Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə35/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   31   32   33   34   35   36   37   38   ...   107

vermişdi.^^^ Həmin qayda ilə Azərbaycan əhalisindən bir çoxları öz 
kənd  və  torpaqlarını,  onları  mühafizə  etmək  üçün  buraya  köçmüş 
ərəb tayfalarının himayəsinə verirdilər, Azərbaycana köçmüş ərəblər 
"nə  qədər  bacarırdılarsa,  bir  o  qədər  torpaq  [tuturdular].  Onların 
bəziləri  torpağı  ərəb  olmayanlardan  (əcəmlərdən)  satın  alırdılar. 
Bundan  əlavə  mühafizə  etdikləri  kəndləri  onlara  güzəşt  edirdilər, 
beləliklə, həmin kənd əhalisi onlar üçün işləyirdi 
Əməvilər dövründə Xilafətin şimal sərhədlərində hələ də hərbi 
istila yürüşləri edilirdi və ərəblər hər hansı bir vilayəti tutduqda bütün 
vilayət  üzərinə  bac  qoymaqla  kifayətlənirdilər.  Xəlifə  Hişamın 
dövründə Arran hakimi Mərvan İbn Məhəmməd Sərir^”^ torpaqlarını 
tutaraq,  "Sərir  hökmdarını  məcbur  etdi  ki,  ona  tabe  olsun  və  öz 
üzərində onun hakimiyyətini qəbul etsin. Onların arasında bağlanan 
sülh  müqaviləsinə  gÖrə  Sərir  hökmdarı  öhdəsinə  götürmüşdü  ki, 
[Xilafətə] ildə 1500 oğlan və 500 qız versin və əl-Bab [Dərbənd] taxıl 
anbarına 100 min mudd buğda gətirsin..."; Tuman əhalisi "öhdəsinə 
götürmüşdü ki, ildə 150 qız, 50 oğlan versin və taxıl anbarına 20 min 
mudd buğda gətirtsin"; Zirehgeran hökmdarı "təəhhüd etmişdi ki, ildə 
50  oğlan  versin  və  taxıl  anbarına  10  min  mudd  buğda  gətirtsin"; 
Xəmzin  hakimi  "öhdəsinə  götürmüşdü  ki,  birdəfəlik  500  [oğlan  və 
qız]  göndərsin  və  taxıl  anbarına  ildə  30  min  mudd  [taxıl]  təhvil 
versin";  Sindan  hakimi  "öhdəsinə  almışdı  ki,  sonralar 
mükəlləfiyyətdən azad olmaq şərtilə birdəfəlik ona 100 [oğlan və qız] 
göndərsin  və  ildə  əl-Bab  taxıl  anbarına  5  min  mudd  [taxıl]  təhvil 
versin"; Lakz hökmdarı "öhdəsinə götürmüşdü ki, taxıl anbarına ildə 
20 min mudd [taxıl] təhvil versin" və i.a..^^® 
738-ci  ildə  Mərvan  ibn  Məhəmməd  Dərbənddə  olarkən 
"Məsləmə  tərəfindən  qoyulan  xəracı  [Dağıstan]  vilayətlərindən 
yığırdı: O, Qumuxdan və Tumandan ildə 100 qul, 100 kəniz və 20 
min batman buğda alırdı; Kəbəçidən 50 kəniz, Qara- qaytaqdan 500 
qul və 20 min batman buğda. Kür və Miskinci- dən 14 min batman 
buğda və 40 min dirhəm, Şirvandan 20 min batman buğda və 50 min 
dirhəm alırdı. Bütün bu vəsait müəyyən yerdə saxlanılır və [Dərbənd] 
şəhərinin əsgərlərinə maaş verilməsinə sərf olunurdu". 
Lakin xərac, cizyə və digər vergi və gəlirlərin miqdarı haqqında 
bir sıra orta əsr müəlliflərinin verdiyi  məlumatın  mövcud olmasına 
baxmayaraq,  terminologiyanın  qeyri-müəyyənliyi  və  ya  dürüst 
olmaması üzündən Əməvilər dövründə Azər 
107 


baycan və Arran torpaqları üzərində qoyulmuş vergilərin məbləğini 
dürüst  hesablamaq  mümkün  deyildir.  Həmçinin  həmin  ölkələrdə 
vergi  qoyulmasının  dinamikasını  və  torpaq  sahibliyinin  xarakterini 
izləmək  də  mümkün  deyildir,  çünki  Əməvilər  dövründəki  torpaq 
sahibliyinin və torpaqdan istifadənin xarakterik cəhətlərini təsvir edən 
heç bir yerli mənbə hələlik əldə edilməmişdir (halbuki Xilafətin bəzi 
əyalətlərinin  tarixi,  kənd  təsərrüfatı  və  sənəti  haqqında  yazılan 
əsərlərdə  bu  cür  məlumat  vardır.  Suriya,  Təbəristan,  Qum  və  i.a. 
tarixinə  dair  mənbələr  buna  misal  ola  bilər).  Hətta  Abbasilər 
dövründə,  tədqiq  etdiyimiz  ölkələrin  öz  reyesteri  yox  idi  və  biz  bu 
barədə yalnız qırıq-qırıq məlumatlara rast gələ bilərik. Azərbaycan və 
Arran  haqqında  daha  ətraflı  məlumata  yaln  ^  X  əsrdən  başlayaraq 
Abbasi  xəlifələrinin  hökmranlığı  dövründəki  mənbələrdə  təsadüf 
edilir. 
Əməvi  hökmranlığının  son  dövründə.  Xilafətin  əyalətlərində, 
xüsusilə Azərbaycan və Arranda belə bir vəziyyət yarandı ki, ölkədə 
hər  bir  hakim  öz  bildiyi  kimi  ağaiıq  edərək,  əhalini  qarət  edib 
sıxışdırır, var-yoxdan çıxarır və öz əməlləri üçün mərkəzi hakimiyyət 
qarşısında demək olar, heç bir məsuliyyət daşımırdı. Əməvi xəlifələri 
və  onların  yerlərdəki  hakimləri  əhalidən  yalnız  vergi  qopartmaqla 
məşğul  olur,  təkrar  istehsalın  qeydinə  qalmırdılar.  Əhali  vergilərin 
ağırlığına  tab  gətirməyərək  kütləvi  surətdə  kəndləri  tərk  edir, 
torpaqsız  kəndlilərin  (sülukların)  sırasını  artırırdı.  Bu  süluklar  iri 
torpaq sahibləri və feodalların yanına muzdurluğa gedirdilər; torpaq 
sahiblərinin və feodallar isə kəndlilərin tərk etdiyi bütün torpaqları, 
demək  olar  ki,  tutur  və  ya  alıb  tədricən  öz  əllərinə  keçirirdilər.  Bu 
proses  Azərbaycanda  feodalizmin  daha  da  genişlənməsinə  və 
Əməvilərin mövqeyinin zəifləməsinə səbəb oldu, çünki iri feodallar 
(mütəcəlliblər)  və  torpaq  sahibləri  daha  mərkəzi  hakimiyyətin 
nümayəndələri  ilə  hesablaşmır  və  tədricən  separatizmə  meyl 
edirdilər.  Lakin  Abbasilər  hakimiyyət  başına  gəlincəyədək  bu 
feodalların  Xilafətdən  ayrılması  barəsində  heç  bir  şübhə  də  ola 
bilməzdi  və  Azərbaycanda,  Arranda  nadir  hallarda  edilən  belə 
cəhdlərin qarşısı dərhal Xilafətin silahlı qüvvələri tərəfindən alınırdı. 
Haşimilərin 
nümayəndəsi 
olan 
Abbasilər 
Əməvilərin 
mövqelərinin zəifləməsindən istifadə edərək siyasi səhnəyə çıxdılar. 
Abbasilər  Xilafətin  şimal  vilayətlərində  Əməvilər  əleyhinə  geniş 
fəaliyyətə  başladılar  və  müxtəlif  vədlərlə  öz  tərəfinə  çəkdikləri 
məzlum kütlələrin köməyi ilə 750-ci ildə Əməvilər 
loe 


sülaləsini yıxdılar. Lakin Abbasilərin çevrilişi xalqın ağır vəziyyətini 
yalnız müvəqqəti olaraq yüngülləşdirdi. 
Əməvilər öz fəaliyyətində yalnız ərəblərə arxalandıqları halda, 
750-ci ildə onları əvəz edən Abbasilər Mövliya^^® silki, yəni islam 
dinini qəbul etmiş, Əməvilər dövründə heç bir nüfuza malik olmayan 
yerli feodallar vasitəsilə təbəələrə rəhbərlik etməyə başladılar. 
Lakin  Abbasilərin  inzibati  idarəsi  öz  mahiyyəti  etibarilə 
Əməvilər  dövründə  olduğu  kimi  idi.  Vergilərin  toplanması,  yerli 
özünüidarə, ordu və divanxana qaydaları əvvəlki kimi qalırdı. 
Abbasilərin  birinci  xəlifəsi  olan  Əbu-l-Abbas  əs-Səffah 
(750—754) 
Xilafətin  şimal  vilayətlərindəki  bütün  Əməvi 
məmurlarını işdən azad edib öz adamlarını təyin etdi və demək olar 
ki, bütün vilayətlərdəki hakimlər ya sülalə və ya da saray adamları 
nümayəndələrindən ibarət oldu. Azərbaycan və Arranda Əməvilərin 
bütün torpaq və mülkləri Abbasilərin əlinə keçdi. Bəlazuri bildirir ki. 
Marağa, Varsan, Azərbaycanın digər şəhərləri və bunların ətrafında 
olan  torpaqlar  "Əməvilərin  bütün  mülkləri  ilə  birlikdə  müsadirə 
edildi". 
Abbasilərin  verdiyi  vədlərə  baxmayaraq,  yeni  hakimlərin 
dövründə Azərbaycanda və Arranda kəndli kütlələrinin vəziyyəti çox 
tez  bir  zamanda  Əməvilərin  dövründə  olduğundan  da  pis  oldu. 
M.Kaqankatvatsi  yazır  ki.  Abbasilərin  hakimiyyət  başına  keçməsi 
"bizim  vətənimiz  Ağvan  üçün  böyük  bədbəxtlik  idi,  çünki  tacikiər 
[yəni  ərəblər]  iyrənc  qarətçilik  yolu  ilə  Partav  [Bərdəj  paytaxtını 
Ağvan  knyazlarından  aldılar  və  öz  hökmranlıqlarının  keçmiş 
paytaxtı  Suriya  Dəməşqində  olduğu  kimi  indi  Ağvan  Partavında 
özlərinə  iqamətgah  qurmuşlar  ki,  torpağın  bol  nemətlərini 
sorub-talan etsinlər". 
Əməvilərin  dövründə  bütün  vergilər  nəqd  pulla  ödənilirdisə, 
Abbasilər dövründə vergilərin yalnız bir hissəsi nəqd pulla alınırdı. 
Bu  sistem  xüsusilə  ikinci  Abbasi  xəlifəsi  əl-Mənsur  (754—775) 
dövründə  tətbiq  olunmağa  başlamışdı.  Onun  vaxtında  torpağın 
əkilib-əkilmədiyindən  asılı  olmayaraq,  xərac  nəqd  pulla  torpaq 
sahəsinə  görə  (misahə),  eynilə  hələ  ömər  ibn  əl-Xəttab  tərəfindən 
qoyulmuş qaydada alınırdı.®®^ tbn əl-Əsir bildirir ki, əl-Mənsurun 
vaxtında  vergilərin  bir  hissəsi  nəqd  pulla  alınırdı.  Mənsurun 
dövründəki  bu  vergi  sistemi  kəndli  kütlələrini  mütəşəkkil  surətdə 
qarət  etmək  şəkli  almışdı.  Vilayətlərdən  vergilərin  daxil  olmasına 
nəzarət etməkdə poçt (bə- rid) idarəsinin xüsusi rolu var idi. "Poçt 
idarəsinin başçısı (sa 
109 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə