Xərac və cizyədən başqa Xilafətdə başqa vergilər də mövcud idi:
X ü m s — zəkatdan, yəni "islamdan əvvəlki vergilərdən
gizlədilmiş hesab edilən bütün ə m l a k a " , m ə d ə n l ə r ə , yəni "qızıl
və gümüş mədənlərinə",^®^ kafirlərə qarşı vuruşmalarda tutulub qul
halına salınan əsirlər də daxil olmaqla qənimətə, əsir düşmüş qadın
və uşaqlara, habelə daşınan əmlaka görə alınırdı.
Z ə k a t v ə y a s ə d ə q ə mal-qaraya görə alınırdı:
Dəvədən — 4-dən 9 başa qədər dəvədən 6 aylıq bir köşə ya da
birillik iki keçi; 1 O-dan 14 başa qədərdən 2 quzu; 15-dən 19 başa
qədərdən 3 qoyun və i.a. alınırdı.
İnək və camışdan — 30-dan 39 başa qədərdən 6 aylıq bir
qaramal; 40-dan 50 başa qədərdən 2 baş qaramal və i.a, alınırdı.
Qoyundan — 40-dan 120 başa qədərdən bir quzu, ya da keçi;
121-dən 199 başa qədərdən 2 quzu; 200-dən 399 başa qədərdən 3
qoyun və i.a. alınırdı.*®’
Əkin və meyvədən — məhsul çəkiləndən sonra təbii suvarılan
sahələrdən onda bir, süni suvarma sahələrindən iyirmidə bir
alınırdı.*®®
Qızıl və gümüş — 200 dirhəmdən çox məbləğdə olanından və
20 misqal qızıl və gümüşdən — məbləğin qırxdan biri, ya da onun
dəyəri alınırdı.*®®
Müsəlman olmayan tacirlərdən alınan vergi iki cür idi:
zimmilərdən tacirin əmtəəsinin dəyəri 200 dirhəmdən artıq olardısa,
ildə bir dəfə bu dəyərin 1/30-i almırdı;*®^ Xilafətdən kənar
ölkələrdən gələn tacirlərin əmtəələrinin dəyəri 200 dirhəmdən artıq
olarsa, onlardan bu dəyərin 1/10-i alınırdı.*®®
Şirvanda (Bakıda) bütün bunlardan başqa, neft mənbələri və duz
mədənləri üzərinə vergi qoyulmuşdu. Hələ xəlifə Mənsurun
dövründə Azərbaycan hakimi Yəzid ibn Useyd "öz adamlarını
Şirvanda neft və duz çıxaranların yanına göndərdi və bu adamlar
onlardan vergi aldılar;
sonralar o, vergi alınmasını [xüsusi adamlara]
tapşırdı".*®® Şirvanda neft mədənlərinin olduğunu Dərbənddə
150/733-cü ildə neft anbarlarının tikildiyi faktı təsdiq edir.*®®
Yəqin Bakı o zaman böyük bir yer idi. X əsrin müəllifi
Əbu-Dulaf Bakı ətrafına gəlişi haqqında belə yazır: "Mən Mu-
kandan böyük Təbəristan [Xəzər] dənizi sahili ilə ağaclar altında 80
fərsəx yol getdim, nəhayət, Şirvan vilayətlərindən biri olan Bakuya
adlı yerə çatdım.
Mən orada bir neft mənbəyi
120