Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə46/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   42   43   44   45   46   47   48   49   ...   107

Oradakı  əş-şahibəllüt  [şabalıd]  Suriyadakındaıı  gözəldir.  Onlarda 
ər-ruqal  [zoğal]  adlı  bir  meyvə  vardır  ki,  əl-ğubeyrə  [zeytuna] 
oxşayır. Onun içərisində çəyirdəyi vardır. Bu meyvə yetişəndə şirin 
olur,  lakin  kalı  acıdır.  Əş-şahibəllut  qozun  yarısı  boydadır,  dadı 
əl-bunduq  və  ər-rutəb  [təzə  xurma]  kimidir.  Bərdədə  Labusdan 
gətirilən əla keyfiyyətli ət-tin [əncir] vardır. [Bərdədən] çoxlu barama 
[əl-əbrişəm]  aparılır,  barama-  qurdunu  isə  orada  geniş  tut 
ağaclıqlarında  bəsləyirlər.  Buradan  Farsa  və  Xuzistana  çoxlu  ipək 
ixrac olunur. 
Bərdənin  üçdə  bir  fərsəxliyiııdə  əl-Kurr  (Kür)  çayı  [axır]. 
Əl-Kurr çayında isə əs-surmahi balığı vardır. O, duza qoyulmuş halda 
müxtəlif ölkələrə göndərilir. Əl-Kurr çayından habelə əz-zərəkan və 
əl-əşubə adlı balıqlar a tutulur. Bu diyarda həmin balıqların hər ikisi 
digər  balıqlardan  üstün  hesab  edilir.  Bərdədən  həmçinin  qoşqu 
heyvanı və boyaq ixrac edilir". 
Ərəb  müəlliflərinin  məlumatına  görə,®°^  Azərbaycanın  ən 
böyük şəhərlərindən biri də Ərdəbil idi; bu şəhər demək olar həmişə 
Ölkə  hökmdarlarının  iqamətgahı  olmuşdur.  IX  əsrin  axırlarında 
şəhərin  sahəsi  üçdə  iki  fərsəx  idi.  Onun  ətrafına  üç  darvazası  olan 
hasar çəkilmişdi. Şəhər gözəl idi və ərzaq qiymətlərinin ucuzluğu ilə 
şöhrət qazanmışdı. Ərdəbildə və onun ətraf mahalında 50 çörək bir 
dirhəmə idi, batman yarım (1,4 kq) ətin qiyməti də bir dirhəm idi. Bal, 
ərinmiş yağ, qoz, kişmiş və bütün yeyinti məhsulları o qədər ucuz idi 
ki,  bunları  az  qala  müftə  verirdilər.  Ərdəbilin  yaxınlığında  güclü 
istehkamları  olan  böyük  Kursara  qalası  vardı.  Geniş  vilayətlər  və 
çiçəklənən kəndlər bu qalaya məxsus idi. Hər ay müəyyən vaxtlarda 
(hər  yeni  ay  çıxanda)  burada  böyük  bir  bazar  açılırdı.  Əslində  bu, 
bazarlar kompleksi idi, çünki Kursara bazarı orta əsrlərə məxsus ən 
böyük  yarmarka  idi.  İbn  Hövqəl  özü  burada  olmuş  və  bazarı  çox 
gözəl təsvir etmişdir; "Mən bu bazara [yarmarkaya] çoxdan bələdəm 
və hələ gənc ikən orada olmuşam. Buraya müxtəlif ölkələrin adamları 
toplaşır. Onlar buraya satlıq mallar və əşyalar, parça, mücrü [səqət], 
ət-bərbixar [?], ətriyyat, keçə, çul, sərrac alətləri ilə hazırlanmış sərrac 
məmulatı, yəhər, habelə qılınc, kisə, bəzək şeyləri, silah asmaq üçün 
Marağa  gönündən  hazırlanmış  kəmər  gətirirdilər.  Orada  İraqdan 
gətirilmiş  latun,  saf  qızıl  və  gümüş  məmulatı,  at,  qatır,  uzunqulaq, 
qaramal və davar var idi. Əgər bir kəs desəydi ki, bu torpaq və vilayət 
vəqf torpaqlarından genişdir və burada, onun çöllərində, dağlarında, 
və hüdudlarında olan hər şey sadaladığım, nəzərdə tutduğum müxtəlif 
şeylərdən da 
140 


ha  çoxdur.  Vəqf  torpaqlarının  Araratadək  üç  fərsəx  uzanmasına 
baxmayaraq,  hər  halda  mən  bunu  ayrıca  yoxlayıb  təsdiq  etmədən 
buna inanmazdım. 
Yarmarkaya  gələnlərin  arasında  Azərbaycan  tacirlərinin  və 
torpaq  sahiblərinin  başçısı  Əbu  Əhməd  ibn  Əbd  ürRəhman  əş-Şizi 
əl-Maraği də var idi. Onun katibi Əbü-l-fəth ibn Mehdi ona dedi; Əbu 
İshaq  əl-Macardani  oraya  gedib  öz  mal-qarasmı  satdı  və  [ona 
tapşırılmış] mal-qaramızı bizə qaytarmadı. [Əbu Əhməd] soruşdu; "O 
nə  qədər  satdı?"  Katib  cavab  verdi;  "Yüz  min  baş".  Mən  Əbu 
Əhməddən xahiş etdim ki, bunu bir neçə dəfə təkrar və təsdiq etsin. O 
dedi; "Sən başa düşdünmü? Əbu Əhməd bazar olmayan bu yerdən bir 
milyon qoyunla çıxıb getdi". Mən ondan xahiş etdim, bu sözləri bir də 
təkrar etsin. O dedi; "Bəli! Şueyb də eyni miqdarda [qoyunla]". 
Arranın  digər  böyük  şəhəri  Gəncə  idi.  Bu  şəhərin  meydana 
gəlməsi barədə çoxlu fikirlər irəli sürülür. İ.M.Cəfərzadə belə hesab 
edir ki, Gəncə "həmin yerdə, özünün inkişaf etmiş mədəniyyəti olan 
qədim yaşayış məntəqəsindən" yaranmışdır.®”^ Gəncənin yaranması 
barədə  orta  əsr  müəlliflərinin  verdiyi  məlumatı  və  tədqiqatçıların 
mülahizələrini  bildirməyi  zəruri  hesab  edirik.  Hələ  XVIII  əsrdə 
V.Bezmenov rəvayət əsasında belə bir fikir irəli sürmüşdü ki, Gəncə 
Makedoniyalı İsgəndər tərəfindən salınmışdır.®”^ Başqa bir müəllif 
belə  hesab  edir  ki,  şəhər  eramızdan  əvvəl  II  əsrlə  eramızın  IV  əsri 
arasındakı  dövrdə  meydana  gəlmişdir.®”®  Y.A.Hagemeyster  belə 
güman  edirdi  ki,  Gəncə  Bərdədən  və  Beyləqandan  qədimdir.®”” 
İ.Şo- pen də eyni məzmunda fikir irəli sürmüşdür. "Bərdədən yaxın 
məsafədə  başqa  bir  şəhər,  yəni  Gəncə  inkişaf  edirdi  ki,  onun  da 
başına  növbə  ilə  eyni  hadisələr  gəlirdi.  Onların  mənşəyi  görünür 
bir-birinin  eynidir".®”"  Mənbələrdə  yazılanlara  görə,  Gəncənin 
meydana  gəlməsinin  ən  qədim  tarixini  XV  əsr  müəllifi  Mirxond 
yazmışdır.  O,  şəhərin  şah  Kavad  [Qubad]  tərəfindən  salındığını 
məlumat  verir.®”®  Qəzvini  Gəncənin  əsasının  qoyulmasını  hicri 
tarixinin  39-cu  ilinə  (659/60)  aid  edir.®””  M.Kaqankatvatsidə  belə 
bir  məlumat  vardır;  "Sonrakı  qoşa  illər  keçəndən  sonra  [yəni  erm. 
287-ci İl -h2+2=erm. 291-ci il — eramızın 842/3-cü ili] rəhmsiz və 
qəddar  Xazr  Patqos  gəldi;  o,  həmin  ildə  öldürüldü.  Onun  oğlu 
[Məhəmməd] ölkəmizə gəlib onu qılıncdan keçirərək əsir apardı, bir 
çox kilsəni yandırdıqdan sonra Bağdada getdi. Yenidən şahın fərmanı 
və xəzinəsi ilə oraya gəldi və Arşakaşen vilayətində Dandzak şəhərini 
tikib qurtardı".®*” 
141 


Nəhayət,  "Dərbəndnamə"də belə bir məlumat vardır ki, Gəncə 
VII əsrin axırı — VIII əsrin əvvəllərində mövcud idİ.'*^” Lakin bunu 
heç bir ərəb müəllifi təsdiq etmir. 
Gəncənin  nə  zaman  meydana  gəlməsi  haqqında  fikir  yeritmək 
üçün  bir  məlumat  da  vardır  ki,  bu  da  lücri  94-cü  ildə  (712/13) 
Gəncədə  kəsilmiş  dirhəm  haqqındadır.  Lakin  Y.A.Pa-  xomov  belə 
güman edir ki, "gələcək şəhərin yerində hələ VIII əsrin əvvəllərində 
eyni adda salınmış bir yaşayış məntəqəsi var idi; ola bilər ki, canişin 
qoşunları  yolüstü  burada  qalırmışlar  və  onların  müvəqqəti  səfər 
sikkəxanası var imiş".“*^ 
Münəccimbaşının  əsərinə  daxil  olan  "Şarvan  və  əl-Babın 
tarixində"  Gəncənin  tikilməsi  barədə  belə  məlumat  vardır;  "245-ci 
(859)  üdə  [Məhəmməd  ibn  Xalid  ibn  Yəzid  ibn  Məzyəd]  Arran 
vilayətində Gəncə şəhərini tikdirdi. Bu şəhərin salınmasına səbəb bu 
idi  ki,  o,  Cubant  (Xunan?)  yaxınlığında  üç  təpə  olan  yerdə  qaldığı 
zaman,  üç  gecə  dalbadal  [yuxu  görürj;  Yuxuda  görür  ki,  ortadakı 
təpədə xəzinə (gənc) vardır və ucadan bir səs ona deyir: "Təpəyə qalx 
və atını orada saxla, sənin atın dırnağı ilə yeri döyəcləyəndə, əmr et, 
bu yeri qazsınlar və orada nə varsa çıxart, tapdığınla şəhər sal və adını 
Gəncə qoy ("Xəzinə"). O, belə də etdi və üç qazan tapdı, onlardan biri 
ağzınadək  dinarla,  ikisi  dirhəmlə  dolu  idi.  Həmin  pulla  o,  Gəncə 
şəhərini  saldı  və  Bağdada  qayıdaraq  xəlifəyə  xəzinə  və  şəhər 
haqqında  məlumat  verdi.  Xəlifə  belə  dedi;  "Məni  bu  şəhər  əsla 
maraqlandırmır,  sən  mənə  nəqd  pulu  gətir".  Məhəmməd  ona  pul 
[vermək]  boyun  oldu  ki,  əvəzində  xəlifə  ona  və  onun  varislərinə 
şəhəri  və  indiyədək  "xalidiyyə"  adlanan  məşhur  malikanələri 
bağışlasın. Xəlifə bunu təsdiq etdi. Məhəmməd də Gəncəyə qayıtdı". 
Y.A.Manandyan  şəhərin  salınması  tarixinin  844-cü  ilə  aid 
olduğunu göstərir.^^'* 
Beləliklə,  biz  Gəncənin  meydana  gəlməsinə  dair  müxtəlif 
tarixlərlə  qarşılaşırıq.^'^  Lakin  şəhərin  tarixi  ilə  məşğul  olan 
müəlliflərdən  heç  biri  onun  meydana  gəlməsinin  dürüst  tarixini 
göstərə bilməmişdir. İ.M.Cəfərzadə belə hesab edir ki, Gəncə Sasani 
Kavad  (Qubad)  tərəfindən  tikilməmiş,  VII  əsrdə  (Meri  39-cu  ildə) 
ərəblər  tərəfindən  salınmamış  və  "IX  əsrdə  Abbasilər  sülaləsindən 
olan  Bağdad  xəlifəsinin  fərmanı  ilə"®'®  inşa  edilməmişdir,  əksinə 
bu tarixlərdən çox əvvəl mövcud olmuşdur. 
Nə  deyilirsə  deyilsin,  əhəmiyyətli  ticarət  şəhəri  olan  Gəncə 
yalnız, 944-cü ildə Bərdə şəhərinin ruslar tərəfindən darmada 
142 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə