Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə45/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   41   42   43   44   45   46   47   48   ...   107

nə  görə,  bu  limanlara  "tez-tez  bir  limandan  başqasına  gedən  tacir 
gəmiləri gəlirdi". 
Sonralar,  X  əsrdə  Xilafətin  qüdrəti  tənəzzülə  uğradığı  vaxt 
rusların  gəmiləri  Xəzər  hövzəsinə  soxulmağa  başladı;  dənizdə 
cəsarətlə  quldur  reydləri  keçirən  bu  gəmilər  hətta  Arranın  paytaxtı 
Bərdəyə də gəlib çatırdı (943/4-cü il).''^^ 
Xilafətin  ruslarla  ticarəti  haqqında  olduqca  çoxlu  məlumat 
vardır. İbn Xordadbeh göstərir ki, rus tacirləri Volqa ilə aşağı enərək, 
Xəzər  dənizinin  cənub  sahillərinə  gəlir  və  oradan  öz  mallarını 
dəvələrə  yükləyib  Bağdada  gedirdilər.  Orada  ruslar  kafir  hesab 
edildiklərinə görə öz mallarına görə verdikləri gömrükdən əlavə bir 
də cizyə verirdilər.**^® Ruslar Novqoroddan dələ dərisi, xəz və qul 
gətirirdilər.  *'®  Xilafətdən  gələn  tacirlər  Xəzər  hövzəsi  vasitəsilə 
bilavasitə Kiyevlə ticarət edir- dilər.**^^ Baltik dənizi sahillərindən 
Xilafətə kəhrəba gətirilirdi.'*"® 
Pskov ətrafında, Volqa hövzəsində Yaroslavlda, Vladimirdə və 
Kazanda,  Dnepr  sahillərində,  Vitebskdə  və  Baltik  dənizi  sahilində 
tapılan sikkə dəfinələri Xilafətin Rus dövləti ilə geniş ticarət əlaqələri 
saxladığını göstərir.■*"** 
Arrandan  o  zaman  məşhur  olan  toxunma  mallar  aparılırdı.  Bu 
mallar  Dərbənd  yolu  ilə  müxtəlif  ölkələrə  gedirdi,  çünki  bu  şəhər 
toxucu  müəssisələrinin  məhsulları  üçün  bölüşdürmə  məntəqəsi  idi. 
'®°  Arran  Xilafətin  bütün  bazarlarında  çox  tələb  olunan  boyaq  və 
zəfəran  ixrac  edən  bir  Ölkə  kimi  də  məşhur  idi.  Arran  ixracatının 
ayrıca  bir  hissəsini  qızıl  boya  bitkisi  təşkil  edirdi.  "Qızılboya  Bab 
ül-Əbvabdan  Tiflisədək  bütün  Ran  ölkəsində  yerdə  bitir  və  burada 
onu külli miqdarda yığırlar. Bu məhsul su yolu ilə Xəzərdən Cürcana, 
oradan  da  karvanla  Hindistana  göndərilir.  Öz  keyfiyyətinə  görə  o 
bütün  digər  qızılboya  (boyaqotu)  bitkisinin  növlərindən 
üstündür.^®* Arrandan nərə balığı kürüsü də ixrac edilirdi.■*®^ 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Arran  və  Xilafət  tarixində  çox 
böyük  rol  oynayan  Bərdə  Xilafətin  bu  rayonda  yerləşən  ən 
əhəmiyyətli  bir  şəhəri  idi.  Bartold  göstərmişdir  ki,  Bərdə  ərəblərin 
Zaqafqaziyadakı əməliyyatlarının və bütün ticarət yollarının mərkəzi 
və  kəsişdiyi  bir  yer,  şimal  ilə  tranzit  ticarətinin  mərkəzi  idi.^®® 
M.Kaqankatvatsiyə  görə,  bu  şəhər  Sasani  şahı  Perozun  (Pərvizin) 
(459—488) əmrinə əsasən padşah Vaçe tərəfindən salınmışdır.■*®‘* 
Bəlazuri  bildirirdi  ki,  Kavad...  Arranda  bütün  ölkənin  [baş  şəhəri] 
Bərdə şəhərini saldı.‘*®® Həmdul- lah əl-Qəzvini yazır ki, Bərdəni 
Makedoniyalı İsgəndər salmış 
137 


dır,  sonralar  isə  şəhəri  Sasani  Kavad  (Qubad)  abadlaşdırılmış- 
du'.'*®®  Mirxond  Bərdənin  əsasının  qoyulmasını  Kavadın 
(Qubadın) şahlığı dövrünə, yəni V əsrə aid edir/®^ Bu axırıncı tarix 
M.Kaqankatvatsinin  verdiyi  belə  bir  məlumatla  təsdiq  olunur  ki, 
padşah Vaçaqanın hökmranlığı dövründə (başlanğıcı 487/8-ci ildir) 
onun  təşəbbüsü  ilə  çağırılmış  Aquen  dini  yığıncağında  Partav 
arxiyepskopu  Şupxakişo  və  Partav  (Bərdə)  keşişi  Mate  iştirak 
edirdilər/®® 
İranla Bizans arasında gedən müharibələr zamanı Bərdə 628-ci 
ildə Bizansın müttəfiqi olan xəzərlər tərəfindən dağıdılmışdı. Şəhər 
yalnız  birinci  əməvi  xəlifəsi  Müaviyə  dövründə  (661—680)  Arran 
hakimi Əbd ül-Əziz ibn Hatənı tərəfindən bərpa edildi; o, "Bərdəni 
bərpa etdi, ba qalarının dediyinə görə isə, şəhəri tikdirdi və ətrafında 
möhkəm  bir  xəndək  qazdırdı,  çünki  ondan  əvvəl  şəhər  tamamilə 
dağıdılmışdı". Bə’ziləri belə güman edirlər ki, Bərdənin əsasını Əbd 
ül-Malik  ibn  Mər-  vamn  xəlifəliyi  zamanı  Məhəmməd  ibn  Maraği 
qoymuşdur. Vaqidi bildirir ki, "Əbd ül-Malik Bərdə şəhərini Hatəm 
ibn  ən-Nö’man  əl-Bəxilinin  və  ya  onun  oğlunun  köməyi  üə  inşa 
(bərpa—Z.B.) etmişdir".''®® 
Cəlaləddin əs-Suyuti təsdiq edir ki, Bərdə "Hicri tarixi ilə 85-ci 
ildə  (704-cü  il)  Əbd  ül-Əziz  ibn  Hatəm  tərəfindən  təsis 
(bərpa—Z.B.) edilmişdi". 
Bərdənin  ərəblər  tərəfindən  salınması  barədə,  əlbəttə,  danışıq 
ola  bilməz.  Çünki  hələ  Sasanilər  dövründə  tarixçi  şəhəri  "böyük" 
adlandırmışdı və bu şəhər Arranın paytaxtı idi.'*®^ Ərəblər Arranı 
işğal  etməzdən  əvvəl,  İran  mərzbanlarının''®^  və  552/3-cü  ildə 
katolikosların  Çoqadan  köçürülmüş  patriarx  taxtının  iqamətgahı 
Bərdədə  idi.  Ərəblər  ölkəni  işğal  etdikdən  sonra  knyaz  taxtı  ilə 
birlikdə xəlifə canişinlərinin də iqamətgahı Bərdədə idi. 
Əməvilərin hökmranlığı dövründə ərəblər Arranın daxili işlərinə 
demək  olar  ki,,  qarışmayıb,  ölkədən  bac  almaqla  kifayətləndikləri 
halda,  752-ci  ildə  Abbasilərin  dövründə  "Ağvan  knyazlarının" 
əlindən alınan Bərdə Arran vilayətinin paytaxtı oldu və bu zamandan 
etibarən şəhər ərəblərin tam nəzarəti altına keçdi. Xəlifə Mənsurun 
hökmranlığı dövründə Yəzid ibn Useyd canişin vəzifəsində olduğu 
vaxt. Bərdənin öz sikkəxanası var idi və burada "Bərdə" möhürü ilə 
pul  kəsilirdi.■‘®®  Lakin  M.Kaqankatvatsi  bildirir  ki,  hələ  erm. 
160-cı  ildə  (712-ci  il)  canişin  Əbd  ül-Əziz  ibn  Hatəm  əl-Bəxili 
Bərdədə qalmışd/®^ və bu, xəlifə II Validin (705—715) hökmranlığı 
dövrünə təsa 
138 


düf  edir.  Buna  görə  belə  güman  etmək  olar  ki,  ərəb  sikkəxanası 
Bərdədə  çoxdan  var  idi.  Çünki  "Arran"  möhürü  ilə  hicri  tarixinin 
89-cu ilinin (707/8-ci il) sikkələri vardır. 
Sasanilər  dövründəki  Bərdənin  əzəməti  haqqında  M.Ka- 
qankatvatsinin  verdiyi  yazılı  məlumat  istisna  olmaqla,  əlimizdə  bu 
şəhərin həyatı barəsində başqa təfsilat  yoxdur. Çünki  hələ 1934-cü 
ildə  Y.A.Paxomov  qeyd  etmişdi  ki,  "ərəblərdən  əvvəlki  Partavdan 
hələlik  sikkə  puldan  başqa  heç  bir  şey  tapılmamışdır.  Ərəblərin 
dövründəki  şəhərdən  yalnız,  torpağın  altında  qalan  binaların 
bünövrəsi..,  qurumuş  suvarma  kanalla- 
1 1
,  bir  neçə  on  il  bundan 
əvvəl  bəzi  yerlərdə  küçələrin  istiqamətini  göstərə  bilən 
qeyri-müəyyən  təpələr,  qab-qacaq  qırıntıları,  sikkə  pullar  və  i.a. 
qalmışdır 
Xristian  ruhanilərinin  köməyi  ilə  Arranda  öz  təşəbbüslərini 
həyata  keçirən  ərəblər  bu  yardımdan  istifadə  etmək  zərurətinin 
aradan  qalxdığını  görəndən  sonra  katolikosluq  Bərdədən 
uzaqlaşdırıldı və katolikos Ovanesin dövründə (797—822) pat- riarx 
taxtı Berdakura köçürüldü. 
Bütün ərəb tarixçiləri Bərdənin əhəmiyyətini və əzəmətini qeyd 
edirlər.  "Bərdə  şəhəri  Arranın  paytaxtı  və  bu  ölkənin  mərkəzidir. 
Bərdə  qədim  zamanlardan  böyük  şəhər  olmuşdur;  onun  uzunluğu 
təqribən  bir  fərsəx,  eni  isə  fərsəxdən  bir  qədər  az  idi.  Əkin  və 
meyvələri  bol,  ağac  və  suları  çox  olan  sağlam,  çiçəklənən  bir 
şəhərdir.  İraqla  Təbəristan  arasında  Rey  və  İsfahandan  sonra,  öz 
mövqeyinə  görə,  öz  əkinləri,  bazarları,  karvansaraları,  malları  və 
ticarətinə  görə  ondan  daha  böyük,  daha  gözəl  bir  şəhər  yoxdur. 
Bərdədən  çoxlu  ipək  ixrac  edilir.  Baramaqurdunu  tut  ağacı  ilə 
bəsləyirlər.  Onun  [ipəyin]  əsas  hissəsi  buradan  Farsa  və  Xuzistana 
göndərilir.  Bərdənin  [məşhur]  darvazalarından  biri  "Kürdlər 
darvazası"dır,  onun  yanında  sahəsi  bir  fərsəx  olan  "əl-Kurkiy 
bazarı"’*®® adlı bir bazar vardır. Hər bazar günü bütün Ölkələrdən 
gələn camaat bazara yığılır və alver edir. Bərdənin came məscidində 
bu diyarın beyt ül-malı vardır; bu beyt ül-mal Əməvilərin Misirdəki 
beyt ül-malı ilə eynidir".^®® 
Bərdədə hazırlanıb buradan ixrac edilən mallara, habelə bu yerin 
kənd  təsərrüfatı  məhsullarına  dair  İstəxrinin  verdiyi  məlumat 
maraqlıdır: "[Bərdədən] bir fərsəxdən az uzaqlıqda əl-Əndərab adlı 
bir yer vardır ki, bu da Qarna, Lasub və Yəq- tan arasında yerləşir və 
sahəsi bir günlük yoldan artıqdır. Bu yerin bağ və bostanları boldur. 
Burada  hər  cür  meyvə  yetişir,  bunlardan  əl-bunduq  [fındıq] 
Səmərqənddəkindən yaxşıdır. 
139 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə