Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə52/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   48   49   50   51   52   53   54   55   ...   107

lən  oğuzlar  və 
şimaldan  gələn  qıpçaqlarla  qarışması  nəticəsində,  bu 
axırıncıların  assimilyasiyasından  sonra  başlandı  və  getdikcə 
sürətlənib  XI—XII  əsrlərdə  başa  çatdı.  Azərbaycan  və  Arran 
ərazisində  müasir  Azərbaycan  millətini  əmələ  gətirən  türkdilli 
Azərbaycan xalqının təşəkkül tapması ilə nəticələndi. 
İndiki Azərbaycan ərazisində türk tayfalarının varlığını Orta əsr 
mənbələrinin  bilavasitə  və  dolayı  yol  ilə  verdiyi  məlumat  əsasında 
aydınlaşdırmaq olar. 576-cı ildə külli miqdarda sabir hunnları Gəncə 
(Sakaşen)  sahəsinə  köçürülmüşdü,^®®  beləliklə  də,  Kür  və  Araz 
çayları  arasındakı  yerlərdə  hunnlar  Ölkəsi  əmələ  gəlmişdi.®®® 
Ərəb müəllifləri bu hunn başçılarını "tarxan" adlandırırdılar.®®^ 
Hələ  V  əsrdə  indiki  Azərbaycan  ərazisində  məskən  salan  çox 
böyük  türk  tayfalarından  biri  Muğanda  yerləşmiş  Tıunn-  lardan 
ibarət  olmuşdur  ki,  müasirləri  olan  tarixçilər  onları  türk 
adlandırır.®®®  Rəvayətə  gÖrə,  bu  hunnlar  Muğanın  cənubunda 
Ağhun (ərəbcə Balasaqun) şəhərini salmışlar.®®® 
Ermənidiüi mənbələrdə hunnları xaylantürklər adlandırırlar.®'® 
IV əsrin ikinci yarısındakı hadisələri qeyd edən Favstos Buzand da 
Zaqafqaziya  zonasında  hunnların  və  digər  türklərin  mövcud 
olduğunu  bildirir:  "O  zaman  Maskut  padşahı  Sa-  nesan  bərk 
qəzəblənərək, öz qohumu erməni padşahı Xosrova ədavət bəslədi və 
qoşunların hamısını — hunnları, paxlan, ta- vasparları, xeçmatakları, 
ijmaxları, qotları, qluarları, quqar- ları, şiçbləri, gilbləri, balasiçləri, 
yegersvanları  və  saysız-hesabsız  digər  müxtəlif  köçəri  tayfaları, 
tabeliyində  olan  külli  miqdarda  qoşunları  topladı,  öz  sərhədi  olan 
böyük  Kür  çayını  keçərək  erməni  ölkəsinə  sel  kimi  basqın  etdi... 
Onlar bütün erməni ölkəsinə sel kimi axışıb gəldilər, onu dağıtdılar, 
hər  yerə  doluşdular,  ölkəni  tamamilə  viran  etdilər  və  kiçik  Satal 
şəhərinədək,  Atrpatakan  hüdudundakı  Qandzakadək  bütün  ölkəyə 
yayıldılar ".®^^ 
Azərbaycan  və  onunla  qonşu  vilayətlərin  ərazisində  türk 
tayfalarının mövcudluğu bir daha onunla sübut olunur ki, bu tayfalar 
xəzərlərin basqınları zamanından bəri burada yerləşmişdilər. Məlum 
olduğu kimi. Xəzər xaqanlığı tərkibində türkdilli tayfalar böyük yer 
tuturdular,  xəzərlərin  özləri  də,  ehtimal  ki,  ayrıca  bir  türk  qrupuna 
mənsub idilər®^^ [orta əsr ərəb tarixçilərinin, demək olar ki, hamısı 
çox  vaxt  ,  xəzərləri  türk  adlandırır].  Sasani  padşahı  Qubadın 
hökmranlığının son illərinədək Şimali Azərbaycan xəzərlərin əlində 
olduğu və on- 
157 


larm içərisində türklər böyük yer tutduğu üçün^^® ərəblər çox vaxt 
bu 
ölkələri 
Azərbaycanla 
birlikdə 
"xəzərlər 
ölkəsi" 
adlandırırdılar.®'^'*  İbn  Əsam  əl-Kufİ  bildirir  ki,  Araz  vadisində 
Beyləqan və Varsan®’'^ zonasında türk dili yayılmışdı.®^® 
Orta  əsr  müəlliflərinin  Varsan  haqqında  verdiyi  məlumat 
xüsusilə təqdirəlayiqdir.®^^ 
Erməni  mənbələrində,  müxtəlif  lüğətlərdə,  qədim  tarix 
salnamələrində "varsan" sözü (varsak, varsaz) müxtəlif şəkildə izah 
edilir.  Mənbələrdə  "varsak"  sözü  yer  adını,  türk  tayfasını  və  bu 
tayfaya aid əşyanın adını bildirir. 
"Şəms əl-Lüğət"in müəllifi "varsan" sözünü izah edərkən qeyd 
edir ki, onun 2 mənası var; [Varsan] yer adıdır. Cəbəli®'^® deyir; 
"Sən Varsana çoxlu ordu və böyük qoşun çəkdin".®'^® "Fərhəng-i 
Cahangiri" də eyni izahatı verir: "Varsaz" yer adıdır.-®®® "Bürhan-i 
qati" lüğətinin müəllifi "varsaz" sözünü "yer adı, yer və vilayət adı" 
kimi izah edir.®®’ 
Gördüyümüz  kimi,  bütün  bu  mənbələr  "varsaz"  sözünün 
mənasını ölkə, vilayət və  yer adı kimi müəyyən  edir. Bəs bu hansı 
ölkə,  vilayət  və  yerdir?  Fikrimizcə,  mənbələrdə  təsadüf  edilən 
"varsan"  sözü  bizim  "varsaz"la  əlaqədardır.  Şəmsəddin  Saminin 
lüğətində deyilir ki, "Varsan" — bütün Azərbaycana və ya onun bir 
hissəsinə  verilən  addır.®®^  Bu  izahat  ərəb  müəlliflərinin  Varsan 
haqqındakı  məlumatı  əsasında  verilir.®®®  Beləliklə,  mənbələrin 
verdiyi məlumata əsasən, Varsan Ölkəsinin adı həm "Varsaz", həm 
də "Varsak" şəklində oxunurdu. 
"Varsak"  sözünün  ikinci  mənasına  gəldikdə,  qeyd  etmək 
lazımdır  ki,  mənbələrdə  bu  söz  tayfa  və  qəbilə  adı  mənasında  da 
işlədilmişdir. V.V.Radlov "Varsak" sözünü izah edərkən, onun digər 
mənalarından başqa, qeyd edir ki, bu söz "tatar" (türk) tayfalarından 
birinin adını "bildirirdi".®®'* 
"Türkcə-fransızca  lüğət"in  müəllifi  D.Kelekyan  "Varsak" 
sözünün tatar tayfasının adı olduğunu göstərir.®®® 
Bundan  sonra  yaranmış  Qaraqoyunlu,  Ağqoyunlu,  Səfəvi-  lər 
dövlətlərinin tarixinin tədqiqatçıları da eyni fikri irəli sürürlər.®®® 
Türk  (xəzər)  ünsürlərinin  sürətlə  yayılmasından  və  irana  tabe 
olan torpaqları tuta biləcəklərindən narahat olan I Xosrov Ənuşirəvan 
Azərbaycanı  və  Cənubi  Qafqazı  xəzərlərin  əlindən  aldı.  Sasanilər 
imperiyasının  sərhədlərini  Dərbəndədək  uzatdı,  bu  ölkələrdə 
türklərin  təsirini  azaltmaq  üçün  dərhal  burada  etibarlı  İran 
qarnizonları yerləşdirməyə başladı®®'^. 
158 


siyasici tayfasını^**” buraya, soqdi tayfasmı^^® isə Tiflis rayonuna 
köçürdü. 
Bundan  başqa,  qeyd  etdiyimiz  kimi,  xəzərlərin  Arrana  və 
Azərbaycana basqınları, Arranda onların uzun illər boyu davam edən 
ağalığı bir daha təsdiq edir ki, ərəblərin hücumundan hələ çox əvvəl 
burada çoxlu türkdilli ünsürlər var idi. 
Beləliklə,  Azərbaycan  və  Arranın  türkİəşməsi  prosesi,  ərəblər 
siyasi  səhnəyə  çıxmazdan  çox  əwəl,  hələ  Sasanilər  imperiyası 
daxilində  başlamışdı.  Ərəblərin  Azərbaycanı  istila  edib  burada 
məskən  salmaları  əvvəllərdə  bu  prosesi  dayandırdı,  lakin  az  sonra 
ərəblərlə  türklərin  assimilyasiyasının  başlanması  bu  prosesi 
sürətləndirdi və cəmi yüz ildən sonra bu proses çox geniş vüsət aldı. 
Gördüyümüz kimi, ərəblər Azərbaycanı və Arranı istila edərkən, 
bu  ərazidə  türk  tayfalarına  rast  gəlmişdilər.  Ərəb  mənbəyində 
ərəblərin  istilasından  əwəl  Azərbaycanda  türklərin  yaşadığı 
haqqında  məlumata  rast  gəldik.  Rəvayətə  görə,  əməvi  xəlifəsi 
Müaviyə bir dəfə qədim tarixə bələd olan yəmənli Abid ibn Şariyəyə 
belə  bir  sual  verir;  "Türklər  və  Azərbaycan  nə  deməkdir"?  Abid 
cavab verİr: "Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir".^®'’ 
Bu rəvayəti şübhə altına almaq olardı, lakin 1126-cı ildə farsca tərtib 
edilmiş  imzasız  bir  əsərdə  də  həmin  rəvayətə  rast  gəlirik.  Burada 
belə  deyilir:  "Azərbaycan  qədimdən  türklərin  əlində  olan  bir 
ölkədir". Bu imzasız əsər müəllifi, Himyari padşahlarından biri olan 
Raiş  haqqında  məlumat  verərkən  deyir  ki,  bu  Ölkə  türklərin 
əlindədir.®®^ 
Türklərin  Azərbaycana  köçməsi  ərəblərin  dövründə  də  davam 
edirdi.  Məsələn,  (artıq  müsəlman  olan)  türk  əmirlərindən  biri 
Mübarək  ət-Türki  Qəzvində  bir  qala  tikdirib  ona  öz  adını 
qoymuşdur. 
Azərbaycanda  ərəblərin  yerli  türklərlə  Əməvilər  dövründə 
başlanan  assimilyasiyası  Abbasilər  xilafətində  daha  da  güclən- 
di.®®3
 
159 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə