Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə51/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   47   48   49   50   51   52   53   54   ...   107

ilə  cənub  tayfalarının  vəziyyətini  bərabərləşdirmək  üçün  Yəzi-  din 
məhz nə kimi tədbirlər gördüyü barədə Yəqubi məlumat vermirsə də, 
ehtimal  edə  bilərik  ki,  cənub  və  şimal  tayfalarına  eyni  dərəcədə 
yararlı torpaq verilməsi görülən tədbirlər sırasına daxil idi. 
Şimali və cənubi ərəb tayfaları arasında sonralar yeni toqquşma 
və vuruşmalar baş verdiyini bilmirik, çünki görünür, heç bir orta əsr 
müəllifi bu barədə məlumat vermir. 
Harun  ər-Rəşidin  dövründə  Azərbaycana  və  Arrana  köç  axını 
kəskin surətdə azaldı. Yəqubi bildirir ki, bircə dəfə ərəblər əvvəlcə 
əl-Cəzirəyə,  sonra  da,  ola  bilər  ki,  şimala  —  Arrana  köçmüşlər. 
Xəlifə Məmun (809—813) Yəzid  əş-Şeybaninin  oğlu  Xalidi  Arran 
hakimi  vəzifəsinə  təyin  tdikdə,  o,  "İraq  həbsxanalarında  olan  öz 
həmqəbilələrinin  (rəbiilərin)  hamısını  azad  edərək,  özü  ilə 
əl-Cəzirəyə apardı və burada ona qoşulan çoxlu rəbiilərlə birlikdə öz 
yoluna davam etdi".^®^ 
Fikrimizcə,  bu,  Arrana  köçüb  o  zaman  rəbii  əmirləri  Məz- 
yədilərin  iqamətgahı  hesab  olunan  Bərdə  rayonunda  məskunlaşan 
ərəblərin son qrupu idi,  çünki  Harun ər-Rəşidin  dövründə başlanıb 
Məmunun  hökmranlığı  dövründə  ən  yüksək  nöqtəyə  çatmış 
xürrəmilər üsyanı, habelə bütün Ərəbistan yarımadasının və bir çox 
digər  torpaqların  Xilafətdən  ayrılması  ərəblərin  Zaqafqaziyaya 
mühacirətinə təsir göstərmiş və onu tamamilə dayandırmışdı. 
Qeyd etdiyimiz kimi, rəbatlar hərbi-strateji və iqtisadi cəhətdən 
ən mühüm sayılan yollarda, xüsusilə əsas ticarət yollarının üstündə 
salınan  şəhərlərdə,  qala  və  məntəqələrdə  yerləşirdi.  Bu  məntəqələr 
mühacir ərəb icmalarının məskəninə çevrilmişdi. 
Vaxtilə  ərəblərin  məskən  saldıqları  yaşayış  məntəqələrinin 
adlarında indiyədək "ərəb" sözü qalmışdır. Həmin kəndlərin əhalisi 
indi  də  özünü  "ərəb"  adlandırır  və  bunlar  antropoloji  cəhətdən 
başqalarından  aydın  fərqlənirlər.  Bunların  dəvəçilik  peşəsi  səhra 
əhalisindən,  daha  doğrusu.  Ərəbistan  yarımadasının  əhalisindən 
qalmışdır. Həmin kəndlərdə yaşayanların dediyinə görə, keçən əsrin 
ortalarınadək  onların  bir  hissəsi  korlanmış  ərəb  dilində 
danışırdı.®®^ Bu kəndlər Xilafətin məhz şimal sərhədləri boyunca, 
əsas orta əsr ticarət yolları üzərində yerləşirdi. 
Şərqdən  qərbə  doğru  həmin  kəndlər  Azərbaycan  SSR-in 
aşağıdakı  rayonlarında  y e r l ə ş i r . Q u b a   —  Ərəbli,  Ərəbkey- 
muraz, Ərəbdəhnə Ərəbhacı; Şamaxı — Ərəblər, Ərəbuşağı, 
154 


Ərəbqədim.®®®  Ərəbşamlı,  Ərəbşahverdi;  Kürdəmir  —  Ərəbqi- 
yaslı, Ərəbçəltikçi, Ərəbsarvan; Göyçay — Ərəbcəbirli, Ərəb- xana, 
Ərəbmehdibəy, 
Ərəbşahverdi; 
Salyan 
— 
Ərəbbəbirxan, 
Ərəbqardaşxan;  Lənkəran  —  Ərəb;  Ağdaş  —  Ərəb,  Ərəbkukel, 
Ərəbbəsrə, Ərəbocaq, Ərəbşəki, Ərəbşeyx;  Laçın  — Ərəb, Ərəbli; 
Gədəbəy — Ərəbli və bir çox başqaları. 
Biz,  ancaq  ayrıca  ərəb  adı  daşıyan  kəndləri  bir-bir  sadaladıq. 
Ətraflı  toponomik  tədqiqat  işi  görülərsə,  belə  kəndlərin  sayı, 
şübhəsiz, artar.®®® 
VII—IX əsrlər ərzində ərəb tayfalarının Azərbaycanda məskən 
salması  və  Azərbaycan  əhalisi  içərisində  bunların  iz  buraxması 
məsələsi,  hələ  P.K.Juze  qeyd  etdiyi  kimi,  "yalnız  alim 
antropoloqların,  dilçilərin,  maddi  mədəniyyət  və  xalq  təsərrüfatı 
tarixini yaxşı bilən adamların birgə səyi ilə" elmi surətdə həll oluna 
bilər.®®^ 
Gördüyümüz kimi, ərəb mühacirləri Muğan, Şirvan və Arranda 
geniş  ərazi  tutmuşdular.  Ərəblər  həm  qədim  Bərdə,  Beyləqan, 
Dərbənd və Şamaxı, həm də yeni salınmış Kasal və Mütəvəkkilliyyə 
şəhərlərində  yaşayırdılar.®®® Bəs onda nəyə  görə külli miqdarda 
ərəbin  Azərbaycanda  və  Arranda  yaşaması  və  burada  ərəb  dilinin 
geniş 
yayılması 
Azərbaycan 
əhalisinin 
ərəbləşməsi 
ilə 
nəticələnmədi?  Görünür,  əsasən,  ərəblərin  və  Arran  əhalisinin 
müxtəlif  dinlərə  etiqadı  buna  mane  oldu.  İşğalçıların  dili 
Azərbaycanda,  həm  də  bütün  Zaqafqaziyada  (Dağıstan  daxil 
olmaqla)  müxtəlif  millətləri  bir-birinə  bağlayan  beynəlxalq  bir  dil 
olmuşdu. Burada yerli dillərlə — fars, arran (alban), gürcü və erməni 
dilləri  ilə  yanaşı,  ərəb  dilində  də  danışırdılar.  İstəxri  qeyd  edir  ki, 
"Azərbaycan, Ermənistan və Arranın dili fars və ərəb dilləri idi, lakin 
Dvin və onun ətrafındakı əhali ermənicə, Bərdə ətrafında əhali isə 
albanca danışırdı”.®®® 
Ola  bilsin  ki,  Arran  əhalisinin  (albanlar)  bir  hissəsi  çox  tez 
ərəbləşməyə  məruz  qalıb  ərəblərlə  qaynayıb-qarışmış,  sonra-  lar, 
yəni  səlcuq türkləri gəldikdən sonra ərəblərlə birlikdə türkləşməyə 
məruz qalmışlar. Arranın dağ rayonlarında yaşayan albanların digər 
bir hissəsi isə erməniləşməyə məruz qalmışlar. 
Fikrimizcə, deyilənlərin hamısı belə bir faktı izah edə bilər ki, 
vaxtilə Göycə gölündən Dərbəndədək böyük bir ərazidə yaşayıb, öz 
kilsəsi,  padşahları,  knyazları,  özünəməxsus  mədəniyyəti  olan 
albanlar  kimi  böyük  bir  xalqdan,  indi  Azərbaycan  SSR-in 
şimal-qərbində yaşayan və bilavasitə albanların nəs 
155 


lindən olan bir neçə min udin istisna olmaqla, demək olar ki, heç bir 
iz  qalmamışdır.  İstilaçı  ərəblər  və  yerli  Arran  knyazları  tədriclə 
yaxınlaşmış  və  nəhayət,  bu  knyazlar  o  dərəcədə  ərəbləşmişlər  ki, 
xalis  ərəb,  müsəlman  adları  daşımağa  başlamış,  ərəb  dili  və 
mədəniyyətini qəbul etmişlər, belə ki, bu və ya digər feodalın hansı 
millətə  və  ya  dinə  mənsub  olduğunu  müəyyən  etmək  çətin 
olmuşdur.'’®'*  İstilaçı  ərəblərdən  asılı  vəziyyətə  düşmüş  digər 
xalqların  tarixində  də  eyni  mənzərəni  görmək  olar.  Lakin 
Azərbaycan  və  Arranın  yerli  əhalisi  ilə  ərəblər  arasında  tədricən 
əmələ gəlmiş siyasi və mədəni yaxınlaşma, məsələn, İspaniyada baş 
verdiyi  kimi,  mədəniyyət  sahəsində  qarşılıqlı  əməkdaşlıq 
səviyyəsində olmadı. Ərəblərlə Azərbaycan və Arran əhalisi arasınd 
başlanan  yaxınlaşma  prosesi  əvvəlcə  səlcuqların,  sonra  da 
monqolların hücumu ilə çox tez bir vaxtda dayandırıldı. 
Azərbaycandakı ərəblər, ərəb mədəniyyəti mərkəzləri ilə əlaqəni 
itirdikdən sonra, tədriclə ana dili və adətlərini unutmağa, yerli türk 
əhalinin  dilində  danışmağa  başladılar,  onlarla  qaynayıb-qarışaraq, 
onların  həyat  tərzini,  geyimlərini,  yeməklərini,  məskən  və  şairəni 
qəbul  etdilər.  Bunların  hamısına  onların  ümumi  dini  olan  islam 
dininin də köməyi az olmadı. 
Ərəblər  yerli  əhalİ  ilə  o  dərəcə  qarışdılar  ki,  hal-hazırda 
Azərbaycanda əhalisi ərəb dilində danışan heç bir yaşayış məntəqəsi 
qalmamışdır.®®* 
Azərbaycan  və  Arranda  məskən  salmış  istilaçı  ərəblərin  nə 
vaxtdan  etibarən  ana  dilində  danışmamağı  barədə  suala  cavab 
vermək  çox  çətindir,  çünki  köçmüş  ərəblərin  öz  dillərini  mühafizə 
edib saxlamaları "həmin vilayətdəki ərəb ünsürünün ümumi sayından 
asılı  idi".®®** P.K.Juze belə  güman edir ki,  burada həmin proses 
XV əsrdən tez baş verməmişdir; həm də bu məsələdə P.K.Juze Orta 
Asiya  və  Əfqanıstanla  müqayisə  aparır,  çünki  həmin  yerlərdə 
ərəblərin bir hissəsi bu günədək ana dilində danışırlar.®®® 
Azərbaycan  əhalisinin  türkləşməsi  məsələsi,  illər  boyu  davam 
etmiş bu prosesin başlanğıcının tədqiqi olduqca mürəkkəb bir işdir və 
bu məsələ indiyədək həll edilməmişdir. Bəzi tədqiqatçıların fikri ilə 
razılaşıb, türkləşmənin XI—XII əsrlərdə baş verdiyini qəbul etmək 
səhv olardı.®®** Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir 
ünsür hesab etmək də səhvdir, çünki onda yerli böyük və çox yığcam 
türk tayfalarının varlığına göz yumulur. 
Türkləşmə prosesi yalnız türk aborigenlərin cənubdan gə 
156 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə