Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə56/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   52   53   54   55   56   57   58   59   ...   107

çəndən sonra o əmr etdi ki, knyazı padşahın yanına aparsınlar, öz fitri 
igidliyindən  ruhlanan  Əbiı  Musa  qorxu  bilmədən  cəsarətlə 
getdi...".®° 
Belə məlum oldu ki, bu, knyaz Əbu Musaya qarşı xəlifə və Buğa 
əl-Kəbirin  hiyləgərliklə  qurduqları  tələ  idi.  Onlar  Əbu  Musanı  və 
Arranın digər knyazlarını aldada bilmiş və onları xəlifənin vədlərinə 
inandırmışdılar. Buğa əl-Kəbir üsyan etmiş bütün knyazları aldadıb 
öz  yanına  gətirdən  kimi  onları  tu-  tub  zəncirləyir,  xəlifənin  yanına 
göndərirdi. Yuxarıda qeyd edildiyi kimi, Buğa əl-Kəbirin tutub əsir 
apardığı knyazlar bunlardır: İsa ibn İstifanus, Əbu əl-Abas əl-Vasi (?) 
adlanan Sunbat İbn Aşot, Arran patriki Müaviyə ibn Səhl ibn Sunbat 
və Adar-Nerse ibn  İshaq əl-Xaşini ("Xaçendən"  — əl-Xaçi- ni),®‘ 
yəni  Bəlazurinin  verdiyi  məlumata  görə.  Buğa  əl-Kəbir 
Zaqafqaziyadan gedərkən Arran, Ermənistanın dağlıq vilayətləri və 
Sünikdə (Sisacanda) Xilafətə itaət etməyən istər xristian, istərsə də 
digər knyazların hamısını tutub Özü ilə apardı.®^ 
3. Şirvanşahlar — Məzyədilər dövləti 
Azərbaycan  və  xüsusilə  Arran  (Şirvan)  tarixində  ərəb  Rə-  biə 
tayfasının  Şeyban  qəbiləsi  nümayəndələri  böyük  yer  tutur;  bunlar 
əvvəlcə mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI 
əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq 
olmuşlar. 
VIII  əsrin  70-ci  illərində  Şeyban  qəbiləsinin  başçısı  Məan  ibn 
Zaidin  vəfatından  sonra,  Məanın  Öz  uşaqları  olduğu  halda,  onun 
qardaşı oğlu Yəzid ibn Məzyəd qəbilə başçısı oldu. Məa- nın arvadı 
ondan  soruşanda  ki:  "Nə  üçün  sən  öz  qardaşın  oğlu  Yəzidi  birinci 
yerə  irəli  çəkir,  öz  uşaqlarını  isə  kənar  edirsən,  halbuki  uşaqlarını 
irəli çəksəydin, onlar da birinci yeri tuta bilərdilər?" Məan buna belə 
cavab verdi: "Yəzid mənə yaxındır və mənim üçün oğul yerindədir. 
Doğrudur, mənim oğullarım mənim üçün daha əzizdirlər, lakin mən 
qardaşım oğlunda gördüyüm istedadı öz oğullarımda görmürəm. O 
istəsə, mümkün olmayan şey mümkün olar, düşmən isə dost olar".'*^ 
Məan haqlı idi; onun qardaşı oğlu Azərbaycan, xüsusilə Şirvan 
tarixinə  aid  sonrakı  hadisələrdə  görkəmli  rol  oynadı.  Təqribən 
1100-cü  ildə  Dərbənddə  tərtib  edilən  "Tarix"  kitabının  müəllifi 
bildirir  ki,  Yəzid  ibn  Məzyəd  ibn  Zaid  ibn  Abdulla  ibn  Zaid  ibn 
Matar  ibn  Şüreyk  ibn  əs-Səlt,  adı  Əmr-ibn  Qeys  ibn  Şuraxbil  ibn 
Xumam ibn Murra ibn Zuhl ibn Şeyban 
169 


əş-Şeybani olan şəxs "adlı-sanlı əmir və məşhur igidlərdən biri 
Xəlifə  Harun  ər-Rəşid  taxta  çıxan  zaman  Yəzid  ibn  Məzyəd 
Zaqafqaziya vilayətlərinin hakimi idi, hərçənd ki, mənbələr onun bu 
vəzifəyə  təyin  olunma  tarixini  göstərmir.  Yəqin  onu  xəlifə  Hadi 
(785—786) təyin etmişdi, çünki xəlifə öz atası Mehdinin vəsiyyətini 
pozaraq, qardaşı Harunu deyil, öz oğlunu özünə xələf təyin etdikdə, 
Yəzid  ibn  Məzyəd  onun  tərəfini  saxlamış  və  digər  sərkərdələrilə 
birlikdə  Harunu  vəliəhd  adından  məhrum  edərək.  Cəfərə  beyət 
etmişdi.®^ Harun ər-Rəşid taxta çıxandan bir il bir neçə aydan sonra 
(788-ci ildə) Yəzid ibn Məzyədi Ermənistandan geri çağırdı və onun 
yerinə  öz  qardaşı  Ubeydullah  ibn  Mehdini təyin  etdi.®®  Sikkələrə 
görə, xəlifə Hadi Yəzidİ ilk dəfə 786-cı ildə Ermənistan hakimi təyin 
etmiş və Yəzid 788/9-cu ilədək bu vəzifədə qalmışdı.®'^ 
Gevondun  verdiyi  məlumata  görə,  Ubeydullah  "ölkəmizə 
özbaşına  iş  görən,  hiyləgər  və  allahdan  qorxmayan  hakimlər  təyin 
edirdi: əvvəlcə Məzyəd oğlu Yəzidi, bir müddət keçəndən sonra isə 
Əbd ül-Kəbiri (ibn Əbd ül-Həmid əl-Ədəvini)"®*. 
Harun  ər-Rəşid  Yəzid  ə  inanmasa  da  onun  xidməti  olmadan 
keçinə  bilmirdi,  odur  ki,  ikinci  dəfə  onu  Azərbaycan,  Arran  və 
Ermənistan  hakimi  təyin  etdi,  çünki  Xilafətin  həmin  vilayətlərində 
baş  verən  iğtişaşların  öhdəsindən  yalnız  Yəzid  gələ  bilirdi.  Yəzid 
ikinci  dəfə  təyin  olunduqdan  sonra  "hər  tərəfdən  Rəbiiləri  oraya 
köçürdü və hazırda (786-dan 788-ci Uə- dək—Z.B.) onlar orada [ərəb 
əhalisinin]  əsas  hissəsini  təşkil  edirlər.  Yəzid  ölkəni  elə  möhkəm 
idarə edirdi ki, heç kəs tərpənməyə qadir deyildi".®® 
788/9-dan  792/3-cü  ilədək  Yəzid  yenidən  iş  başında  deyildi; 
792/3-cü ildə isə Harun ər-Rəşid onu üçüncü dəfə həmin vilayətlərin 
hakimi  təyin  etdi,  çünki  bu  yerlərdə  Xilafətə  qarşı  yenidən  üsyan 
qaldırmışdılar.  Bu  dəfə  yerli  əhalidən  başqa,  ərəb  feodalları  da 
üsyanda iştirak edirdilər. Harun tərəfindən bu vilayətlərə hakim təyin 
edilən  əl-Fəzl  ibn  Yəhya  ibn  Xalid  əl-Bərməki  "bab  ül-Əbvab 
ölkəsinə gələn kimi Xamzin qalasına hücum etmiş, lakin qala əhalisi 
onu qaçmağa məcbur etmişdi; 
0
 isə heç bir şeyin qeydinə qalmadan o 
qədər qaçmışdı ki, nəhayət gedib İraqa çıxmış, ölkədə isə öz yerinə 
Ömər ibn Əyyub əl-Kənanini canişin qoymuşdu. Əl-Fəzl İraqa gələn 
kimi, Əbu əs-Sabahı Ərminiyəyə xərac yığan, Səid ibn Məhəmməd 
əl-  Harranini  isə  ordu  komandanı  göndərdi.  Əbu  əs-Sabah  [oraya] 
çatan kimi, Bərdə əhalisi üsyan qaldıraraq, onu öldürdülər. 
170 


Sonra  Ərminiyə  üsyan  etdi,  burada  Əbu  Müslim  —  şərit  çıxış 
etdi.^®  Bunun  ardınca  əl-Fəzl  Xalid  ibn  Yəzid  ibn  Useyd  əs-Su- 
ləmini hakim təyin etdi və ona kömək üçün Əbd ül-malik ibn Xalid 
əl-Xəraşinin  komandası  altında  5  min  nəfərlik  bir  dəstə  göndərdi. 
Ruyanda  onlar  Əbu  Müslimlə  vuruşdular  və  Əbu  Müslim  onları 
qaçmağa  məcbur  etdi,  özü  isə  Kilab  qalasına  yürüş  edib  onu  aldı. 
Ər-Rəşid bundan sonra əl-Abbas ibn Cərir ibn Yəzid ibn Abdullah 
əl-BəcəIini  Ərminiyəyə  hakim  təyin  etdi,  O,  Bərdəyə  gələn  kimi 
beyiəqanhlar ona qarşı üsyan qaldırdılar, lakin o, beyləqanlılara qarşı 
Bərdə  yaxınlığında  möhkəmləndi.  Əbu  Müslimin  əleyhinə  [xəlifə] 
altı  min  nəfərə  [döyüşçüyə]  başçılıq  edən  Mədan  əl-Xunısini 
göndərdi.  Onlar  üz-  üzə  gəldilər  və  aralarında  gedən  vuruşmada 
Mədan əl-Xumsi öldürüldü. Əbu Müslim isə Dəbilə tərəf hərəkət etdi 
və dörd ay ərzində onu mühasirədə saxladı. Bundan sonra Beyləqana 
getdi və orada yerləşdi".'' 
Gördüyümüz  kimi,  bu  vilayətlərdə  üsyanlar  yatırılmamışdı  və 
baş verə biləcək daha böyük qarışıqlıqlardan çəkinən Harun ər-Rəşid 
yenidən Yəzid ibn Məzyədi yanına gətirmişdi. Xəlifə Yəzidi çağırıb 
ona on min qoşun verdi və əmr etdi ki, üsyan etmiş vilayətlərə qarşı 
hərəkət  etsin.  Orada  Yəhya  əl-Xəraşi  12  minlik  bir  ordu  ilə  ona 
qoşuldu. Yəzid ibn Məzyəd üsyançılara divan tutdu, lakin az sonra 
yenə işdən kənarda qaldı. 
Xəlifə dördüncü dəfə 183 (799)-cü ildə Yəzidi Ərminiyə hakimi 
təyin edərək, "Azərbaycan, Şirvan və Bab ül-Əbvab hökmranlığını 
ona tapşırdı".Dərbənd "Tarix”i bildirir ki, bu iş aşağıdakı hadisədən 
sonra  oldu,  o,  xaricilərdən  əl-Vəlid  ibn  Tarif  əş-Şeybaniyə  qarşı 
edilən qalibiyyəti! [müharibədə] böyük xidmət və gözəl səy göstərdi 
və Vəlidi 178 (794)-ci ildə öldürdü. Bu Vəlid mütəəsib bir xarici idi, 
Haruna qarşı çıxaraq, üsyan elan etmişdi, əl-Cəzirə vilayətində onun 
tərəfdarlarının sayı artmış və o, vilayəti tutmuşdu. [Bir dəfə o, Haru- 
nun  qoşunlarını  əzdikdən  sonra],  onun  təkəbbürü  və  pis  əməlləri 
artdı;  nəhayət,  Harun  Yəzid  ibn  Məzyədi  qoşunla  onun  üstünə 
göndərdi.  Yəzid  onun  [Vəlidin]  üstünə  getdi,  onların  arasında 
bir-birinin  ardınca  şiddətli  vuruşmalar  oldu.  Sonra  onlar  təkbətək 
vuruşdular. Yəzid ona qalib gəldi və onun ayağını kəsdi. Sonra Yəzid 
178-ci  ildə  (ancaq  deyildiyinə  görə  179  (795)-cu  ildə)  əl-Cəzirə 
ərazisinə  aid  əl-Həc  adlı  yerdə  onun  başını  kəsdi.  O,  Harunun 
yanında  ləyaqətinə  görə  yüksəldi.  Harun  da  onu,  yuxarıda  qeyd 
etdiyimiz  kimi,  183  [799]-cü  ildə  həmin  vilayətlərin  hakimi  təyin 
etdi".'^^ 
171 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə