Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə37/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   33   34   35   36   37   38   39   40   ...   107

yanaşardı. Əmir bu mobləği elə götürərdi ki, əli vergi ödəyən şəxsin 
ovcunun  üstündə  [onun  üzərində]  olardı,  zimminin  əli  isə  altda 
qalardı. Sonra ərair onun peysərinə şillə vurardı, əmirin əlaltılanndan 
biri isə onu kobud hərəkətlə qapıdan qovardı. Camaata bütün bunlara 
tamaşa  etməyə  icazə  verərdilər".®”''  Əbu  Yusif  xəlifə  Harun 
ər-Rəşidə məsləhət görüb deyir ki, xərac üçün dirhəm verən şəxs heç 
bir  vəchlə  döyülə  bilməz  və  onu  cəza  olaraq  ayaq  üstə  saxlamaq 
olmaz.  Vergi  toplayanlar  xərac  verənləri  məcbur  edirlər  ki,  günün 
altında  qalsınlar,  onları  bərk  döyürlər,  onların  boynundan  səhəng 
asırlar; onların əl-qolunu elə bağlayırlar ki, öz dini ayinlərini icra edə 
bilməsinlər".®”® 
Xilafətdə  kəndli  kütlələrini  istismar  etmək  formaları  arasında 
yardarlıq  icarəsi  xüsusi  yer  tuturdu.  Torpaq  sahibləri  torpağı  xırda 
sahələrə  bölür  və  bunları  yardarlıq  icarəsi  şərtləri  —  müzaraə, 
müsqət,  qəbalə  və  i.a.  əsasında  yardarlara  verirdilər.  Yardarlara 
akkar,  şərik,®””  amil,  münasif  və  i.a.  deyirdilər.  Torpaq  məhsulun 
1/6 və 1/7 hissəsinə müqabil surətdə icarəyə götürülürdü. 
Kəndlilərin  ağır  vəziyyəti  Harun  ər-Rəşid  dövründə  xüsusilə 
inkişaf  edən  iltizam  sisteminin  Xilafətdə  genişlənməsi  nəticəsində 
daha  da  ağırlaşırdı.  Bu  sistem  Avropa  ölkələrindəki  benefitsiya 
sistemini xatırladırdı.  Lakin  Xilafətdəki  iltizam  sistemi  elə  eybəcər 
şəkil almışdı ki, iltizamçılar öz hakimiyyətindən sui-istifadə edərək, 
heç  bir  şeylə  hesablaşmır  və  vergi  ödəyənlər  silkini  olduqca  qarət 
edirdilər,  tltizamçıların  qanunsuz  hərəkətləri  o  qədər  kobud  idi  ki, 
Əbu  Yusif  Haruna  müraciət  edərək,  ona  belə  məsləhət  görür:  "Nə 
Səvadın hər hansı bir hissəsinin [vergisini], nə də başqa bir vilayətin 
[vergisini] iltizama vermək lazım deyil. İltizamçı iltizam məbləğini 
həddindən artıq yığmağa yalnız rəiyyətlə rəhmsiz rəftar etmək, onları 
bərk  döymək,  qızmar  günəş  altında  saxlamaq,  boyunlarından  daş 
asmaq, onlara əzab, işgəncə vermək yolu ilə nail ola bilər, buna görə 
də  xərac  verənlər,  ödəməli  olmadıqları  şeyləri  verdikləri  üçün 
var-yoxdan çıxırlar".®^” 
Əbu Yusif xəlifənin diqqətini xüsusilə vergiyiğanlara cəlb edir, 
çünki xəlifə xəzinəsinin dolması bu məmurların bacarıqlı və vicdanlı 
olmasından asılı idi. O belə hesab edir ki, xərac yığan "bilici, mötəbər 
adamlarla məsləhətləşən, qüsursuz bir qanunşünas" olmalıdır, xərac 
yığmağı  düz  və  etibarlı  adamlara  tapşırmaq  lazımdır.  Çox  vaxt 
vergiyiğanları çox sayda elə adamlar əhatə edir ki, onlar vergiverənlər 
hesabına varlanma 
113 


ğa can atırlar, buna görə də Əbu Yusif belə qeyd edir: "Vergi- yığanı 
və hakimi əhatə edən şəxslər içərisində elə adamlar vardır ki, onun 
himayəsindən  istifadə  edirlər,  ya  da  onun  dostu  və  tanışıdırlar;  bu 
adamlar  doğru  danışan  və  düz  olmadıqları  halda,  hakim  onları  öz 
tabeliyində olan mahallara göndərir və bu yolla [xərac verənlərdən] 
öz vəzifələrini yerinə yetirməyi tələb edir. Bu adamların bütün fikri 
ona yönəlmişdir ki, istər xəracdan, istərsə də təbəələrin əmlakından 
bir şey qopardıb özləri üçün mənimsəsinlər, həm də eşitdiyimə görə, 
onlar bu məqsədlə zorakılığa, ədalətsizliyə və zülmə əl atırlar. Sonra 
hakim  və  onun  ətrafındakılar  bir  kəndə  gedəndə,  kənd  əhalisindən 
həmişə tələb edirlər ki, onları yedirib-içirtsinlər, halbuki nə əhalinin 
buna  gücü  çatır,  nə  də  bu,  onların  borcudur;  nəhayət,  əhalini  buna 
məcbur edir və ona ziyan verirlər". 
Xilafətin əsaslandığı xərac sistemi təkcə xəlifə xəzinəsinin baş 
gəlir  mənbəyi  deyil,  həmçinin  Xilafətdə  "feodal  münasibətlərinin 
sonrakı inkişafını təmin edən kanallardan"®^^ biri idi. 
Misahə xəracından başqa, xəracın digər növləri də var idi: pul və 
ya  məhsulla,  yaxud  həm  pul,  həm  də  məhsulla  alınan  mühasibə 
xəracı,  əkin  məhsulundan  məhsulla  alman  müqasi-  mə,  dövlətlə 
şəxsiyyət  arasındakı  münasibətlə  müəyyən  edilən  xərclərə 
(məxaricə)  görə  alınan  muqataa.  Sultanın  (xəlifənin)  torpaqları 
axırıncı kateqoriyaya daxil idi. 
Sonralar  xərac  sistemindən  benefisiyanın  şərq  forması  —  iqta 
əmələ  gəldi  ki,  bu  da  Səlcuqilər  dövləti  dağılan  zaman  feo-  da 
çevrildi. 
Harun  ər-Rəşidin  hökmranlığı  dövründə  cizyə  ildə  bir  dəfə 
kişilərdən  alınırdı,  həm  də  bunun  üçün  əhalidən  puldan  başqa, 
daşınan əmlak, məsələn, qoşqu heyvanı, ev ləvazimatı və i.a. qəbul 
olunurdu. Heç kəsin haqqı yox idi ki, zimmiləri cizyədən azad etsin, 
çünki "nə qədər ki, zimmilər cizyəni öz əlləri ilə verməmişlər, təhqir 
olunacaqlar",®^®  bu  İsə  ərəblərin  vergi  ödəyən  silkə 
münasibətlərində əsas prinsipi təşkil edirdi. 
Əbu  Yusif  vergi  ödəyən  silkin  vəziyyətini  sanki 
yüngülləşdirmək  mənasında  xeyirxah  məsləhətlər  verməsinə 
baxmayaraq, xəlifə Haruna təklif edir ki,  vergi  yığmaq mərasimini 
vergi  ödəyən  silk  üçün  təhqiredici  şəklə  salsın;  "Onlardan 
[zimmilərdən] can vergisi yığanda onların hamısı yoxlanma- yınca, 
boyunlarından [qurğuşun] damğa asılmalıdır".®^'* Bununla bərabər 
Əbu  Yusif  xəlifəyə  məsləhət  görür  ki,  zimmiləri  əsir  düşməkdən 
qorusun, onları sıxışdırmaq, onlara ziyan vur- 
114 


, və onların əmlakım mənimsəmək müsəlmanlara qadağan .ısun, 
habelə Xilafətin bağladığı müqavilələrə görə zimmi- qarşısında öz 
öhdəsinə götürdüyü şərtlərə riayət etsin, nki "nə qədər ki, 
müsəlmanlar yaşayırlar, onların [zimmilə- .
1
] hesabına yaşayırlar, 
biz məhv olanda isə onlar da məhv acaqlar, bizim uşaqlarımız onların 
uşaqları hesabına yaşaya- aqlar və bu hal əsrlər boyu, yəni islam 
dininin yaşayacağı və >nların islam dininə ibadət edənlərin qulu 
olacağı müddətdə davam edəcəkdir". 
Təsvir  edilən  dövrdə  Arran  əhalisinə  (zimmilərə),  habelə 
Azərbaycan kəndlilərinə yarıtəhqirli "uluc” (əlac) — qanmaz ləqəbi 
verilmişdi. Heç bir zimmiyə icazə verilmirdi ki, müsəlmanlar kimi 
geyinsin və ata minsin. 
Beləliklə,  IX  əsrin  hüquqşünası  Əbu  Yusifin  dediklərindən 
aydın  olur  ki,  tədqiq  etdiyimiz  ölkələrin  əkinçi  əhalisi  ərəblərin 
istilasına məruz qaldıqdan sonra öz azadlığını tamamilə itirərək və 
ərəblərin  hakimiyyətindən  asılı  bir  vəziyyətə  düşmüşdü;  bütün 
əkinçilər,  boyunlarına  damğa  basılan  adamların  cərgəsinə 
düşmüşdülər.  İstilaçı  ərəblər  tutduqları  ölkələrin  yuxarı  feodal 
təbəqəsi ilə çox tez bir zamanda ümumi dil tapdıqlarına baxmayaraq, 
həmişə özlərini xüsusi şəraitdə olanlar kimi aparırdılar. 
Xilafət  güclü  xərac  sisteminə  istinad  edirdi,  çünki  xəlifənin 
mülkiyyəti  hesab  edilən  bütün  torpaqlar  xərac  torpaqları  idi  və 
Bağdaddakı  mərkəzi  xərac  divanında,  habelə  əyalətlərin 
divanlarında^*®  qeydə  alınırdı,  onun  gəliri  isə  xəlifə  xəzinəsinə 
(beytü-l-məl)  daxil  olurdu.  Xəlifələr  vergi  Ödəyən  silklərdən 
verginin  alınmasına  böyük  cidd-cəhd  göstərirdilər,  buna  görə  də 
məmurlar  ona  güclü  nəzarət  edirdilər  kİ,  kənd  təsərrüfatı 
istehsalçıları vergini verməzdən əvvəl məhsuldan istifadə etməsinlər. 
Əbu  Yusifin  kitabında  xəlifəyə  verdiyi  çox  maraqlı  bir  məsləhət 
vardır:  "Ey  möminlərin  hökmdarı,  əmr  ver,  taxıl  yetişən  gün  onu 
biçib döysünlər və taxıl biçilib qurtardıqdan sonra onu saxlamayıb 
döymək  üçün  lazım  olan  vaxtı  gecikdirməsinlər.  Taxılı  döymək 
mümkün  olanda,  onu  xırman  meydançasına  aparmaq  lazımdır  və 
döymək imkanı müəyyən olan kimi taxılı bir gün də saxlamaq olmaz, 
yoxsa onu əkinçilər, yoldan keçənlər oğurlayar, quşlar və heyvanlar 
yeyərlər.  Belə  olarsa,  bu,  taxılın  sahibinə  [əkinçiyə]  deyil,  xəraca 
ziyan  yetirər,  çünki  mənim  eşitdiyimə  görə,  əkinçilər,  taxıl  hələ 
sünbül ikən, taxılın biçilməsi ilə onun [dövlət və əkinçi arasında] bö- 
lüşdürülməsinədək keçən bütün müddət ərzində, yemək üçün 
115 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə