Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə50/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   46   47   48   49   50   51   52   53   ...   107

inin  yaşayış  məntəqəsində  yerli  hakimiyyət  nümayəndəsi  (amil) 
vəzifəsini  icra  edirdilər.  Rəbatların  şəxsi  heyəti  yerli  əhalinin 
hesabına mənzillə təmin olunmalı idi, yəni əhalinin bir hissəsi zorla 
öz  mənzillərindən  çıxarılırdı.  Sonralar  rəbat  döyüşçüləri  qulluq 
etdikləri  yerlərə  öz  ailələri  ilə  birlikdə  köçməyə  laaşladılar;  yerli 
əhali bunların da maddi təminatını öz üzərinə götürməli idi.”"*® 
Bəlazuri  qeyd  edir  ki,  ərəb  kolonistlərinin  yerli  əhalidən 
aldıqları  torpaqları  orada  məskun  olmuş  ərəb  döyüşçülərinin 
mülkiyyəti  hesab  etmək  o l m a z . L a k i n   F.Lokkeqor  belə  hesab 
edir  ki,  ərəblərə  "bəraət  qazandıran"  bu  fikir  yerli  əhalinin 
torpaqlarının əlindən alınıb özgəninkiləşdirilnıəsinə qarşı "gecikmiş 
etirazdan" başqa bir şey deyildir. 
Əməvilər  sülaləsinin  süqutundan  (750-ci  il)  sonra,  axırıncı 
Əməvi xəlifələrinin arxalandıqları şimal tayfalarının imtiyazları tez 
bir  zamanda  yoxa  çıxmağa  başladı.  Abbasilər  cənubdakı  ərəb 
tayfalarına  arxalanaraq  şimal  tayfalarını  tədriclə  Azərbaycan  və 
Arrandakı məskənlərindən çıxarmağa başladılar. Artıq Azərbaycanın 
birinci  Abbasi  hakimi  Yəzid  ibn  Xatəm  ül-Mükəlləbi  yəmənlilər! 
Azərbaycana  köçürməyə  başladı.  "O,  ər-Yəvvad  ibn  əl-Müsənna 
əl-Əzdini  Təbrizdən  Bəzzədək  uzanan  torpaqlara,  Mürr  ibn  Əli 
ət-Taini  Narizə...  əl-Həməda-  nini  isə  Məyanicə  köçürdü./Yəmən 
tayfalarını [Azərbaycanda] elə yerləşdirdi ki, burada nizarilərdən heç 
kəs qalmadı". 
Arranda  məskən  salmış  şimal  tayfaları  yeni  sülalənin 
nümayəndələrini 
düşməncəsinə 
qarşıladılar. 
Köçürülənlərin 
əksəriyyəti  Əməvilərİn  tərəfdarı  olduğuna  görə  Abbasilərin 
hakimiyyətini  tanımaqdan  imtina  etdilər,  tayfaların  bir  hissəsi  isə 
üsyan qaldıraraq, şəhərlərdə, istehkam məntəqələrində mövqe tutdu 
və Məhəmməd ibn Sulun başçılıq etdiyi Abbasi qoşunlarına silahlı 
müqavimət göstərdi. 
Bu  zaman  axırıncı  əməvi  xəlifəsi  II  Mərvan  tərəfindən 
(744—750-ci  illər)  təyin  edilmiş  ölkə  hakimi  İshaq  ibn  Müslim 
əl-Ukaylinin  köməkçisi  Müsafir  ibn  Quseyr  Arranı  tutmuşdu. 
"Məhəmməd  ibn  Sul  Müsafirlə  vuruşub,  nəhayət,  onu  öldürdü  və 
ölkəni  tutdu.  Bundan  sonra  o.  Beyləqan  əhalisini  əİ-Kilab  [kelbit 
tayfasının dayaq məntəqəsi—Z.B.] qalasına saldı, onlar da Vard ibn 
Səf  van  əs-Saminin  idarə  etdiyi  şəhəri  təslim  etdilər.  Onlar 
[Beyləqan  əhalisi]  çoxlu  sülük  və  bu  cür  başqa  adamları  öz 
qalalarında  topladılar.  Məhəmməd  ibn  Sul  onlara  qarşı  Saleh 
əl-Kindini  göndərdi,  o  da  onları  mühasirə  edib  çoxusunu  məhv 
etdi".^'*‘‘ 
151 


Bərdə, Qəbələ, Dərbənd və Arranın bir çox digər məntəqələrində 
də  abbasilərin  nümayəndələrinə  eyni  dərəcədə  müqavimət 
göstərilmişdi.^'*® Məsələn, Bəlazuri yazır ki, suriyalılar- dan ibarət 
Dərbənd qarnizonu "hazırda (IX əsrin axırı—Z.B.) heç bir [yeni təyin 
olunan] hakimə, əsgərlərə paylamağa pulu olmazsa, şəhərə girməsinə 
yol vermir.®’*® 
Bu  təfsilat  göstərir  ki,  hətta  xəlifə  Mütəvəkkildən  (846—861) 
sonra  da  Dərbəndi  və  ətrafdakı  istehkamları,  Əmə-  vilər  dövründə 
buraya köçmüş suriyalıların nəsilləri idarə etmişdir, Bəlazuridən 70 il 
sonra  tstəxri  də  Suriya  tayfalarının  Dərbənd  zonasında  hömran 
olduqlarını  təsdiq  etmişdir:  "Bab  ül-Əbvab  dağlarında  hələ 
Xosrovların  tikdirdiyi  isteh-  kamlı  qalalar  vardır.  Orada  yaşayan 
adamlara  (qoşunlara) tapşırılmışdır ki,  xəzərlərin islam  torpaqlarına 
keçə  biləcək  yolları  qorusunlar.  Belə  qalaların  sayı  on  dörddür, 
burada Mosul, Diyar Rəbiə və Suriyadan olan adamlar yaşayır, bunlar 
[qalalar] da həmin tayfaların [adı ilə] məşhurdur. [Burada] dil (ərəb 
dili) nəsildən-nəslə keçir. Onların (qala əhalisinin) üzərində heç bir 
rəis yoxdur. 
Görünür, 
Abbasilər 
suriyalıları 
möhkəm 
Dərbənd 
istehkamlarından  sıxışdırıb  çıxara  bilmədikləri  üçün  bununla 
barışmalı  oldular  və  həmin  tayfaları  özbaşına  buraxdılar.  Çox 
keçmədən  Dərbənd  rayonundakı  ərəb  tayfaları  bu  vəziyyətdən 
istifadə  edərək  Xilafətdən  ayrılıb,  müstəqil  Sülamilər  əmirliyini 
yaratdılar və bu əmirlik lap monqol istilasınadək mövcud oldu.®"*® 
Əməvilərə  tərəfdar  tayfaları  Abbasilərə  sadiq  olan  tayfalarla 
zorakılıqla  əvəz  etmək  qaydaları  Harun-ər-Rəşidin  (786—809) 
hökmranlığı dövründən başlayaraq dəyişildi. Görünür təkcə sülalənin 
mənafeyini  güdməyən  Harun  ər-Rəşid  tayfaların  yerdəyişməsi  və 
köçürülməsi  məsələləri  ilə  məşğul  olmağı  özünün  təyin  etdiyi 
Azərbaycan və  Arran canişinlərinə həvalə etdi.  Canişinlər isə şəxsi 
mənafelərini  və  mənsub  olduqları  tayfaların  mənafeyini  nəzərə 
alaraq,  habelə  digər  tayfalardan  asılı  olmayaraq  rahat  şəraitdə 
etdikləri xidməti qulluq etməli olduqları ölkədəki üstün olan siyasi və 
strateji səbəbləri hesaba alaraq, təyin olunduqları yerə adətən öz tayfa 
nümayəndələrinin  müşayiəti  ilə  gəlirdilər.  Lakin  bu  tayfanın  hansı 
qrupa mənsub olması məsələsinə, fikrimizcə, nə Harun-ər-Rə- şid, nə 
də onun xələfləri fikir vermirdilər. Yəqubi bu cür təyinatlardan biri 
barəsində belə məlumat verir: "Xuzeyfə ibn Hazimin yerinə [Harun] 
ər-Rəşid Yusif ibn Rəşid əs-Sulamini 
152 


[Arran  hakimi]  təyin  etdi,  o  da  hökmranlığı  dövründə  nizari-  ləri 
ölkəyə  köçürtdü,  ona  görə  də  nizarilərin  sayı  xeyli  artdı,  halbuki 
bundan əwəi burada yəmənlilərin sayı çox idi. Ondan sonra ər-Rəşid 
Yəzid ibn Məzyəd ibn Zeyd əş-Şeybanini hakim təyin etdi. O isə hələ 
indi də (Arrandakı ərəblərin) əksəriyyətini təşkil edən rabiiləri bütün 
ərazilərdən  köçürtdü.  Ondan  [YəziddənJ  sonra,  Zeyd  ibn  Xəttab 
əl-Ədavinin  nəslindən  olan  Abdul  Kəbir  ibn  Abdul  Həmid  hakim 
təyin edildi, o da [Arrana] Diyar Modar əhalisindən ibarət bir dəstə ilə 
oraya get- 
di".549 
Au-randa  rəbiilərin  demək  olar  ki,  həmişə  çox  olduğunu  qeyd 
etməliyik. Onlar Bərdə, Şamaxı və Şarvanda məskən salırdılar. Yeri 
gəlmişkən,  misal  olaraq  göstərək  ki,  vaxtilə  (iraqdakı)  Xillidən 
gəlmiş  rəbiilər  Azərbaycan  SSR-in  indiki  rayon  mərkəzi  Xillidə 
məskən  salmışdılar.  İraq  Xillisində  rəbiilərin  müstəqil  əmirliyi  var 
idi. Onların həmqəbilələri isə Arran Şarvanında demək olar ki, eyni 
vaxtda ilk müstəqil Şirvanşahlar sülaləsini yaratmışlar. 
Tez bir zamanda istər Azərbaycanda, istərsə də Arranda məskən 
salanların demək olar ki, hamısı həm şimaldakı, həm də cənubdakı 
ərəb  tayfaları  oldular.  Bu  tayfalar  həmişə  bir-biri  ilə  düşmənçilik 
etdiklərinə görə, aradan çox keçmədən onların köhnə ədavəti burada 
da  yenidən  başlandı.  Ancaq  Azərbaycanda  və  Arranda  bu  ədavət 
yaxşı torpaq və biçənəklər üstündə daha bərk qızışırdı. 
Bu  vəziyyət  xəlifələri  və  mərkəzi  hakimiyyəti  əsla  narahat 
etmirdi, çünki onlar, hələ müxtəlif konfederasiyadan olan tayfalar bir 
yana qalsın, hətta qohum tayfaları birləşdirməkdə deyil, əksinə onları 
parçalamaqda daha maraqlı idilər. 
IX əsrin birinci yarısının axırlarından başlayaraq. Xilafətin bu iki 
zəngin  ucqarında feodallaşma prosesi xeyli sürətləndi  və bu proses 
mütəğəllib®^°  adlanan  böyük  bir  sinfin  meydana  gəlməsinə  səbəb 
oldu.  Bu  zaman  tayfalar  arasındakı  ədavət  böyüyüb  əsl  silahlı 
toqquşmalara  çevrilirdi,  çünki  mütəğəllib-  lər  Xilafətdən  tamamilə 
ayrılmağa  can  atmağa  başlamışdılar.  Tayfalar  arasındakı  bu 
toqquşmalar  xəlifə  Harun-ər-Rəşidin  dövründə  kəsildi,  çünki  o 
Azərbaycanın  və  Arranın  idarə  olunmasını  Yəzid  ibn  Məzyəd 
Şeybaninin  əlində  cəmləşdirdi.  Yəzid  hər  iki  əyalətin  canişini 
olandan sonra "camaat sakitləşdi, o da ölkədə qayda-qanun yaradıb 
nizariləri  yəmənlilərlə bərabərləşdirdi".®^^ Çünki göründüyü kimi, 
burada  yəmənlilər  nizarilərə  nisbətən  daha  böyük  hüquqlara  malik 
idilər. Şimal tayfaları 
153 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə