Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə61/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   57   58   59   60   61   62   63   64   ...   107

vergiləri beşqat artırmalı oldu ki, Yusifin tələb etdiyi 60 min dinar 
pulu versin. Lakin bu. Yusifin qurduğu kələkdi, çünki o, ermənilərə 
qarşı  hücumu  davam  etdirirdi.  Dzeknavatçor  qəsəbəsində  erməni 
qoşunları  əzilib  qaçmağa  üz  qoydular.’®®  I  Sumbat  özü  Şiraka 
qaçdı. 
Yusif  I  Sumbatın  qaçdığını  öyrənən  kimi  Şirakı  talayıb  viran 
etdi,  oradan  da  Dvini  gedib  tutdu.  Yusif  I  Sumbatı  təqib  edərkən 
Gürcüstana  girib.  Cəfər  ibn  Əlinin  idarə  etdiyi  Tiflisi  tutdu.  Yusif 
Gürcüstanı  (Kartli)  talayıb  viran  etdikdən  sonra,  qoşunlarını 
Kaxetiyaya  yeritdi,  hər  yeri  oda  verib  qılıncdan  keçirdi.  Yusifin 
qoşunları Kürün sol sahili ilə irəliləyərək, Ça- vaxetini və Samsxeni 
tutdu, bu vilayətlərin şəhər və kəndlərini taladı, istehkam və qalaları 
dağıtdı.’®^ 
Samsxedə,  Cakissxali  çayının  sol  sahilində  yerləşən  və  çoxlu 
əyan və zadəganlarının toplandığı  Kveli qalası Yusifin  qoşunlarına 
şiddətli  müqavimət  göstərdi.  Mühasirə  olunanlar  içərisində  Kveli 
monastırının  baş  rahibi  Mixail  (Qobron)  da  var  idi.  Qala  üstündə 
qızışıb 26 gün davanı edən vuruşmada "hər iki tərəfdən atılan çoxlu 
ox  və  nizələrdən  günəşin  üzü  tutulurdu.  Sonralar  ox  və  nizələr 
yüzlərlə  dəvəyə  yüklənmişdi".’®®  Qalada  mühasirədə  qalmış 
gürcülər  şiddətli  müqavimət  göstərdilər  və  yalnız  sursat  cəhətdən 
çətinlik çəkdiklərinə görə Yusif qalanı tuta bildi. 
26 gün mühasirədən sonra qala alındı və onun qarnizonu yalnız 
barışıq  şərtləri  əsasında  silahı  yerə  qoydu.  Lakin  Yusifin  qoşunları 
silahı təslim edən gürcüləri qırdılar. Qobron başda olmaqla 133 nəfər 
öldürülmədi. Onların hamısına təklif etdilər ki, xristianlıqdan əl çəkib 
islam dinini qəbul etsinlər, lakin əsirlər imtina etdiklərinə görə, edam 
edildilər. Sonralar Qobron başda olmaqla 133 nəfərin hamısı gürcü 
kilsəsinin müqəddəsləri sırasına daxil edildi.’®® 
Yusifin  Ermənistanda  olmamasından  istifadə  edən  padşah  I 
Sumbat ölkəyə qayıtdı və Yerazqavorsk qalasına girib möhkəmləndi. 
burada o, bir az qoşun yığdı və Gürcüstandan qayıdan Yusifə qarşı 
göndərdi. Niq mahalındakı vuruşmada erməni qoşunu məğlub edildi. 
I Sumbatın oğlu Muşeq əsir düşdü və az sonra onu zəhərlədilər.’"^® 
Müttəfiqsiz və təbəəsiz qalan I Sumbat Yeraxsadzor vilayətində 
Kapuyt  qalasına  girib  orada  qaldı.Ölkəsini  Yusifin  qoşunları 
tərəfindən talanmış və dağılmış halda görən I Sumbat çarəsiz qalıb 
belə  qət  etdi:  Ermənistanın  bundan  sonra  da  talanma-  sım 
dayandırmaq üçün könüllü surətdə Yusifə təslim oldu.”^ 
1S4 


913-cü ildə Yusifin qoşunları I Sumbatın son dayağı olan 
Yerencak qalasını alıb, orada padşalıın ailəsini və bütün zadəgan 
ailələrini tutdu, çoxlu cavahirat və xəzinə ələ keçirdi. Ermənistan 
Yusif ibn Əbu-s-Sac tərəfindən tamamilə itaət altına alındı. 914-cü 
ildə Yusif I Sumbatı Dvində dar ağacından asdı,^'^'* I Sumbatın 
qardaşı oğlu və öz müttəfiqi Aşotu Ermənistan hakimi təyin etdi. 
Yusif Əbu-s-Sacın Ermənistanı itaət altına alması İbn Höv- qəlin 
verdiyi bu məlumatla təsdiq olunur: "Dəbil vilayəti keçmişdə, bütün 
ermənilərin padşahı I Sumbat ibn Aşota baxırdı. Əbü-l-Qasim Yusif 
ibn Əbu-s-Sac bütün erməni knyazlarını çı- xardıb ölkədən qovdu və 
müqavilələr  əsasında  onlardan  cizyə  almağa  başladı,  onlar  hələ 
Əməvilərin 
dövründə 
həmin 
müqavilələrə 
əsasən 
vergi 
ödəyirdilər.^^® 
Beləliklə, 915-ci il üçün Yusif Azərbaycan və Ermənistanda öz 
hakimiyyətini  möhkəmlətdi.  Sacilər  dövləti  qərbdə  Ani  və  Dvin 
şəhərlərindən,  şərqdə  Xəzər  dənizinədək,  cənubda  Zəncandan, 
şimalda  Dərbənd  şəhərinədək  uzanan  çox  böyük  ərazi  tutmuş  bir 
dövlət  oldu.'^®  Hilal  Əs-Sabinin  məlumatına  görə,  Yusif  ibn 
Əbu-s-Sacın hökmranlığı zamanında Dərbənd hasarının sualtı hissəsi 
uçmuşdu.  Vəzir  İbn  əl-Furata  yaxın  olan  adamlardan  biri  —  Əbu 
əi-Həsən ibn Həmdun ona demişdi: "Mən Yusif ibn Divdad ilə Bab 
ül-Əbvab mahalında idim, bu, xəzərlərlə iranlıların torpağı arasında 
Ənuşirəvanın  tikdirdiyi  bir  səddir.  Hasarın  uzunluğu  —  bir  günlük 
piyada  yoldur.  Divar  yelpik  [mirvəh]  şəklində  dənizə  tərəf  gedir, 
onun  uzunluğu  600  dirsəkdir  [450  m].  Bu  hasar  Xəzər  gəmilərinin 
gəlib keçməsinə mane olur. Darvazalar dəmirdən, hasar isə yonulmuş 
daşdan [qayırılmışdı]. Hər daşda iki deşik  var, buraya iki dəmir tir 
salınmış  və  yerinə  qurğuşun  əridilib  tökülmüşdü.  Dənizdə  olan 
mirvəh də həmin qaydada qayırılmışdır. Belə oldu ki, bu mirvəh uçdu 
və Yusif ibn Divdada onu bərpa etmək lazım gəldiyini xəbər verdilər. 
O,  mühəndisləri  və  təcrübəli  ustaları  topladı.  Onlar  bildirdilər  ki, 
mərvəhi bərpa etmək üçün 60 min dinar lazımdır. 
[Yusif]  vəzir  Əbü-l-Həsən  ibn  əl-Furata  bu  barədə  yazdı  və 
bərpa işləri üçün ayırdığı pulu ləngitdiyi üçün üzr istədi. İbn əl-Furat 
ona  belə  yazdı:  "Mirvəhin  vəziyyəti  haqqında  yazdığı  məktubdan 
[onun  bərpası  üçün]  nə  qədər  pul  xərcləmək  lazım  olduğunu  başa 
düşdüm. Biz tarixlərdə oxuduq ki, Ənuşirəvan bu tikinti üçün ehtiyat 
edərək, baş verə biləcək hadisə üçün kifayət qədər vəsait ayırmışdı. 
Şəhərin ağsaqqallarını və qoca 
185 


adamlarını  yığ  və  onlardan  soruş,  bu  hadisəyədək  mirvəh  da- 
ğılmışdımı,  əgər  desələr,  dağılmışdı,  deməli,  orada  [ehtiyat]  alətlər 
olmalıdır. Əgər dağılmamışdırsa, sən onlardan həmin alətləri tələb et 
və onları taparsan. Mənə yaz görüm nə iş görmüsən". Məktub Yusifə 
çatanda, o, qocaları yığıb, bu barədə onlardan soruşdu, lakin bir adam 
tapılmadı  ki,  bu  hadisəyədək  mirvəhin  uçduğunu  bilsin  və  ya 
xatırlasın. [Yusif] onlardan alətləri və bunların yerini soruşdu, lakin 
bir  nəfərdən  başqa  heç  kəs  bunu  bilmədi;  o  adam  dedi:  "Mən  bu 
barədə  danışan  qocalardan  eşitmişəm.  Onlar  deyirdilər  ki,  [alətlər] 
mirvəhin yaxınlığında gizlədilmişdir". Alətləri axtarmağa başladılar, 
tapıb çıxartdılar. Alətlər hasarı bərpa etmək üçün zəruri olduğu (tam) 
şəkildə var idİ. Həm də o qədər pul sərf etmək lazım deyildi, bircə 
inşaatçılara əmək haqqı veriləcəkdi". 
Gətirilən bu parça Sacilərin öz torpaqlarının şimal sərhədlərinin 
təhlükəsizliyinə necə diqqət verdiyini göstərir, xüsusilə ona görə ki, 
Yusifin hökmranlığı zamanı ruslar^^’“ sacilərin və qonşu vilayətlərin 
torpaqlarına hücum etmişdilər. 
Məsudinin  verdiyi  məlumata  görə,  300  (912—913)-cü  ildən 
sonra  ruslar  Volqa  yolu  ilə  Xəzər  dənizinə  gəldilər  və  Corcan 
sahillərində Abeskuna çatdılar, sonra da Təbəristana keçdilər. Bütün 
Xəzər sahili boyunca, gələnlərdən qorxub vahiməyə düşdülər, çünki 
onları indiyədək heç kəs görməmişdi. Azərbaycan, Arran, Beyləqan, 
Bərdə  və  sair  şəhərlərin,  Deyləm,  Cİbal  və  Təbəristan  əhalisi  öz 
evlərini buraxıb qaçırdı, çünki heç bir zaman düşmən dənizdən onlara 
hücum  etməmişdi.  Məsudi  deyir:  "Bu,  Əbu-s-Sacın  dövründə 
idi"^’^®.  Sonra  yenə  o  bildirir  ki,  ruslar  gəmilərlə  Xəzərin  cənub 
sahillərinə  çatıb,  öz  dəstələrini  Corcan,  Abşeron  (Bilad  ən-neft) 
sahillərinə  və  Ər-  dəbilə  üçgünlük  yol  olan  bir  yerdə  Azərbaycan 
sahilinə  çıxartdılar.  Ruslar  gilanlılarla,  deyləmilərlə  və  ibn 
Əbu-s-Sacın sərkərdələrindən birinin komandanlığı altındakı ordu ilə 
vuruşdular.  Onlar  Şirvan  dövlətində  Bakı  adı  ilə  məşhur  olan  neft 
sahillərindən  bir  neçə  kilometr  aralı  adalarda  gizləndilər.  Həmin 
günlərdə Şirvan hökmdarı Əli İbn Heysəm idi. Camaat [vuruşmaya] 
hazırlaşdı, qayıqlara və tacir gəmilərinə minib, həmin adalara getdi. 
Ruslar  onların  üstünə  atıldılar  və  minlərlə  müsəlman  Öldürüldü  və 
suda boğuldu. Ruslar aylarla bu dənizdə qalıb, ticarətə və dənizlə olan 
hər hansı bir səfərə mane olurdular. Ruslar kifayət qədər sərvət qarət 
etdikdən  sonra  daha  adalarda  qalmaqdan  bezdikləri  üçün  Xəzər 
[Volqa] çayının ağzına tərəf yola düşdülər. 
166 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə