Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə42/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   38   39   40   41   42   43   44   45   ...   107

qeyd  edildiyi  kimi,  əhalinin  aşağı  təbəqələrindən  fərqli  olaraq, 
əksərən könüllü surətdə islam dinini qəbul etmiş və xəlifəyə qulluq 
etməyə  razı  olduqlarını  bildirmişdilər.  Ərəblər  dövlət  idarələrinin 
mürəkkəb iş formalarına əsla hazır deyildilər, buna görə xəlifə Əbd 
ül-Malikin  hökrnranhğmadək  yerli  əhalinin  nümayəndələrinin 
müxtəlif inzibati vəzifələr tutması qadağan edilməmişdi. 
Ərəb dilində yazı işləri hələ I Ömər tərəfindən təşkil edilən iki 
divanda  —  xərac  və  cünd  divanlarında  —  görülürdü,  çünki  bu 
divanlara  bilavasitə  xəlifənin  özü  nəzarət  e d i r d i . A z ə r baycan  və 
Arranda  olan  divanlara  gəldikdə,  Azərbaycanda  yazı  işləri  pəhləvi 
dilində,  Arranda  isə  ərəb  istilasından  qabaq  olduğu  kimi  yunan 
dilində  idi,  yəni  keçmişdə  Sasanilər  və  Bizansa  tabe  olan  ərazidə 
inzibati idarə aparatı əvvəlki kimi qalmışdı və bütün siyahılar həmin 
dillərdə yazılırdı.'”^ 
Xəlifə  Əbd  ül-Malik  əvvəlcə  Suriya  divanlarında  yazı  işləri 
islahatına  başlamışdı,  sonralar  isə  qanun  digər  vilayətlərə  də  şamil 
edildi.'**^ İraqla qonşu olan əyalətlərdə yazı işi hicri tarixi ilə 81-ci 
ildə  (b.e.  700/701-ci  ilində)  ərəb  dilində  aparıl-  mağa 
b a ş l a n d ı . Ə b d  
ül-Malik 
ərəb 
olmayanları 
divanlardakı 
vəzifələrdən  götürəndə  onlara  demişdi:  "Başqa  cür  işlərdə  özünüzə 
məşğuliyyət  tapın.  Allah  belə  istəmişdir  ki,  sizin  di-  vandakı 
xidmətiniz sona yetsin". 
Lakin  A.Y.Krımskinin  dediyinə  görə,  Əbd  ül-Malikin  bu 
sərəncamı  tam  ardıcıllıqla  "nə  onun  vaxtında,  nə  də  ondan  sonra 
həyata  keçirilə  bilmişdi,  çünki  ərəb  müsəlman  ziyalılarının  sayı  az 
idi".'*^® 
Azərbaycanda və xüsusilə Arranda ərəblərin inzibati siyasətində 
Xilafətin  şimal  sərhədlərində  yerləşən  əsas  şəhər  və  məntəqələrdə 
ərəb  hərbi  qarnizonlarının  (rəbatlann)  təşkili  əhəmiyyətli  yer 
tuturdu.'*’^ Həmin qarnizonların maliyyə xərcləri onsuz da Xilafətin 
vergi məngənəsində son dərəcə əzilən, məzlum Arran əhalisi üzərində 
ağır bir yük idi. 
7. Ərəblərin dövründə Azərbaycan şəhərləri, ticarət və 
ticarət yolları 
Mənbələrdə  şəhərlər  haqqında  ciddi  məlumatın  olmaması 
üzündən Azərbaycandakı orta əsr feodal şəhərlərinin meydana gəlmə 
səbəbləri  və  şərtləri,  bunların  inkişafı  hələlik  çox  az  öyrənilmişdir. 
Ölkənin  iqtisadi  sistemində  Azərbaycan  şəhərlərinin  rolu,  bunların 
daxili həyatı, quruluşu, şəhər əhalisinin 
128 


müxtəlif təbəqələrinin qarşılıqlı münasibətləri və bunlara oxşar bir 
sıra digər problemlər də kifayət qədər öyrənilməmişdir."*^® 
Azərbaycan  şəhərləri  arxeoloji  cəhətdən  pis  öyrənilmişdir. 
Azərbaycanın  orta  əsrlərdəki  şəhərlərinin  necə  yerləşdiyinə  dair 
hələlik  əlimizdə  bir  xəritə  yoxdur.  Azərbaycan  ərazisində  qədim 
şəhər  xərabələrində  çox  az  qazıntı  işləri  görülmüşdür.  Arxeoloqlar 
göstərirlər  ki,  Azərbaycanın  yazılı  mənbələrdən  məlum  olan 
şəhərlərinin əksəriyyəti nəinki elmi cəhətdən öyrənilməmişdir, hətta 
onlar  qeydə  alınmamış  və  harada  yerləşdiyi  müəyyən 
edilməmişdir.^*® Şərti olaraq qeyd etmək olar ki, ərəblərdən əvvəlki 
dövrlərdə  şəhərlər  padşah  və  knyazların  torpaqlarında  salınırdı  və 
adətən kənd mahalları — rustaklar bunlara aid edilirdi.Şəhərlər narazı 
və qaçqın kəndlilərin buraya gəlib pənah gətirdiyi yerlər idi və burada 
toplanan  əhalinin  birlikdə  fəaliyyət  göstərərək  vahid  kütlə  halında 
birləşməsinə kömək edirdi. Şəhər əhalisinin əsas kütləsini bilavasitə 
istehsalçıların özləri təşkil edirdi və burada onların güzəranı ağır idi. 
Şəhərlərdə  zadəganlarla  bərabər,  "zadəgan  olmayanlar"  və 
"sadə"  adamlar  da  yaşayırdılar.  Lakin  həmin  kateqoriyadan  olanlar 
arasında varlı adamlar, xüsusilə tacirlər də var idi. Hər peşəyə sahib 
olan sənətkarlar bir küçədə və ya bir məhəllədə yerləşirdilər.'*®* 
Orta  əsrlərdəki  yazılı  mənbələr  və  qazıntı  materialları 
Azərbaycanda  və  Arranda  bir  neçə  kateqoriya  şəhərin  mövcud 
olduğunu  müəyyən  etməyə  imkan  verir.  Həmin  dövrdə  daha  geniş 
surətdə  ictimai  əmək  bölgüsü  əmələ  gəlir,  sənətlər  kənd 
təsərrüfatından ayrılır və şəhərlərdə mərkəzləşir. Şəhər kənddən ayrı 
düşür.  Lakin  həmin  dövrdə  Azərbaycan  və  Arran  şəhərlərinin 
əksəriyyəti hələ mühüm ticarət-sənaye mərkəzlərinə çevrilməmişdi. 
Mənbələrdə  təkcə  "böyük"  və  "məşhur"  adlanan  şəhərlər 
ticarət-sənaye  mərkəzləri  idi.  Bunlar  beynəlxalq  tranzit  ticarətinin 
əsas  yollan  üzərində  salınmış  şəhərlər  idi.  Bərdə,  Dərbənd,  Çoqa, 
Beyləqan (Paytakaran) belə şəhərlərdən idi.'*®® Həmin şəhərlərdə 
ruhani  və  dünyəvi  zadəganlar,  tacirlər,  sələmçilər  və  əkinçiliklə 
əlaqəsini  kəsmiş  sənətkarlar  yaşayırdılar.  Mənbələrdə  göstərilir  ki, 
şəhərlərdə  geniş  isteh-  lak  şeyləri  hazırlayan  sənətkarlardan  başqa, 
"qızıl,  gümüş,  dəmir  filizi  və  mis  çıxarmaq  bacarığı  olan  müxtəlif 
sənətkarlar da’’*®® var idi. 
Şəhərlərin ikinci kateqoriyası — əsas ticarət yollarından uzaqda 
yerləşən qapalı sənətkarlıq və ticarət mərkəzləridir. 
129 


Şəki, Qəbələ, Amaras, Şaınxor, Naxçıvan, Ərdəbil, Girdiman bu kimi 
şəhərlərdən idi. Həmin şəhərlər eyni zamanda qala idi, çünki burada 
çoxlu hərbi dəstələr olurdu. 
Bundan  əlavə  kənd  tipli  şəhərlər,  yəni  əkinçilik  xarakterli 
şəhərlər  də  var  idi;  bunlar  ictimai-iqtisadi  mənada  şəhər  olmayıb, 
feodal  vilayətlərinin  inzibati  mərkəzləri  idi.  Bunlarda  ictimai  və 
əmlak cəhətdən hələ aydın təbəqələşmə yox idi. Bu şəhərlərin əhalisi 
natural təsərrüfat həyatı sürürdü və başqa bazarlarla əlaqələri demək 
olar ki, yox idi. 
Bu dövrdə tədricən ticarət və mal mübadiləsi, bunların ardınca 
pul tədavülü artırdı.*^'* 
Biz qeyd edə bilərik ki, ərəblərin istilası başlananda Azərbaycan 
və  Arranda  keçmişdə  qala  şəhəri  olmuş  Ərdəbil,  Bərdə,  Beyləqan, 
Qəbələ, Şaınxor, Dərbənd, Çoqa, Naxçıvan, Şabran, Şamaxı, Qazaka 
(Şiz)  və  s.  kimi  bir  sıra  məşhur  şəhərlər  vardı.  Azərbaycanın 
(Arranın)  bəzi  şəhərlərinin  əzəmətini  və  bunların  strateji 
əhəmiyyətini  həmin  şəhərlərin  ətrafında  çəkilən  hasar  və  bürclərin 
qalıqları  aydın  sübut  edir.  Demək  olar,  bütün  hasar  və  bürclər 
yonulmuş  iri  daşlardan  hörülmüşdür,  bunların  özülü  isə  bişmiş 
kvadrat  kərpicdən  tikilmişdir.  Azərbaycanın  orta  əsr  şəhərlərinin 
quruluşu elə idi ki, qala hasarları və qüllələrin başında həmişə mazğal 
və  bacalar  qoyulurdu,  çünki  bunlar  xaricdən  ediləcək  hücumlardan 
şəhərlərin müdafiəsini möhkəmləndirirdi. 
Aydındır  ki,  orta  əsrlərdə  ölkənin  siyasi  və  iqtisadi  həyatında 
əhəmiyyətli  rol  oynayan  Azərbaycan  şəhərləri  də  digər  ölkələrin 
feodal  şəhərləri  kimi  birdən-birə  meydana  gəlmirdi.  Bu  kimi 
şəhərlərin meydana gəlməsi üçün lazım olan iqtisadi şərait hələ orta 
əsrlərin  əvvəllərində  yaranmışdı.  Lakin  həmin  dövrün  yaşayış 
məntəqələrinin  heç  də  hamısı  iri  feodal  şəhəri  səviyyəsinə  yüksələ 
bilmirdi.  Orta  əsrlərin  əvvəllərində  şəhər  təsərrüfatlarının  ümumi 
inkişafı  bunların  dönüb  orta  əsr  feodal  şəhəri  olması  üçün  zəmin 
yaratdı.  Məhz  bu  nöqteyi-nəzərdən  orta  əsrlərin  əvvəllərinə  aid 
arxeoloji abidələrin tədqiqi olduqca əhəmiyyətlidir. 
Təəssüf  ki,  Azərbaycanın  arxeoloji  xəritəsində  müəyyən 
edilməmiş  yerləri  göstərən  ağ  ləkələr  hələ  də  çoxdur.  Bunun  əsas 
səbəbi 
Azərbaycandakı 
orta 
əsr 
abidələrinin 
arxeoloji 
nöqteyi-nəzərdən  qeyri-bərabər  surətdə  öyrənilməsidir.  Ayrı-ayrı 
təsadüfi  tapıntılar  hesaba  alınmazsa,  erkən  orta  əsrlərə  aid  abidələr 
son  zamanlaradək  ciddi  və  müntəzəm  surətdə  öyrənilməmiş,  bu 
məqsədlə qazıntı işləri görülməmişdir. 
130 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə