Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə53/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   49   50   51   52   53   54   55   56   ...   107

I V   F Ə S İ L  
IX ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCAN 
ƏRAZİSİNDƏ AYRI-AYRI MÜSTƏQİL DÖVLƏTLƏRİN 
VƏ MÜLKLƏRİN YARANMASI 
1. Şəki və Arran hakimi Səhl ibn Sunbat haqqında 
Səhl  ibn  Sunbat  haqqında  bir  neçə  tədqiqatın^  olduğuna 
baxmayaraq, biz belə güman edirik ki, Arran vilayətlərindən biri olan 
Şəkinin, sonralar isə bütün Arranın sahibi olmuş bu orta əsr hakimi 
haqqındakı məlumatı bir qədər də tamamlamaq lazımdır. 
IX əsrin ikinci yarısında Arran ərazisində ərəblərdən asılı olan 
bir sıra knyazlıqlar var idi:'-^ Sünik, Ktiş, Varsan, Beyləqan, Qəbələ 
və Şəki knyazlıqları. Bu knyazlıqların hökmdarları Vasak, Stepannos 
Ablasad, İsa ibn  İstifanus (erm. Yesai Əbu Musa),  Varaz-Trdat III 
(Mehr  nəslindən  olan  alban  knyazları  sülaləsinin  axırıncı 
nümayəndəsi),  Atrnersex  və  başqaları  (özlərinə  əlverişli  olanda) 
Babəklə  bu  və  ya  başqa  şəkildə  əlaqə  saxlayaraq  onun  tərəfində 
Xilafətə  qarşı  çıxır,  özlərinin  şəxsi  mənafeyinə  toxunanda  isə  ona 
xəyanət edirdilər. 
Bu  knyazlardan  biri  Səhl  ibn  Sunbat  idİ.  Movses  Kaqankat- 
vatsi onu "Mərd və gözəl knyaz Səhl və Sunbatean — Eranşa- hik"® 
adlandırıb  deyir  ki,  o  "erməni  erasının  270-ci  (822-ci)  İlində"  öz 
güclü qardaşları və ordusu ilə Bərdədən gələn və Amaras vilayətini 
viran edən ərəblərə hücum edərək, "onları yıxdı və darmadağın etdi, 
əsirləri sankİ aslanın ağzından xilas etdi".'* 
Lakin fikrimizce, Səhl ibn Sunbat bundan əvvəl də Xilafə- 
160 


tin əleyhinə çıxırdı. Dərbənd "tarixində" verilən məlumata görə, 205 
(820)-ci  ildə  xəlifə  Məmun  tərəfindən  Azərbaycan,  Arran  və 
Ermənistan  hakimi  vəzifəsinə  təyin  edilən  Xalid  ibn  Yəzid  ibn 
Məzyəd  öz  iqamətgahı  Bərdəyə  gedərkən,  yolda  Şəki  əhalisinin 
üsyanını  yatırmalı  olmuşdu.  Mənbə  bildirir:  "Xalid  onlarla 
vuruşmağa  girişdi  və  onların  Xalidə  gecə  vaxtı  hücum  etdiklərinə 
baxmayaraq, o qalib gəldi və onlardan çoxunu öldürdü. [Onlar aman 
istədilər],  o  da  onlara  aman  verdi,  əvəzində  onlar  öhdələrinə 
götürdülər  ki,  ildə  ona  500  min  dirhəm  versinlər.  Sonra  onların 
içərisindən girovlar götürüb, oranı tərk etdi".® 
Beləliklə,  biz  Səhl  ibn  Sunbatın  fəaliyyətinə  820-ci  ildə  rast 
gəlirik, hərçənd ki, mənbədə onun adı ondan iki il sonra çəkilir. 
"Ağvan  tarixi"nin  rusca  nəşrinə  daxil  olmamış  bir  parçada 
indiyədək  Səhl  ibn  Sunbat  haqqında  mövcud  olan  bütün  rəyləri 
dəyişdirən  tamamilə  yeni  məlumata  rast  gəlirik.  Bu  parçada  belə 
deyilir: 
"Erməni erasının 286-cı ilində (1.V.837— 
30.R^838-ci il) qəflətən Bağdaddan 20000 atlı çıxıb Alban Ölkəsinə 
hücum  etdi.  Bunun  ardınca  Zarmirxaqan  padşah  nəslindən  Səhl 
Smbaten böyük şəhid Georgeni® köməyə çağırıb gözünü ona zillədi 
və  qartal  aciz  quşların  üzərinə  şığıdığı  kimi,  onlara  hücum  etdi. 
Onları qırıb çöllərə saldı və qaçmağa məcbur etdi”.^ 
Bu parça aydın  göstərir ki, Səhl Alban padşah nəsli Zar- mirx 
nəslindən  idi  və  mehrani  Vardan  Zarmirx  xanədanından  60  nəfəri 
nahara  dəvət  edərək,  onlara  "zəhərli  çörək"  verib  ha-  ımsını  məhv 
edəndə® diri saxladığı yeganə nümayəndə idi. 
Yuxarıda  göstərilənlər  bizi  vadar  edir  ki,  Səhl  ibn  Sunba-  tın 
erməni  və  Baqratuni®  xanədanına  mənsub  olduğu  haqqında 
M.Çamçyan, V.Abaza, A.Qren, Q.Daqbaşean və başqa tədqiqatçılar 
tərəfindən  irəli  sürülən  fərziyyəni  rədd  edək.  Məsələn,  onlardan 
birincisi  özünün  "Ermənistan  tarixi"ndə  yazır  ki,  erməni  tarixinin 
269-cu  (840-cı)  ilində  "Babək  Ermənistanı  tutmaq  üçün  səfərə 
başladı, çünki Ermənistanı öz torpağına qatmaq istəyirdi. Ararat dağı 
yanında  Babəklə  Sumbat  Baqra-  tuni  arasında  uzunsürən  qanlı 
vuruşma oldu, bu vuruşmadan sonra Babəkin tərəfdarları qaçmağa üz 
qoydular.  Babək  özü  geri  çəkilərkən  general  Sumbatın  oğlu  Səhl 
tərəfindən  tutuldu".^®  V.A.Abaza  Səhlin  adını  dolaşıq  salıb  başqa 
adla  əvəz  etmişdir.  "Xəlifələr  Baqratuni  nəslinin  sədaqətinə 
inanırdılar  və  Zaal  [1]  Baqratuni,  Xilafətə  qarşı  üsyan  edib 
Ermənistanda 
161 


kömək  axtaran  Babanı  (Babəki—Z.B.)  Bağdada  göndərəndə,  buna 
qəti  yəqinlik  hasil  etdilər".“  A.N.Qren  də  təqribən  eyni  fikirdədir: 
"835-ci  ildə  Babək  adlı  birisi  öz  vətənini  ərəblərdən  azad  etmək 
fikrinə düşüb güclü üsyan qaldıranda, ermənilər xəlifənin sərkərdəsi 
Afşinə  kömək  edib,  hətta  xaini  ona  təslim  etdilər,  lakin  nəticədə 
bunun əvəzində sərkərdədən pislik gördülər. Yenə Baqratilərdən biri 
olan  Səhlin  bu  hərəkəti  ərəblərin  həmin  xanədana  qarşı  rəğbətinə 
səbəb oldu".^^ 
Buna görə də Ç.Dovsett haqlı olaraq deyir ki, Səhlin Baqra- tuni 
xanədanına mənsub olduğu haqqındakı fərziyyə və ehtimalları həmin 
faktlara əsasən rədd etmək lazımdır.^* 
Səhl  ibn  Sunbatın  Taronda  olduğu  və  Zarmirx  xanədanına 
mənsub olmadığı haqqındakı ehtimal da dürüst deyildir.^* Səhl ibn 
Sunbat  hələ  Babəklə  əlaqəni  kəsməzdən  əvvəl  strateji  cəhətdən 
mühüm  olan  Şəki  vilayətinə^^  malik  olduğu  bir  vaxtda  separatist 
meyllərini  büruzə  verirdi.  835-ci  ildə  Afşin  Məhəmməd  ibn 
Süleyman  əl-Əzdi  əs-Səmərqəndini  Arran  hakimi  vəzifəsinə  təyin 
edəndə, Babəkin köməyinə arxalanan Səhl Xilafətə qarşı mübarizədə 
Babəkin  çətinlik  çəkməsindən  və  Zaqafqaziyanın  bu  vilayətinə 
Xilafətin  o  qədər  də  fikir  vermədiyindən  istifadə  edərək,  üsyan 
qaldırdı və Arranı tutdu. Məhəmməd ibn Süleyman "onun vilayətinə 
daxil olan zaman, Səhl gecə vaxtı hücum edərək onu qaçmağa vadar 
etdi"  Gördüyümüz  kimi,  Səhl  hələ  özü  müttəfiqi  Babək  məğlub 
edilməz- dən əvvəl qüdrət sahibi olmuş, Arranın böyük hissəsini əlinə 
keçirmişdi,hərçənd  ki,  Dovsettin  qeyd  etdiyi  kimi,  bu  faktı  "837-ci 
ildə xəlifə bilə-bilə etinasız buraxmışdı".^® 
Səhlin  mülkü  Şəkinin  yerini  müəyyənləşdirərkən  tədqiqatçılar 
səhvə yol vermişdilər. A.Y.Krımski belə güman edir ki, "çayın (Kür 
çayının—Z.B.) o tayında, yənİ sağ sahilindəki bəzi knyaz sülalələri 
ilə Səhlin, bəlkə də, çox qədimdən qohumluq (daha doğrusu, qudalıq) 
əlaqələri var idi".^® Lakin biz müəyyən etmişik ki, Səhl Kür çayının 
sağ  sahilindəki,  daha  doğrusu,  Arazın  sol  sahilindəki  ərazi  ilə 
"qohumluq  (ya  da  qudalıq)"  əlaqəsində  deyil,  bilavasitə  əlaqədə 
olmuşdur;  bu  cəhət  mənbələrin  verdiyi  məlumat  ilə,  habelə  həmin 
rayon yerində keçirilən yoxlama ilə də təsdiq olunur. 
əd-Dinəvərinin verdiyi məlumata görə, "O zaman (837-ci ildə) 
Araz  boyunca  uzanan  torpaqlar  Səhl  ibn  Sunbatın  əlində  iji".
2

Təbəri qeyd  edir ki,  Babək Bəzzin  süqutundan sonra,  yəqin  öz son 
arvadı  —  Sünik  knyazı  Basakın^^  qızı  İbnət  əl-Ka-  landaniyyənin 
təkidi ilə Bizansa qaçmaq qərarına gəlmişdi. 
162 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə