Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə64/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   60   61   62   63   64   65   66   67   ...   107

Amaras  yepiskopu  Saak,  Xoşi  yepiskopu  Yelizar,  Meskoqman 
yepiskopu  İzrael,  Mesirank  yepiskopu  Zaxari  və  Girdiman 
yepiskopu  İohakim®  ilə  ölkəmizin  abadlığı  və  dinimizin 
pravoslavlığı haqqında danışıb razılaşmışlar. 
Beləliklə, mən, Şeroy — apoipat patriki, Girdiman hökmdarı və 
Alban  knyazı,  Varaz  Qriqor  —  patriki  və  Alban  spara-  peti,  Babi 
Şaxrperozyan,  Varaz-Kurdakyan  nəslindən  Zər-  mihr,  Teodoros 
Vstam  Yarevmanyan,  Vaçaqan  nəslindən  Ros-  tom,  Varazakyan, 
Yunsataxyan, Varaz-Yohanyan nəslindən Vahan, Karoyan nəslindən 
Sumbat, Qankaryan nəslindən Maxmat, Rahatyan nəslindən Qriqor, 
Hamgitan  nəslindən  Patrik,  Varokyan  nəslindən  Arevko, 
Mərdanşahyan  nəslindən  Şeroy,  Tamdikyan  nəslindən  ipat  Vartiş 
erməni tarixinin 88-ci ilində*® bu qərara gəldik: 
Siz  Xalkedon  bidəti  və  ya  Mayraqom  barəsində  və  ya  pavli- 
kianlar barəsində və ya qohum ilə kəbin kəsmək" və ya ümumiyyətlə, 
hər  bir  məsələ  haqqında  hər  hansı  bir  tədbir  görəndə  heç  kəsin 
ixtiyarı  yoxdur  ki,  sizin  əmrinizə  tabe  olmasın.  Əgər  bir  beləsi 
çıxarsa, qoy allahın qəzəbinə rast gəlsin, siz də [onu] öz iradənizlə 
mühakimə  etməyə  vəkilsiniz  və  knyazlardan  heç  birinin  haqqı 
yoxdur  ki,  bu  işə  qarışsın;  siz  qəbul  etdiyiniz  qərarların  üstündə 
möhkəm dayanın. 
Mən,  apoipat  patriki,  Girdiman  hökmdarı  və  Albaniya  knyazı 
Şeroy  bütün  öz  azatlarım  ilə  bu  yazının  üstünə  öz  möhürümü 
basdım".*^ 
VII  əsrin  axırı—VIII  əsrin  əvvəllərində  ərəblər  Albaniyada  öz 
hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük 
bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq 
öz zərərlərini ödəmək üçün, əhalidən yığılan vergi yükünü daha da 
ağırlaşdırmağa  başlayanda  ölkədə  xalq  həyəcana  gəlirdi  ki,  bu  da, 
adətən, nəticədə bidət hərəkatı xarakterini alırdı. Bu hərəkatdan biri 
pavlikian hərəkatı idi. 
Girdiman  yepiskopu  Nersesin  (Bakur)  Albeıniya  knyazı  I 
Varaz-Trdatın  arvadı  Sparma  ilə  sazişə  gəlib,  erməni  kilsəsindən 
ayrıldığını  xəbər  alan  kimi  erməni  katolikosunun  ciddi  təşvişə 
düşməsinin  səbəbi  bu  idi  ki,  müxtəlif  bidətlər  tez  yayıla  bilərdi. 
Erməni katolikosu İlya bu barədə xəlifə  Əbdül-Malikə (685—705) 
xəbər verdi və onun köməyi ilə Alban kilsəsini qriqoryanlaşdırmağa 
başlamağa müvəffəq oldu. Nerses əzabla öldürüldü. Sparma zindana 
salındı.*® 
Lakin  fikrimizcə,  katolikos  İlya pavlikian bidətini  Albaniyanın 
yalnız hakim yuxarı təbəqələri arasında yatırmağa mü 
193 


vəffəq olmuşdur. Geniş əhali təbəqələri arasında isə pavlikian bidəti 
böyük  antifeodal  hərəkat  xarakteri  aldı  və  Alban  vilayətlərindən 
Girdiman və xüsusilə Balasakan bu cəhətdən fərqlənirdilər. 
Movses  Xorenski  bu  iki  vilayət  əhalisinin  həyəcan  və 
narazılığını qeyd etmişdir; o yazır ki, "Baxasakan ölkələrində" bir 
"yalançı  nəzəriyyə"  çox  yayılmışdı  və  Girdiman  vadisində  də 
"həmin bidətin ardıcılları var idi. Bunu Movses Kaqankat- vatsi də 
təsdiq edir.^^ 
Erməni  katolikosu  llyanın  xələfi  katolikos  Odzunlu  İohann 
(717—728)  "pavlikianlara  qarşı"  xüsusi  məktub  yazmışdır  və  bu 
məktub  pavlikianları  pisləmiş  Dvin  kilsə  yığıncağının  "32 
qaydasının" əsasım təşkil etmişdir: 
"Pavlikianlar  adlanan  murdar  msxne  təriqətçilərinə  öz  evində 
yataq yeri vermək, yaxud onlara qoşulmaq, onlarla oturub-durmaq, 
söhbət  etmək  olmaz,  əksinə,  onlardan  tamamilə  uzaqlaşmaq, 
iyrənmək və onlara nifrət etmək lazımdır, çünki onlar şeytan balası 
və  əbədi  atəşin  közərtiləridir;  əgər  birisi  onlara  qoşulub  onları 
sevərsə  və  onlarla  dostluq  edərsə,  belələrinə  işgəncə  və  ağır  cəza 
vermək lazımdır, həm də o qədər ki, onların etiqadları sağlamlaşsın 
və möhkəmlənsin. Əgər onlar yenidən belə əmələ qurşansalar, əmr 
edirik  belələrini  vəba  xəstəliyinə  tutulanlar  kimi,  xristian  kilsəsi 
üzvlərindən ayırıb atsınlar".^® 
St.T.Melik-Baxşyan, habelə bir sıra digər erraənişünaslar belə 
zənn  edirlər  ki,  Dvin  yığıncağının  qətnaməsində  adları  çəkilən 
pavlikianlardan "sonralar, təhlükəli bir qüvvə kimi bəhs edilmir".*'^ 
Lakin  Gevondun "Tarix"ində bu kimi fikirləri rədd edən məlumat 
vardır. Gevond "günahkar ogullar"dan^® danışır. Q.Bartikyan belə 
hesab  edir  ki,  bunlar  ancaq  pavlikianlar  ola  bilər.^®  Görünür, 
pavlikianlar  768-ci  ildə  Partav  kilsə  yığıncağının  qətnamələrində 
adı  çəkilən  bidətçilərdən  ibarətdir;  həmin  qətnamədə  belə  deyilir: 
"Qoy  kilsələrdə  maneəsiz  olaraq  vardapetlər  (müəllimlər)  təyin 
olunsunlar  ki,  Allahın  idrak  təliminə  maneəçilik  göstərilməsin  və 
kilsələri pozan təfriqçi bidət onlara sirayət etməsin". 
Ərəb müəlliflərinin verdiyi məlumatda elə hadisələrə və insan 
əməllərinə təsadüf edirik ki, bunlar pavlikianların fəaliyyətinə çox 
oxşayır.  VIII—IX  əsrlərdə  Beyləqan  əyalətinin  əhalisi  ərəblərə 
möhkəm  itaətsizlik  göstərirdilər:  fikrimizcə,  bu  hal  Albaniyada 
bidətçilərin, xüsusilə pavlikianların böyük fəaliyyətinin nəticəsi idi. 
Məsələn,  Bəlazuri  bildirir  ki,  xəlifə  Əbü-l-Abbasın  (750—754) 
hökmranlığı zamanı Beyləqan əhali 
194 


si üsyan qaldırıb Gilab qalasına girmişdi; onların başçısı  Ka- bad 
ibn  Asəf  əl-Beyləqani  idi.^^  Yəqubi  də  bu  hadisədən  bəhs  edir, 
lakin  əlavə  edir  ki,  "Gilab  qalasına  çoxlu  avara  toplanmışdı"  və 
bunların başçısı Vard ibn Səfvan əs-Sami idi.^^ Yəqubi "avaralar" 
deyəndə,  Gevondun  "günahkar  oğullar"  adını  verdiyi  adamlara 
oxşar insanları nəzərdə tuturdu. 
Daha  sonra  Yəqubi  bildirir  ki,  xəlifə  Harun  ər-Rəşidin 
(786—809)  dövründə  Beyləqan  əhalisi  Bərdəyə  gəlmiş  xəlifə 
canişinin əleyhinə yenidən üsyan qaldırdı. 
"Ağvan tarixi"nin K.Patkanyan tərəfindən edilmiş tərcüməsinə 
daxil  olmayan  bir  neçə  səhifəsində  aşağıdakı  məlumat  vardır: 
"Haman  günlərdə  (841/2-ci  ildə—Z.B.)  balakanasik  beyləqanlılar 
(?/—Z.B.) gəldilər və Sisan Dzor və Amaras mahallarını talayıb viran 
etdilər,  Əbu  Musa  adlanan  Yesai  onlara  qarşı  qalxdı  və  onları 
[tamanülə] əzdi.^'* 
M.M.Altman  yazır  ki,  "naməlum"  balakanlılann  "basqını 
haqqında digər mənbələrdə məlumat yoxdur".Sonrakı tədqiqatlar bu 
nəticənin  düzgün  olmadığını  göstərdi.  Belə  ki,  mənbələrdən  biz 
bilirik  ki,  Ərəb  xilafətinə  qarşı  xürrəmilərin  azadlıq  hərəkatının 
rəhbəri  Babək  Alban  knyazı  Səhl  ibn  Sum-  bat  və  Ablasadın  və 
Vasakın  qoşunları  ilə  Balasakan  vilayətindən  keçərək  birləşməyə 
gedərkən vilayət əhalisi arasında həddən artıq töycü yığdıqları üçün, 
balasakanlılar 827/8-ci ildə Babəkə qarşı üsyan qaldırdılar. Bu üsyan 
müvəffəqiyyətsiz  oldu.  M.Kaqankatvatsi  bildirir  ki,  830/1-ci  ildən 
bir  az 
əvvəl  balasakanlılar  Bercor  mahalına  və  Arsax 
(Qarabağ—Z.B.)  əyalətinin  Ureas,  Karnakaş,  Xakari  və  Tapat 
kəndlərinə  hücum  etdilər,  lakin  Babəkin  köməyi  ilə  Stepannos 
Ablasad tərəfindən darmadağın edildilər".^® 
830/1-ci  ildə  Ablasad  Öldürüldükdən  sonra,  balasakanlılar 
yenidən üsyan qaldırıb  Qorozu^^  tutdular və orada öz mövqelərini 
möhkəmlətdilər. M.Kaqankatvatsinin dediyinə görə, bala- sakanlılar 
bu  dəfə  Albaniyanın  aşağıdakı  vilayətlərini  12  il  ərzində  əllərində 
saxlamışlar:  Verin  Vaykunik,  Bercor,  Sisakan  (və  Kotak),  Mive 
(Xaband), Amaras, Pazkank, Mxank və Tri- qavar. 
Yalnız 12 il keçəndən sonra, təqribən 841/2-ci ildə "Abla- sadın 
adamları  onun  qatilini  tutub  işgəncə  ilə  öldürdülər.  Ab-  lasadın 
qardaşı oğlu, Əbu Musa adlanan Yesai dinclik sevən bir kişi idi; o bu 
vilayətləri  ələ  keçirdi  və  hamıya  hökmranlıq  etdi.  Yenə  haman 
ildə^® Baban (Babək—Z.B.) İrandan Araz çayını keçərək, Amaras 
vilayətində düşərgə saldı 
195 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə