Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə59/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   55   56   57   58   59   60   61   62   ...   107

minin güclənməsi ilə əlamətdardır. Çoxsaylı mütəğəlliblərin hərəkatı 
güclənir  və  onlardan  hər  biri  mərkəzi  hakimiyyətin  çətinlikləri  və 
zəifləməsindən  istifadə  edərək,  ayrılmağa,  özü  üçün  yarıınmüstəqil 
və ya müstəqil hakimlik yaratmağa cəhd edirdi. Əvvəlcə bu hökmdar 
və  ya  canişinlər  Öz  vilayətlərində  yığılıb  xəlifənin  xəzinəsinə 
göndərilən vergilərin məbləğini azaltmağa başlayır, sonralar isə beyt 
ül-mala  pul  göndərilməsini  tamamilə  dayandırırdılar.  Əgər  belə  bir 
mütəğəliibə daha zəif qonşusunun torpaqlarını özününkünə qatmağa, 
güclü qoşun təşkil etməyə və onun üstünə göndərilən nizami xəlifə 
ordularını  məğlub  etmək  nəsib  olurdusa,  xəlifələr  onların  öz 
vilayətlərində  ağalıq  etməyə  tam  ixtiyarı  olduğunu  qəbul  edirdilər, 
yalnız bir şərtlə ki, onlar xütbə oxunanda xəlifənin adını çəkməyi öz 
öhdələrinə götürsünlər. 
Sacilər  dövləti  IX  əsrin  axırıncı  rübündə  Xilafətdən  ayrılma 
nəticəsində  Azərbaycan  ərazisində  əmələ  gəlmiş  feodal  dövləti  idi. 
M.X.Şərifli  qeyd  edir  ki,  bu  dövlətin  tarixi  son  vaxtlaradək  ətraflı 
öyrənilmirdi.Doğrudan da, bu dövlətin meydana gəlməsi, tərəqqisi və 
süqutu  tarixi  tədqiqatçıların  diqqətindən  q a ç m ı ş d ı r . M ə r h u m  
professor  P.K.Juzenin  qeyd  etdiyi  kimi,  Sacilər  ”IX  əsrin  ikinci 
yarısında  meydana  gəlib  Azərbaycan  və  Ermənistana  bir  neçə 
bacarıqlı  hökmdar  verən  türk  sülaləsindən"  idilər.Sacilər 
familiyasının  nümayəndəsi  olan  Əbu-s-Sac  Divdad  ibn  Yusif  ibn 
Divdast  Usruşan-  da  dağlıq  Cankakat  kəndindəndir,  bir  mənbədə 
verilən  məlumata  görə,  o,  "adlı-sanlı  türk  sərkərdələrindən  olub^^^ 
eyni  adlı  sülalənin  banisi  idi;  bu  sülalə  Xilafət  qarşısındakı 
xidmətlərinə görə, Xilafətin çox böyük əyaləti olan Azərbaycanı bir 
mülk kimi almışdı 
İlk  dəfə  Təbəri  222  (837)-ci  ildə  Babəkə  qarşı  müharibədə 
Əbu-s-Sacın iştirakı ilə əlaqədar olaraq onun haqqında məlumat verir. 
Əbu-s-Sac könüllülər dəstəsinin komandiri olaraq, Babəki tutmaq və 
Bərzəndə Afşin Heydər ibn Kavusun  yanına aparmaqda  fəal iştirak 
etmişdi.*^® 224 (839)-cu ildə Afşin Azərbaycanda üsyan qaldırmış 
Minkicavr əl-Fərqaniyə qarşı Əbu-s-Sacı böyük bir ordunun başında 
g ö n d ə r m i ş d i . Y e n ə   həmin  ildə  xəlifə  Mötəsim  onu  Xilafətə 
qarşı  üsyan  qaldırmış  Təbəristan  hakimi  Məzyərin  üstünə 
g ö n d ə r i r . H i c r i  242 və 244-cü ildə xəlifə Mütəvəkkil Əbu-s-Sacı 
Məkkə  yolunun  rəisi  təyin  edərək,  Cəfər  ibn  Dinarı  bu  vəzifədən 
çıxarır.  Bu,  çox  yüksək  vəzifə  idi,  çünki  bu  vəzifə  yalnız  xəlifə 
sarayına, xüsusilə yaxın şəxslərə verilirdi və onun böyük gəliri vardı. 
178 


Əbu-s-Sac 251 (865)-ci ilədək bu vəzifədə qaldı. Həmin ildə xəlifə 
taxtına çıxmaq iddiasında olan əl-Müstəin (862—866) ilə əl-Mötəzz 
(866—869)  arasında  baş  verən  ixtilafda  Əbu-s-Sac  əl  MÖtəzzin 
tərəfini  saxladı  və  251-ci  ildə  Cərcəraya  məntəqəsində  Bəikbak  və 
digər  əmirlərin  komandanlığı  altında  əl-Müstə-  in  tərəfdarlarının 
hərbi  dəstələrini  üç  dəfə  məğlub  etdi.^^“  Sonra  252  (856)-ci  ildə 
Əbu-s-Sac  Kufə  və  onun  ətrafının  canişini  təyin  olunur^®*  və 
yenidən Məkkə yolunun rəisi vəzifəsinə qayıdır. 
Xəlifə  əl-Mötəzz  254  (868)-cü  ildə  Əbu-s-Sacı  Hələb,  Kinni- 
sirin,  Diyar  Modar  və  ucqar  sərhədlərə  hakim  təyin  edir.'®^ 
Əbu-s-Sac  256  (870)-cı  ilədək  bu  vəzifədə  qaldı,  sonra  xəlifə 
əl-Mötəmid ona əmr etdi ki, Ermənistanda üsyan qaldırmış Əhməd 
ibn  tsa  ibn  Şeyxə  qarşı  müharibəyə  getsin.Əbu-s-Sac  261  (874)-ci 
ilədək  İbn  Şeyx  və  digər  mütəğəlliblərə  qarşı  vuruşmalarda  iştirak 
etmişdir. Sonra xəlifə onu daha məsul olan Əhvaz hakimi vəzifəsinə 
keçirdi  və  burada  üsyan  qaldırmış  zinclərlə  mübarizə  etməyi  ona 
tapşırdı.Əbu-s-Sacın  qoşunları  əd-Duİab  məntəqəsi  yanında  dinclər 
tərəfindən məğlub edildi. Bundan sonra o, Əskər Mükrəmə çəkildi, 
zinclər  də  Əh-  vazı  tutdular.  Əbu-s-Sac  canişin  vəzifəsindən  kənar 
edildi və ömrünün axırınadək ancaq zinclərə qarşı müharibədə iştirak 
etdi. O, 266 (879)-cı ildə Cündi Səburda öldü.^^® 
Əbu-s-Sac öləndən sonra iki oğlu — Məhəmməd və Yusif onun 
varisi oldular. 
Əbu  Übeydullah  Məhəmməd  ibn  Əbu-s-Sac,  atası  ölən  ildə 
xəlifə  əl-Mötəmid  tərəfindən  Məkkə  və  Mədinə  hakimi  və  Məkkə 
yolunun rəisi təyin edilnıişdi.^^’^ 
Hicri  269-cu  ilin  II  cuniada  ayında  (16.XII.882—14.1.883) 
Məhəmməd  ibn  Əbu-s-Sac  Anbar  canişini.  Fərat  və  Rəhbiyyə 
yollarının  rəisi  təyin  olunur.  Məhəmməd  bu  vəzifədə  özünü  çox 
mahir hakim və sərkərdə kimi göstərib xəlifənin diqqətini cəlb etdi. 
Məhəmmədin keçirdiyi əhəmiyyətli hərbi əməliyyatlardan biri, onun 
273 (886—887)-cü ildə Suriya canişini İshaq ibn Kundac üzərindəki 
qələbəsi idi. Məhəmməd bu zaman Mosul hakimi, Kinnisirin və digər 
şəhərlərin canişini idi. O, rütbəsinə görə daha yüksəkdə dayanmasına 
baxmayaraq,  İshaq  onu  tanımaqdan  boyun  qaçırdı  və  ona  tabe 
olmadı. Onda Məhəmməd Misir hakimi Xumaraveyh ibn Əhməd ibn 
Tulundan  kömək  istədi.  Məhəmməd  Xumaraveyhin  hakimiyyətini 
tanıdı,  öz  oğlu  Divdadı  ona  girov  göndərdi  və  Misir  qoşunlarının 
köməyilə bir neçə vuruşmada İbn Kundacın qoşunlarını dar 
179 


madağın etdi. Həmin ildə Məhəmməd Mosul rayonunda üsyan edən 
xariciləri də əzdi.'^® 
Məhəmməd  Misir  qoşunlarının  köməyi  ilə  Cəzirə  və  Mosulu 
əlinə keçirdi və sonrakı 274-cü hicri ilində öz himayəçisi və müttəfiqi 
Xumaraveyhin  əleyhinə  çıxdı.  Lakin  məğlub  edilərək,  qaçmağa  üz 
qoydu. Eyni əhvalat 275 (888—889)-ci ildə də təkrar olundu. İshaq 
ibn  Kundac  bu  vəziyyətdən  istifadə  edərək  Məhəmmədin  əleyhinə 
çıxış  etdi.  Məhəmməd  öz  qoşununun  az  olmasına  baxmayaraq  İbn 
Kundacı məğlub etdi və bununla da xəlifənin tərifinə layiq görüldü. 
276  (889—890)-cı  ildə  Məhəmməd  Cibal  hakimi  təyin  edil- 
di’‘® və həmin ildə ilk dəfə olaraq Azərbaycanın hakimi oldu.^" 
Məhəmməd  bu  ölkəyə  gələndən  sonra  Marağa  hökmdarı 
Abdullah  ibn  Hüseyn  əl-Həmədani  onun  əleyhinə  qalxdı,  lakin 
məğlub  olaraq  Marağaya  çəkilib  gizləndi;  Məhəmməd  yalnız  uzun 
mühasirədən sonra şəhəri ala bildi. 
278  (892)-ci  ildə  Məhəmməd  Xilafətə  yenidən  böyük  xidmət 
göstərdi: xəlifə əl Mötəmidin ölümü nəticəsində Bağdadda baş verən 
qarışıqlıq  və  iğtişaş  zamanında,  Məhəmməd  ibn  Əbu-s-Sac  taxtın 
canişini  əleyhinə  üsyan  qaldıran  qoşun  və  bədəviləri  yatırtdı.  Yeni 
xəlifə  əl-Mutədid  (892—902)  ona  Azərbaycana  qayıtmağa  icazə 
verdi. 
Xəlifə 285 (898)-ci ildə Məhəmmədi Azərbaycan, Ermənistan və 
digər dağlıq ölkələrin canişini təyin etdi və fəxri xələtlə təltif etdi.^'*^ 
Məhəmməd  286  (899)-cı  ildə  Bağdada  gəldi,  ita-  ətsizlik  göstərib 
Xilafətdən ayrılmayacagının təminatı olaraq, öz oğlu Əbü-l-Müsafiri 
girov kimi gətirdi. 
Məhəmməd  canişinliyə  başlayanda,  erməni  padşahı  I  Aşot 
Baqratuni (866—890) öldü və oğlu I Sumbat xəlifə əl-Mötədidə elçi 
göndərib,  taxta  çıxdığını  bildirdi  və  xahiş  etdi  ki,  onun  padşahlıq 
rütbəsini  təsdiq  etsin.  Mənbələrdə  bildirilir  ki,  xəlifə  I  Sumbatı 
Ermənistan  padşahı  hüququnda  təsdiq  etdi  və  ona  Məhəmməd  ibn 
Əbu-s-Sac  ilə  padşahlıq  tacı  və  fəxri  xələt  göndərdi.  Yerazqavors 
qəsəbəsində Aişin təntənə ilə I Sumbatın başına tac qoydu. 
Xəlifə  əl-Mötədidin  Aişini  I  Sumbatın  tacqoyma  mərasiminə 
göndərməkdə  məqsədi  Bizans  sərhəddində  mühüm  bir  vilayət  olan 
Ermənistanı  Xilafətə  yaxınlaşdırmaq  və  Bizans  sarayının  erməni 
zadəganlarına  olan  təsirini  azaltmaq  idi.  Mənbələrdən  göründüyü 
kimi. Bizans imperator Müdrik Levin (866—911) şəxsində, ərəblərə 
qarşı apardığı mübarizədə Ermə- 
180 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə