,  yenidən  xüsusi 
divana  verilə  bilərdi.®®®  Formal  olaraq  xəlifə  təkcə  xass 
torpaqlardan iqta bağışlaya bilməzdi,®®® lakin çox vaxt buna riayət 
edilmirdi.®®‘* İqta sahibləri hərbi mükəlləfiyyət daşımırdılar, lakin 
bunun  əvəzində  vergi  verirdilər.®®®  Onlar  öz  torpaqlarındakı 
kanalları,  yolları  və  körpüləri  təmir  etməyi  öhdələrinə 
götürmüşdülər.®®® İqta torpaqları onlara hansı hüquqa görə sahib 
olmaqdan asılı olaraq nəzəri cəhətdən iki kateqoriyaya bölünürdü: 
B a ğ ı ş l a n a n  i q t a  verilən (təmlik) şəxs tam onun hüquqi 
sahibinə  çevrilirdi  və  bu  torpaq  vərəsəlik,  varislik  yolu  ilə 
nəsildən-nəsilə  qalardı.  Onun  sahibi  üşr  ödəyirdi.  Bu  növ  iqta, 
adətən,  becərilməyən  torpaqlardan,  ya  da  sahibi  ölmüş  və  vərəsəsi 
olmayan torpaqlardan verilirdi.®®® 
116 


i c a r ə   e d i l ə n  i q t a bir kəsdən digərinə (icarə) islik yolu 
ilə ötürülürdü və adətən, hərbçilərə verilirdi. Xə- ; torpaqları da 
bunların sırasında idi.®^® 
İqta növləri felən onun sahibinin vəziyyətindən asılı idi; ma 
əsasən onun aşağıdakı növlərindən bəhs edə bilərik: 1) lülki (şəxsi) 
iqta, 2) xüsusi (xass) iqta, 3) hərbi iqta, 4) xəlifə qtası. 
M ü l k i   i q t a   çox  geniş  yayılmışdı  və  maaşlarından  asılı 
olaraq  məmurlara  verilirdi.  Məsələn,  bir  şəxs  yüksək  bir  vəzifəyə 
təyin  olunurdusa,  ona  iqta  verilirdi.  Lakin  o,  vəzifədən  kənar 
ediləndə, iqta ondan geri alınır və yerinə keçən şəxsə verilirdi.®®® 
X ü s u s i   i q t a   şairlərdən  başqa,  xüsusi  bir  xidməti  və  ya 
xüsusi  istedadı  olan  şəxslərə  verilirdi.  Onun  sahibləri  torpağın 
tamhüquqlu sahibi olub, onu öz vərəsələrinə verə bilərdi. Abbasilər 
xilafətində  bütöv  vilayətlərin  bağışlandığı  müşahidə  olunmuşdu. 
Məsələn, Babək üsyanı darmüdağın edildikdən sonra xəlifə Mötəsim 
belə  bir  iqta  adı  ilə  Azərbaycan,  Arran  və  Ermənistanı  Aişinə 
vermişdi.®®® Xəlifə Mütəvəkkil 851-ci ildə Məhəmməd ibn Xalid 
ibn  Yəzid  ibn  Məzyədə  belə  bir  iqta.  Bab  əl-Əbvab  şəhərini  ətraf 
vilayətləri  ilə  birlikdə  ona  vermişdi.®®^  Gəncə  şəhəri  "Xalidiyyə 
adlanan məşhur malikanələrlə birlikdə" yenə onlara verilmişdi.®®® 
Herik saxlanan torpaq bu növ iqtaya daxil idi. Torpaq sahibi onu 
becərmək  üçün  kəndlilərə  icarəyə  verir,  onları  toxum,  kənd 
təsərrüfatı alətləri və suvarma vasitələri ilə təchiz edirdi. Şəxsən özü 
hər il xəzinəyə müəyyən məbləğdə pul ödəyirdi, əvəzində isə torpağa 
nəzarət etmək və onu öz vərəsələrinə vermək hüququna malik idi. Bu 
cür iqta sahibləri başqa vergilərdən azad idilər.®®® 
H ə r b i   i q t a   başqa  torpaq  növləri  —  iqta  xass,  xəlifənin 
mülkləri  və  xəzinə  torpaqları  hesabına  verilirdi.®®'*  Qoşuna  vəqf 
torpaqlarından iqta verilirdi. Hərbi iqta irsən də həmişəlik verilmirdi, 
bu iqta sahibinin mülkiyyəti deyildi.®®® 
Hüquqşünas  Əbu  Yusif  iqtanı  satın  alına  bilən,  satıla  bilən  və 
vərəsələrə miras qalan bir əmlak kimi başa düşür. İqta torpağını irs 
olaraq  və  ya  pul  ilə  əldə  etmiş  şəxsdən  onu  geri  almağa  heç  kəsin 
ixtiyarı yox idi,®®® 
Xəlifə Harun ər-Rəşidin dövründə iqta təsisatı əslində yeni tətbiq 
olunmuşdu  və  təşəkkül  prosesində  idi.  Bu  təsisat  yalnız  sonrakı 
əsrlərdə  —  X  və  XIII  əsrlər  arasında  inkişaf  edərək  tədriclə 
benefesiyadan irsi lenə keçmişdir.®®’^ Harunun hökm- 
117 


ranlığı dövründə iqta hələ rentamn — verginin müəyyən səsini 
almaq hüququ deyildi. "Mərkəzi hökumət tərəfin renta vergisinin 
alınması və hakim siniflərin nümayəndə, arasında bölüşdürülməsi 
torpağın (iqta) hərbi və mülki x mətlərə görə bağışlanması ilə əvəz 
olunmağa başlayır. Kənd lərin yaşadığı torpaqların bu cür 
bağışlanması (iqta) hakim s niflərin kəndliləri təhkim etməyə böyük 
səy göstərmələrinə Sı bəb olur”.®^® 
VIII əsrin birinci yarısında iqta sadəcə olaraq torpaq sahə sinin 
xüsusi mülkiyyət üçün bağışlanması demək idisə, sonrakı (XII əsr və 
daha sonralar) iqtanın xüsusiyyətlərini Əməvilər və qismən Abbasilər 
xilafəti  (hər  halda  Harım  ər*Rəşidədək)  dövrünə  şamil  etmək 
əsassızdır. 
Abbasilərin dövründə iqta sahibi "muqta" adlanırdı və "iq- tadar" 
formasını  yalnız  XI  əsrdən  başlayaraq  işlətmək  olar.^"*® 
Y.A.Belyayevin qeyd etdiyi kimi, "iqta sisteminin tətbiqi Abbasilər 
dövlətinin siyasi cəhətdən dağılması dövrünə təsadüf 
edir".^*^
 
3.
 
Mülk  torpaqları.  Torpaq  üzərində  müxtəlif  növ  sahiblik 
formaları  var  idi.  Onlardan  biri  müxtəlif  şəxslərə  və  icmalara 
bağışlanan  xəlifə  iqtası  idi.^'*^  Bu,  əl-Mavərdinin  "iqta  təmlik" 
adlandırdığı torpaqlardır.®^® Mavat torpaqlarının canlandırıl- ması, 
mərkəzi hökumətin təşviqi və köməyi ilə bataqlıqların qurudulması, 
bu torpaqların əkilməsi həmin torpaq sahiblərinə tam sahiblik hüququ 
verirdi.  Mülk  torpaqlarının  bir  mənbəyi  budur.®^^  Həmin 
kateqoriyadan olan torpaqların digər bir mənbəyi dövlət torpaqlarının 
satın alınması idi. Məmurlar və vəsaiti olan digər şəxslər özləri üçün 
xəlifə mülklərini (dövlət torpaqlarını) əldə edir, bu torpaqların daimi 
sahibinə çevrilərək ondan nisbətən sabit gəlir götürürdülər.®"*® 
Həmin  kateqoriyadan  olan  torpaqların  sahibləri  əlavə  vergi 
verməli  və  öz  torpaqlarından  keçən  kanalların  bərpası  üçün  lazım 
olan xərcləri  öz üzərlərinə götürməli idilər.®^® Mülk kateqoriyası 
Xilafətdə onun yarandığı ilk günlərdən mövcud idi. Mülk torpaqlarını 
alıb-satmaq,  Özgəninkiləşdirmək  və  irsən  nəsildən-nəslə  vermək 
olardı. Bu torpaqların sahibləri hərbi xidmətdə olmurdular. 
4.
 
Vəqf  torpaqları.  Bu,  torpaq  mülkiyyətinin  əsas  növlərindən 
biridir. Vəqf dedikdə dini  təsisatlara təhkim  edilən torpaq mülkləri 
nəzərdə tutulur. Bu torpaqlar müqəddəs yerlər (Məkkə və Mədinə), 
qazilər  üçün  ["din  uğrunda  mübarizlər"],  məscidlərin  və  qalaların 
tikintisinə və başqa ehtiyaclar üçün ayrı- 
118 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə