Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə60/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   56   57   58   59   60   61   62   63   ...   107

nxstana ənənəvi mübarizə obyekti kimi baxırdı və Lev I Sum- batla 
yazışmada, I Sumbatı köhnə ənənəsi ilə "sevimli oğlu" adlandırır və 
onun dostu və müttəfiqi olduğuna təminat verirdi.'*® 
893-cü  ildə  I  Sumbat  Müdrik  Levin  sarayına  elçi  göndərən 
zaman, xəlifə bundan dərhal  xəbər tutdu və  I Sumbata qarşı dərhal 
hərbi  əməliyyata  başlamasını  Məhəmməd  Aişinə  əmr  etdi. 
Məhəmməd qoşunu toplayıb Ermənistan sərhəddinə yaxınlaşdı, lakin 
I Sumbat vuruşmağa cürət etmədi və Məhəmmədə barışıq təklif etdi, 
bu təklif qəbul olundu və hər iki ordu əvvəlki yerlərinə qayıtdı.'"’^ 
I  Sumbatın  Ermənistandan  şimala  doğru  öz  ərazisini 
genişləndirmək  üçün  böyük  fəaliyyət  göstərməsi  Məhəmmədi 
yenidən  onun  əleyhinə  çıxmağa  vadar  etdi.  Buna  əsas  olaraq 
Ermənistanın  güclənib  tamamilə  Xilafətin  nüfuzu  altından  çıxa 
biləcəyindən  ehtiyat  edilirdi.  893/4-cü  ildə  Məhəmməd  böyük  bir 
qoşun topladı, tezliklə Naxçıvandan keçdi və Dvin hasarlarına gəlib 
çıxdı.  I  Sumbat  öz  qoşununu  Araqas  dağı  yaxınlığında  topladı. 
Ermənilər katolikos II Georqu (876—897) barışıq təklifi ilə Aişinin 
yanına göndərdilər; Afşin  I Sumbatı  ona təslim vermək şərtini irəli 
sürdü, lakin bu təklif rədd olundu. Onda Afşin II Georqun əl-qolunu 
zəncirlədi  və  vuruşmaya  atıldı,  lakin  Vjan  qalası  yanında  məğlub 
oldu.'*® Afşin I Sumbata sülh təklif etdi və bu təklif qəbul olundu. 
Katolikos II Georq- dan başqa bütün erməni əsirləri qaytarıldı. Afşin I 
Sumbata  ikinci  dəfə  padşahlıq  tacı  göndərərək  onun  müstəqilliyini 
tanıdı.'*®  Bir  müddət  sonra  Albaniya  padşahı  Qriqori  Xamam  Af- 
şinə pul verib katolikos II Georqu xilas etdi.'®® 
896-cı ildə I Sumbat, yəqin ki, öz ordusunun gücünü göstərmək 
və eyni zamanda ona düşmən olan Arsruni nəslini zəiflətmək üçün öz 
qoşununu  Karin  vilayətini  tutmağa  göndərdi;  o  zaman  isə  həmin 
vilayət  Suriya  hakimi  Əhməd  ibn  Tulunun  işğalında  idi.  Lakin  İbn 
Tulun I Sumbatın 100 minlik qoşununu məğlub etdi.'®' 
I  Sumbatın  qaçması,  Ermənistanda  qarışıqlığın  başlanması  və 
naxararlar arasında çəkişmənin yenidən qalxması Məhəmməd Afşinə 
Ermənistana  yenidən  basqın  etməyə  imkan  verdi.  Afşin  Qarsda  I 
Sumbatın arvadını və başqa qohumlarını, habelə I Sumbatla birlikdə 
qaçan  erməni  naxararları  ailələrindən  çoxunu  əsir  etdi.  Bütün 
Ermənistanı  tutub  var-yoxdan  çıxaran  Afşin  öz  qoşunlarını 
Gürcüstanın  üstünə  yeritdi,  çünki  buranın  Kuropalatı  I  Artnersex 
(881—926) I Sumbatın vassalı 
181 


hesab  olunurdu.  I  Sumbat  Afşinin  hakimiyyətini  danışıqsız  qəbul 
etdi, Afşin isə oğlu Divdadı (ermənicə Tevtad) burada canişin qoyub 
ölkəni tərk etdi".*®^ 
Gürcüstana  basqın  edən  Aişin  Tiflisi  və  digər  şəhərləri  talayıb 
viran etdi, lakin az sonra Ermənistana qayıtmalı oldu, çünki I Sumbat 
onun burada olmamasından istifadə edərək. Ani və Dvini tutmuş və 
Divdadı  ona  bac  verməyə  məcbur  etm i ş d i . L a k i n   Afşin  yolda 
vəba xəstəliyinə tutulub öldü. Mənbələrdən belə məlumat verilir ki, 
"288 (901)-ci ildə Azərbaycanda vəba başlandı. O qədər adam öldü 
ki,  ölülərə  kəfən  tapmaq  mümkün  olmadığı  üçün  onları  paltara  və 
keçəyə  bürüyürdülər.  Onları  basdırmırdılar  və  onlar  yollarda  atılıb 
qalırdı.  Sonra  vəba  Məhəmməd  ibn  Əbu-s-Sacın  yaxın  adamlarını 
tutdu, onun adamları və xidmətçilərindən çoxu öldü. Bundan sonra, 
Afşin  deyə  adlanan  ibn  Əbu-s-Sac  özü  mart  ayında  Azərbaycanın 
Bərdə şəhərində öldü".^^‘ 
Məhəmməd Afşinin Azərbaycanda kəsdirdiyi 285 (898)-ci il və 
287 (900)-ci il tarixli gümüş sikkələr bizə məlumdur.'*® 
İbn  Əbu-s-Sacın  ikinci  oğlu  Əbü-l-Qasim  Yusif  271 
(884—885)-ci  ildə  Məkkə  hakimi  oldu.  Həcc  zamanı  o,  Mədinə 
hakimi  və  Məkkə  yolu  rəisi  Əhməd  ibn  Məhəmməd  ət-Tainin 
dəstəsinin  qoruduğu  zəvvarlara  hücum  etmişdi.  Məkkə  darvazaları 
yanındakı  vuruşmada  Yusif  məğlub  edilib  əli-qolu  zəncirli  halda 
Bağdada  göndərilmişdi.'*®  Sonrakı  illərdə  Yusifin  nə  iş  gördüyü 
barədə mənbələrdə bir söz deyilmir. Yalnız 280 (893—894)-ci ildə 
Təbəri  belə  məlumat  verir  ki,  Yusif  ibn  Əbu-s-Sac  Mosul  yolunda 
xaricilərə hücum edərək onların bir hissəsini qırmışdı.'*^ 
282 (895—896)-ci ildə xəlifə əl-Mötədid Yusifi xaricilərə qarşı 
mübarizə  üçün  əs-Saymaraya  Fəth  əl-Kəlanisinin  köməyinə 
göndərmişdi,  lakin  Yusif  oraya  gedərkən  özünə  tabe  olanlarla 
birlikdə  şimala  tərəf  getdi  və  Marağaya  öz  qardaşı  Məhəmməd 
Afşinin yanına gəldi.'** 901-ci ildə Məhəmməd Afşinin ölümünədək 
Yusif Azərbaycanda qaldı, lakin iş başında olmadı. 
Məhəmməd  öləndən  sonra,  onun  qoşunları  məclis  qurdular  və 
oğlu Divdadı özlərinə başçı seçdilər. Yusif onları qısa müddətə tərk 
etdi.  Bir  və  ya  iki  ay  sonra.  Yusif  901-ci  ilin  avqustunda  öz 
tərəfdarlarını  toplayıb,  qardaşı  oğlunun  qoşununa  hücum  etdi. 
Divdadın tərəfdarları qaçdılar və o, tək qaldı. Qoşun Yusifə itaət etdi, 
o da xəlifənin Azərbaycandakı hakimi və canişini vəzifəsini tutdu.'*® 
Yusif Divdada təklif etdi ki, onun 
182 


yanında qalsın, lakin Divdad bu təklifi rədd etdi və Bağdada xəlifənin 
yanında qulluq etməyə getdi. 
Bu zaman Yusif ibn Əbu-s-Sac Xilafətdən ayrılmaq üçün birinci 
ciddi  təşəbbüs  göstərir.  Xəlifə  əl-Müktəfi  (902—908)  təklikdə 
Yusifin öhdəsindən gələ bilmədiyinə görə I Sumbata məktub yazaraq 
təklif  etdi  ki,  qoşunla  Yusifin  üstünə  getsin.  I  Sumbat  qoşununu 
yeritdi, lakin bu barədə Yusifin özünə xəbər verməyi qət etdi. Yusif I 
Sumbatın bu hərəkətlərində ittifaqa xəyanət gördü və 907-ci ildə öz 
qoşununu  I  Sumbatın  üstünə  y e r i t d i . I   Sumbatdan  narazı  olan 
Kuropalat  II  Atrner-  sex,  Vaspurakan  knyazı  Haciq  Arsruni  və  I 
Sumbatın qardaşı oğlu Şapııx Baqratuni Yusifə qoşuldular. 
Lakin  xəlifə  əl-Müktəfinin  ölümü  Yusif  haqqındakı  planını 
həyata  keçirməyə  mane  oldu.  Xilafət  taxtına  çıxan  əl-Müqtə-  dir 
(908—932/296/908)  Yusif  ibn  Əbu-s-Sacı  Marağa  hakimi  və 
Azərbaycan canişini vəzifəsinə təyin etdi.*®^ 
Yusif Azərbaycan və Ermənistan canişini olan zaman I Sumbat
onun  hakimiyyətini  tanımaq  istəməyərək,  xəlifəyə  məktub  yazıb 
xahiş  etdi  ki,  Ermənistanı  Yusifin  canişinliyindən  azad  etsin, 
əvəzində  isə  Ermənistanın  Xilafətə  tam  itaət  edəcəyini  vəd  etdi. 
Yusif  bundan  xəbər  tutan  kimi,  qoşunlarını  dairəvi  yola 
(Bərdə—Tiflis—Taşir—Şirak  yolu  itə)  yeritdi  və  erməni 
qoşunlarının  müqavimətinə  baxmayaraq,  Dvinə  çatdı.  Mənbələrin 
verdiyi məlumatdan göründüyü kimi, az sonra barışıq oldu və Yusif 
Marağaya qayıtdı. 
Sonrakı  ildə  Yusif,  erməni  knyazları  arasındakı  ədavətdən 
istifadə edərək, yenidən Ermənistana basqın etdi. Naxçıvanda Hagiq 
Arsruninin  qoşunları  ona  qoşuldu;  hər  vasitə  ilə  Arsru-  nini  I 
Sumbata qarşı qaldıran Yusif ona padşahlıq tacı təqdim etmişdi.^®® 
I  Sumbat  əmələ  gəlmiş  vəziyyətin  gərginliyini  azaltmaq, 
Ermənistanda  asayişi  bərpa  etmək,  narazı  knyazları  sakitləşdirmək 
və  Yusifin  hücumunu  dayandırmaq  məqsədilə  katoli-  kos  tohannı 
hədiyyələrlə Yusifin yanına göndərdi ki, onun ürəyini ələ alsın. Hərbi 
əməliyyatı  dayandırmasını  ondan  xahiş  etsin.  Yusif  bilirdi  ki, 
katolikos  Ermənistanda  olmayan  zaman  orada  hərc-mərclik 
başlanacaqdır, odur ki, katolikosu öz ordugahında saxladı və hücumu 
davam etdirdi,^®‘‘ Yusifə müqavimət göstərən Sünik qoşunları tez 
məğlub  edildi  və  az  sonra  knyaz  Sufan  itaət  etmək  üçün  Yusifin 
yanına gəldi.^®® 
Araz sahilində ordugah quran Yusif I Sumbata bir qasid (çapar) 
göndərib, bac istədi. I Sumbat Ermənistanda bütün 
183 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə