Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə55/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   51   52   53   54   55   56   57   58   ...   107

Buğa 
əl-Kəbirin 
ordularından 
biri 
sanarlara 
qarşı 
müvəffəqiyyətsiz müharibədən sonra,üsyan etmiş knyaz Yesai  Əbu 
Musanı  əzmək  üçün  göndərildi,  o  zaman  "Arranın  böyük  his- 
səsinə"**® malik olan knyaz Yesai bundan xəbər tutanda "Beyləqan 
[vilayətindən]  olub  Beyləqanın  10  fərsəxliyində.  Bərdədən  isə  15 
fərsəx aralı Ktiş qalasında” müdafiə mövqeyi tutdu,'*** dərəni tutub, 
qalaya  gedən  yolu  ərəblərin  üzünə  bağlamağı  öz  dəstələrinə  əmr 
edərək  dedi:  "Biz  sanarlardan  pis  olmayacağıq,  çünki 
istehkamlarımız onlarınkından güclü və yüksəkdir".®” 
Ktiş  qalası  doğrudan  da  əlçatmaz  idi.  Onun  təpəsi  buludlar 
içində idi, dağın sərt və sıldırım yamacları isə meşə ilə örtülmüşdü. 
Qalaya çətin keçilən dar bir cığır gedirdi. Bu cığırdan başqa, qalanın 
şimal tərəfində qayalarda yeraltı yol qazılmışdı.®* 
T.Ai'sruninin  dediyinə  görə,  qalaya  yaxınlaşan  Buğ  əl-Kə-  bir 
"hay-küy  qaldırır  və  bəhanə  axtarırdı  ki,  öz  acı  zəhərini  Alban 
knyazının üstünə töksün". O, Yesai, Buğa əl-Kəbirə belə cavab verdi: 
"Ölkələr hökmdarlarında belə bir qayda olmalıdır ki, onlar ölkəyə öz 
təbəələrinə  himayət  göstərmək  üçün,  yoxsullara  edilən  zülmü  ləğv 
etmək,  onların  vəziyyətini  yaxşılaşdırmaq  üçün  gəlsinlər,  nəinki 
ölkəni quldurcasına soysunlar, qılınc və əsarətlə onu insan yaşamaz 
bir  səhraya  çevirsinlər.  Əgər  sən  padşahın  [xəlifənin]  sarayından 
dinclik  yaradan  bir  rəis  kimi  gəlmişsənsə,  onda  ölkəni  var-yoxdan 
çıxarıb iğtişaşa səbəb olmaq deyil, onun qurulub tikilməsinə kömək 
etmə- liydin. İndi, sənə məlum olsun ki, nə qədər gücüm var və canım 
sağdır,  səninlə  vuruşacağam,  öz  qüdrətim  və  allahın  qüdrəti  ilə 
müqavimət  göstərəcəyəm.  Səni  sülhlə  və  dostcasına  deyil,  yalnız 
silahla,  ox  və  qılıncla,  gözəl  seçmə  atlara  minmiş  qəhrəman  mərd 
döyüşçülərinılə  qarşılayacağam.  Əgər  özünü  və  qoşununu  xilas 
etmək  istəyirsənsə,  mənim  torpağımdan  çıx  get.  Əgər  qəzəbdən 
coşaraq, sümüklərini bizim çöllərdə qoymaq istəyir və ölkənin vəhşi 
heyvanlarına və göydəki quşlara yem olmaq könlündən keçirsə, özün 
bil, mən sənin qanına bais olmuram...".®^ 
Yesai  Əbu  Musanın  məktubunu  alan  Buğa  əl-Kəbir  bərk 
qəzəbləndi.  Lakin  məktub  barəsində  xəlifəyə  məlumat  verib, 
sərəncam gözləməyə başladı. 
Demək  lazımdır  ki,  knyaz  Yesai  Əbu  Musanın  separatizmi 
Xilafətin  IX  əsrin  axırları  —  X  əsrin  əvvəllərindəki  vəziyyəti  ilə 
əlaqədar idi. Knyazların və "mütəğəllib" deyilənlərin sepa- 
166 


ratizmi o dərəcəyə çatmışdı ki, Xilafət heç də hər zaman silahlı qüvvə 
ilə  onların  öhdəsindən  gələ  bilmirdi  və  çox  vaxt  güzəştə  gedirdi. 
Zaqafqaziyada  xəlifə  hakimiyyətinin  bu  cür  sabit  olmayan 
vəziyyətini yaxşı duyan Bəlazuri bunu belə qeyd edir; "Patriklər öz 
ölkələrində yaşamaqda və hər biri Öz vilayətini qorumaqda idi. Bir 
məmur  [amil]  canişinin  yanından  onların  [patriklərin]  yanına 
gələndə, ondan yan keçməyə çalışırdılar. Əgər onlar görsəydi ki, bu 
adamı ciddiyyəti və ələ- alınmazlığına görə şirnikdirib yola gətirmək 
olmur və kifayət qədər hərbi qüvvəsi vardır, ona xərac verər və itaət 
edərdilər. Əgər bu məmurda göstərilən güc və qüvvə yox idisə, onu 
zəif hesab edir və ona etinasız yanaşırdılar”.^^ 
Sonralar burada mərkəzi hakimiyyətin nüfuzu daha da zəiflədi: 
o qədər ki, xəlifə Mötəsimin dövründə ölkənin hakimi Həsən ibn Əli 
əl-Bazgisi  (833/4—835/6-cı  illər)  "patrikləri  və  ölkənin  azad 
adamlarını başlı-başına buraxdı və onlarla o qədər yumşaq rəftar etdi 
ki, onlar sultana [xəlifəyə] etinasız yanaşmağa, Özlərindən aşağıda 
duran təbəələrə [rəiyyətə] qarşı isə çox sərt dolanmağa başladılar".'’^ 
Bundan  sonra  ölkəni  idarə  edənlər  "elə  adamlar  idi  ki,  onun 
maliklərilə  yumşaq  rəftar  edir  və  yalnız  lap  az  xərac  almaqla 
kifayətlənirdilər".^® 
Buna  görə də knyaz Yesai  Əbu Musanın  Buğa  əl-Kəbirə  qarşı 
belə  münasibəti  təəccüblü  deyildi.  Bundan  əlavə,  knyaz  onu 
mühasirə  edən  ərəblərə  birinci  olaraq  hücum  etdi  və  onları 
məğlubiyyətə  uğratdı.  Buğa  əl-Kəbir  qalanı  hər  tərəfdən  mühasirə 
edib  istehkamlar  düzəltdi,  ağır şey atan maşınlar qurdu  və hücuma 
başladı. Onda mühasirədə olanlar yenidən ərəblərin üstünə atıldılar 
və  onları  qaçmağa  məcbur  etdilər.  Arsruninin  dediyinə  görə.  Buğa 
əl-Kəbir məyus oldu və uğradığı məğlubiyyət ona ağır gəldiyi üçün 
özünə gələ bilmədi. "O, öz çadırında qapanıb qaldı; var-gəl edərək, 
bir çarə axtarır, rahat olmurdu. Gözlərindən yuxu çəkilmişdi, on gün 
ərzində heç kəs onun  yanına girmədi, çünki rüsvay olduğundan öz 
mənzilində qapanıb qalmışdı. Bundan əlavə dağlıların hücumundan 
ürəyinə  qorxu  düşmüşdü;  buna  görə  də  böyük  bir  döyüşçü  dəstəsi 
qılınclarını sıyırıb, çadır ətrafında dayanaraq onu qoruyurdu".®® 
Az  sonra  xəlifə  Mütəvəkkildən  belə  bir  sərəncam  gəldi: 
"Ümidini itirmə, ruhdan düşmə. Alban knyazı sənə tabe olmayınca, 
onunla  müharibəni  dayandırma".  Ruhlanıb  qəzəblənən  Buğa 
əl-Kəbir bütün qoşuna əmr etdi ki, döyüşə girsinlər. Budur, hay-küy 
qalxdı; şeypur, nağara və cənglər, çoxsaylı qoşu- 
167 


nun  silah, qılınc və bütün hərbi ləvazimatı hərəkətə gələrək, elə bir 
səs  qaldırdı  ki,  az  qala  dağ  yerindən  tərpənib  dağılacaqdı.  Buğa 
əl-Kəbir  öz  qoşununu  dağın  zirvəsinədək  apardı,  qoşunun  çoxlu 
bayrağı və hər bayrağın altında gözəl ata minmiş min nəfər var idi, 
belə ki, bütün  yer üzündə və heç bir Ölkədə istər qoşun (çoxluğu), 
istərsə  silah  (bolluğu)  cəhətdən  belə  dəhşətli  mənzərə  görmək 
olmazdı.  Onlardan  qorxunc  gurultu  və  partlayış  qalxdı,  ərəb 
qoşununun  daşıdığı  silah,  hərbi  ləvazimat  və  sursatdan 
gözqamaşdırıcı  parıltı  çıxırdı.  Qoşun  dərhal  dəstələrlə  bir-birinin 
ardınca hücuma başladı və onları bu vəziyyətdə görən hər kəs böyük 
dəhşətə düşdü. 
Çoxlu  ərəb  qoşunu*’^^  qalaya  yaxınlaşan  kimi,  mühasirədə 
olanlar  yenidən  ərəblərin  üstünə  atıldılar  və  onları  bÖyük  tələfatla 
geri çəkilməyə məcbur etdilər. 
Buğa əl-Kəbir ilə  Yesai  Əbu Musa  arasındakı hərbi əməliyyat 
təqribən bir il davam etdi və bu müddət ərzində Buğa əl-Kəbir 28 dəfə 
Ktiş  qalasına  hücum  etdi  və  hər  dəfə  geriyə  atıldı.  Nəhayət,  Buğa 
əl-Kəbir  barışıq  istədi.  Barışıq  bu  şərtlə  bağlandı  ki,  həm  Buğa 
əl-Kəbir,  həm  də  Yesai  öz  elçiləri  vasitəsilə  xəlifə  Mütəvəkkilə 
uzunsürən bu vuruşmanın nəticəsi barəsində xəbər versinlər. "Budur, 
hər  iki  tərəf  oturub  ehtiyatla  qorunurdu;  onlar  bir-birinə  sÖz 
vermişdilər  ki,  göndərdikləri  elçilər  padşahın  [xəlifənin]  yanından 
qayıtmayınca vuruşmasınlar".^® 
Elçilər  qayıdaraq  xəlifənin  fərmanını  Buğa  əl-Kəbir  və  Yesai 
Əbu  Musaya  verdilər.  Xəlifə  ərəb  qoşununa  vurduğu  zərbəyə  görə 
knyaz  Yesaiyə  "əfv"  bəxş  etdi.  Mütəvəkkil  knyaza  bəxşiş  olaraq 
qiymətli paltarlar, bəzəkli dəbilqə və qılınc göndərdi və təklif etdi ki
sülh və ittifaq bağlamaq üçün Səmərraya gəlsin. Buğa əl-Kəbirə isə 
tapşırdı  ki,  knyazı  ləyaqətlə  qəbul  etsin  və  Xilafət  paytaxtına 
müşayiət etmək üçün ona fəxri silahlı dəstə versin. "Alban sərkərdəsi 
padşahın kağızını oxuyan kimi dağdan enib Buğa əl-Kəbirin yanına 
gəldi. O, sərkərdənin qərargahına hələ çatmamışdı ki, onu qarşılamaq 
üçün  gözəl  atlara  minmiş  silahlı  dəstələr  ona  tərəf  getdilər.  Knyaz 
ərəblərin  ordugahına  girincəyədək  qabaqdan  və  daldan  zəngin 
bəzənmiş  gözəl  atlar  gedir,  müğənnilər  və  onu  mədh  edən  çoxlu 
[musiqi çalanlar] musiqi alətləri ilə müşayiət edirdilər. Buğa əl-Kəbir 
hirsindən  onunla  heç  danışmır,  onun  törətdiyi  işləri  üzə  vurmur  və 
özünü  kədərli  göstərmirdi.  Əksinə,  Buğa  əl-Kəbir  knyazı  padşah 
[xəlifə]  əmr  etdiyi  kimi,  onu  iltifat  və  mehribanlıqla,  təntənə  və 
hədiyyələrlə qəbul etdi. Bir neçə gün ke 
168 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə