Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə47/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   43   44   45   46   47   48   49   50   ...   107

ğın  edilməsi  ilə  əlaqədar  olaraq  Bərdənin  əhəmiyyəti  düşdükdən 
sonra məşhurlaşmışdır. 
Dərbənd  şəhəri  Xilafətlə  şimal  ölkələri  arasında  mal 
mübadiləsində  böyük  rol  oynayırdı.  Xəlifələr  Dərbəndin  strateji  və 
ticarət nöqteyi-nəzərindən xüsusi əhəmiyyətini nəzərə alaraq burada 
azad şəhərə oxşar bir idai'ə orqanı qurmuşdular; bu orqana əmirlər, 
yaxud rəislər şurası başçılıq edirdi. Hələ 736-cı ildə Əsəd ibn Zafirin 
başçılığı ilə xəlifə Hişam tərəfindən Dərbəndə göndərilən 400 əmir 
şəhərin  bu  cür  idarə  orqanının  əsasını  qoydu.  Şəhərin  başçısının 
(rəislərin rəisi) fəaliyyəti nizamnamə və ya hərəkət dəstur ul-əməli ilə 
məhdud edilmişdi. Şəhərin bu cür xüsusi vəziyyəti bir də ondan irəli 
gəlirdi  ki,  Dərbənd  qarnizonu  ilə  sərhəd  qalalarındakı  qarnizonlar 
xəzinədən  maaş  almayıb,  yerli  idarənin  hesabına  dolanırdı.  Buna 
görə də bir sıra vilayətlər, Abşeronun neft və duz mədənlərinin gəliri 
xəlifələrin sərəncamı ilə vəqf olaraq sərhəd qoşunlarına verilir. 
Dərbəndin rəislər rəisinə əmr edilirdi ki, şəhərin mühafizəsinə, 
təmizliyinə  və  qayda-qanuna  nəzarət  etsin.  "Əgər  hakim  əhalidən 
xərac,  üşr  və  paltar  vergisi  alarsa,  ya  da  Dərbəndin  qazılarını  hər 
hansı bir mükəlləfiyyət daşımağa məcbur edərsə, hakim vəzifəsindən 
kənar  ediləcəkdir.  Əgər  Dərbənd  hakimi,  qalanı  müdafiə  etmək 
iqtidarında olmazsa, əgər o, qədim zamanlarda məlum olmayan bir 
zülmlə əhalini sıxışdırarsa, vəzifədən kənar edilməli və yerinə başqa 
hakim təyin edilməlidir. Əgər Dərbəndin hakimi ölərsə, ya da əhaliyə 
zülm  edərsə,  bu  şəhərə  ləyaqətli  hakim  gəlincəyədək  rəislər  onun 
yerinə  müavin  təyin  etməlidirlər.  Əgər  Dərbənd  hakimi  müəyyən 
adamları müharibəyə göndərərsə, xəlifə Hişamın Əsəd ibn Za- firlə 
birlikdə  Dərbəndə  yolladığı  400  nəfərdən  biri  [onlarla  bir  yerdə] 
olmalıdır  və  bu  zaman  digər  qoşunlar  şəhəri  müdafiə 
etməlidirlər".®^^ 
"Dərbəndnamə"yə  görə,  hətta  Harun  ər-Rəşidin  özü  şəhərdə 
olmuşdur;  o,  həm  döyüşçülərin,  həm  də  şəhərin  rifahı  qeydinə 
qalaraq,  "əmr  etdi  ki,  Rubas  çayından  bir  neçə  kanal  çə-  kUsin, 
nəticədə  su  şəhərin  ətrafına  gəldi.  O,  bağ  və  bostanlar  saldı, 
dəyirmanlar tikdirdi və bunların hamısını Dərbəndə vəqf etdi".®^® 
Qeyd  etmək  lazımdır  ki,  Dərbəndin  hakim  dairələri  Xilafətin 
təkcə  hərbi-strateji  mənafeyini  deyil,  həmçinin  ticarət  mənafeyini 
qoruyurdular.  739-cu  ildə  Məsləmə  ibn  Əbd  ül-Malik  sərəncam 
vermişdi ki, "Xəzər tacirləri ticarət üçün Dərbəndə gəlsələr, şəhərdən 
bir fərsəx aralı dayanmalı və orada alver et 
143 


məlidirlər.  Əgər  Dərbənd  əhalisindən  bir  nəfər  Xəzər  ölkələrinə 
gedib  ticarət  etmək  istəsə,  ya  öz  malının  dəyərinin  onda  birini 
ödəməli,  ya  da  ticarəti  buraxmalıdır".®'^  Şəhərə  gələn  Xəzər 
elçilərinin gözlərini bağlayırdılar ki, şəhərin istehkam sisteminə dair 
bir  şey  başa  düşə  bilməsinlər.  "Kafirlərdən  heç  kəs  yanında 
müşayiətçi  olmadan  qalaya  girməməlidir.  Kafirlərdən  olan  elçi 
qalaya gözü bağlı gətirilməli və eyni qaydada oradan çıxarılmalıdır 
ki,  qalada  heç  bir  şeyi  —  nə  onun  hasarlarını,  nə  də  darvazalarını 
görməsin".®^® 
Ticarət  məqsədi  ilə  Xilafət  ərazisinə,  bu  halda  isə  Dərbəndə 
gələn yadellilərdən gömrük rüsumu alınırdı. Bu rüsumlar hələ xəlifə 
Ömər  ibn  əl-Xəttabın  hökmranlığı  dövründə  qoyulmuşdu;  o,  belə 
sərəncam vermişdi: "Xarici [hərbi] tacirlər bizim torpaqlara gələndə, 
onlardan  on  faiz  vergi  alın,  çünki  digər  ölkələrdə  (dar  ül-hərb) 
müsəlmanlardan  da  eynilə  o  qədər  alırlar.  Zimmi  tacirlərdən 
[mallarının  dəyərindən]  beşdə  bir,  müsəlman  tacirlərdən  ümumi 
dəyəri  200  dirhəm  olanda  beş  dirhəm,  dəyərin  sonrakı  hər  40 
dirhəmindən  bir  dirhəm  alın".®^^  Gətirilən  əmtəə,  habelə  qul, 
heyvan və hər cür əşya üzərinə qoyulan bu rüsumlar xəlifə xəzinəsinə 
çox böyük gəlir verirdi. İbn Hövqəlin verdiyi məlumata görə, gömrük 
rüsumları ildə 100 min dirhəmdən 1 milyon dirhəmədək gəlir verirdi. 
VIII—IX  əsrlərdə  genişlənən  ticarət  xəzinəyə  böyük  gəlir  və 
mənfəət verirdi. Lakin bu, ticarətə çoxlu maliyyə vəsaiti qoyulması, 
bəzən  də  qısamüddətli,  ya  da  uzunmüddətli  borc  verilməsi  tələb 
olunurdu  ki,  bu  da  sələmçiliyin  inkişafına  kömək  edirdi. 
M.Kaqankatvatsi göstərir ki, Arranda faizlə pul borc verən adamlar 
olmuşdur.®^'* 
Şimala  ticarət  yolu  Xilafətin  paytaxtı  Bağdaddan  başlanıb, 
Zəncan  və  Ərdəbİldən  keçərək,  Zaqafqaziya  vasitəsilə  xəzərlərə, 
bulqarlara, burtaslara tərəf uzanırdı. Ərdəbil mərkəzi qovşaq nöqtəsi 
idi və Cənubi Azərbaycanda məsafələr buradan başlanaraq ölçülürdü. 
Şimali Azərbaycanda isə belə bir nöqtə Bərdə idi.®^"* 
Aşağıda  Azərbaycanın  digər  ölkələrlə  əlaqələrini  göstərən 
ticarət yolları haqqında coğrafiyaşünasların məlumatını veririk. 
Bərdədən Ərdəbilə ticarət yolu 
İstəxri (BGA, I, 192) deyir: Bərdədən Yunana — 7 fərsəx, Yunandan Beyləqana' 
— 7 fərsəx, Beyləqandan Varsana — 7 fərsəx, Varsandan Bəlhə- 
144 


bə — 7 fərsəx, Bəlhəbdən Bərzəndə — 7 fərsəx, Bərzənddən Ərdəbilə — 15 fərsəxdir. 
İbn Hövqəl (BGA. II, 531) bildirir; Bərdədən Muyan kəndinə 7 fərsəx, Muyandan 
Beyləqan  şəhərinə  —  7 fərsəx,  Beyləqandan  (bu  xoşagələn  şəhərin  zəngin  bulaqları, 
bağları, meşələri və çaylarında çoxlu dəyirman vardır) Varsana (bu şəhər Beyləqandan 
böyük və genişdir, çoxlu əhalisi, bazarları və müxtəlif malları vai'dır; böyük şəhərlərdə 
əhaliyə  xidmət  yerləri  və  mehmanxana  kimi  hər  şey  burada  vardır:  şəhərin  ətrafına 
hasar çəkilmişdir; onun öz bazarı olsm qəsəbəsi də var) — 7 fərsəx Varsandan Bəlhəbə 
— 7 fərsəx (Bəlhəb əhalisi çox olan bir kənddir, burada poçt stansiyası və müsafirlərin 
dayanması  üçün  mehmanxana  vardır),  Bəlhəbdən  Bərzəndə  —  öz  vəziyyətinə  görə 
Beyləqana  yaxın  olan  şəhərə  —  7  fərsəx,  Bərzənddən  Ərdəbilə  —  15  fərsəxdir;  bu 
yolun (hər iki tərəfində) kəndlər və stansiyalar vardır. 
Müqəddəsi (BGA, III, 381) bildirir; Bərdədən Yunana, ya Bərzəndə, ya Cənzəyə, 
ya Kalkatusa — bir mənzil yol vardır. Yunandan Beyləqana — 1 mənzil, sonra Varsana 
— 1 mənzil, sonra Bəlhəbə — 1 mənzil, sonra Bərzəndə — 
1
 mənzil, sonra Ərdəbilə — 
2
 mənzil yoldur. 
İbn Xordadbeh (BGA, VI, səh. 121—122) bildirir: Ərdəbildən Xuşşa — 
8
 fərsəx, 
oradan  Bərzəndə  — 
6
  fərsəxdir;  Bərzənd  dağıdılmışdı,  onu  Afşin  bərpa  edib 
məskunlaşdırdı;  Bərzənddən  Sadaraspa  —  Afşinin  qurduğu  səngərlərin  birinci  xətti 
burada idi — 
2
 fərsəx, oradan, səngərlərin İkinci xəttinin olduğu Zəhrkaşa — 2 fərsəx; 
oradan  səngərlərin  üçüncü  xəttinin  olduğu  Rud  ər-Ruda  —  2  fərsəx;  sonra  Babəkin 
şəhəri Bəzzə — I fərsəx; Bərzənddən Balasacan çöllərinə və Azərbaycanın son nöqtəsi 
olan  Varsana  —  12  fərsəx;  Varsandan  Bərdəyə  — 
8
  mənzil.  Dar  mana  —  3  fərsəx, 
sonra Beyləqana 

 
9 fərsəx, oradan da Bərdəyə — 14 fərsəxdir. Bərdədən Bəzzə — 30 fərsəxdir. 
Qüdamə  (BGA,  VI,  213)  bildirir:  Ərdəbildən  Xan  Babəkə  — 
8
  fərsəx;  Xan 
Babəkdən Bərzəndə — 
6
 fərsəx; Bərzənddən Bəlhəbə — 12 fərsəxdir; kim Varsandan 
Bərdəyə gəlirsə, Varsandan Qumama — 3 fərsəx, sonra Beyləqana — 7 fərsəx, sonra 
Yunana — 3 (7) fərsəx, sonra Bərdəyə — 3 (7) fərsəx yol vardır. 
idrisi (Coğrafiya, II, 323) bildirir: Bərdədən Bubana — 21 mil; sonra Varsana — 
21 mil; sonra Beyləqana — 36 mil yoldur. Beyləqandan Nəcaba 

 
21  mil,  sonra  Bərzəndə  —  21  mil;  sonra  Ərdəbilə  45  mildir.  Cəmi  163  (ya  da 
yaxşısı 135) mildir. 
Bərdədən Tiflisə ticarət yolu 
tstəxri  (səh.  193)  bildirir:  Bərdədən  Cənzə  şəhərinə  —  9  fərsəx,  Cənzə-  dən 
Şəmkirə  —  10  mənzil,  Şəmkirdən  Xunana  —  21  fərsəx,  Xunandan  ibn  Qandaman 
qalasına — 10 fərsəx. Qaladan Tiflisə — 12 fərsəxdir. 
tbn Hövqəl (səh. 350) bildirir: Bərdədən Cənzəyə — 9 fərsəx, Cənzədən Şamkura 
— 10 fərsəx, Şamkurdan Xunana — 21 fərsəx, Xunandan ibn Qandaman qalasına — 10 
fərsəx. Qaladan Tiflisə — 12 fərsəxdir. 
Müqəddəsi (səh, 382) bildirir: Bərdədən Cənzəyə — 1 mənzil, Cənzədən Şamkura 
—  1  mənzil,  sonra  Xunana  — 3  mənzil,  sonra  ibn  Qandaman  qalasına  — 1  mənzil, 
sonra Tİflİsə — 2 mənzil yol vardır. 
ibn Xordadbeh (səh. 122) bildirir: Bərdədən Tiflisə — lOmənzil yoldur. 
Qüdamə (səh. 227) bildirir: Bərdədən MütəvəkkilUyyə  (Şamxor) şəhərinə — 
6
 
mənzil, Mütəvəkkillİyyə şəhərindən Tiflisə — 10 mənzil yoldur. 
idrisi (səh. 323—324) bildirir: Bərdədən Cənzəyə — 27 mil, sonra Şamkura — 30 
mildir.  Şamkurdan  Xunana  —  63  mil,  sonra  ibn  Qandaman  qalasına  —  30  mildir. 
Qaladan Tiflisə — 36 mil, cəmi 186 mildir. 
145 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə